Рет қаралды 66,894
#BirBax #boğazağrısı #qrip #öskürək #bəlğəm
Boğaza yığılan bəlğəm, sizi də narahat edir? Bəlğəm çox vaxt nəfəs almağı çətinləşdirir. İnsanda diskamfort hissi yaradır. İnsan tez-tez boğazını təmizləmək istəyir. Bəs, bəlğəm nədən yaranır? Ev şəraitində onun müalicəsi necədir? Bu gün sizə bəlğəmdən yaxa qurtarmağın yolları haqqında danışacağam. Əminəm ki, bu videonu izləyən hər kəs bizə çox sağ olun deyəcək.
Tənəffüs yollarındakı soyuqdəymə boğazdakı bəlğəmin ən ilkin səbəblərindəndir. Çox vaxt sağalan kimi problem də yoxa çıxır. Bəzən proses xroniki şəkildə, yəni uzun müddət davam edir. Tibbdə “burunarxası sindrom” deyə bir termin var. Bu sindrom boğazdakı daimi diskomfort hissidir. Burunla boğazın kəsişmə nöqtəsində-gənzik dediyimiz yerdə yığılan bəlğəm sindromun əsas əlamətidir. Bu sindrom orqanizmə böyük zərər vura bilər. Çünki mövcudluğu dövründə qida borusuna viruslar göndərir. Nəticədə isə bəzi narahatlıqlar yaranır:
-boğazda böyük ölçüdə bəlğəmin olması hissi;
-Boğazda qıcıqlanmalar, burunda qaşınma;
-təngnəfəslik;
-tez-tez boğazı təmizləmək istəyi;
-burun tutulması;
-arabir meydana gələn səbəbsiz baş ağrıları;
Bəlğəm necə yaranır?
Burundan və ya boğazdan orqanizmə daxil olan mikroorqanizmlər soyuqdəymə səbəbilə inkişaf edir, çoxalırlar. Orqanizm bu “dəvətsiz qonaqların” çoxalmasının qarşını almaq üçün bəlğəm istehsal etməyə başlayır. Bəlğəm boğazı daim qıcıqlandırdığıl üçün insan öskürməyə də başlayır. Qrip mövsümündə öksürəyi burun axıntısı yaradır. Burundakı selik gənziyə sıçrayır, orada qıcıqlanma baş verir, insan öskürür.
Çox adam xəstəlik yeni başlayanda öskürək əleyhinə qəbul olunan dərmanlar alır. Düşünür ki, xəstəlik irəliləmədən vaxtında tədbir görmək ən doğru addımdır. Lakin həmin dərmanlar xəstəliyin gedişatını süni olaraq uzadır. Orqanizm ona daxil olan virusu bəlğəm vasitəsiylə bədəndən qovmaq istəyəndə ona təbii vasitələrlə kömək etmək lazımdır. Əgər öskürək əzabvericidirsə, onu yumşaldan vasitələr tətbiq edilməlidir. Bu gün məhz həmin vasitələrdən danışacam.
Öskürək dərmanlarının əksəriyyəti öskürəyi qısa müddətdə kəsməyə hesablanıb. Beləcə, bəlğəm üzə çıxmır, dərində qalır. Lakin öskürək orqanizmin, bir növ, təmizlənmə metodudur. Virus, bakteriya, bəlğəm-hamısı öskürəklə bədəndən xaric olunur. Öskürəyi qəfil dayandırmaq deyil, bəlğəmi yumşaltmaq, təmizlənməsinə nail olmaq məqsədin əsasını təşkil etməlidir.
Öskürək və bəlğəmin müalicəsində xalq təbabəti həmişə işə yarayıb. Bu səbəblə sizə Herba Flora şirkətinin Bronxonat şərbəti və TeaBronx çayını tövsiyə edirik. Hər iki məhsul traxeit, kəskin və xroniki bronxit, pnevmoniya və göy öskürəyin müalicəsində yanaşı olaraq köməkçi vasitə kimi çox gözəl effektə malikdir.
Məhsulların tərkibindəki dəvədabanı, bağayarpağı, şirin biyan kökü aşağı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı tənəffüs yollarındakı qatı bəlğəmi durulaşdırır, bəlğəmin xaric olunmasını asanlaşdırır. Şirin biyan kökü bronxial astma, göyöskürək kimi tənəffüs sistemi xəstəlikləri zamanı uzunsov beyindəki tənəffüs mərkəzinin, beyin yarımkürələri qabığındakı öskürək mərkəzinin qıcıqlanmasının önünə keçir, öskürək əleyhinə təsir edir.
Bronxonat şərbətinin tərkibində allergiya əleyhinə güclü təsir göstərən Bənövşə otu da var. Bənövşə otu allergik fonda baş verən bronx spazmına da müsbət təsir göstərir. Məhsul immuniteti də yüksəldir. Bronxonat şərbəti Teabronx çayını Aptek və Fito Clublardan əldə edə bilərsiniz.
Ev şəraitində bəlğəmdən xilas olmağın başqa yolları hansılardır? Gəlin birlikdə baxaq
Duzlu su ilə qarqara. Duzlu suyun təmizləyici xüsusiyyəti burda da orqanizmin köməyinə çatır. Yetər ki, hər şeyi düzgün qaydada edəsiniz. 1 stəkan suya 1 çay qaşığı dəniz duzu, qaşığın ucunda bir çimdik soda əlavə edin. Yaxşıca qarışdırın və boğazınızı qarqara edin.
Buxarda nəfəs almaq. Bu metod bəlğəmgətirici üsulların ən yaxşısı sayılır. Boğazınızın təmizlənməsinə, varsa, nahiyədəki soyuqdəymənin aradan qalxmasına kömək edir. Qaynar suyu bir qaba tökün, azca gözləyin. Yoxsa tənəffüs yollarını yandıra bilərsiniz. Elə ki, suyun temperaturu 500C -700C oldu, başınızı dəsmalla örtün və buxarla nəfəs alın. Nəzərə alın ki, burnunuzla su arasındakı məsafə minimum 10 sm olmalıdır. Əgər suya efir yağı, yaxud evkalipt yağı əlavə etsəniz, bu üsul boğazdakı mikrobların da axırına çıxacaq. İstəsəniz, çobanyastığı və melisa bitkisi də suya əlavə edib, başınızı buxara verin. Bu, mənim ən çox etdiyim üsullardan biridir.
Duzlu məhlul ilə burnunuzu yuyun. Bu metod gənzikdəki xoşagəlməzliklərdən və burun tutulmalarından yaxa qurtarmağa kömək edəcək. Duzlu məhlulu aptekdən hazır şəkildə də ala bilərsiniz. Amma evdə özünüzün də hazırlamaq şansınız var. Sizə dəmlik və iynəsiz şpris lazım olacaq. 1 çay qaşığı duz və 300 ml su götürün. Elə qarışdırın ki, duz suda tamamilə həll olsun. Başınızı 900 bucaq altında əyin. Burnunuza məhlulu elə yeridin ki, gənziyinizə çatsın. Sonra başınızı irəli əyin, burnunuzu, boğazınızı təmizləyin.