Bakının memarlıq inciləri

  Рет қаралды 19,105

Azerbaijan Realities

Azerbaijan Realities

Күн бұрын

Пікірлер: 18
@Changeyourlife997
@Changeyourlife997 5 жыл бұрын
Buda menden izleyenlere bir hediyye olsun. (İngilis diline tərcüməsi) Baku is the capital of Azerbaijan, the pearl of the Caspian Sea, one of the largest trade and cultural centers in the Caucasus. The history of the existence of Baku is unknown. The archaeological monuments belonging to the 3rd and 1st millenniums before the era found in the Absheron peninsula prove that the city is an ancient settlement. Historically, Baku was one of the largest cities in the East and played the role of a bridge in the trade relations between East and West. Location on trade routes and the development of craftsmanship created the city's prosperity. A number of prestigious buildings in the architectural style of Baku add a special beauty to the modern look of the city. Among them, the building, which was built in 1912 by the famous millionaire Murtuza Mukhtarov in Venetian style and now known as "Saadet Sarayi", takes a special place. Every column, window, and doors of this palace, which is a unique artwork of is more than a century old, and it fascinates the inhabitants of the city and the guests of the capital. A little bit far from the "Saadet Sarayi", there is a magnificent building on Istiglaliyyat Street where located the Presidium of the Academy of Sciences. The history of this building, especially known as "Ismailia", is related to the name of Baku millionaire Musa Nagiyev. He built this building, become into an architectural pearl, to the memory of his son Ismail, who died in his youth. The first "Girls School" built by Baku millionaire Haji Zeynalabdin Tagiyev in Baku in 1900, and the building of the Manuscripts Institute of the Azerbaijan National Academy of Sciences are also located on Istiglaliyyat Street. The building of the "Girls School" is in the national romantic style of Azerbaijani architecture in terms of architecture. The building of the Baku City Executive Power, located in the center of Istiglaliyyat Street, is also selected by its uniqueness. The building was built in 1904. Barocco motifs have been used to build a building built by architect Goslavsky. If you pass through Baku, and your route will cross the street Nizami, your attention will be drawn by a more magnificent building. This is the building of the opera theater. In 1910, with the capital of Baku millionaire Mailov, and based on the famous architect Bayev's project the construction of the building was completed in 10 months. At that time, this building was known as the Mailov building. The Azerbaijan State Opera and Ballet Theater - the largest musical theater in our country, has been operating since 1920 in this beautiful building. Along with its unique historical background, Baku is also being chosen by modern, European-standard buildings. One of the most prominent buildings of the last century is the Heydar Aliyev Palace, which is full of guests, located in one of the central streets of the city. This palace, which hosts important international, national and state-level events, draws attention with its grandeur. Another magnificent building of modern Baku is the Gulustan Palace, near Dagustu Park. The designers of the palace paid special attention to the relief of Baku, the appearance of the amphitheater, and its appearance from the distance. The 1st place among the most interesting, entertaining and enjoyable leisure centers of Baku is undoubtedly the Seaside Boulevard - National Park, which is located in the Baku Bay of the Caspian Sea. Seaside Park, which is over one hundred years old, takes the