Bakıda ailə dramı: Ata içki almaq üçün uşaqlarını diləndirir - XÜSUSİ REPORTAJ

  Рет қаралды 136,246

APA TV

APA TV

Күн бұрын

#apatv #Bakı #ailədramı #uşaqlarınıdiləndirir #uşaqlarınıdiləndirənata #Xətairayonu #Əhmədliqəsəbəsi #Vunqtauküçəsi #GünayXəlilova #Tolik #Dübəndibağları #qaçqınlarbinası #Fatimə #Azadə #Zəhra #DIN #ElşadHacıyev
Axşam saat 19.00 radələri idi. APA TV-nin qaynar xəttinə Xətai rayonu Əhmədli qəsəbəsi, Vunqtau küçəsi 14 ünvanının sakinləri tərəfindən müraciət olundu.
Zəngin əhəmiyyətini nəzərə alıb sakinləri dinlədik. Məlum oldu ki, sözügedən ünvanda 37 yaşlı Günay Xəlilova artıq bir neçə aydır həyətdə və zirzəmidə 3 uşağı ilə gecələyir.
Çəkiliş qrupumuzla dərhal deyilən ünvana yollandıq. Günay və övladları ilə həyətdə qarşılaşdıq: “Üç uşaqla burda, qaçqınların binasında qalıram. Ünvanım elə Xətai Polis idarəsinin yanındadır. Gözlərim görmür, ona görə də heç harada işləmirəm. Uşaqlara işləmədən necə baxırsınız? Məscidə gedirəm, orda dayanıram. Sonra bu gördüyünüz həyətin sakinləri kömək edir, yemək verir, bir təhər baxıram”.
Günay Xəlilova iddia edir ki, yataqxanada yaşamasına baxmayaraq onun adına torpaq sahəsi olub: “Xəzər TV-nin aparıcısı Tolik mənim uşaqlarımın adına torpaq aldı, Dübəndi bağlarında. Mən onda vaqonda qalırdım. Orda uşaqların adına aldığı torpaqda ev tikdi. Müğənnilər də kömək elədi. Amma tikdiyini vermədi və bizi gətirdi qaçqınların qaldığı binada yerləşdirdi. Həyat yoldaşınız yoxdur? Var, içib buralarda qalır, zirzəmilərdə yatır. Uşaqlara mən baxıram. Gəlir hərdən maraqlanır, amma aldadıb məni yenə qaçır”.
Məcburi köçkünlərin məskunlaşdığı yarımtikilidə bir otaqlı mənzilinin olmasına baxmayaraq, niyə məhz küçədə qaldığı ilə maraqlandıq: “Evdə oturum, uşaqlara nə yedirdim? Uşağıma yemək almaq üçün çıxıram. Niyə sığınacaqda qalmırsınız? Orda qala bilmirəm, istəmirəm. Doğmalarınız yoxdur sizə kömək edə? Yox valideynlərim yoxdur. Özüm də yetim olmuşam. Uşaqlarımı verə bilmərəm. (AĞLAYIR) Əslim Qaxdandır. Atam oralı olub, orda böyümüşəm. Yoldaşım isə Bakının Nardaran kəndirdəndir. Yoldaşımın bacısı burda bu həyətdə qalır”.
3 övladı olan 37 yaşlı ananın təkcə özünün şəxsiyyət vəsiqəsi var. Amma onu da əri, Samir əlindən alıb. İddiasına görə 3 övladını Sabunçu rayon xəstəxanasında dünyaya gətirib. Hazırda Fatimənin 6, Azadənin 2 yaşı var. Zəhra isə altı aylıqdır. Amma uşaqların doğum şəhadətnaməsi yoxdur. Buna görə də məktəbə getməli olan Fatimə də, anası ilə birlikdə ya dilənçilik edir, ya da evdə oturub özündən kiçik bacılarına baxır.
Günayla tanışlıqdan sonra onu da öyrəndik ki, onun dilənçilik etdiyi həyətdə, yoldaşı Samirin bacısı yaşayır. Beləcə qərara gəldik ki, bibini də dinləyək:
- Niyə Günay və övladları həyətdə gecələyir?
Niyə gecələyir ki, qaçqınlar ev verib ona. Getsin qalsın da.
- Siz bibisiz, necə dözürsünüz uşaqlar bayırda qalır?
Məni niyə çəkirsiniz e, getsin öz evində qalsın, qardaşım içir, mən niyə onun övladlarına baxmalıyam.
Artıq axşam saat 10-dur. Bibinin bu cavabından və bizi təhdidindən sonra Günayı və övladlarını da götürüb onun dediyi ünvana, yəni qaldığı yataqxanaya yollanırıq. Ünvanını çətinliklə xatırlayır.
Yataqxananın qarşısında ağbirçək bir qadınla qarşılaşırıq.
- Qızım nə yaxşı gəldiniz. Bunlara sahib çıxın. Zülmlə yaşayırlar. Qızım uşaqları götürüb aparır, 1 manatdan uşaqlara görə pul yığır o ata, sonra da içir. Qalıblar çarəsiz vəziyyətdə.
Artıq Günayın mənzilindəyik. Burada, gördüyünüz bu mənzildə qalır: “Burda qalıram. O da içir, günlərlə evə gəlmir. Qazandığımız pulu aparıb içkiyə verir. Baxmır. Qonşular da görür”.
