Axır ki bir coğrafiya müəlliminin səsi çıxdı, çox sağ olun. Tam doğru şərh verdiz. Heç olmuya kəsiləndə də normal balla kəsilərdik. Adam utanır evdə deməyə xəcalət çəkirsən. Vallah nə bilim 2 ildi hazırlaşıram ola bilsin 90 ballıq deyiləm ama sınaqlarda yazırdım 88,85 yığırdım, indi elə baldı ki, düşünürəm mənim coğrafiyadan xəbərim yoxmuş o qənaətə gəlmişəm. Evdə hər şeyi atıb çəkdiyim əziyyətə heyifim gəlir, uşaqları belə atmışdım demək olar, belə vicdansızlıq olar. Adamın belə hisləri ilə oynamaq olar? Dünəndən bilmirəm hara gedim, hara olum utancımdan, nəbilim bu vəziyyətə gətirən elə coğrafiya müəllimləridi pula görə bu qədər insanların hislləri ilə oynanılır. Rəqabətdi ki kim daha çətin sual tərtib edəcək. Nəticədə olan bizə olur. Bəlkə ömrümdən nə qədər ömür getdi dünəndən. Yəni mən bu qədərmi heçnə bilmirəm deyə fikirləşməkdən. Çox sağ olun müəllim. Baxfım heç olmuya təskinlik tapdım. Dünəndən fikirləşirdim ki coğrafiya mənlik deyil,... Biraz ürəyim sakitləşdi.
@Cografiya_Celil_Sireliyev25 күн бұрын
@@aslanimanquliyev9945 Siz savadsız deyilsiz. Savadsız coğrafiyanı bu günə qoyanlardır.
@aslanimanquliyev994524 күн бұрын
Sağolun müəllim. Haqqınızı halal edin sizdən də çox şey öyrənmişəm. Məsələləri əsasən də. Özümü toparlıyıb gələn il üçün hazırlaşsam sizə müraciət edəcəm.
@GulerAgayeva-fq2nx24 күн бұрын
Yaxsi ki, bu paylasimi etdiz cox sag olun, yaxsi ki siz de bele ureyimdrn kecenleri yazmisiz, tek olmadigimi gordum, dunenden cox pis idim nece olar ki, men cografiyani 4 il universitet,2 il magistratura ve dunen men cox berbad yazdim. Arava sehrasini ilk defe oxudum orda ...Allah insaf versin sual hazirlayanlara, muellim olmaq isteyenlere de sebr versin. Cay sebekesini 5 defe oxudum yazdim boldum cixdim((( bir de baxdim vaxt gedir
@TardigradeEducationtv24 күн бұрын
@@GulerAgayeva-fq2nx Arava səhrası haqqında nə tipli sual var idi ? Yəni suallın məzmunu nə idi ?
@sebinequrbanova-xc1rd24 күн бұрын
Bir anliq ele bildim ki bu sozleri men yazmisam.2 gundu o is qalmayib ki gormeyim.cunki sakit oturduqca deli oluram fikirlesmekden.deyirem qoy fikrim dagilsin ki,fikirlesmeyim.11ildi pedaqoji fəaliyyətlə mesgulam.kitabin sehifesine kimi,tapsroriqlarina kimi ezber bilirem.miqden sonra bele qenaete geldim ki men hec ne bilmirem. Imtahandan çıxmağımi gozleyirdiler ki yuksek netice yigan muellom kimi seklimi ceksinler.balimi deyende ele bildiler zarafat eliyirəm.yeni men o suallardan 20sini yaza bilmemisem?
@Vugarbashirovgeography25 күн бұрын
Düz deyirsiz müəllim ,Coğrafiya təbiətdə və cəmiyyətdə baş verən hadisə və prosləri öyrənir,day təbiətdəki bitləri qarışqaları yox🤦
@sebnemqaffarova877225 күн бұрын
Bütün coğrafiya müəllimləri birlikdə şikayət etsin ancaq bəlkə düzələr yoxsa bu fənni çox pis günə qoyacaqlar. Çox pis ürəkləri nə istəyir onuda edirlər
@sirinliayxan25 күн бұрын
Heqiqietende cografiyadan kuncde bucaqda qalmış suallar idi,bir de her il özümüz danişiriq özümüzde eşidirik, heç kim danişanlara baxmır
@letishcefer99325 күн бұрын
Salam müəllim çox sağolun ürəyimdən keçənləri dilinizdən eşitdik.Hər il irad tutulduqca sanki məğzini dəyişib başqa tərəfdən çətinləşdirirlər.Tam qatılıram sizə kaş ki 75-80 balla qalaq kənarda bu təsir eləməz,nəinki adam topladığı balı deməyə utanır vallah,özünün öz biliyinə inamı itir!!!Allah bəlaların versin!!!Yaxşı ki sizi kimi müəllimlər var yoxsa bizlər motivasiyadan tamamilə düşərik.
@fuadnesimiofficial198525 күн бұрын
Mentiqsiz adamlardir sual hazirlayanlar.
@gullrquliyeva74424 күн бұрын
Düzdü müəllim hamimiz birlik olaq təhsil nazirliyinə müraciət edek.mən gedecem kim gedir yigişaq gedek
@elsentagiyev736625 күн бұрын
Biz təşəəkür edirik Cəlil müəllim.Eyni düşünürem sizinlə.Dəstəyiniz üçün var olun
@zhofficial967425 күн бұрын
10 sualı çıxmaq şərtilə, 30 sual vaxt aparan, vaxta uyğun olmayan, 12 mərhələli suallar idi, onlarında hər birini aşağı 5-6 dəqiqəyə yazmaq tələb edir
@SevincEliyeva-jy8du24 күн бұрын
Mən 5ilin qabaqcil müəllimlərindən biriyəm.sinaq üçün getmişdim.bu qenaete geldim ki bu müsabiqe deyil.bu monopoliyadir.
@SITARRHIMLI24 күн бұрын
Məqsəd , müəllimləri gözdən salmaqdır
@asisultan618424 күн бұрын
Çox sağ olun, müəllim, belə çıxışi da gözləyirdim sizdən( haqqına olduğu üçün) iki şans verib MIQ- çilərə biabırçıliqdan çıxmalıdırlar!
@01_hsnov8325 күн бұрын
Tamamilə razıyam. Mən 20 ildi müəllim işləyirəm .. Suallar çox çaşdırıçı idi . 88 dəfə oxudum hər sualı .
@ismailibrahimzade25 күн бұрын
Cox duzgun vurgulayirsiniz muəllim. Ona gorə də savadli kadrlarimiz gedirlər xarici olkələrə ..Bu gun bir yorum oxudum deyir miqə sərf elədiyim vaxtimi İELTSə hazirlassaydim hansisa xarici olkədə gozəl sirkətlərdə isləyirdim 😊
@afinaallahverdiyeva964625 күн бұрын
Müəllim çox sağ ol çox düzgün təhlil edirsən onların məqsədi çoğrafiyanı gözdən salmaqdı belələri qınanılmalıdl mən də coğ müəlliyəm özüdə illərin repititor müəllimi. Məniim sertifikasiyaya yaşım imkan vermir yənin67 yaşım var diaqnostikadan 100% oldu siz gəncləri bu cür lazımsız suallarla başınızı qatanlara ayıb olsun coğrafiya fənnini ğözdən salanlara ar olsun bunlara dur deyən olacaqmı? Cəlil müəllim mənə elə gəlir ki bu sualları salanlar hələ özkəri coğ -nı bilmir ya da qəsdən yada sabah həmin tipli kitab və ya test tərtib edib satacaqlar gələcək onun kimilərin vecinə deyil çoox heyiflər olsun coğrafiyanı bataqlıqda boğurlar
@mirkenanshahbazov384525 күн бұрын
Çox sağ ol Cəlil müəllim
@onurmeherremov268625 күн бұрын
Salam Cəlil muəllim cox haqlisiz hər kəs öz etirazini bildirməlidir inanin bu qədər haqsizliq olmaz suallarin bu qədər cətin vaxt aparaci olmasi qəbuledilməzdir
@bakubaku862525 күн бұрын
Allah razi olsun muellim
@Zhra-km8nc24 күн бұрын
Çox sağolun Cəlil müəllim Allah sizdən razı olsun bizim dünəndən ürəyimiz doludur dərdimizi danışmağa bizi başa düşən adam lazım idi.Vallah mən dünən imtahan bitəndən sonra cavabkı gəldi yerimdən dura bilmədim özümü toparlayıb qalxa bilmədimki çıxım. bu nədir bu necə ədalətdi axı mənim bayırda Atam Anam gözlüyürkü şad xəbərlə çıxım qarşılasınlar məni . Neçə illərdir pul tökürlərki axırda bir nəticə görsünlər . Mən özümü yadımdan çıxardıme Vallah evdəkilərə görə bilmədim nə deyim onlara neçə açıqlayım dərdimi onlarda deyirlər day sən hər şeyi bilirsəndə niyə yaza bilməmisən.Gəl indi başa sal ki bizim başımıza nə oyunlar açırlar
@minaaaksel612225 күн бұрын
Səhv suala gəldikdə isə həmin sual mənim 10 15 dəq vaxtımı apardı. Vaxtdan əlavə nə qədər yordu məni prinsipə düşdüm ki necə yəni çay məsələsini tapa bilmirəm mən? Dayandım 1 dəq dincəldim su içdim birdə həmin suala baxdım ki necə yəni?? Başa düşə bilirsiz müəllimlər həmin ankı stresi? Yaxşı bəs sizin vasitənizlə sual verirəm 1 il ərzində 40 sualı normal tərtib edə bilməyib təqdim edə bilməyən qurum hansı ixtiyarla insanların savadını ölçür?? 1 ildə yazdığın 40 sualdan 1 i səhvdirsə ay qardaş utanmırsanmı imtahan etməyə??? Adam havalanır , and olsun...
@elnuraceferova25 күн бұрын
Sertikatlara asand edərlər.Onların dərdi MİQlərlədi.Biz elə bil vətən xainləriyik bizi işlə təmin etmirlər.
