Kanala abunə olun: goo.gl/QTDBr3 Sosial Media Hesablarımız : Facebook ► goo.gl/jA24HS Xəzər Media ► goo.gl/aZkV2v Xezer Xeber ► goo.gl/2ChtjL Dalğa TV ► goo.gl/HzZz6T #xezermedia #xezerfilm #buşəhərdəkimsəyoxdur
Пікірлер: 924
@vusalaaliyeva68284 ай бұрын
37 illik heyatimda ilk defe yerli seriala baxib goz yaşlari tökdüm. Aktyorlara halaldi! Ilk defe et tokmedim.
@EliyevaTunzale-nt7ty4 ай бұрын
Bəli 👍👍👏👏
@amilmeherrem30494 ай бұрын
😢
@eldanizrustam4 ай бұрын
Və uşaqların rollarını bu qədər gerçək oynadığı ilk serial.
@aydnpoladov52334 ай бұрын
24 seriyanın hamısında ağlamışam
@SadiqBabaşov4 ай бұрын
Hamisi seçilmiş aktyorlardi Xanim
@nazakatmemmedova54374 ай бұрын
Bu filmdə analar necə də qəddar verilib.Cox düşündürücü,maarifləndirici filmdir.Baxdiqca insan özündə olan mənfi xüsusiyyətlərlə üzləşir, peşiman olur.Cox super çəkiblər.
Mən hələ.indiyə qədər belə təsirli seriala baxmamışdım necə.gözəl rejissor işi.var həqiqi mənada afərin serial kollektivinə amma çox həsrətdə qoyduz bizi həsrətliklə finalı gözləyərik
@samirarasulova16504 ай бұрын
Butun analar eqoist Ceferin yoldaşi gerek iki qiz uşagini qoynuna alib heyata davam ederdi😊
@Hekimov_Umid4 ай бұрын
Salam Mellim
@dersimiz_kimya_4 ай бұрын
Rəhmətlik Hacı Şahininin bir sözü vardı "Dünyanı sevgisiz böyüyən uşaqların davası məhv elədi"
@EliyevaTunzale-nt7ty4 ай бұрын
Allah Hacı Şahinə rəhmət eləsin,hər kəliməsi qızıl idi,çünki Qurandan götürülmüşdü və insanlara doğru ,düzgün şəkildə çatdırırdı ,Allah məkanını cənnət eləsin Hacı Şahinin Amin 🤲
@nicatsalimzade4534 ай бұрын
Həqiqətən elədi
@nurlanferemezov62904 ай бұрын
Möhtəşəm cümlə
@ceferseferli5774Ай бұрын
Onun kəlməsi idiki o🤔mən onu bir filmdə eşdmşem kitabdan alınma söz diyə keçirdi
@gunelmemmedli31914 ай бұрын
Super bölüm oldu. qorxu, həyəcan. Ən təsirli yeri isə Əsmanın balaca qızının monoloqu idi. "Müəllim mən tərəfə heç baxmır..."
@QurbanCəfərov-o3n4 ай бұрын
@@gunelmemmedli3191 Həyatın verdiyi dərd budur Allah heç kəsə bunu yaşatmasın
@yegangafarli55564 ай бұрын
Amin@@QurbanCəfərov-o3n
@YusifHesenzade-o2l4 ай бұрын
Amin @@QurbanCəfərov-o3n
@elshenjafarov4 ай бұрын
Booo yaxşı zarafatmı edirsən
@QurbanCəfərov-o3n4 ай бұрын
@@elshenjafarov Zarafatım varki senende edim?
@sadiqqurbanov43684 ай бұрын
Sondakı balaca qızın əlləri əsə-əsə çörəyi yeyib çox sağol Ana sözü deməsi🥀
@alptaken00074 ай бұрын
Örnək müsəlman deyiləm ama Allahın anıldığı və Allaha olan inancın gözəl şəkildə səhnələşdirildiyi üçün təşəkkürlər.
@aygunnadirova39934 ай бұрын
Uşaqlara sevgi verə bilmiyəcək insanlar dünyaya gətirməsinlər. Böyütdükləri 1 sevgisiz uşaq,günahsız necə insanın ölümünə,necəsinin bədbəxt olmağına səbəb olur. Çox gözəl çəkilib
@Qalatasaray-t6v4 ай бұрын
Çooox düz analiz elədi.Heqiqetende sevgisiz böyüyən uşaqlar gələcəkdə ətrafına yalnız ziyan verir.
@Bir_Xanım3 ай бұрын
@@Qalatasaray-t6v Ümumiləşdirmə aparmayın, hər kəs elə deyil. Sizin belə rəylərinizi görən həmin uşaqlar daha da bədbin olurlar. Onlar zatən uşaqlıqlarını bədbəxt keçiriblər, durub burda insanları asanlıqla "yalnız ziyan verir" damğasıyla haqlarına girib ləkələməyə çalışmayın...
@QarabağAzərbaycandır-o8g2 ай бұрын
Düzdür. Elvin də dedi ,bəs mənim günahım nə idi məni dünyaya gətirdiniz?😢Bu uşaq öldürdü məni Vallah 😢
@mahammadeyvazov30504 ай бұрын
Rövşən Abdullaoğlu uğurlarınız daim bol olsun! Azərbaycan teleməkanında ilk dəfədir ki bu cür təsirli, mükəmməl, peşəkar aktyor heyətinin iştirakı ilə çox səviyyəli bir serial izlədim. Ən əsas da Uca Allahın varlığını tez-tez xarırlatmaq, serialın dəyərini qiymətini həm tamaşaçıların qarşısında, Rövşən Abdullaoğlunun da Allah qarşısında hörmətini qat-qat artırdı! Sadəcə mükəmməl!
@sevincxelefova87534 ай бұрын
Ən təsirli yer balaca qızın anasına-"ana,müəllim heç mən tərəfə baxmır da " deməsi idi...ELVİNİN qazandığı uğurlarının göstəricisi olan medalları,kuboku,tərifnaməni yandırması ağır səhnə idi😢😢😢..
@rsmiyykrimova62204 ай бұрын
Eyni
@nahidzaidov80634 ай бұрын
O uğurları kubokları atasının onun arxasında durduğuna görə qazanmışdı, bir növ uğurları atası üçün qazanırdı son döyüşlərində gözü həmişə atasını axtarırdı ki bəlkə gələr.
@QarabağAzərbaycandır-o8g2 ай бұрын
@@nahidzaidov8063Lənət olsun elə valideynlərə.O səhnə məni bitirdi 😢😢
@kazimkhasanli48734 ай бұрын
Titrlardan sonra bir saata yaxın sükutda oturib bir nöqtəyə baxdım. Bir şeyi bilirəm bu filmə boşuna baxmamişam. TƏŞƏKKÜR!
@ГюнайФаттахлы4 ай бұрын
Sözün əsil mənasında tüklərim biz-biz oldu. Ağlatdız bizi🥺Aktyorlar necədə gözəl oynayırlar və Rövşən Abdullaoğlu👏🏻Allahı xatırlatan bir serial❤️
@Зорге9994 ай бұрын
Müstəntiq rolunu aparan aktyorun üzərinə həmin rol konkret oturub. Çox yaxşı aparır👍
@hsynvsahin24 ай бұрын
Filmdə bütün əməyi keçən aktyorlara və Rövşən bəyə təşəkkürlər❤
@zaur03294 ай бұрын
Halal olsun 👍
@ramileramile80034 ай бұрын
Elvinə ən cox təsir edən atasının onu atması oldu. Onsuz da anası hər zaman deyingən, sevgi göstərə bilməyən, həyatindan narazı biri idi, ancaq atası daha qayğıkeş və diqqətli idi. İndi isə camaatin uşağına atalıq edir, hec öz oğlu ilə maraqlanmır. Evini yixan daha çox o oldu. Təssüf ki, həyatda belə valideynlər var😢
@QarabağAzərbaycandır-o8g2 ай бұрын
Elədir😢Elvin atasına görə hər şeyə dözdü. Amma sonda atasını o uşaqnan görəndə dünyası yıxıldı 😢bilərəkdən uduzdu.Fikitləşdi ki,artıq heç nəyin önəmi yox imiş.Hələ anasına da haqq qazandırdı.Ana sən düz deyirdin,atam bizdən də yaxşısını tapıb 😢Bitirdi bu uşaq məni 😢
@yagmurbaba15994 ай бұрын
Son 10 ildə belə serial görməmişdim.halal olsun sizə. Əziyyəti keçən hər kəsə sonsuz təşəkkür edirəm.
@amilmeherrem30494 ай бұрын
Burada hər kəs peşəkardı, amma Hicran başqa. Sanki yaşayır, belə nə bilim sanki özünü oynayır, əsəbi,kini,nifrəti,nitqi hamısı o qədər canlıdır ki... Üzüntüsü belə,kədəri belə canlıdır!
@vesileesedova96594 ай бұрын
He mende onu fikirlewirem
@nyamatm91444 ай бұрын
Ozunu asmaq ,intihar etmek isteyen insanlar baxsin axirda o usagin halina.sizin usaqlariniz o gune qalir.siz ozunuzcun qerar vermeyin.o usaqlari kimcun dunyaya getirmisiz ki kimin umudune qoyub gedirsiz?hamimizin derdleri var,derdsiz insan cox azdi.mohkem olun.
@ЭтишСумгаит4 ай бұрын
Super Super Super. Son 30 ilde ilk mohtesem Azerbaycan filmi. Davami gelsin. Goz yaslarimi saxlaya bilmedim.
@turkan29864 ай бұрын
Nefesimi tutaraq izledim .. ve ilk defe Azerbaycan seriyalinda goz yaşlarimi saxlaya bilmedim.. Mukemmel senari, mukemmel aktyor heyeti ve butun emeyi kechen her kese ehsen ! Söz tapa bilmirem sadece demeye..
@nazlkbrova41474 ай бұрын
Men şok Resjisor bu balaca qızı hardan tapıb 😮 Bütün kollektivi ayaq ustde alqisadayiram cox xais edirik davami gelsin
@elmirasafarova95614 ай бұрын
Neçə neçə uşağın gələcəyi haram-xarab oldu😢,Allah bütün dünyaya gələn gözü açacaq günahsız uşaqlarımızı belə yaramaz valideynlərdən qorusun.
@royadadasova79874 ай бұрын
Son bölümler çox təsir etdi🥺 Yeni sezonu sebrsizlikle gözleyecem
@Kelbecer_qartalı4 ай бұрын
Ata ilə Ananın subay və gəncliyində etdiyi günahları və səhvlərin əzabını ayilə qurduqda övladları çəkir
@amranhsnzad80984 ай бұрын
Hicran obrazı o qədər həyatımızın içindəndir ki… Aktrisanı ayaqda alqışlayıram!❤️
@esmiraefendieva41234 ай бұрын
Nə və necə yazım ki, filmin yaratdığı təəssüratı tam ifadə edim.... Sadəcə mükəmməl. Şərhsiz və sözsüz. Əməyi keçən hər kəsə sonsuz təşəkkürlər....
@hesenlianarah3 ай бұрын
Rövşən müəllim sözün əsl mənasında mükəmməl. Azərbaycan teleməkanında illər sonra zövqlə baxacağımız hər bölümünü səbirsizliklə gözlədiyimiz bir film. Hissləri gizlətməkdə çətinlik çəkdiyimiz bir əsər. Daim səsiniz yüksəklərdən gəlsin əziz insan. Qələminiz iti olsun. Allah daim yar və yardımçınız olsun
@revanakbarov49614 ай бұрын
Bu yorumu oxuyan ınseAllah çox xoşbəxt olarsan
@elshenjafarov4 ай бұрын
Məmələnmə
@krmmurslzad3774 ай бұрын
Çox pis çəkilib xoşuma gəlmədi Pis bu
@bulbulaliyev52924 ай бұрын
SENINLE BAHEM.
@IlkinMutellimli4 ай бұрын
Amin. İnşəallah
@Musa-ir9xu4 ай бұрын
Bu ne yorum xəstəliyidir ee sizde?
@ulviyymisirli93154 ай бұрын
Aytənlə Elvinin ikisində kimsəsiz qalması çox ağır oldu Bütün kollektive bravo, əhsən sizə Ilk dəfədir bu qədər möhtəşəm serial görürəm bizde
@QarabağAzərbaycandır-o8g2 ай бұрын
Rejissor o uşaqları bir araya gətirsin yeni sezonda ,əyər olarsa 😢
@AZƏRİN4 ай бұрын
Mükəmməl gözel artistlər çekilib.İbrahim, Elibeyin oyununa xayran qaldim.Ders götürəcək mövzulara toxunmusuz. Xaiş edirəm çoxlu gözəl, səbirli,mehriban ailələrə aid, dostluq, birlk mövzulu seriallar çox çekin.Başliqda KOC loqotipi nə gözəldi. Hz.Ömər seriyalindaki loqotipi kimi.Tək irad: Artistlərin ad familyalari təmiz görsənmir. Təşəkkür və ugurlar.
@elxan71804 ай бұрын
son səhnədə balaca qızların anasını asılı vəziyyətdə görüb ağlamasına, ürəyim ağrıdı,yazıq körpələr yetim qaldı 😢
@leylaqaragoz60014 ай бұрын
Men bu kinoya baxdqca goz yaslarimi saxliya blmirem.Emeyinize sagliq 👏👏
@sevincmemmedova96044 ай бұрын
Çox təsırlı düşüncəlı həyat ı fılmdır. Sevə sevə ızləyirəm. Tərbıyəvı əhəmıyyətə malık fılmdır. Bütün yaradıcı heyətə halal olsun. ❤
@tahiregulmammadova16444 ай бұрын
Bu serialda əməyi keçən hər kəsə xüsusi təşəkkürlər.Aktyorların oyunu super.Sadəcə kər kəsi alqışlayıram ki belı bir serial ərsəyə gətiriblər.
@nesimiehedov32964 ай бұрын
Ana cümə günu iclasdı,müəllim dedi ki,bu səfər hökmən gəlsin....
@muhammedmehdimnafl55914 ай бұрын
Gələcək nəsli bu gün keçmiş düşüncələr pozur. Həqiqətən ürəyim ağrayır.
@iradqasmova1884 ай бұрын
Çox bəyəndim. İl dəfə köhnə azərbaycan filimlərini aratmayan bir filmə baxdım. Hər birinizin əməyinə sağlıq. Səbirsizliklə gözləyəcəm yeni sezonu. 👍👍
@QarabağAzərbaycandır-o8g2 ай бұрын
Olacaq ki,yeni sezon?Məncə bitdi axı😢
@_18.22_4 ай бұрын
Çox təsirli idi son səhnə 😢 əziyyətlə uğur qazan sonrada yandırıb külə çevurəsən öz əllərinlə😮🥺🥺...
@muhammedmehdimnafl55914 ай бұрын
Elvinə o qədər ürəyim ağrayır. Kaşki bu uşaqlara bu ayrılıqları gözəl ,hiss etdirmədən başa salmaq olardı. Kaşki böyüklər öz travmaların uşaqlara belə aşılamalayalar. Öz dərdlərinə uşaqların qurban verməyə
@orxanqadirov4624 ай бұрын
Sadece alqiw ayaq usde.Mohtewem.Bax budur Azerbaycana laiq serial....Var olasiz usaqlar
@afaqmehdiyeva11064 ай бұрын
Her bölümünde derinden kövreldir bu serial meni. Qayıdışınız dahada möhteşəm olsun
@aliyew254 ай бұрын
Bu seriyada göz yaşını saxlaya bilən insan yoxdur.
@AyselGadjiyeva-g9n4 ай бұрын
Göz yaşı neydi ? Əməlli başti stress yaşadim göz yaşi urəyi zəyf insanda yox rahat yaşyan insanlarda olar (buseriyani yaşadim pramoy
@QarabağAzərbaycandır-o8g2 ай бұрын
@@AyselGadjiyeva-g9nStres,,həyəcan göz yaşları hamısı bir arada .Gecə saat 1-də baxmışam son bölümə.Hıçqıraraq ,ağzımı tutaraq ,içimi çəkə-çəkə baxmışam bu bölüməki,yoldaşım ayılmasın .Mən stres keçirəndə çox pis oluram.Baş ağrılarım olur. Hələ də başım ağrıyır 😢Çünki mən də onu yaşadım onlarla 😢
@nazamustafayeva8154 ай бұрын
Elvinin atası oğlunu kirayədə tək qoyub,başqasının uşağını qucağında gəzdirir..Elə yaxşı ata idisə oğlunun yanında olardı.Hicranı qınayanlar..Bəhruzuda qınayın..
@sma-cx2yn4 ай бұрын
Ssenarist Rövşən Abdullaoğlu. Alqışlara layıq əsərin alqışlara layıq serialı
@islammiriyev85214 ай бұрын
Ən cox alqış aktiorlara duşur.super oynayıblar
@fuadallahverdiyev14762 ай бұрын
Ssenari mükəmməl olanda aktyorun daxilindəki istedad üzə çıxır@@islammiriyev8521
@Vertu54 ай бұрын
Bu seryalda Analar gunahkardir. Biri zalim, qeddar, o birileriyse usaqlarini dusunmeyen, onlari bu qorxulu dunyada tek qoyub, ezab cekdirem.
@XanimBagirli4 ай бұрын
Bu serialda heçmi normal ana obrazı olmadı? Sizcə bu analara qarşı nifrət dolu serial deyilmi? Mənticə düşünün serialda bir normal ailə olmadı. Hamısı birmənalı . Ən azınan iki qızı olan ananın intiharını etməsəydilər. Bir ana iki qızını götürüb ata evinə gedirsə, demək övladlarını düsunərək gedir. Heç ana sevdiyi adamın öldüyündən sonra,iki qızını da başsiz yetim qoyarmi. Xeyir heç bir zaman. Bu həyatı 4 övladıyla ,sevdiyi həyat yoldasını itirən bir qadın, ana olaraq yazıram. Hətta bütun çətinliklərdə belə övlaslar gozümüzün önündə olurku, səhv etməyək. Şeytana lənət olsun deyib fikirindən daşınır daşınır. Aktyorların haqqını itirmirəm, obrazı yaradıblar. Lakin senatı birmənalı olmamalıydı.
@GuldesteIbrahimli4 ай бұрын
Bəs atalar?Onlar çoxmu düşünüb övladlarını?Rafiq Şahini düşündümü,Cəfərin atası Cəfəri,Elvinin atası Elvini düşündümü?
@Vertu54 ай бұрын
@@XanimBagirli sizin kimi xanimlar yasadir bu dunyani, ellerinizden opurem ana.
@Vertu54 ай бұрын
@@GuldesteIbrahimli Sahinin atasina etdiyini sonunda gordunuz ve bu seytanida Sahinin anasi yetisdirmisdi. Elvinin anasi diqdiq edib atani didergin saldi ve ozude er dalinca dusdu, Ceferde atasina etdiyini etdi amma xanimi onun yadigarlarina bunu etmemeliydi. Bu seryalda Analar gunahkardir.
@GuldesteIbrahimli4 ай бұрын
@@Vertu5 Əlbəttə ki analar da günahkardı.Ancaq ata da ana da hər ikisi insandı,valideyindi, ana düşüncəsizlik edirsə hrç olmasa ata düşünsün övladlarını.Hövsanda əmimgilin qonşusu qadın boşanıb ərindən ki mən ayrı yaşamaq istəyirəm.Üç uşaqdan qızı özüylə aparıb oğlanları verib ataya.O kişi iki balasını da saxlıyır artıq beş ildi,xəstə anasına da baxır.Evlənməyib də.İnanın ki kənardan heç kəs hiss eliyə bilməz ki bu uşaqlar anasızdılar,bu ev qadınsızdı.Bütün tanıyanlar o kişiyə əhsən deyir.
@sevincxelefova87534 ай бұрын
Filmdə bir xoşbəxt ailə Cəfərin ailəsi idi o da bədbəxt oldu...Cəfərin səhvi ucbatından...
@QarabağAzərbaycandır-o8g2 ай бұрын
Eynən elədir. Cəfərin səbirsizliyi ucbatından ailə məhv oldu. O da müharibənin yaratdığı travma idi .44 günlük müharibənin travmasını oğlum yaşayır .Söz demək olmur ona ,həmən əsəbləşir. Mənim sakit oğlumu müharibə məhv etdi.Bütün dostları müharibədə şəhid oldu😢3 nəfər tabora qyıtdı mən bilirəm ki,bu necə ağır bir dərddir .Oğlum da bunu içində çəkir.Cəfər də elədir dostunu unuda bilmir 😢
@hesenovaaa.26024 ай бұрын
0:05 Bu bölüm möhtəşəm.Heç bölümün bitməsini istəmirdim.Kinonun uşaq aktyorları Şahin,Elvin, Aytən gələcəyin möhtəşəm aktyorları.Nece yaşayırlar rollarını çox əla.👍👍👍👏👏👏
@dilareismayil35024 ай бұрын
Men ilk defedir serial seyr edirem.Çox gözel bir film, filmin tesirinden çıxmaq olmur.Filmin çekilişinde her kesin emeyine teşekkürler olsun.Heyif sezon finalıdır, növbeti seriyaları görmek ümidi ile....
@ƏliKərimli-l7f4 ай бұрын
Yazıq uşaqlar bu film çox pisixoloji təsir edir mənə 😢😢
@elvinibrahimov72154 ай бұрын
Burada övladlarını düşünməyən, yalnız özünü və öz hisslərini düşünən ana adına layiq olmayan 2 ana obrazı var. Biri Elvinin anası, digəri isə övladlarını yox özünü düşünüb hisslərə qapılıb intihar edən Əsma.