Gecə saatları olduğundan Günaya və 3 azyaşlı körpəyə heç bir yardım edə bilmirik. APA TV olaraq məsələnin ciddiyyətini nəzərə alıb əvvəlcə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxlayırıq.
Daha sonra Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğluna məlumat veririk....
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV

Пікірлер: 527
@naileeliyeva3649
@naileeliyeva3649 2 жыл бұрын
Ne qeder xanim xatin aparicidir ne gòzel daniwig qabiliyeti var halal olsun
@zemfiraabbaszad810
@zemfiraabbaszad810 2 жыл бұрын
Aparıcı xanım sizdən mən çox çox razıyam ona görə ki sözlər kəlmə kəlmə hər söz tərtəmiz gördüyünüz iş yeri yerində axırakimidə işin üstündə
@elsadesedov8598
@elsadesedov8598 2 жыл бұрын
Yeganə kanalsınız ki Azərbaycanın fəxrisiniz həqiqətləri və köməkdarlıqı əsirgəmirsiniz bütün əməkdaşlarınızı Allah qorusun
@APATVOfficial
@APATVOfficial 2 жыл бұрын
Təşəkkürlər
@shahmuradovanaila9831
@shahmuradovanaila9831 2 жыл бұрын
Bilmirəm nə fikirləşib işləmədən , alkgol düşkünü ataya bu gədər uşag dünyaya ğətirirlər?
@ulviyymmmdova4107
@ulviyymmmdova4107 2 жыл бұрын
Jurnalist xanım sizə təşəkkür edirəm. Siz nə qədər savab qazandınız. O, ailəyə kömək edənlərə. Allah kömək olsun.🤲
@gulumemmedova6704
@gulumemmedova6704 2 жыл бұрын
Kim belə ailələrə köməklik göstərirsə Allah bu dünyalarında versin o dünyalarında .
@xanmrhimova5441
@xanmrhimova5441 2 жыл бұрын
Mənimdə xoşum gəldi bu aparıcıdan.var olun.
@behruzaslanov9520
@behruzaslanov9520 2 жыл бұрын
Yaxşı işlər görən hər kəsdən Allah razı olsun. Polislərimizdə sağolsun.
@SamsungSamsung-xq7fj
@SamsungSamsung-xq7fj 2 жыл бұрын
Halal olsun sizinə.
@ilhamehmdova6415
@ilhamehmdova6415 2 жыл бұрын
Vaqif müəllim həmişə bu cür ailələrin yanında olur və bacardıgı qədər köməklik göstərir
@faikibnarif2748
@faikibnarif2748 2 жыл бұрын
Halal olsun Vaqif müəllimə məndə onun qaygıkeşliyini görmüşəm
@qafqazsalahov137
@qafqazsalahov137 2 жыл бұрын
Yeganə kanalsınız Azərbaycanın fəxrisiz ki imkansız insanlara əl tutursunuz. Allah sizdən razı olsun
@useruserov7445
@useruserov7445 2 жыл бұрын
Necede aydin ve selist danişir eziz jurnalistimiz..cox xoşdur.👍🌹👏
@dilsadmemmedova4961
@dilsadmemmedova4961 2 жыл бұрын
Aparici xanıma minnetdaramki bu cur problemli insanlarla dil tapıb danışır ve onlarin prablemini hell etmek ucun heryere muraciet edir.cox sağolun.
@xanmrhimova5441
@xanmrhimova5441 2 жыл бұрын
Allah peşəsini şərəflə yerinə yetirənlərdən razı olsun.cox sağolun muellim
@xelilmemmedov3617
@xelilmemmedov3617 2 жыл бұрын
Verlisi aparan xanim.nece gozel mentiqli danisir.adama lezzet edir.allah sizi var elesin gozel aparici xanim xatin
@asimansfq9115
@asimansfq9115 2 жыл бұрын
O aileye kimin eziyeti varsa üstünde Allah onlardan razı olsun.
@milana1166
@milana1166 2 жыл бұрын
ona lazim iydi 3 uwagi dogsun yazix elesin onlarin ahi o er arvadi tutsun yemeynen her iw duzelir ? bes geleceyleri
@telefonalemi7296
@telefonalemi7296 2 жыл бұрын
APARİCİNİN GÖZƏL DANİŞİĞ QABLİYƏTİ VAR SUPER
@xdichuseynli1359
@xdichuseynli1359 2 жыл бұрын
Allah razı olsun sizdən.
@kerim_ov_777
@kerim_ov_777 2 жыл бұрын
Allah razı olsun sizdən və eziyeti kecenlerden
@aytenmammedzade8307
@aytenmammedzade8307 2 жыл бұрын
Coxdandır belə səviyyəli səlis danışan jurnalist aparıcı görmurdum. Bəzi aparıcılara numunə olsun. Təşəkkur edirik.
@ugjjvhchcjf6565
@ugjjvhchcjf6565 2 жыл бұрын
Görünür xanımın dünya görüşü çox zəifdir,lap yox dərəcəsindədir, məsələn bizlər də imkanıl sayılmırıq,amma bununla belə 2 uşaq dünyaya gətirmişik,fikirləşmişik ki,2 uşağa gün ağlayaq,oxutduraq bir gələcək verək,
@esmirarahimi9234
@esmirarahimi9234 2 жыл бұрын
Mən yazacaqdım,cəsarət etmədim,o da cahillikdəndi,yəni heç bir vəsaiti yoxdur,amma dünyaya uşaq gətirir.Allah kömək olsun yazıqdır.Mən onun üçün dua edəcəm.Gözü də görmür.
@xarbulbulqarabag5510
@xarbulbulqarabag5510 2 жыл бұрын
Mən də onu deyəcəkdim. O ərdən niyə uşaq dünyaya gətirirsən. Özün də sağlam deyilsən. Yenə də Allah o uşaqların üzünə rəhm etsin sizə. Həm də hicablı xanımdı. Hicabsiz da görüntüləndi. Çox qarışıq məsələsidi.
@turalqiyasov3606
@turalqiyasov3606 2 жыл бұрын
Gözəl diktor .Nitq bele olareeeeee.🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
@zaferbizimdi9498
@zaferbizimdi9498 2 жыл бұрын
apa tv size tesekur edirem allah sizderi qorusun
@alimurtuzazade9897
@alimurtuzazade9897 2 жыл бұрын
Çox sağolun xanım sizə təşəkkür edirik qeyrətli polislərimizədə təşəkür edirik , Allah balanı saxlasın
@vusalexudaverdili7487
@vusalexudaverdili7487 2 жыл бұрын
Allah hecbir uwagi evsiz yiyesiz goymasin.InwAllah🙏
@gulsenmesimova7279
@gulsenmesimova7279 2 жыл бұрын
Aparicinin ne gozel danisiq qabiliyyeti var.sagolsun.ancaq o qadının sanki pisixi problemi var.ev evvel neceyidi.indi ne gundedir
@faberlik7476
@faberlik7476 2 жыл бұрын
Neynəsin bədbəxt. Həyat belə edir insanı
@elcinresulov7096
@elcinresulov7096 2 жыл бұрын
Yetim boyuyub onsuzda heyati evelden getirmiyib yazigin
@anonimanonim7417
@anonimanonim7417 2 жыл бұрын
Allah bu bacının və körpələrinində köməyi olsun.yardım əlini uzadan qardaş bacılarımızında həmçinin
@biana8014
@biana8014 2 жыл бұрын
Verilişi aparan xanım mən sizə təşəkkür edirəm.
@kayfa1opuw104
@kayfa1opuw104 2 жыл бұрын
Arada petka prezdentidə yada salin camaatı salıb çöllərə uşaq pulun kəsib. Qalxin ayağa işiyin ilhamin başına.
@kayfa1opuw104
@kayfa1opuw104 2 жыл бұрын
Biqeyrət ilhama deyin ev versinlər meseleni uzun dərə niye eliyirsiz derebeylik niye salirsiz ev verin tarix kimdi tarixin parikine iwiyim.
@saiblead
@saiblead 2 жыл бұрын
@@kayfa1opuw104 nə xiyar adamsan atanın günahı var
@kayfa1opuw104
@kayfa1opuw104 2 жыл бұрын
@@saiblead xiyar balasi lap beledeki atasi yoxdu uwaqlar colde qalmalidi ay dovletin iti. İlham isti yerde uzanib yatacaq bu uşaqlar sinig sokuy bir otaqda qalmalidi beyem ozude 2 3 uwaq cavab ver indi biqeyret. Hansi zamanedi yataxanalat var helede indinin ozune kimi ay biqeyret beyem kimse yataxanada qacqinlar ucun tikiler yerde qalmalidi zibilin icinde. Tolikde firildaq gəlib bunlara uwaqlarin adina torpagi alib dovletden kecirdib oz adina.
@saiblead
@saiblead 2 жыл бұрын
@@kayfa1opuw104 imkanı yoxuydusa niyə uşaq doğurdu ay boynu yoğun
@sevdahmdova1501
@sevdahmdova1501 2 жыл бұрын
Sağ olun ay,xanım.Belə ailəyə kömək edirsiz.⚘❤
@cosqunmusayev5144
@cosqunmusayev5144 2 жыл бұрын
Uşaq pulu verilsə heç bir uşaq küçələrdə yaşamaz.hər bir uşaq sağlam böyüyər.
@hmdcamalov7834
@hmdcamalov7834 2 жыл бұрын
Atasinin cani çıxsın uşaqlara baxsın əlinə keçəni içməsin biraz məsuliyət üç uşağı dünyaya gətirəndə bilmidimi
@keveltv
@keveltv 2 жыл бұрын
Mən tam əminliklə deyirəm ki bu cür ata uşaq pulunu öz ailəsinin əlindən alıb aparıb içkiyə verər (vəya çox bəzənən ana, uşaq pulunu aparıb gözəllik salonlarında qoyar) Uşaqlar yenədə qalacaqlar yoxsul vəziyyətdə. Düşünürəm ki uşaq pulu veriləcəyi təqdirdə güclü nəzarət mexanizmidə, sistemidə qurulmalıdır dövlət tərəfindən. Bu millətin başı təhsilsizlikdən qohumçuluqdan elə pozulub ki uşaq pulunu götürüb gedib hansısa qohumun toyuna yazılacaq, uşaqda yenə qalacaq təhsilsiz, yeməksiz. Uşaq cansız bir varlıqdır, gedib neçə hökümətə şikayət etsin ki anam və atam mənə düşən uşaq pulunu öz maraqları üçün xərcləyirlər.
@trgulyusifova5439
@trgulyusifova5439 2 жыл бұрын
İ
@trgulyusifova5439
@trgulyusifova5439 2 жыл бұрын
@@hmdcamalov7834 k
@Gjjkbcsjmi
@Gjjkbcsjmi 2 жыл бұрын
@@keveltv aye senin hakimiyetin taliyib azerbaycani sen neden danieirsan? Samux rayon icra bawcisi menim torpagimi satmidi. Sen get o cindirlardan daniw. Agilli olun yazanda.
@xanmrhimova5441
@xanmrhimova5441 2 жыл бұрын
Allah razı olsun Vaqif müəllim.Allah min əvəzin versin.
@trgulyusifova5439
@trgulyusifova5439 2 жыл бұрын
Bvçxa
@sudabnamazova8847
@sudabnamazova8847 2 жыл бұрын
Günay xanım teşəkkür edirəm Allah sizdən razı olsun
@fatehbagirzad8635
@fatehbagirzad8635 2 жыл бұрын
Çöldə qalır 3 uşaq nəyə lazım yer yoxdu qalmağa savadsızlıq baş alıb gedir göz də görmür vay vay
@afeteminova7445
@afeteminova7445 2 жыл бұрын
Gelecekde veteni qorumaqçun çolde o qeder uşaqlar dunyaya gelir
@satisfyingandasmrart1180
@satisfyingandasmrart1180 2 жыл бұрын
Uff.... Usaglara yazıq. Valideyinlər hec. Ancaq dogullar...burda baxmaları. Valideyinlər Yalnız bir işi bacarırlar. İlk defedi bele rəy yazdım. Daha ürəyim dozmedi. Bunlara adam neylesin? O sosial yardımda ər gelin alar arvaddan verə içkiye. Buna dövlət neylesin. Aparıcı ve butun komandaya derin Təşəkkür edirəm!
@farkhad.tahirli
@farkhad.tahirli 2 жыл бұрын
Uşaq pulu verilsəydi məncə belə olmazdı!......
@xanmlara_lazm_olan_her_sey3822
@xanmlara_lazm_olan_her_sey3822 2 жыл бұрын
Nece olardi? Onda alkaw ata alib araqa veredide ata ata olsa usaqlar bu halda olmaz
@mensurmemmedov6535
@mensurmemmedov6535 2 жыл бұрын
salam usaq. pulu. lazimdi. 3 usaq nan. ne etsin ler. deptatlar baxsinlar buea
@xanmlara_lazm_olan_her_sey3822
@xanmlara_lazm_olan_her_sey3822 2 жыл бұрын
@@mensurmemmedov6535 uşaq pulu dözsüz verilmelidiye her bir uşaqa amma bunların problemini uşaq pulu hell ede bilmez
@GM-lz4wm
@GM-lz4wm 2 жыл бұрын
Ushag pulunda eri alib icerdi!!! Cunku arvadi normal deyil!! Dilencilikle pul yixmagi ustun tutur!!!!!
@farizeyvazov8659
@farizeyvazov8659 2 жыл бұрын
Ay bacım o alkasdan niye 3 usaq dünyaya getirmisen vallah eziyyeti sen cekeceksen
@sehlahesenova2088
@sehlahesenova2088 2 жыл бұрын
Halaldır aparicimiza. Saq ol qızım. Savadlı kadr.
@newsmedia789
@newsmedia789 2 жыл бұрын
Sevinc Xanım , çox təşəkkür edirəm
@zeynebsadigova494
@zeynebsadigova494 2 жыл бұрын
Allaha aclq gedmesin ickiye qurşanan padvallarda geceleyen erden ne vacibdi 3 uşaq dünyaya getirmeg özü de qlz uşaqlarl onlarln taleyin niye fikirleşmediz Allah özü bele qadlnlara aqll versin uşaqlara sa kömey olsun🤲🏼🤲🏼🤲🏼
@leylaveliyeva4145
@leylaveliyeva4145 2 жыл бұрын
Bilmirik bizim yoldaşlarimizin ne gunahlari var ,sabah özümüz uşaqlarla ortaliqta qalmayacagini hardan bilək ki
@raisaquliyeva316
@raisaquliyeva316 2 жыл бұрын
Nəhayət ki, insanı rəftar göstərən, təmkinli işinə ,insana qayğılı, can yandıran daha bir jurnalist xanımın işinə münasibətilə qarşılaşdıq.
@vusalferrcov.sako.ferecov9236
@vusalferrcov.sako.ferecov9236 2 жыл бұрын
Allah polislerimiz den Razì olsun çox sağolun cənab polislerimiz.
@sfiqliyeva4564
@sfiqliyeva4564 2 жыл бұрын
Sağolsunlar isllgladlrlar
@mehreliyevmehreliyev8004
@mehreliyevmehreliyev8004 2 жыл бұрын
Allaha qurban olum belələrnədə övlad nəsib edir güya bizlər necə yaşayiriq ki
@mineceferova4070
@mineceferova4070 2 жыл бұрын
Cox sagolun journalist xanim komek oldugunuz ucun Ancaq insanin ozude bir az heyati basa dusmelidi usaqlar yaziqdi
@dekabr96
@dekabr96 2 жыл бұрын
Mən üç dörd gün əvvəl bu vəziyyəte canlı şahid oldum və o xanım yüksək səsli mübahisə edirdi yoldaşı ilə körpə uşaq da çox pis ağlayırdı .məncə uşaqlar alinmalidi bele valdenlerden (müalicəyə ehtiyacları var) uşaqlara yazıqdı düşüncəsiz şəkildə dünyaya uşaq gətiriblər ,yazıq o körpə nə vəziyyətdədi
@aybenizibrahimzade5565
@aybenizibrahimzade5565 2 жыл бұрын
Hec bir usaq anasindan ayrilmamalidi. Indi bu deyqe butun xanimlar bezende erleri ile sesli mubahise ede bilirler. Yani buna gore usaq anasindan ayrilmali deyil
@dekabr96
@dekabr96 2 жыл бұрын
@@aybenizibrahimzade5565 uşaqların valideynlərinin vəziyəti acınacaqlı durumdadır olmasa idi sakinler də narahat olub aidiyyəti qurumlara xəbərdarlıq etməzdilər...bir mübahisədən söhbət getmir şüurlu valdeyn övladlarının yanında mübahisə etməz helede çağa uşağın .O uşağın həsrətini çəkən o qədər ailələr var ki..
