Hicab, mənasız bir şeydir. Gəlin , hicabı fəlsəfi düşüncələrlə daha dərindən dəyərləndirək. Düzünü danışaq. Çünki bir çox qadın bu məsələyə məntiqlə yanaşmır, tələsir və yanlış qərarlar verir. Psixoloji cəhətdən özünü aldatmağa çalışır, hicaba təzə keçəndə sanki xoşbəxt olduğunu düşünür (Əksini qətiyyən düşünmək istəmir) Amma bir müddət sonra - artıq yavaş yavaş bezməyə, peşman olmağa başlayır . Peşmançılığı hiss etdikdən sonra isə "qorxmağa" başlayır. Özünə müxtəlif cür dini videolar ilə, hicabı tərifləyən xoş cümlələr, şeirlər ilə təsəlli axtarır ki, özünü "yola versin'". Beyninə salmasın. Güclü olmağa çalışsın... Və uzun müddət davam edən bu hal, bir qadını depresiyaya belə sala bilər... Örtünmə ilə bağlı 2 məsələni dəyərləndirək : 1) Bədənin örtülməsi 2) Başın örtülməsi Sizcə, hansı daha məntiqlidir ? 1) Qadın bədəninin örtülməsinin, bədən əzalarının aşkarda olmamasının bir fəlsəfəsi var. Qadın bu yolla cəmiyyət içində şəhvətə səbəb olmur , naməhrəmi cəlb etmir , narahat edici baxışlardan azad olur və öz iffətini qoruyur. Burda qeyri adi bir şey yoxdur. Azərbaycan qadını abırlı geyinməlidir. Amma sadəcə abırlı geyinməlidir. Ərəblər kimi geyinib - hicab taxıb, və yaxud da çadraya bürünüb buna "müsəlmançılıq" dəmək , mən belə hesab edirəm ki, düzgün deyildir. Biz müasir, ali cənab bir ölkədə yaşayırıq. Hicab , bədəni örtən bir aksesuar deyil. Bədəni örtən - hicablarla kombin edilən donlar-libaslar və yaxud da uzun geyimlərdir. Hicab, sadəcə başı örtən bir başörtüyü aksesuarıdır (Yaylıq,şal,kəlağayı kimi) Bədənin örtülməsi və mənası haqqında danışdıq . Bəs , saçı örtməyin nə mənası var? Əlbətdə ki, əslində heç bir mənası yoxdur. 2) Dərindən düşünün. Qadının saçı da eynən bədəni ilə eyni tərəzidədir ? Qadın saçı ilə bədəni eyni şeydir ? Bu artıq qadının başdan ayağa şəhvət maşını kimi qələmə verilib acizləşdirilməyinin bir nümunəsi deyil ? Bu hal, qadına dəyər verilən Azərbaycan Mentalitetinə qarşı edilmiş bir təxribat deyil? Gəlin, daha da dərinə gedək. Əgər absurt bir tərzdə desəniz ki, saçlar şeirlərə cümlə olur.. Saç da örtünməlidir... Saç da narahat edici baxışlara səbəb ola bilər , saç da cəlbedici ola bilər .. Bu düşüncə tərziniz yetərsizdir. Çünki qadın saçını da cəlbedici dəyərləndirənlər , bu düşüncə tərzinə əsasən qadının gözünü də cəlbedici tərzdə dəyərləndirməlidir. Şeirlərə, mahnılara mövzu olan təkcə saç deyil . Məsələn bir zamanların məhşur mahnısından bir cümlə deyək: _O qızın _*_GÖZLƏRİ_*_ badamı_ _O baxışlarıyla _*_DƏLİ EDİR_*_ adamı_ Gördüyümüz kimi, sadə bir mahnıda belə hicabın fəlsəfəsi pozulmuş olur. Belə bir vəziyyətdə nə hicab, nə də niqab kamildir. Belə bir vəziyyətdə Əfqanıstan qadınlarının geyindiyi BURKA , daha kamildir. Çünki BURKA, qadının sifətini də (gözləri daxil) gizlədən bir geyim tərzidir. Dar düşüncə tərzinə sahib olan hicablılar və niqablılar məqsədlərinə çatmaq üçün hicab niqab yox, BURKA geyinməlidir. Mənə haqq verib daha geniş düşüncə tərzinə sahib olan qadınlar isə sadəcə abırlı və səliqəli geyinməlidir. Saçını örtməməlidir. Çünki biz - müasir, ali cənab və dünyəvi bir ölkədə yaşayırıq. Azərbaycan - İran, İraq, Ərəbistan, Suriya, Əfqanıstan tərzində bir ölkə deyil. Azərbaycan, müsəlman şərqinin ilk müasir ölkəsidir. Biz bunun məsuliyyətini dərk etməliyik . Müasirlik - ərəblər kimi örtünmək və yaxud da "avropalılar" kimi açıq saçıq geyinmək demək deyil. Müasirlik - səliqəli və abırlı geyinmək deməkdir . Azərbaycana yaraşan budur!