@mehrivliyeva34524 ай бұрын
3ana-şahinin anası səmayə
@elvinibrahimov72154 ай бұрын
@@mehrivliyeva3452 bəli
@Bir_Xanım3 ай бұрын
Və ata adına layiq olmayan, oğlunu atıb, başqasının uşağını qucaqlarda gəzdirən, oğlunun yanına gəlməyən, ən azı ehtiyaclarını qarşılamayıb, küçələrdə yatmasına şərait yaradan Bəhruz, oğluna daim şiddət göstərən Rafiq kimi obrazlar
@elvinibrahimov72153 ай бұрын
@@Bir_Xanım Bəli tamamilə doğru deyirsiz. Hal-hazırki dövrdə ailə dəyərləri demək olae ki, məhv olub
@НарминаНуриева-э4д4 ай бұрын
Очень тяжёлый фильм. Не все его поймут! Спасибо большое создателям! Раскрывает очень многие жизненные проблемы.
@The9939939934 ай бұрын
Mən butun yaradıcl heyete öz təşəkkürümü bildirirəm, son zamanlarda cekılən seriallar icində ən ləyaqətlı və ən reallığı əks etdirən serialdı, Səbirsizliklə yeni sezonu gözləyəcəyəm.Bir daha sizlərə işinizdə müvəffəqiyyətlər.Cox sag olun
@zulfiyyquliyeva-kt6wq4 ай бұрын
Super serial idi .Rolları ifa edən uşaqlar lap rolu yaşadılar .Bu cür seriallar davamlı olsun❤
@esqinquseynov63134 ай бұрын
Ребята вообще молодцы давно такого фильма не было в Азербайджане побольше таких кино супер ждём продолжение.👍
@babamusiq4 ай бұрын
Müstəntiq yanılırsan Sənimin ən böyük günahı uşaqlar arasında ayrı seçkilik qoyması idi
@gunaygunay42124 ай бұрын
balaca qizin ellerinin esmesi😢😢😢😢dehwetdir.
@pashanabiyev68864 ай бұрын
Çıxardılan nəticə: Dünya şübhəsiz şirin xəyaldan ibarətdir. İnsanın əsl vətəni Cənnətdir. Varlı və kasıb ol əvvəl axır öləcəksən ☪️
@clalibrahimov52434 ай бұрын
Peyğəmbərimiz də buyurub : " Məgər bu dünyanın ALLAH yanında ağcaqadın qanadı boyda dəyəri olsaydı, kafirədə, günahkarada bir qurtum su da verməzdi ". BU DÜNYA İNSANLAR ÜÇÜN, İNSANLARSA AXİRƏT ÜÇÜN YARADILIB...
@EliyevaTunzale-nt7ty4 ай бұрын
👍👍
@razimaqayev26323 ай бұрын
Bu söz peyqəmbər sözu yox Allahin quranda sözu ayəsidi
@clalibrahimov52433 ай бұрын
@@razimaqayev2632 hansı surənin, neçənci ayəsi olduğun desəydin zəhmət olmasa mənədə bilərdim.🙏
@clalibrahimov52433 ай бұрын
@@razimaqayev2632 orda elə deyildi söz deyə xoşuma gəldi yazdım əgər varsa elə bir ayə zəhmət olmasa surəsin və ayənin rəqimin yazardın məndə oxuyub bilərdim.
@xaqaniorucovАй бұрын
Sonda həmişə əzab və ziyan çəkən uşaqlar olur. Böyüklərin eqosu, dikbaşlığı və s. Real həyatda Hicrankimi analar, Rafiq kimi atalar həddindən artıq çoxdu. Əziz valideyinlər övladlarınızı sevin və bu sevgini onlara hiss etdirin. Onlar sizdən xahiş etməyiblər ki onları dünyaya gətirəsiz siz istəmisiz, arzulamısız və onlar da dünyaya gəlib.Dünyya gətirdiyiniz övladı sevməyə və düzgün böyütməyə borclusuzzzzzzzz.......
@EliyevaTunzale-nt7ty4 ай бұрын
Çox düşündürücü ,ibrətamiz dərsdir Əməyi keçənlərə ,əziyyət çəkənlərə çox çox təşəkkülər,ayaq üstə alqışlamaq lazımdır uşaqdan tutmuş böyüyə qədər hər bir aktyoru ,həm də müəllifi 👍👍👍👏👏👏
@gunaygunes34274 ай бұрын
Həyatımda ilk yaşayıram. Azərbaycan serialında ağlayıram
@ALIZADA20094 ай бұрын
bu sezon finaldida he yeni davami gelecekde coooooooooooooox qeseng filmdi kitabi kimi pisxoloji maraqli filmdi ve Allahi xatirldari
@KonulRufullayeva-e7j3 ай бұрын
Men indi baxdım çox qəmli idi aqlamamay olmur .Allahdan istəyirəm nə qədər çətinlikdə olan var xoşbext olsun .aileler dağılmasın balalar atılmasına .Bu serialda olsa həqiqətdir .