@dekabr96
@dekabr96 2 жыл бұрын
Ümumiyyətlə dövlət nəzarət etməlidir bele özlərini idarə ede bilməyən insanlara hansı ağılla düşüncəyle ailə fərdlərinin sayını artırırlar baxa bilməyəcəyin günahsız usaqi niye əzab əziyyət verib gətirirsən dunyaya..bir bunlar deyil ki o qədər belə ailələr var kiii
@aybenizibrahimzade5565
@aybenizibrahimzade5565 2 жыл бұрын
@@dekabr96 bu veziyyetde usaqlarini saxlayirsa 5 10 qepik usaqlarinin qarnini doyurmaq ucun dilenirse heqiqi anadi. Sadece heyat seraitleri duzeldilmelidi. Dovlet nezaret etmelidi. Tebiki dovlet adin cekende ozumunde gulmeyi gelir. En boyuk gunahkar atadi burda.
@afthuseyinova8147
@afthuseyinova8147 2 жыл бұрын
Allah sizdən razı olsun xanım gedib cəkmsniz
@afaqhaciyeva7670
@afaqhaciyeva7670 2 жыл бұрын
Azerbaycan mediasi , jurnalist arashdirmasi ve yüksek seviyyede sujet . Çox sag olun Apa Tv . 👍👍🌹Inshaallah ushaqlarin senedleri hazirlanar , aile ünvanli sosial yardim alar . O nardaranliya da bir ish verilse pis olmaz .
@ruslanabbasov7948
@ruslanabbasov7948 2 жыл бұрын
Apa Tv Allah butun işcilerne teşekkur edirem. Uzun omur can saligi arzu edirem var olun gozel insanlar. Polislermizde sagolsunlar. Tolik qardas var ol
@kamilmollayev5087
@kamilmollayev5087 2 жыл бұрын
Güa belə ailələr azdır ki hər rayonda var yerli sələhiyyətli şəxslər görür de heç adam yerinə qoymurlarda hər vəzifə sahibi öz işini vijdani ilə yerinə yetirsə yaxşı olar..
@islam-tz5iv
@islam-tz5iv 2 жыл бұрын
Allah o uşaqlara xöşbəxt gələcək qismət eləsin.atalarlda bu pis yoldan qayıdıb üzərinə düşən valdeyinlik borcunu yerinə yetirsin.hər ay 9000km yol gedib qayıdıram nə əziyyətlər görürəm o yillarda bir allah şahitdi.ancaq şükür edirəm allahıma çünki hər səfərdən evə dönəndə onları görüb bütün yorqunluqum aqrımı acımı unuduram təki övladlarım xöşbəxt olsun üzdərində daim təbəssüm olsun.
@leylaveliyeva4145
@leylaveliyeva4145 2 жыл бұрын
Ne gözəl duşuncələriniz var,ne gözəl yazmisiz,bu ne mədəniyyət ,valideyinləəriniz ne gozəl tərbiyyə ediblər Sizi.Allah diavizi eşitib qabul etsin! Burda o gədər axmaq sözlər yazan olub ki ne dunyaya gətirib nəbilim ne...guya hamimiz ideal valideyinik,bilmirik sabah başimiza ne gələcek və bizdə bunlari eşitəceyik destək əvəzi mi. Allah sözlərivizə görə bu ailəyə komrk olsun,ən vacib olani,valideyinə aqil versin.Amin
@leylaveliyeva4145
@leylaveliyeva4145 2 жыл бұрын
Sizində uşaqlarinizi ailənizi Allah qorusun!
@islam-tz5iv
@islam-tz5iv 2 жыл бұрын
@@leylaveliyeva4145 çox saqolun twk.allah razı olsun sizində ailənizi qorusun
@ezizeagahuseynqizi5152
@ezizeagahuseynqizi5152 2 жыл бұрын
APA tv-yə təşəkkür edirəm ki çağırışa vaxtında gəlib vəziyyəti ictimailəşdirdi.kömək edən insanlara, qonşulara, əlaqədar təşkilatlara, ailə qadın uşaq problemləri mərkəzinə, Xətai rayon pilis idarəsinə, Sosial Xidmətlər Agentliyinin 5 saylı filial müdiri Vaqif Əliyevə var olun deyirəm..
@alikbakinskiy5129
@alikbakinskiy5129 2 жыл бұрын
vallah sağ olsunlar kömək edən polislər və bütün komandaya təşəkkürlər
@anonimanonim7417
@anonimanonim7417 2 жыл бұрын
Sagolsun bizim azərbaycan polisləri dərhal özlərini o ailəyə yetişdirdilər👍🇦🇿
@user-jw7oq6vk5z
@user-jw7oq6vk5z 2 жыл бұрын
Apariciya halal olsun.
