KÖHNƏ DƏFTƏRDƏN... Iblisin erkəyi, dişisi olmur. Amma adam kimi danışa bilir. Iblisin xeyirlə heç işi olmur. Iblis, ancaq şərə qarışa bilir. Iblis vəzifəyə, kürsüyə çıxır. Ancaq ədalətlə barışa bilmir. Iblis qarışdırır və vuruşdurur. Heç kim ondan hesab soruşa bilmir. Iblisin pis nəfsi yaman güclüdür. Heç kəs nəfəsindən sovuşa bilmir. Iblis olan yerdə rahatlıq olmur! Insan rahatlığa qovuşa bilmir!