@AyselXıdırov-v5t4 ай бұрын
Hər dəfə sözün həqiqi mənasında ürək ağrısı ilə izləyir və hönkürtü ilə ağlayıram😢 Sadəcə möhtəşəm!👏
@konulhesenova2432 ай бұрын
Seryal çox gözəl və çox möhtəşəm seryaldı. Bu seryalda əməyi keçən hər kəsə, texniki işçisindən tutmuş, aktyorlara kimi çox çox təşəkkür edirəm. Real Azərbaycan həyatını çox gözəl işıqlandırmısız. Bu seryalda ən çox mənə təsir edən Elvinin həyatıdır. Ən çox da ona üzüldüm. Elvin məni yaman ağlatdı. Heyif belə uşaqlardan ki, bivec ata ananın evladlaeı olurlar. Travmalı tərbiyə ilə həyatın qurbanı olurlar. Bu seylalın ardı, yəni sezondan qayıdışı mənə çox maraqlıdır, davam etməsini çox istərdim. Ən çox da Elvinin sonrakı həyatı mənə çox maraqlıdır. Elvin bundan sonra düşəcək, yoxsa iradəsini toplayıb, həyatdan qisas almaq məqsədiylə qalxacaq? Bu arada tural obrazı çox yazva obrazdı, yaxşı ki, o böyümədi. Birdə molla qardaşın da əyağı yaman yüngüldü, bir bir baş qəhrəmanları basdırdı. Hamsının da, həm başını, həm də bozbaşını yedi. 😂 Seryal davam etsə, elə zənn edirəm ki, finalda molla qalan nə qədər akttor varsa, hamsın basdırıb özü tək qalacaq😂
@musviqmirze75334 ай бұрын
Çox ağır bölüm oldu. Yaşadım filmi. Əməyi keçən hər kəsə təşəkkür.
@gulnaribrahimova88784 ай бұрын
çox sağ olun bu gözəl əsər serial üçün heyf həsrətlə həftənin çatmağın gözlüyürdüm indi mövsümün başlamasın necə gözləyəcəm bilmirəm bütn kollektivə yazıçıya başda olmaqla çox təşəkkür edirəm uğurlarınız bol olsun onun bunun bəzi boş boş seriallarına baxıb bəh bəh deyənlər də baxıb əsl əsər həyat hekayəsi görsünlər məsləhətlidi təşəkkürlər ❤❤❤
@Ruslan-zw9wo4 ай бұрын
Ilahi 53 ci deqiqe necede tesirli idi,bunu nece fikirlesmisiz usaqlar,biz sozle ehsen ve min defe ehsen❤
@ResidMeherremli4 ай бұрын
Möhtəşəm bir film həqiqətən də Azərbaycanda bu cür kinolar çəkilə bilərmiş əhsən hamınıza ..Sona kimi göz yaşları içində seyr etdim ...Bütün ailə darmadağın oldu....
@Bağlanıb-l7f4 ай бұрын
Ürəyimiz zatən parçalandı bidə gəl gözlə o vaxta qədər 🥺
@sma-cx2yn4 ай бұрын
Maraqla gözləyəcəyik
@ramilhuseynov8524 ай бұрын
İndiyənə kimi izlədiyim ən gözəl, ən yaxşı ağladan serial budu.Bütün aktyorlara uzun can arzu eliyirəm inşallah istədikləri hərşeyə qadir olarlar❤🙏🤲
@cleopatra24094 ай бұрын
Bütün bölümləri çox möhtəşəm idi və hətta baxdıqca təsirlənirdim istər-istəməz🥲Allah heç kimi bu tip şeylərlə sınağa çəkməsin İnşallah.
@Azərkripto4 ай бұрын
bu filmi üzərində əziyyəti olanlara, öncədən təşəkkür edirəm, minatdaram.
@hicranaliyeva99284 ай бұрын
Cox gozeldi. Kitabi da oxumuwam. Mohtewemdi. Flim de ki ela cekilib. Tewekkurler.
@SenanHaciyev-r5k4 ай бұрын
Super aktyorlar,en esasda mustendiq rolunu oynayan aktyora ehsen
@burxanburxanzade83604 ай бұрын
Valideyinlərin səfləri uşaqları məhf edir. Allah bizə doğru yolu göstər və evladlarımızı bizdən belə qoru, bizim günahlarımızın qurbanı olmasınlar, in şa Allah.
@anar_mammedov76844 ай бұрын
Telde baxanlar nece neferik 👆
@Reqqase_Sema4 ай бұрын
Allah atasına anasına baqışıasın.çox şirin uşaqdı.uşaqa göre baxıram kinoya
@311285yashar4 ай бұрын
Çox gözəl filimdi. Tezliklə 2-ci möfsüm başlayar. Bu filimdə bir şey başa düşdüm günahkarlar valideyinlərdi çünki buna uşaqlıq travması deyilir. Uşaqlarıvızı normal halda böyüdün əgər bu cür olacaqsınızsa dünyaya uşağı gətirib bədbəxt etməyin.
@birader_14 ай бұрын
Əla bir bölüm idi yaradıcı heyyətə çox təşəkkürlər, uğurlarınız bol olsun
@DONYUOT4 ай бұрын
Offf. 5 il qocaldım bu seriala baxıb.
@islammiriyev85214 ай бұрын
Super .aktyorlar hamısı,musiqisi və cəklış👍.
@QarabağAzərbaycandır-o8g2 ай бұрын
Elvinin taleyi məni göz yaşlarına boğdu.Mükəmməl oynadı öz rolunu .❤
@RevanePashayefa4 ай бұрын
Elvin😥💔 Mən deyirdim Bəhruz gözəl insandı amma yanılmışam.😥
@MuradEyvazov-dc9yv4 ай бұрын
Çəkliyiviz əziyətlərə Halal olsun❤
@nusretsiracov38794 ай бұрын
Bütün aktyor heyyətinin rolu mükəmməl. Amma uşaqların rol oynamağı sadəcə sözlə ifadə olunmaz dərəcədə möhtəşəm. Hər həftə səbrsizliklə gözlədiyim bir film. Həqiqətən halal olsun.
@samiramusazade1484 ай бұрын
Əməyinizə sağlıq möhtəşemsiniz hər biriniz.Davamını mütləq gözləyirik davam edin xahiş edirem❤❤❤
@ZenfiraAliyeva-g9r4 ай бұрын
Rövşən bəy, bu filmə görə çox sağ olun. Bu film xalqımıza bir dərsdir.Əhsən sizə.
Çox gözəl bir film aktyor, aktrisalar hər biri çox qəşəng rolunu oynadı belə filimlərin ardı gəlsin xoşdəqəm, zavırların gic-gic verlişlərdənsə belə filmlərin çəkilməsi yaxşı olar.
@aykamirhesenova76074 ай бұрын
Cox maraqli serialdi amma kaski qizlarin anasi ozunu öldurmeyeydi demeki heyat yoldasi usaqlarindan önemli imiş cox tessuf
@AftQurbanova27 күн бұрын
Bu yaşıma qədər baxdığım ilk Azərbaycan serialı👍👍👍Rövşən Abdullaoğlu siz bir dahisiz
@zaurmebel9904 ай бұрын
Sadəcə möhtəşəm🎞️📽️👏🏻👍🏻
@ramilhuseynov8524 ай бұрын
Röşən bəyədə təşəkkür bu seryala çox böyük əmək sərf edib sağ olsun❤
@eliyarabbasov48344 ай бұрын
Qorxunun nelere yol acacagini azda olsa senarist gosterdi, ama and iceremki bu hele yunguludu
@AgaFetulla4 ай бұрын
Təşəkkür Rövşən müəllim, əməyi keçən hər kəsdən Allah razı olsun.
@ayselabbaszade72384 ай бұрын
Heyif, çox heyif puç olan həyatlara,ailələrə😢
@XatiraTalibova-er7zk4 ай бұрын
Her defe bu seriala baxanda urek döyuntusuyle baxiram. Yene 2- 3 ğun özume ğele bilmeyeçem. Eyni zamanda sevinirem ki nehayet ki bizdede layiqli serial film cekilir. BUTUN CEKİLİŞ QRUPBASİNA AKTYODLARA SONSUZA QEDER TEŞEKKUE EDİREM. ! VAR OLASIZ!! ❤❤❤❤❤❤
@Nazzzz004 ай бұрын
Burda Elvinə çox yazığım gəlir elə valideynlər olmasa yaxşıdı🥲
@afetnesirov44394 ай бұрын
Onsuzda yoxdular ...
@nuranem-va91424 ай бұрын
Ama atıb gedən Ata var.
@Bir_Xanım3 ай бұрын
@afetnesirov4439 Var, ki zatən əsər həqiqi həyat hadisələrinə əsasən hazırlanıb.