Рет қаралды 203,518
Qəbələdə özünə qəsd edən gəlinin ailəsi danışdı - BAKU TV
Aktual xəbərlərimiz
• QARABAĞ XRONİKASI
• Playlist
• Playlist
Qəbələdə toy günü intihar edən gəlinin ailəsi Baku TV-yə danışıb.
Mərhumun atası Əşrəf Musayev deyir ki, illərdir qonşu olduqları ailə ilə qohum olublar. 3 il nişanlı qalan cütlük bu il evlənmək qərarına gəlib. Hər iki ailənin razılığı ilə toyun vaxtı təyin olunub. Ötən ayın 30-da, bu həyətdə qız evində toy mağarı qurulub, el şənliyi keçirilib.
Mərhumun qohumları deyir ki, cütlük bir-birilərini sevirmiş. Aysunun gələcək həyat yoldaşı hərbçi olduğu üçün onlar tez-tez görüşə bilməsə də, münasibətləri normal olub. Ta ki 3 gün əvvələ qədər.
Mərhumun ailəsinin iddiasına görə, hadisədən bir gün öncə bəy gəlinə təhdid mesajları yazıb.
Toy günü səhər tezdən bəyin anası Pəri xanım qız evinə gələrək Aysunla telefon əlaqəsi qura bilmədiklərini deyib.
Ailə deyir ki, bəyin ailəsi müvəqqəti olaraq Bakıda yaşadığından aralarında bir o qədər gediş-gəliş olmayıb. Hadisədə adı hallanan bəyin ailəsi məsələ ilə bağlı açıqlama vermək istəmədiklərini bildirib.
Gəlinin ailəsi sosial şəbəkələrdə yayılan bəzi məlumatlara aydınlıq gətirib. Bir neçə həftə öncə kənddə yaşanan intihar hadisəsinin bu ailə ilə heç bir əlaqəsinin olmadığını bildiriblər. Mərhumun əmisi qızının əməliyyat masasında dünyasını dəyişdiyini bildirərək, bu cür yalan məlumatların onları narahat etdiyini söyləyiblər.
Hazırda isə ailə yaşanan intihar hadisəsinə düzgün hüquqi qiymət verilməsini istəyir.
Qeyd edək ki, faktla bağlı Qəbələ rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Sosial şəbəkələrimiz
/ www.baku.tv
/ bakutvofficial
/ bakutvofficial
t.me/bakutvxeber
www.baku.tv
© 2022 © All Rights Reserved ℗ Baku TV
Qəbələdə özünə qəsd edən gəlinin ailəsi danışdı - BAKU TV
#bakutv #ozuneqesdedengelin #ailesidanisdi#xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər