Рет қаралды 266,671
#BirBax #Yun #Yorgan
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Əvvəllər yatdığımız yorğan, döşək qoyun yunundan olardı. O yun ki, ildə bir dəfə yuyulub təmizlənər, yenidən yükə yığılar, qonaq gələndə istifadə edilərdi. O yorğan döşəkdə yatdığmız zaman nə yuxusuzluq olardı, nə adə ağrı, acı. İndi onların yeri süni sinteponlar alıb…
Siz bir bax kanalındasınız. Bu kimi videoların davamı üçün kanalımıza abunə olun!.
Yun qədim zamanlardan həm məişətdə, həm də təbabətdə çox geniş istifadə olunur. Qədimdə ağır xəstələri qoyun dərisinə bürüyüb sağaldırdılar. Yun bədəni isindirir, damarları genişləndirir, qan dövranını yaxşılaşdırır ki, bu da sağalmanı tezləşdirir.
Yunun bir çox faydalı və müalicəvi xüsusiyyətləri var:
- Yun ekoloji təmiz materialdır, insan sağlamlığına yalnız müsbət təsir edir.
- Yun təri asanlıqla hopdurur və bədən quru qalır. Bu səbəbdən yun yorğan-döşəkdə yatan insan tərləmir, onun bədəni "nəfəs alır". Əksinə isə müasir materiallardan, məsələn sintepondan hazırlanmış yorğanlar insanı tərlədir, "parnik effekti" yaradır. Bu xüsusilə uşaqlar üçün ziyanlıdır ki, bu hətta uşaqda qızdırmanın qalxmasına səbəb ola bilər.
Müasir həyat, müasir yataqlar çıxandan sonra kişilərin və qadınların ağrıları artıb. Müasir yataqlar bədəndə ağrı yaradır. Ən gözəl yatağı ala bilərsiniz, amma onun üstünə yun adyal sərin. Yun yorğan və döşəkdə yatın.
Qoyunlar günəş doğmamış, namaz zamanı oyanırlar.
1-Qoyun yunu siqnal və radiasiya əmicidir. Evimizdə elektron cihazların yaydığı radiasiyanı udmaqla bədənimizə zərərin qarşısını alır. İnternet qurğuları daim siqnal alır. Bədənimizdən, xüsusən beynimizdən bu vəziyyətə təsirlənir və ciddi ziyan çəkirlər.
2-Qoyun yunu sakitləşdiricidir və çox rahat yatmağa imkan yaradır. yundan hazırlanan yorğan-döşəklərdə yatarsanız, səhər rahat və gümrah oyanacaqsınız. Bununla evlərimizdə, iş yerlərimizdə və maşınlarımızda qoyun yunundan və dərisindən hazırlanmış yastıqlardan istifadə edə bilərik.
Əslində "sintetik" termininə müsbət yanaşmadığımız üçün sintepon yorğan və yastıqdan istifadə zamanı bizdə onlara qarşı bəzi şübhələr də yaranır və yun, yoxsa sintepon yorğan və yastıqdan istifadənin daha xeyirli olması barədə özümüzə sual veririk.
Mütəxəssislər isə bildirirlər ki, sinteponların müsbət keyfiyyətlərindən biri onun hipoallergen olmasıdır. Poliefir liflərdən hazırlanmış məhsullarda göbələk, kif və dəri parazitlərini cəlb edən qidalı mühit tam olmadığından tənəffüs yolu xəstəliklərinin simptomlarının kəskinləşməsi və xoşagəlməz reaksiyaların yaranması riski azalır.
Sinteponların digər keyfiyyəti onun gigiyenik olması ilə bağlıdır. Sinteponun kənar iylərə və tozlara qeyri-həssaslığı yataq yerinin təmizliyini saxlamağa imkan verir. Sinteponlar ekoloji təhlükəsiz, elastik, suya davamlıdır. Silikonlaşdırılmış liflər təkrar yumalar üçün nəzərdə tutulub və su ilə kontaktdan sonra orijinal xüsusiyyətlərini qoruyur. Silikon liflərin daxilinə nəmin daxil olmasını məhdudlaşdırır, bu da yumadan sonra mayenin buxarlanmasını sürətləndirir. İçiboş struktura malik liflər maneəsiz hava dövranını təmin edir. Yastıq "nəfəs" aldıqda, tez bir zamanda nəm buxarlanır, toz toplayıcısına çevrilmir və kənar qoxuların qalmasına mane olur.
Lakin sintepondan hazırlanan yastıq və yorğanların mənfi keyfiyyətləri də var:
Bu cür yastıq və yorğanlara qarşı ən geniş yayılmış arqumentlər onun həddindən artıq yumşaq olmasıdır. Bu səbəbdən onurğanın boyun şöbəsinin davamlı müdafiəsindən söhbət gedə bilməz. Onlar osteoxondroz, fəqərəarası disklərin protruziyası və yırtığı zamanı ağrı sindromunun şiddətlənməsinə şərait yaradır. sinteponları alarkən üç xüsusiyyətə diqqət yetirmək lazımdır. Bunlar tikilişin keyfiyyəti, çexolun materialı, xoşagəlməz iyin olmamasıdır:
Sonda isə qoyunun yununun faydasından danışaq:
-Qoyun yunu istiliyi sabitləşdirir. qoyun yunundan hazırlanan məhsullar yayda sərin və qışda isti olma xüsusiyyətinə malikdir.
- Yun malları müxtəlif xəstəliklər zamanı müalicəvi təsir edir. Xəstə nahiyəni yun şərflə sarımaq olar. Belə sarıqları axşam yatmazdan əvvəl edin.
- Təbii yundan hazırlanmış sviterlər, paltarlar və s. insanın sinir sisteminə də müsbət təsir edir, sakitləşdirir.
- Baş ağrıları zamanı başınızı yun şərflə sarıyın. Bu ağrının azalmasına kömək edəcək.
- Revmatizm, radikulit, artrıt, əzələlər, bel və onurğa sütunu ağrıları zamanı yun müalicəvi təsir edir. Yun yerli qan dövranını yaxşılaşdırır ki, bu da ağrısızlaşdıran və iltihabəleyhinə təsir edir. Xəstə oynaqları, bel nahiyəsini yun şərflə sarıyın.
Dəvə yunundan hazırlanmış xüsusi kəmərlər bel ağrısı zamanı çox geniş istifadə olunur.
- Yunun tərkibində olan spesifik maddə lanolin antiseptik və iltihabəleyhinə təsirə malikdir.
- Soyuqdəymə zamanı yatmazdan əvvəl isti ayaq vannasından sonra yun corab geyinin və belə yatın.
Bu günlük bizdən bu qədər….