Bakıda tiryəkxanada 7 nəfər tutuldu - APA TV

  Рет қаралды 5,700

APA TV

APA TV

Жыл бұрын

#APATV #Bakıda #tutuldu #din #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
Bakıda tiryəkxanada 7 nəfər tutuldu - APA TV
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə paytaxt sakini Aqil Məmmədov və Xalidə Bayramova narkotiklərin satışında şübhəli bilindikləri üçün saxlanılıblar.
Onlarda 3 kiloqramdan artıq heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı isə rayon ərazisində metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən mənzillərdən birində “tiryəkxana” təşkil edən Kamal Ələkbərov və həmin evdə narkotik vasitələr qəbul edən daha 6 nəfər saxlanılıb. Araşdırma zamanı ev sahibinin yaşadığı ünvanda narkotik vasitə aludəçilərinə psixotrop maddə olan metamfetamin qəbul etmək üçün şərait yaratdığı müəyyən edilib. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq silah saxlayan paytaxt sakini Elçin Hüseynov saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid daraq, 29 ədəd patron və 1 kiloqrama yaxın satış məqsədi ilə əldə etdiyi heroin aşkar edilib. Elçin Hüseynov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Ümumilikdə isə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının son iki ayda həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 73 nəfər saxlanılıb.
Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotiklər, həmçinin psixotrop maddələr aşkar edilib. Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: kzbin.info...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Пікірлер: 15
@huseyinrehimli2732
@huseyinrehimli2732 Жыл бұрын
Давамлы олсун.
@cemilekerim5154
@cemilekerim5154 Жыл бұрын
Yene onlayn, ve yene xariciden😂😂. Burdaki fabriki axtarib tapin.
@bakubku2886
@bakubku2886 Жыл бұрын
Bu iran vetendaşi söz söhbeti qurtarmadida hamsi burdan hakk hesab olunur
@user-ho9lq1yn4f
@user-ho9lq1yn4f Жыл бұрын
Nece bilmek olar ne vaxt olub bu
@cingizqurbanov-em5gu
@cingizqurbanov-em5gu Жыл бұрын
Sizi gorum ordan sag cixmiyasiz milleti zeherliyirsiz
@user-fm7nz9br8n
@user-fm7nz9br8n Жыл бұрын
Olara omuruk hepis
@huseyinrehimli2732
@huseyinrehimli2732 Жыл бұрын
Асмаг лазымды бы микроблары
@user-dd3lt1ub2e
@user-dd3lt1ub2e Жыл бұрын
Казните и больше не будет такого
@qadimaabbasova4441
@qadimaabbasova4441 Жыл бұрын
Bəraət qazandırmıram. Amma hamsı işsizliyin nəticəsidir. Cavanlarımız bədbəxt etdilər, edirlər.
@kasbkasb9135
@kasbkasb9135 Жыл бұрын
İRANAN Gələn Qidaları Almayın Xəstəlik Mənbəydir
@vidi932
@vidi932 Жыл бұрын
Bu teze olub?
@fuadteqvali
@fuadteqvali Жыл бұрын
İranda Patı Kakayin qalmadı ə arada öz badvallarimiza da baxın.
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 15 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 9 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 94 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 4,7 МЛН
Lalə Məmmədova ilə AZTV XƏBƏR (16:00) | 12.07.2024
20:14
AZTV Xəbər
Рет қаралды 1,1 М.
Ekiz balalar
1:27
Yorgun Ginekoloq
Рет қаралды 38 М.
Xətai rayonunda 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
1:04
Baş Narkotiklərlə Mübarizə İdarəsi
Рет қаралды 2,7 М.
Əliyevin Pakistan səfərinin pərdəarxası
9:05
OSMANQIZI TV
Рет қаралды 3,8 М.
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 15 МЛН