Brayton şəhəri

  Рет қаралды 1,372

Azer Garib

Azer Garib

Күн бұрын

Braytonun Pavilyonuna hər il 400 mindən çox insan gəlir, Pavilyonun bəzi yerlərini isə hətta toy və digər təntənəli hadisələr üçün kirayə verirlər. Amma Pavilyon mənim yalnız gözəlliyi ilə xoşuma gəlmədi, öz yşımın imtiyazlarını hiss etdim burada.
Əgər digər ziyarətçilər üçün giriş biletinin qiyməti 12 paund idisə, 60-dan yuxarı gələnlərə bileti satırlar 10 paunda və belə imtiyazlar məni bütün Britaniya səfərim zamanı müşaiyət edəcək.
Amma əfsuslar, Pavilyonun içərisində video çəkməyə icazə vermədilər və nə çəkdimsə, xəlvəti çəkdim, keçsin günahımdan muzey rəhbərliyi. Açığı, mən bu məntiqi anlaya bilmədim, nəyə görə foto çəkmək olar, video çəkmək yox Nəyə görə mənim izləyicilərim bu gözəllikdən məhrum olmalıdırlar, heç imkan verərəmmi?
Qonşuğda yerləşən möhtəşəm Pavilyondna fərqli olaraq, həmin Pavilyonun rəsmi dükanında çəkiliş üçün heç bir məhdudiyat nəzərdə tutulmayıb, bəs necə, ticarət var ticarət, təki gəl, pul xərclər. Pavilyona aid hər çür suvenir var, qab-qacağ, rəsm əsərləri, hətta tutu quşu da özünə yer tapıb burada.
Bura isə Brayton Pir deyilən yerdir, 1899 ilin may ayında açılıb, vaxtilə Braytnonun əsas dəniz qapıları olub, buraları daha kimlər bəyənməyib - Robin Vilyams gəlib, Spasys Görl xanımlaı gəliblər, nə bilim, kral ailəsinin üzvləri, məşhur moda jurnalları isə burada fotosessiyalar çəkirlər.
Bu liman Şərq limanı kimi tanınır, çünki Braytonda bir liman da var idi, Qərb liman, amma onun talei çox ağır oldu, sevdiyim tamaşaların birində deyildiyi kimi, o Qərb Limanı birdən yandı, ümumiyətlə bətxi gətirmədi o limanın, əvvəl 1975 ildə qasırğa zamanı qırıldı düşüdü dənizə, sonra 2003-ü ildə güclü yanğın baş verdi, bir neçə aydan sonra daha bir yanğın oldu və liman yenə də tarappıltı ilə düşdü dənizə.
O vaxtdan şəhər hakimiyəti sakinlərə söz verir ki, Qərb limanı restavrasiya olunaçaq, hələlik isə təssəllini burada taırplar, Şərq limanda. Bu gün o artıq liman deyil, bir əyləncə mərkəzidir, amma daha çox uşağlar üçün, karusel var, atraksionlar var, uşağları körpə vaxtlarından pullu oyunlara cəlb etməık üçün pavilyon və əfsuslar ki, bu pavilyon o pavilyondan deyil, o gözəllik saçır, bu isə xaotik səsküy və kazino abu havasını.
Böyüklərə də əyləncə var, kafedə oturub çay-kofe içmək kimi əyləncədir, amma günəşli havada şəhər böyüklü-kiçikli axışır buralara, həm də limanın sağı-solu çimərlikdir, sadəcə bəxtimdən hava soyuq oldu, amma görürsüz, soyuğdan goxrmayanlar da var, ax xanımlar xanımlar, gözəl şəkil üçün necə də qurbanlara hazırsınız, məni döysən də bu soyuğda ayağımı suya batırmazdım, halaldır Vallah.
Ümumiyətlə deyim ki, hava faktoru həqiqətən də çox önəmlidir, günəşli hava olanda, pencəkli hava olanda damın əhval ruhiyəsi də saz olur, necə deyərlər, hər tərəf gülür sanki üzünə, üzlər də elə bil daha da təbəssümlü olur, nə deyim, heç açmadı məni soyuğ, mən bütövlükdə isti sevərəm, soyuğ oldu gözümə heç nə görsənmir.
Əlbəttə, Brayton yaxşı havada yəygin ki, daha əlvan görsənərdi, daha da cazibəli, amma necə deyərlər qismətdən artıq yemək olmaz, naşükür olmağ da bir şey deyil, Braytonun iqlimi belədir ki, İngiltərə üçün cənub olsa da, Fransadan, kontinentla Avropadan baxanda şimaldır və bu da öz sözünü deyir.

Пікірлер
İkimərtəbəli London
20:10
Azer Garib
Рет қаралды 4,3 М.
Filadelfiya
20:01
Azer Garib
Рет қаралды 791
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 16 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 129 МЛН
Azər Qərib İtaliyada I ORALAR - 07.04.2024
20:01
AZTV Media
Рет қаралды 617
Neapol şəhəri
20:22
Azer Garib
Рет қаралды 1,6 М.
Bir seferin izi ile...
28:43
Azer Garib
Рет қаралды 781
Ethiopia
20:22
Azer Garib
Рет қаралды 327
LONDONDA TƏK BİR GÜNÜM // İNGİLTƏRƏ 🇬🇧
27:09
Rashad Bagiyev
Рет қаралды 37 М.
Virciniya ştatı
21:58
Azer Garib
Рет қаралды 472
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33