Рет қаралды 30,154
Paşinyandan absurd tələb - BAKU TV
Qarabağdakı antiterror əməliyyatı ilə bağlı ən son görüntü və xəbərləri teleqram kanalımızda izləyin: t.me/bakutvxeber
Aktual xəbərlərimiz
• QARABAĞ XRONİKASI
• Playlist
• Playlist
Bir müddətdir gözləmə mövqeyində dayanan Nikol Paşinyan yenidən absurd açıqlamalar verməyə başlayıb. Ermənistanın Baş naziri Azərbaycanla yaşanan son gərginliklər fonunda bu dəfə Rusiya sülhməramlılarının mandatı məsələsini gündəmə gətirib. Hansı ki, iki ilə yaxındır Qarabağa müvəqqəti yerləşdirilmiş, sözdə sülhməramlı funksiyasını yerinə yetirən rusların heç bir mandatı yox idi. Paşinyan da iddia edir ki, sülhməramlıların mandatı ilə bağlı Rusiya ilə razılaşma əldə olunub, amma Azərbaycan buna qol qoymayıb.
Onun iddiasına görə, İrəvanla Moskva arasında imzalanmış bu sənədin icrası mümkün olmasa, ya mandatı beynəlxalq miqyasda təsdiqlətmək lazımdır, ya da sülhməramlılara daha geniş beynəlxalq mandat verilməlidir. Görünən odur ki, hiyləgər haylar bu məsələni aktuallaşdırmaqla həm Rusiyadan dəstək almağa, həm də Qərbə mesaj verməyə çalışırlar. Bir sözlə, Paşinyan Qərbdəki ağalarına demək istəyir ki, ay Avropa, səninlə olmur, sənsiz də heç olmur.
Ekspertlər hesab edirlər ki, ermənilərin yaratdığı bu süni gərginlik planının mərkəzində Azərbaycanla Rusiyanı qarşı-qarşıya qoymaq istəyi yatır.
Bəs görəsən, Rusiya sülhməramlılarına vəzifələrini yerinə yetirmək üçün mandat lazımdırmı? Yəni 10 noyabr bəyanatına əsasən müvəqqəti olaraq Qarabağa sülh adıyla yerləşən Rusiya hərbçiləri doğrudanmı vəzifələrinin nə olduğunun fərqində deyillər?
Sosial şəbəkələrimiz
/ www.baku.tv
/ bakutvofficial
/ bakutvofficial
t.me/bakutvxeber
www.baku.tv
© 2022 © All Rights Reserved ℗ Baku TV
Paşinyandan absurd tələb
#bakutv #pasinyan #absurdteleb #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər