Axşam harada qalacağımı bilmirəm | Hacıqabul sakinləri çarəsiz vəziyyətdə

  Рет қаралды 10,419

Baku TV

Baku TV

Күн бұрын

Axşam harada qalacağımı bilmirəm | Hacıqabul sakinləri çarəsiz vəziyyətdə
Oktyabrın 12-si səhər saatlarından başlayan güclü yağış Hacıqabul rayonunda selə səbəb olub. Sel suları xüsusilə rayon mərkəzində yerləşən evlərin həyətlərinə dolub.
Evlərini tərk edən sakinlər onlara xeyli ziyan dəydiyini bildiriblər.
“Divanda yatmışdım, gördüm ki, ayağıma su dəydi. Evim suyun içindədir. Axşam harada qalacağımı bilmirəm”, - deyə sakin söyləyib.
Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən bildirilib ki, sel suları rayon mərkəzində 150-dən çox fərdi yaşayış evinə ziyan vurub. Rayonun bir hissəsinə elektrik verilişi dayandırılıb.
Bundan əlavə, rayon ərazisindən keçən dəmiryolu xəttinə də ziyan dəyib. Qatarların hərəkətində müəyyən fasilələr yaranıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən də açıqlama verilib.
Bildirilib ki, qurum regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti və yağan leysan xarakterli güclü yağışlar səbəbindən Hacıqabul stansiyası ərazisində dəmiryol xətlərindən sel keçməsi ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.
Bununla əlaqədar ərazidə infrastruktura baxış keçirilib. Bu səbəblə qatarların qrafikində qismən gecikmə halları müşahidə olunub.
“Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmaları xahiş edilir”, - deyə qurumdan bildirilib.
Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
t.me/bakutvxeber
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
QAPQARA ➧ • QAPQARA
AYDIN TARİX ➧ • AYDIN TARİX
ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
O VAXTLAR ➧ • O VAXTLAR
SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
BAKU MED ➧ • BAKU MED
RƏSMİLƏR ➧ • RƏSMİLƏR
BAKU AKTUAL ➧ • BAKU AKTUAL
RETRO BAKU ➧ • RETRO BAKU
ARAŞDIRMA ➧ • ARAŞDIRMA
44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
Axşam harada qalacağımı bilmirəm | Hacıqabul sakinləri çarəsiz vəziyyətdə
2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
#bakutv #hacıqabul #sel #daşqın #leysan #güclüyağış #fəsadlar