@puma4569
@puma4569 2 жыл бұрын
Allah sizlerden razi olsun APA tv
@anarveliyev3390
@anarveliyev3390 2 жыл бұрын
Her şey bir yana,azaçıq temizliye ne söz.
@zaminabbasov5361
@zaminabbasov5361 2 жыл бұрын
Jurnalist xanım çoxsağolun her şey üçün Allah sizin ürəyinizə görə versin 🙏 inşaallah kimse komek eder Allahin köməkliyilə
@dilarmmmdova3577
@dilarmmmdova3577 2 жыл бұрын
Allah razı olsun vahid müəllimdən.Allah köməyi olsun.
@kenanm5079
@kenanm5079 2 жыл бұрын
Allah Eziyyeti Olan Her Kesden Razi Olsun inşAllah ilahi Amin...
@zuzumustafa5666
@zuzumustafa5666 2 жыл бұрын
Qadinda çatmir elebil.O cur kisiyle hele 3 usaq dogub bedbext gune qoyub.
@GM-lz4wm
@GM-lz4wm 2 жыл бұрын
Yegin erde bu gadin Kimi Cox derin derrakeli deyilki evlenibler, kuce itleri Kimi fikirleshmirler ki doxub buraxir sonrasin fikirleshmir!!!
@leylaveliyeva4145
@leylaveliyeva4145 2 жыл бұрын
Hic kesin ailəsi ideal deyil...indi evlənmiyin ond hiç evlənmiyin. Həıə bilmirsiz Sizin yoldaşivizin ne gunahlari var. Allah göstərməsin
@zuzumustafa5666
@zuzumustafa5666 2 жыл бұрын
@@leylaveliyeva4145 siz evvelce menim yazdigimi diqqetle oxuyun,derk edin ondan sonra menim yazdiğima fikir bildirersiz.Burda kisiden qadindan sohbet gedir.ideal kisi deyilse o boyda usaq doğub bedbext gune qoymurlar.O usaqlar geleceyi sual altindadir.
@leylaveliyeva4145
@leylaveliyeva4145 2 жыл бұрын
@@zuzumustafa5666 Nə bilək ki sabah bizdə bu gundə qalmarik?sigortalanmisiz?
@leylaveliyeva4145
@leylaveliyeva4145 2 жыл бұрын
@@zuzumustafa5666 ne iş tapa bilərik ne o maaş kirayəmizə çatacag bəz uşaqlarimiza kiç baxacag o iştiyən vaxtinda....söhbət təkcə bu ailədən getmir.Özümüzü düşünək. Onda mənədə ya Sizədə bucur desinlər,ne dogmusan bucur kişiyə? Nəbilək ki sabah başimiza gəlməz
@fuadshafiyev3348
@fuadshafiyev3348 2 жыл бұрын
Allah kömək olsun
@legiono5931
@legiono5931 2 жыл бұрын
ALLAH KOMEYINIZ OLSUN XANIM COX SAGOLUN HEQIQETEN APA TV YE TESEKKURLER
@tutumirzeyeva4854
@tutumirzeyeva4854 2 жыл бұрын
Serxos kisiden 3 usag nedi allah komeyin olsun 😔
@__-il5bi
@__-il5bi 2 жыл бұрын
Allah Sizlerden Razi Olsun,Esil Kisi Bele Olar,Metirkalari hell edib sosial yardib ayrilacag deyir,👍Var Olsun,Can Sagligi Arzu Edirem🤲 Gozel xanim size de minnetdaram🤲
@suleymansikarov4771
@suleymansikarov4771 2 жыл бұрын
Çox sağ olsun bu işdə əli olan hər kəs.
@edaxelilli1340
@edaxelilli1340 2 жыл бұрын
Butun hekimlereden xaiw edek belke xanima tibbi yardim edim doguw olmasin daha. Olmaz bele. Xanimi siginacaga yerlewdirmek, uwaqlari mekteb baxcaya yonlendirmek lazimdir. Dedenide allah yoxa ceksin,bibide allahdan alsin evezinizi
@leylaveliyeva4145
@leylaveliyeva4145 2 жыл бұрын
Allahin adini çəkib Onun yaratigina qarşi çixirsiz,düşünun ne deyirsiz.Özünüzdə bir gunah yoxmu,ideal valideyin kimi özünü görürsüz hiç mi ailəyə haqqsizlik etməmisiz ya etməyəceyini hrdan bilərsiz ki....özünüzü steril edin
@tirabsirinova8674
@tirabsirinova8674 2 жыл бұрын
BU CEKILIEI IWIXLANDIRANLARIN HAMISINA VE APARICI XANIMA COX COX TEWEKKÙR EDIRIK VAQIF ve FERID BEYEDE COX TEWEKKÙR EDIRIK🤲🤲🤲
@trgulyusifova5439
@trgulyusifova5439 2 жыл бұрын
N oxşar bir
@user-sq5vd1pf2r
@user-sq5vd1pf2r 2 жыл бұрын
Apa TV Allah sizden razl olsun
@user-sp4yd1wg1f
@user-sp4yd1wg1f 2 жыл бұрын
Özün küçədə qaldığın yetmir küçədə nədən üc uşaq dünyaya gətirirsən ay ağılsız qadın tenboli ərində avara axmaqdı bu qadında çatmır bir sözlə xalxın imkanı ola ola iki uşaq dünyaya zorla gətirirlər
@oldbaku1435
@oldbaku1435 2 жыл бұрын
Yoldaşı ancaq UŞAQ istehsal eLəyəndə EVƏ GƏLİR , DEYƏSƏN !
