Texnologiya 7 ci sinif 19 və 20ci mövzu Günay Hacıyeva 1. Təzə balığın əlamətlərini seçin; 1.Qarnı şişir 2. Gözləri şəffaf olur 3. Nazik qatlı şəffaf seliklə örtülür 4. Gözləri içəri batır 5. Yapışqan seliklə örtülür 6. Əti sümükdən çətin aralanır 7. Suya salanda dərhal suyun dibinə düşür 8. Əti sümükdən tez ayrılır A)2,3,6,7 B)1,4,5,8 C)1,3,5,7 D)1,4,3,6 2. Xarab olmuş balığın əlamətlərini seçin; 1. Qarnı şişir 2. Gözləri şəffaf olur 3. Nazik qatlı şəffaf seliklə örtülür 4. Gözləri içəri batır 5. Yapışqan seliklə örtülür 6. Əti sümükdən çətin ayrılır 7. Suya salanda dərhal suyun dibinə düşür 8. Əti sümükdən tez ayrılır A)2,3,6,7 B)1,4,5,8 C)1,3,5,7 D)1,4,3,6 3. Dondurulmuş və ya duza qoyulmuş Balığın keyfiyyətinin yoxlanılmasına aid olanı seçin; A)Suya salmaq B) Qızdırılmış iynə ilə yoxlamaq C)Duzlu suya salaraq yoxlamaq D)Hamisi aiddir 4. Soyumamış balıq nədir? Biri yanlışdır A) Təzə tutulmuş balıqdır B)Heç bir soyudulmaya məruz qalmamış balıq C)Bədənin temperaturu ətrafındakı havanın temperaturuna bərabər olan balıq D)bədəninin temperaturu 0⁰ dək soyudulan balıq 5. Balığın isti emal növünə aid olmayanı seçin; A) Qaynatma B)Qızartma C)Pörtmə D)Dondurma 6. Balıq dərisi ilə birlikdə adambaşına tikələrlə və ya bütöv halda isti suya ele qoyulur ki su onun 1-2sm örtsün; A) Qaynatma B)Pörtmə C)Buğda bişirmək D)Qızartma 7. Qaynadılma zamanı 1kq balığa nə qədər su tökülür? A)0,5l B)0,5-1l C)1l D)1-1,5l 8. Xırda balıqlar necə dəqiqəyə bişir? A)10-15dəq B)15-20dəq C)20-25dəq D)25-30dəq 9. İri balıq tikələri necə dəqiqəyə bişir? A)5-10dəq B)15-20dəq C)20-25dəq D)25-30dəq 10. Buğda bişirmək üçün 1kq balığa nə qədər su tökülməlidir? A)0,5st B)1st C)1,5st D)2st 11. Balığın bişirilməsinin ən geniş yayılmış üsulu hansıdır? A) Qızartma B)Pörtmə C)Qaynatma D) Buğlama 12. Balığın bişirilməsinin ən geniş yayılmış növü hansıdır? A) Qızartma B) buğlama C)Pörtmə D)Qaynatma
@musdafaqarayev65342 жыл бұрын
Menim eziz muellimem uğurlarınız hemişe bol olsun savadlı məsuliyyətli muellime gözəl bir izah 👍