Пікірлер: 34
@ismaylagazade4325
@ismaylagazade4325 2 сағат бұрын
Allah köməyiniz olsun. Bu millətin dərdi qurtarmır.
@AsimanMmmdov-gu4we
@AsimanMmmdov-gu4we 3 сағат бұрын
Allah özü kömək olsun çox pis vəziyyətdə qalıb camaat 😢
@sultanimvahidova4149
@sultanimvahidova4149 3 сағат бұрын
Allah köməyiniz olsun
@vadudmirishov8965
@vadudmirishov8965 2 сағат бұрын
Keçmişdə yol qrağı kanal olardı su axıb gedir indi isə hamı yolu qrağın salıb həyətinə kanalda yox su hardan getməlidi
@АминаШахбазова-ч4ц
@АминаШахбазова-ч4ц 2 сағат бұрын
Alqışlar varlılardı o torpaqı Heyetine salan kasıbın Evide qalır su içinde çayın bele içinde çeper eliyirler 😂😂üstelik şikayet eliyirler su heyətimizi basıb yazıq su ordan getmekşdşde?
@ibrahimeliquliyev7926
@ibrahimeliquliyev7926 Сағат бұрын
Nə qədər ki Allahda uzaq düşmüşüg bir o qədərdə bəlanın içində çabalıyacıq.Allah özün kömək ol ami inşəllah
@elnurmmmdov3599
@elnurmmmdov3599 47 минут бұрын
Bələdiyyə hara baxır İldə ən azından iki dəfə kanallar təmizlənsə evləri su basmaz Neçə yəni Allahdan uzaq düşmüşük?BU necə yanaşmadı bu günkü gərginliyə Şəhərin yarısı Allaha inanır yarisi yox
@faxriyyasafaraliyeva
@faxriyyasafaraliyeva 59 минут бұрын
Allah kömək olsun 🤲🏻
@feldkaster9539
@feldkaster9539 2 сағат бұрын
Allah koməyniz olsun
@NamigGasımzadeh
@NamigGasımzadeh 2 сағат бұрын
Allah köməyiniz olsun..təki ölüm itim olmasın
@Sarki24dinle
@Sarki24dinle Сағат бұрын
Mən Hacıqabuldanam şəhərin bütün yolları bağlıdır . Bu sel nə vaxt çəkiləcək bilinmir. Dəhşətdi çox pis ziyan dəydi evlərə
@ЕгянаАббасова
@ЕгянаАббасова 2 сағат бұрын
Аллах комак олсун иншаллах 🤲🤲🤲🤲
@AbdullaSeferov-l4l
@AbdullaSeferov-l4l 2 сағат бұрын
Men haciqabuldanam.coox sag olun.Allah hamiya komek olsun cox cetin veziyyetdi.Yeri gelmisken bizde evden cixmisiq her yeri su basib.
@yusifdavud346
@yusifdavud346 2 сағат бұрын
Hökumət təqsirkar olar😂
@ЗакаМамедов-н8ь
@ЗакаМамедов-н8ь 2 сағат бұрын
Kanallari doldurun yerinde ev tikin..yaxwi olacaq
@gultekinisgenderova9589
@gultekinisgenderova9589 Сағат бұрын
Аллах сен сахла амандыр
@aynurselimli8890
@aynurselimli8890 Сағат бұрын
ALLAH KOMEY OLSUN
@RomaBabayev-s8q
@RomaBabayev-s8q 7 минут бұрын
Qardaş Hacıqabulda kanalizasiya sistemi yoxdur
@yusifyusif2266
@yusifyusif2266 2 сағат бұрын
Дагган неделе канал тутулуб себеб олуб
@portportal7187
@portportal7187 2 сағат бұрын
Cay və kanallar təmizlənmir
@yusifyusif2266
@yusifyusif2266 2 сағат бұрын
Канал олмалиди Дагда ода тутулуб
@İsorokuYamamoto-o9l
@İsorokuYamamoto-o9l 2 сағат бұрын
Gürcüstan 🇬🇪
@yusifyusif2266
@yusifyusif2266 2 сағат бұрын
Данила
@yusifyusif2266
@yusifyusif2266 2 сағат бұрын
Канал йохду
@sefaqetnebiyeva1170
@sefaqetnebiyeva1170 3 сағат бұрын
Yazıx camahat
@zafarmursalov7953
@zafarmursalov7953 2 сағат бұрын
Karrupsioner hakimiyyətə səs verin bundan yaxşı olacaq😂
@İsorokuYamamoto-o9l
@İsorokuYamamoto-o9l 2 сағат бұрын
Açığı, bu təbii fəlakətdi, hər ölkədə olan bir şeydi. Allah özü kömək olsun bu vətəndaşlarımıza.
@yusifdavud346
@yusifdavud346 2 сағат бұрын
Dünyada yeganə xalqdır ki,təbii fəlakətdə də hökuməti təqsirkar gorür😂
@S4nan_.313
@S4nan_.313 Сағат бұрын
024
@Deyanetz
@Deyanetz Сағат бұрын
Dovlet bize kimeye gelmedi 3 defe zeng etdim foqalede nazirliyine hec kim gelmedi tupurum size
@elnurmmmdov3599
@elnurmmmdov3599 45 минут бұрын
Mən də zəng etdim dedilər ki qeyd etdik hələ də gözləyirəm ki gəlib evimizin altının suyunu çəkəcəklər
@BerdeBerde-li5gw
@BerdeBerde-li5gw Сағат бұрын
Yaziq kasib
@AhmedMamedov-cj5uh
@AhmedMamedov-cj5uh 3 сағат бұрын
Pahoo yaqış yaqıb,şikəyyıt ərizəsi yazın görək kimnən şübhələnirsiz.😂
Oğlu Əliyevə "müşavir"lik edir? | Arif Yunus
13:58
OSMANQIZI TV
Рет қаралды 17 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 117 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Evdəkilərə Salam - Kamilə Nəbiyevanın toyu 12.10.2024
1:02:44
Xəzər Media
Рет қаралды 19 М.
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Peleng
Рет қаралды 325 М.
Советский мультфильм про нашу жизнь !
13:49
Дедушка Аргентинца
Рет қаралды 4,7 МЛН
Oğlum zəng edib dedi ki, ata, İlahə daha yoxdur.
25:58
Azad Media TV
Рет қаралды 8 М.
BAKININ ƏN GÖZƏL QIZI FATİMƏ BALAXANIDA NƏNƏ VƏ QIZLARA JEST
13:56
Rahid Hamidli team
Рет қаралды 237 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 117 МЛН