@GM-lz4wm
@GM-lz4wm 2 жыл бұрын
Onlarda ancag jivotniy insting var!!!
@leylaveliyeva4145
@leylaveliyeva4145 2 жыл бұрын
Siz idealsiniz?düşünmerəm.Ya əxlaqsizliq bu gədər irəli getməzdi
@219saylibagca4
@219saylibagca4 2 жыл бұрын
Şamaxinkada yerüstü keçiddə də dilənçilər çox görürük onlarla da maraqlanmaq lazımdır .
@zehrauyar5985
@zehrauyar5985 2 жыл бұрын
Çekiliş çeken canıma ve basqa emekdaslara sağolun Deyrem Insallahki bu vidyonu açtı geler cunki usaqlar mekdebe getmelidir.
@ziyafetmemmedov2251
@ziyafetmemmedov2251 2 жыл бұрын
Cox sagolun
@samsungsamsung-zv7zh
@samsungsamsung-zv7zh 2 жыл бұрын
Allah yaxşi insanlarin kömeyi olsun belelerine destek olurlar
@esmaesma2345
@esmaesma2345 2 жыл бұрын
Cox sag olun
@ferideliyev9428
@ferideliyev9428 2 жыл бұрын
Her sey yerbe yer oldu Allahın iznile meni celb eden hec kese cəlbedici gelmeyib deyesen bu ana evde o geyimde efire cixir colde hicabli(
@priqurbanzad1881
@priqurbanzad1881 2 жыл бұрын
Mənde ona diqqet etdim sanki nese çatmır
@user-ed5qc8ru5t
@user-ed5qc8ru5t 2 жыл бұрын
Bu xanim Aparici ne gozel nitq danisiq Qabilyeti var
@turalqiyasov3606
@turalqiyasov3606 2 жыл бұрын
Çox sağolun polislerimiz
@samireliyev5239
@samireliyev5239 2 жыл бұрын
Allah yardım etsin
@bayraqserefdir7997
@bayraqserefdir7997 2 жыл бұрын
............!!!!!tewekkur
@sevdanrmanqz8092
@sevdanrmanqz8092 2 жыл бұрын
UŞAQ PULU VERÍLMELÍDÍ!🇦🇿
@user-tm9pw9cr1t
@user-tm9pw9cr1t 2 жыл бұрын
Чох савадлы журналистдир халал олсун савадлы данышыр супер сеси вар
@gulzarimanli1652
@gulzarimanli1652 2 жыл бұрын
Halal olsun sene gözəl aparıcı xanım.
@unudulmazlar
@unudulmazlar 2 жыл бұрын
Yaşasın Azərbaycan Polisi 👮
@nigaribrahimova6905
@nigaribrahimova6905 2 жыл бұрын
Balaca otaģa usaqlarini yıģıb oturasi ,soyuqda kűçeleri gezmeyi űstűn tutur.siģinacaqda da darixirmiş.bu qadìn az teqsirkar deyil
@yunsulsulyun7274
@yunsulsulyun7274 2 жыл бұрын
Əqli qusuru var.
@nigaribrahimova6905
@nigaribrahimova6905 2 жыл бұрын
@@turxanmustafayev9892 o qeder de vicdansiz deyilem-bu 1.2-cisi de o qadina niye dunyaya usaq getirib demirem.sadece başini salacaq otaģi ola-ola insanlarda" kűçede geceleyir-qalasi yeri yoxdu"alqısı yaratmaq xos deyil
@leylaveliyeva4145
@leylaveliyeva4145 2 жыл бұрын
Siginacaglarda yer yoxtur ,ora duşmrk asan deyil .birdə orda qalmagi çox çətin şərtlər goyulur,
@nigaribrahimova6905
@nigaribrahimova6905 2 жыл бұрын
@@leylaveliyeva4145 anlayiram sizi xanım,amma milyonların qarşısında "men orda darıxıram"demeyi de dűzgűn deyil.en azından sıģinacaqda usaqlarinin űstű-başi temiz,qabaģinda da bir boşqab isti xőreyi olardi.hem de axi bu qadinin başini salacaq bir otaģi var axi.fikir verdizse baldizinin heyetindeki besetkada oturur-yeqin baldizina ismariş olaraq
@leylaveliyeva4145
@leylaveliyeva4145 2 жыл бұрын
@@nigaribrahimova6905 bəlkə siginacdan çixartiblar .oda ola bilər.Siz orda 10 uşaqa gundə baxmalisiz,yemek qitliqi var,tək makaronla uşaqlarivizi nece ay saxliya bilərdiniz, çox çətin .
