Рет қаралды 4,128
Şamaxıda arı ailələrinin sayı 17 min 200-ə çatıb. Maraqlı, gəlirli və heç də asan olmayan bu işlə 624 ailə məşğuldur. Rayonun təbii iqlim şəraiti də arıçılıq təsərrüfatı üçün əlverişlidir. Builki mövsümdə bölgədə 140 tonadək bal, 13 ton mum, 93 kiloqram çiçək tozu, 60 kiloqramdan çox vərəmum, 9 kiloqramadək arı südü istehsalı gözlənilir.AZƏRTAC xəbər verir ki, rayonda arıçılıqla məşğul olub gəlir əldə edənlərdən biri də Hümbətovlar ailəsidir.