Biləsuvarda heyvandarlıq kompleksində cins mal-qaranın sayı artırılır

  Рет қаралды 91,742

ARB Cenub

ARB Cenub

Күн бұрын

Biləsuvar rayonunda aqrar bölmənin digər sahələri kimi, heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaradılıb. Prezident İlham Əliyevin ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalı və bu heyvanların yerli fermerlərə 50 % güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün ayırdığı vəsait bu sahənin inkişafına təkan verib.
Biləsuvar rayonunda ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması və cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi əsas prioritetlərdəndir. Bu məqsədlə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı yanında prezident İlham Əliyevin kənd təsərrüfatı ilə bağlı Sərəncam və tapşırıqlarından irəli gələn vəzifələrin operativ icrası məqsədi ilə Kənd Təsərrüfatının İnkişafına Dəstək Komissiyası yaradılıb. Heyvandarlığın inkişaf etdirilməsi ilə bağlı böyük potensiala malik olan Biləsuvar rayonunda süni mayalanma yolu ilə iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə dövlət dəstəyi ilə xaricdən lizinq yolu ilə mal-qara gətrilib. Hazırda rayonda fərdi təsərrüfatlardan əlavə 2 heyvandarlıq kompleksi yaradılıb. Heyvanlar arasında aparılan süni mayalanma tədbirlərini genişləndirmək məqsədilə süni mayalanma məntəqələrinin sayı bütün rayonu əhatə etməklə artırılıb. Davamlı olaraq məntəqələr yüksək məhsuldar törədici toxum və digər ləvazimatlarla təmin olunub.
Yusif Bağırov - sahibkar
“99 baş qara mal gətirmişik. Qara mal xüsusi bəslənmə şəraitində saxlanılır, yemlənilir və süni mayalanma yolu ilə artırılır. Gətirdiyimiz dövrdən son iki ildə mal-qaranın sayın 256 başa qədər artırmışıq.”
Rayonun təbii şəraitinə uyğun olaraq, əsasən südlük “holşteyn” cinsindən olan damazlıq inəklər, ətlik “şharole”, “limuzin” və “smental” cinsindən olan danalar gətirilmişdir. 50 hektar ərazidə inşa olunan kompleks sağım sexində yüksək standartlara cavab verən avadanlıqlar tətbiq edilib. Yeni texnologiya hər inəkdən sağılan südün həcminin, yağlılıq dərəcəsinin və digər keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Kompleksin yemlə təmin edilməsi məqsədi ilə rayonda yem təsərrüfatı yaradılıb və yem bitkiləri əkilib. Bundan başqa, 60 hektar ərazidə yem təminatının yaxşılaşdırılması məqsədi ilə müasir suvarma sistemləri quraşdırılıb. Görülən işlər hesabına kompleksin yem təchizatı tam təmin olunub.

Пікірлер: 18
@Hub15888
@Hub15888 3 ай бұрын
😂😂😂 sağım hə tam muasirdir ay bədbəxt sən nı qanırsan muasir sağım nə deməkdir.
@mehebbetmirzeyet9212
@mehebbetmirzeyet9212 4 жыл бұрын
Heç olmasa bu kimi şeylərə görə biləsuvara diqqət ayırın
@turaltural1760
@turaltural1760 6 жыл бұрын
salam.axwamnz.xeyir.bu.ineylerin.qiymetini.bilen.varmi.yazardi.
@orxanahmedov5053
@orxanahmedov5053 5 жыл бұрын
Sagolsun prezident ilham eliyev kend teserfatna desteye gore
@xeyyamceferov6794
@xeyyamceferov6794 6 жыл бұрын
niyə görəsən bu tip kompleksleri çəkəndə bunların yem rasionundan söhbət açılmır.Ay insanlar bilin ki nutrosional prosedur olmasa o ferma ayaqda qalmaz.Nə bala ala bilərsiz nə dırnaq problemlerinin önünde dura bilersiz nədə doğumdan sonra ciftin ləngiməsinin(rotencio sekundarium) qabağında dayana bilərsiz.Bunu sizə 10 illik bu heyvanlarla iş təcrübəmdən və xarici ölkələrdə olarkən gedən proseslerə istinad edərək deyirəm.
@nicatsuleymanl75
@nicatsuleymanl75 6 жыл бұрын
Salam Xeyyam bey, sizinlə necə əlaqə saxlaya bilərəm bu məsələ ilə bağlı?
@xeyyamceferov6794
@xeyyamceferov6794 5 жыл бұрын
0703100024
@cavidqasimzade3
@cavidqasimzade3 6 жыл бұрын
Kasıba versinlər aparıb hərəsi öz adamlarına verir
@sambazaribas8005
@sambazaribas8005 6 жыл бұрын
Kardeşlerim et için azebaycana Angus iyidir angus yılar önce ordan abd gitti güzel islah ettiler selamlar
@musaibrahim7588
@musaibrahim7588 6 жыл бұрын
Bu hayvanlar kəndlinindi yoxsa məmurların ???😂😂😂😂
@blackangus6815
@blackangus6815 6 жыл бұрын
Musa gardaw salam, yazig kendli polu hardan tapib bu inekleri alar bunlarin hammici vezifeli wexclerindir
@zaurhasanov2482
@zaurhasanov2482 6 жыл бұрын
Bu heyvanlardan satilani var?
@Hub15888
@Hub15888 3 ай бұрын
məmurun təbiyiki kəndlilərdə orda qul
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Peleng
Рет қаралды 340 М.
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,9 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,8 МЛН
FERMANIN İDEAL ÖLÇÜLƏRİ
4:48
ƏVƏZOĞLU
Рет қаралды 56 М.
Ağcabədidə qoyunçuluğun inkişafı
5:04
Aran Ağcabədi TV
Рет қаралды 53 М.
Körpəlikdən dağlarda böyüyən_18 yaşlı çoban
10:29
Ulu Seyyah
Рет қаралды 1 МЛН
Самые Опасные Дороги в Мире, По Которым Вы Не Захотите Проехать
31:29
HEYDƏR ƏLİYEVİN ALİMLƏRLƏ AMEA- DAKI YIĞINCAĞI | 1996
33:46
150 Days in the Mountains: How Shepherds Make Cheese in Total Isolation!
30:29
Food Around The World
Рет қаралды 273 М.
Toy | Komedixana  353-cü bölümdən
26:59
Komedixana
Рет қаралды 499 М.
KÖKƏLTMƏNİN 3 VACİB ŞƏRTİ
7:34
ƏVƏZOĞLU
Рет қаралды 34 М.
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,9 МЛН