@lamiyeidrisova4247
@lamiyeidrisova4247 2 жыл бұрын
Halaldl vallah size sagolun o korpelerinl size
@afthuseyinova8147
@afthuseyinova8147 2 жыл бұрын
Uşaqlra uşaq pul versin küçələrdə düşməsinlər ana gedib işləsə uşaqlar kim baxacaq ona görə uşaqlarımıza uşaq pul verlsin
@mehemmedmehemmedov1866
@mehemmedmehemmedov1866 2 жыл бұрын
Böyük Allahımız Qeybinnən Sizə Yardımçı Olsun Bacı O Cümlədən Də Sizin Övladlarınıza Amin Allah Amin İnşallah Amin Ya Rabbim Ya Rasul Allahımız 🙌
@rauldj6513
@rauldj6513 2 жыл бұрын
dogmasınlar nə mecburdu
@eltekinsahverdiyeva7765
@eltekinsahverdiyeva7765 2 жыл бұрын
Canı çıxır doğub törəməzdi
@edits5954
@edits5954 2 жыл бұрын
Vallah bu qadın harda olur olsun bu insan təmizkar deyil bu evin halı ne təmizlik yoxdur
@aykabebirli7499
@aykabebirli7499 2 жыл бұрын
Düz vurguladiz, bizde bir otaqda qalmisik uc usaq olmusuq mamam ele temiz saxlayirdiki evi,hami cox heretlenirdiki bu qeder seyi bir otaqda amaki cox seliqeli.Allah her kesin ureyine gore yetirsin ruzi.🤲
@vusalmusayev8949
@vusalmusayev8949 2 жыл бұрын
Qınamayın gözden elil adamdı bexdsiz .
@trgulyusifova5439
@trgulyusifova5439 2 жыл бұрын
@@aykabebirli7499 j
@yaqutnovruzova2452
@yaqutnovruzova2452 2 жыл бұрын
XƏSTƏ, DİLƏNMƏK NƏ VACİBDİR Kİ DÜNYAYA EVLAD GƏTİRMƏK. NİYƏ KÖRPƏLƏRİ EVLADLARINIZI DÜNYAYA GƏTİRİB BƏDBƏXT EDİRSİNİZ. KÜÇƏDƏ EVLAD BÖYÜMƏZ.
@rufaneelizade5655
@rufaneelizade5655 2 жыл бұрын
Her biriniz var olasiniz Amin
@envercahangirov2135
@envercahangirov2135 2 жыл бұрын
allah köməyiviz olsun
@cuppulucupullu8288
@cuppulucupullu8288 2 жыл бұрын
"Bəzilərinin"dediklərinə görə.Qınamaq olmaz belələrini.Qınamayın imkan verək doğub,törəsinlər.Uşaq evlərində uşaqların sayı çoxalsın.Yoxsulluq,savadsızlıq,acınacaqlı ailə dramları artsın.Gəldiki mənə.Mən ömrüm boyu çalışmışam bacardığım qədər heçkəsi qınamayım.Çünki bir söz var qınadığını yaşamadan ölməyəcəksən.Mən qınamıram heçkəsi.Sadəcə olaraq bu ailəni tanıyıram əvvəllər vaqonda yaşayırdı iki az yaşlı uşaqla.Allah hərkəsin öz ruzusunu versin,dolandırsın mənim heckəslə işim yoxdu.Sadəcə bu uşaqların nə günahı var.Gələcəkdə travmalı ailələrin təməli qoyulur sadəcə olaraq.Normal ata,ana qayğısı görmədən bir qarnı ac,ayaq yalın,şəraitsiz buna üzülürəm.Yoxsa Allaha qurban olum özü bilən məsləhətdi.
@aidliyeva6544
@aidliyeva6544 2 жыл бұрын
Ama hiss olunur ki qadındada çatmır,həmdə pintiliyi var.çoxunun eri içki içir ama evin o vəziyyətdə saxlamır.adam vaf başın soxmaga evi yox ,koma kimi yerdə elə gözəl şərait yaradır.
@krimkrimi5534
@krimkrimi5534 2 жыл бұрын
Cox sevindim yaxşı insanlarda var imiş. Cox sağ olsunlar
@doncaroline1911
@doncaroline1911 2 жыл бұрын
Саламлар Онун Кишилийине Тупуруммм. Allah Çezasın Versin Aminnnn🙏🙏🙏🙏
@fatimresulzad7616
@fatimresulzad7616 2 жыл бұрын
Tolik niye evi tikib vermeyib ki
@turannuriev2744
@turannuriev2744 2 жыл бұрын
Satip pul xercleyeryeqin
@maryamhuseynova6823
@maryamhuseynova6823 2 жыл бұрын
Öz adina alib indi vermir vicdansizdir da
@shelalememmedova6413
@shelalememmedova6413 2 жыл бұрын
masllah
@42-kd5ox
@42-kd5ox 6 ай бұрын
Allah kömeyleri olsun Amin 😢
@lamiyeidrisova4247
@lamiyeidrisova4247 2 жыл бұрын
Savabdl allah komeyiniz olsun
@admiral2530
@admiral2530 2 жыл бұрын
Allah köməyiniz olsun işıqlandırdız Allah köməy edənlərdən razı olsun
@hesendmirov9741
@hesendmirov9741 2 жыл бұрын
Allah köməyi olsun 🥺
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 57 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 67 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 40 МЛН
SAĞALAN NARKOMANLAR / ƏVVƏL-SONRA | Nail Kəmərli
37:06
Nail Kemerli
Рет қаралды 161 М.
Onun faciəsi. Şövkət Ələkbərova
9:56
Solmaz Balabeyli
Рет қаралды 51 М.
Məşədibabanın qardaşı Şahin . - Alizahab Guliyev
14:15
Alizahab Guliyev
Рет қаралды 8 М.
Narin'in Cansız Bedenine Ulaşıldı | TV100 Haber
11:03
TV100 Haber
Рет қаралды 3,3 М.
Lüləli kəndinin “it meydanı”nından Reportaj
4:51
Ölüb Dirilən alim | 40 il Öz Qəbrində Şam yandırıb
11:30
Rehman Melikli
Рет қаралды 259 М.
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 57 МЛН