@rehilememmedova71362 жыл бұрын
Super
@dayan61892 жыл бұрын
HİCAB MENASIZ BİR ŞEYDİR. Bezileri mene çox gülmeli gelir. Bezileri hicaba baş tacım deyende, hicabı "daşıyıram, qoruyuram" deyib lovğalananda, özü ile fexr edende heqiqeten çox gülmeyim gelir. İncimeyin. Sanki hicab bir vetendir , siz de onu qoruyursunuz. Sanki hicab mesuliyyetli bir şerefdir, siz de onu daşıyırsınız. Bezileriniz hicaba "Zehra emaneti" deyir. Bezileriniz de hicaba "namus qeyret" deyir. Bezileriniz "biqeyret ne bilsin ki, ne qeyretdir hicab" deyib hetta insanları tehqir bele edir. Ne olub? Nedir ki hicab? Hicab sadece ve sadece - mağazalarda pul qarşılığında satılan bir başörtüyü aksesuarıdır. Sakit olun. Bir başörtüyü aksesuarına bu qeder absurt derecede deyer vermek, hetta ona "namus qeyret" damğası vurmaq ve başqalarını aşağılamaq ondan xeber verir ki ; çox bekar insanlarsınız ve başqa işiniz gücünüz yoxdur . Sadece bele danışaraq özünüze teselli axtarırsınız. Çünki tesellilere , xoş sözlere, teriflere ehtiyacınız var ! İndi deyeceksiniz ki, hicab Allahın emridir. İndi deyeceksiniz ki, hicab Qur'an ayesidir !!! Gelek esas meseleye. Bezileriniz heqiqeten Yaradanı modelyer , dizayner yerine qoyub. Düşünce terzinizde heç bir ilahi mentiq yoxdur. Sorğusuz sualsız her şeyi qorxaraq qebul edirsiniz. Cesaretli olun, bir az düşünün. Neticede kişi de bir insandır, qadın da bir insandır. Tanrı beyem kişi düşüncesinde olan bir qüvvemidir ki, qadınların geyimine qarışaraq onlara ele yox bele geyin desin, örtünün desin ? Burda edalet var ? Yox. Dinler insan uydurmasıdır . Burdan da belli olmur? Lap meseleye dini cehetden baxsaq bele , sizce Tanrı qatında vacib olan daxili görünüşdür yoxsa xarici görünüş ? He indi mene deyeceksiniz ki, sen qadınların açıq saçıq geyinmesini isteyirsen? Bu suala cavabım odur ki, mence hem kişi de , hem qadın da medeni ve seliqeli geyinmelidir. Başımızı örtmeyek, sefil erebler kimi geyinmeyek. Sadece bedenimizi örtek. Qapalı olan sadece bedenimiz olsun. Normal olan , normal qarşılanan, medeniyyetimize ve mentalitetimize uyğun olan bu deyil? Başımızda ne var ki? Sadece tük var...
@nrminhmdova Жыл бұрын
Salam xanım icazəniz olarsa sizi Azərbaycanda yaranmş yeni biznes lahiyə ilə online şəkildə rəsmi əməkdaşlığa dəvət etmək istəyirəm(❌️Oriflame, Faberlic və s. deyil❌️) İşimiz rəsmidir, maaş hər ay artandır. Qeydiyyat pulsuzdur🛑
Təkcə arıqlar üçün deyil, birazda dolu qadınlar üçün olan ziyafət paltarlarını da göstərin zəhmət olmazsa!
@nrminhmdova Жыл бұрын
Salam xanım icazəniz olarsa sizi Azərbaycanda yaranmş yeni biznes lahiyə ilə online şəkildə rəsmi əməkdaşlığa dəvət etmək istəyirəm(❌️Oriflame, Faberlic və s. deyil❌️) İşimiz rəsmidir, maaş hər ay artandır. Qeydiyyat pulsuzdur🛑