second place in Europe after the park on the Sena River in Paris today. In recent years, the Seaside Park has been reconstructed. Its territory has been expanded considerably and this work is continuing. The International Mugam Center, built in the Seaside National Park by European standards, gives the city a special beauty. The three-storied building according to its form reminds the Tar - one of the oldest musical instruments of Azerbaijan. New, spectacular and unique buildings are being added to this list. Heydar Aliyev Center, designed by world-famous architects, Flames Towers which has become a modern symbol of Baku and other buildings are modern architectural examples of Baku. Modern buildings of Baku, chosen by its ancient history or magnificence, do not end with these. Shirvanshahs Palace, Maiden Tower, Philharmonic building and many other architectural pearls attract the attention of the guests. Icherisheher is a symbol of our capital. Icherisheher is a city in the city.
@liffyafa8029
@liffyafa8029 4 жыл бұрын
Cox sagolun!
@zehraqasimova1556
@zehraqasimova1556 3 жыл бұрын
Ca
@konulceferova5994
@konulceferova5994 3 жыл бұрын
Thanks
@fridlibyli189
@fridlibyli189 Жыл бұрын
Memarlar qeyd olunmalidi,mene maraqli memarlardi
@mahireguzeldal4490
@mahireguzeldal4490 4 жыл бұрын
Yeni binaların mimarlığı nın eski, tarihi binaların 1 taşı, kerpiçi kadar deyeri yok. Azerbeycan halkı her daim tarihini koruyup kollamalı, gelecek nesiller için yaşatması lazım. Geçmişi olmayanın geleceği yoktur
@nurlanacalilzada2210
@nurlanacalilzada2210 3 жыл бұрын
Kaş ki, memarlıq haqqında məlumat alıb sonra, video çəksəydiniz.
@PLUAzdrona
@PLUAzdrona 2 жыл бұрын
Bakı Şəhər İcra Hakimiyyətinin binasının drondan çəkilişi: kzbin.info/www/bejne/boHSimiXZpynebM
@ErenYeager-vi1
@ErenYeager-vi1 5 жыл бұрын
5-ci siniflərə
@fdnceyss
@fdnceyss 2 жыл бұрын
Salam. sizin neçe yaşınız varr ?
@zehraqasimova1556
@zehraqasimova1556 3 жыл бұрын
Afansbh
@ziyahasanov4853
@ziyahasanov4853 8 жыл бұрын
Ela videodu, amma kime lazimdi bu melumat Azerbaycan dilinde? Ingilis dilinde edin, ve ya subtitrler elave edin.
@djjanim9182
@djjanim9182 5 жыл бұрын
Mənə lazım oldu məncə tarixi bilmək üçün yaxşıdı
@ErenYeager-vi1
@ErenYeager-vi1 5 жыл бұрын
5-ci sinifdə oxuyuram və müəllimə ev tapşırığında lazım oldu
@ramilehetemova1686
@ramilehetemova1686 3 жыл бұрын
@@ErenYeager-vi1 menede lazm oldu.
@vusalgozelov9340
@vusalgozelov9340 4 жыл бұрын
Kimse mene sozleri yazsinda basa dusmurem ne deyir
@AzerbaijanRealities
@AzerbaijanRealities 4 жыл бұрын
Bakının memarlıq inciləri Bakı şəhəri Azərbaycanın paytaxtı, Xəzər dənizinin mirvarisi, Qafqaz bölgəsində ən böyük ticarət və mədəniyyət mərkəzidir. Bakının salındığı tarix dəqiq məlum deyil. Abşeron yarımadası ərazisində tapılan və eramızdan əvvəl III-I minilliklərə aid arxeoloji abidələr şəhərin qədim yaşayış məskəni olduğunu sübut edir. Tarixən Bakı Şərqin iri şəhərlərindən olub, Şərq və Qərb arasındakı ticarət əlaqələrində körpü rolunu oynayıb. Ticarət yolayrınin üzərində yerləşməsi, sənətkarlığın inkişafı şəhərin çiçəklənməsinə şərait yaradıb. Bakının memarlıq baxımından qiymətli bir sıra tikililəri şəhərin müasir görkəminə məxsusi gözəllik qatır. Onların arasında məşhur milyonçu Murtuza Muxtarovun 1912-ci ildə Venesiya üslubunda tikdirdiyi və hazırda "Səadət sarayı" kimi tanınan bina xüsusi yer tutur. Hər sütunu, pəncərə və qapıları təkrarolunmaz sənət əsəri olan bu saray bir əsrdən çoxdur ki, şəhər sakinlərini və paytaxtın qonaqlarını valeh etməkdədir. Səadət sarayından bir az aralıda - İstiqlaliyyət küçəsində Elmlər Akademiyasının Rəyasət heyətinin yerləşdiyi möhtəşəm bina ucalır. Köhnə adı "İsmailiyyə" olan bu binanın tarixi Bakı milyonçusu Musa Nağıyevin adı ilə bağlıdır. O, memarlıq incisinə çevrilmiş həmin binanı gənc yaşlarında vəfat etmiş oğlu İsmayılın xatirəsinə tikdirib. Hacı Zeynalaldin Tağıyevin Bakıda 1900 cu ildə tikdirdiyi ilk qızlar məktəbi -Indiki Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun binası də İstiqlaliyyət küçəsində yerləşir. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. İstiqlaliyyət küçəsinin mərkəzində yerləşən Bakı Şəhər İcra Hakimiyyətinin (Bakı şəhər Dumasının) binası da öz unikallığı ilə seçilir. Bina 1904 cu ildə tikilmişdir. Memar Qoslavski tərəfindən tikilən binanın inşasında barokko motivlərindən istifadə etmişdir. Bakını gəzərkən yolunuz Nizami küçəsindən düşərsə, diqqətinizi daha bir əzəmətli bina cəlb edəcək. Bu, Opera Teatrının binasıdır. 1910-cu ildə Bakı milyonçusu Mayılovun sərmayəsi ilə məşhur memar Bayevin layihələsi əsasında tikintisinə başlanan bina cəmi on ay ərzində başa gəlib. O vaxt bu bina camaat arasında Mayılov Teatrı kimi tanınıb. Ölkəmizdə ən böyük musiqi teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu yaraşıqlı binada fəaliyyət göstərir. Özünəməxsus tarixi siması ilə yanaşı bu gün Bakı eyni zamanda müasir, Avropa standartlarına cavab verən əzəmətli tikililəri ilə də seçilir. Ötən əsrin görkəmli tikililərindən biri şəhərin mərkəzi küçələrinin birində yerləşən, daim qonaq-qaralı Heydər Əliyev Saraydır. Mühüm beynəlxalq əhəmiyyətli, respublika miqyaslı, dövlət səviyyəli tədbirlərə ev sahibliyi edən bu saray öz əzəməti ilə diqqəti uzaqdan cəlb edir. Müasir Bakının daha bir möhtəşəm tikilisi, Dağıstü Parkın yaxınlığındakı Gülüstan Sarayıdır. Sarayın layihə müəllifləri Bakının relyefini, amfiteatra bənzərliyini nəzərə alaraq onun uzaq məsafədən görünüşünə də xüsusi diqqət yetiriblər. Bakı şəhərinin ən maraqlı, əyləncəli, zövq oxşayan istirahət məkanları sırasında birinci yeri, şübhəsiz, Xəzərin Bakı buxtasında salınan dənizkənarı bulvar - Milli Park tutur. Yüz ildən artıq yaşı olan dənizkənarı park bu gün ərazisinə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yeri tutur. Son illər Dənizkənarı Milli Park yenidən qurulub, ərazisi xeyli genişləndirilib və bu iş davam etməkdədir. Dənizkənarı Milli parkda yerləşən, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi paytaxtın mənzərəsinə xüsusi gözəllik verir. Üçmərtəbəli bina formasına görə Azərbaycanın qədim musiqi alətləri olan tarı xatırladır. Bu siyahıya yeni-yeni möhtəşəm və bənzərsiz tikililər əlavə olunmaqdadır. Dünyaca məşhur memarların layihələndirdiyi Heydər Əliyev mərkəzi, Bakının müasir rəmzinə çevrilmiş “Alov qüllələri” və başqaları şəhərimizin müasir memarlıq nümunələrindəndir. Bakının gəzməli-görməli, qədim tarixə malik, yaxud möhtəşəmliyi ilə seçilən müasir binaları bunlarla bitmir. Şirvanşahlar sarayı, Qız qalası, Filarmoniya binası, daha neçə-neçə memarlıq inciləri qonaqların diqqətini özünə cəlb edir. Qalaların üzük qaşı kimi dövrəyə aldığı İçərişəhər paytaxtımızın simvoludur, şəhər içində bir şəhərdir.
@ramilehetemova1686
@ramilehetemova1686 3 жыл бұрын
@@AzerbaijanRealities Çox sağolun.Təşəkkür edrəm.
БАКУ 2024. Самый полезный обзор города
20:16
Александр Перхулов
Рет қаралды 158 М.
SİRDAŞ - Zeynalabdin Tağıyev küçəsi  10.12.2017
38:15
Xəzər Media
Рет қаралды 10 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 33 МЛН
Yaddaş - Bakı memarlığı ikinci buraxılış - 19.04.2020
35:15
İCTİMAİ TV
Рет қаралды 2,5 М.
Necə memar olmaq olar? | Urfan Məmmədov
15:17
Əkinçi
Рет қаралды 8 М.
Teatrın Tarixi / Səhər Mərkəzi
3:41
Xəzər Media
Рет қаралды 1,4 М.
ZOOLOJİ MUZEY
6:22
AMEA ElmTv (Science TV)
Рет қаралды 6 М.
Гарачухур. Посёлок Серебровского
42:54
МАМЕД МИКАИЛОВ
Рет қаралды 11 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН