Рет қаралды 1,378
Qonaqlar :
Təvəkkül Orucov (kənd sakini)
Eyyub Manafov (kənd sakini)
Əlibaba Babayev (tarix üzrə fəlsəfə doktoru)
Bakı şəhərinin ən qədimi kəndlərindən biri də Biləcəri kəndidir. İlk tarixi mənbələri V əsrə aiddir.
Biləcəri kəndi - Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati-ərazi vahidində iri şəhər tipli qəsəbə (1936-cı ildən şəhərə ən yaxın kənd olduğu üçün "qəsəbə" statusu verilmişdir).
Biləcəri kəndinin coğrafi mövqeyinə əsaslanan tədqiqatçılar bu toponimi qədim türk dillərindəki belen (aşırım, alçaq dağ) və cər/cəri (sıldırım, yarğan) komponentlərinin birləşməsi kimi "Aşırımlı yarğan" mənasında izah edirlər.
Başqa bir etimologiyaya görə "Biləcəri" sözü "hərbi şəhər" deməkdir.
Biləcəri kəndinin məscidi 1658-ci ildə II Şah Abbasın sərkərdəsi Biləcərili Bəylər bəyi Əmir Ağabəy oğlu Muradxan bəy tərəfindən tikdirilmişdir.