@sebinequrbanova-xc1rd24 күн бұрын
Beli sertifikasiya asan olacaq.cunki o suallari dovlet hazirlayir.daha MIQ kimi bir biri ile lazimsiz,menasiz reqabet aparan muellimler yox.
@ceyhunhuseyinli457325 күн бұрын
Çox gözəl danışdınız müəllim amma bunu necə həll edə bilərik buna köməklik edək ki bütün müəllimlər iştirak edə bilsin
@ulkarmammadli621024 күн бұрын
Çox sağolun müəllim, paylaşıb bizləri dəstəkləyirsiz. Sualları yazana qədər o qədər yoruldum ki vaxt cəhətdən də problem oldu həqiqətən.
@NuraneVelili24 күн бұрын
Allah sukur cox sagolun mellim
@qasidhummetzade139025 күн бұрын
Bu danışdıqlarıniz çox müəllimin fəryadıdı.Hec nə Allah bu cür ədalətsizlik edənlərin və bu tip sualları tərtib edənlərin bəlasını versin.heyif gör coğrafiya nə günə qalıb
@cografiyamuellimisakirhemzeyev25 күн бұрын
Bərbad vaxt aparan suallar.
@cografiyahazrlg909024 күн бұрын
Yeni nazir gələn gündən qaydaları o qədər çox dəyişir ki , deyirəm kaş əvvəlki təhsil nazirlərinin dövrü qayıdardı.
@vuqarabdullayev34924 күн бұрын
Salam müəllim.O qədər hər şeyi doğru vurğulayırsınız.Artıq şərhə ehtiyac yoxdur.
@nuranezeynalabdiyeva478024 күн бұрын
Coğrafiyanin qebulunuda Cox çətin ve bərbad edirler.Cox maraqsız fen olub
@AzerSemedov-fb1rd24 күн бұрын
Hər şeyi atıb 2 ildir hazırlaşıram istədiyim nəticə olmur. Hər sınaqda 35+ yazırdım. Miqdə olmadı. Vaxt çatmır. Suallar çətindir. İmtahandan sonra özümə inamım azaldı. Hər şeyi atıb hazırlaşmışdım adam utanır. Bütün fənnlər demək olar ki rahat olub coğrafiyadan başqa. Bəhanələri də vakansiya azdı. Vajansiya azdır vakansiyaya görə universitetlər qəbulu aparsın hər universitetdən yüzlərlə müəllim məzun olur iş tapmaq çətinləşir. Artıq coğrafiyadan miqdə iştirak etmək istəmirəm
@GigaRusli23 күн бұрын
"Suallarin paylasilmamaginin sebebi suallarda olan problemlerdi"
@user-Esi25 күн бұрын
Cox sağolun Celil müəllim düzə düz
@AyselSlimova-do7sc25 күн бұрын
O qədər haqlısız ki,müəllim. Adam həqiqətən öz ixtisasından soyuyur.
@mrsshiraliyeva25 күн бұрын
Çox sağ olun,sizdən bu rəyləri eşitmək mənə çox xoş oldu. Var olun🙏
@memmedovawf25 күн бұрын
Men artiq heçneye ve heçkese güvenmirem Bütün ümüdlerim qırıldı
@user-tp5xi5wf1p24 күн бұрын
Çox sağolun müəllim,bu məsələni işıqlandırdığınız üçün
@sevilmamedova399424 күн бұрын
Allah sizdən razı olsun sizin kimi gənclər çıxsin qabaga fənnimizi gözdən salırlar ona görədə 2qrupa gedən azalır gün gundən
@SevincEliyeva-jy8du25 күн бұрын
Mənim müəllimim cografiya kafedrasinin dekani idi.o mənə demişdi ki bu suallari tertib edenlerin cografiyadan xeberi yoxdu.tam raziyam.
@cemilselimov635725 күн бұрын
Bərabərk imkanlar yaratmır. Mən taxta stolda, 40 dərəcə isti de işləmişəm imtahanı. Basqasi sərin nalcali otagda
@erkinazefendi389024 күн бұрын
Yeqin cografiyacilari qeyri-adi varliq hesab edirler,heqiqeten bu fenni secdiyime pesman olmusam,halbuki cox sevirdim…
@Cografiya.Dersleri0325 күн бұрын
Çox haqlısınız ,çox hissəsi vaxt aparan,qarışıq suallar idi , 1 sualın içərisində 5 6 mövzunun nəzəriyyəsi var idi
@camalmikayilli472424 күн бұрын
Çox sağolun Vallah.Allah sizdən razı olsun nə yaxşı biri bizi anladı.heç bir imtahanda bu qədər stres yaşamamışdım üstəlik imtahanlara qarşı küskünlük formalaşdı.axı bu qədər də olmazdı.ən azınann arada 2 3 sual olsaydı ki biraz motivə olardıq.hər gələn sual bir birinən çətin
@Dunyadan_inciler24 күн бұрын
Ona gore artiq hec bir şagirdim Coğrafiya muellimi olmaq istemir.Bu usaqlar heleki blok imtahaninda bu qərari verdiler.Onsuz bu fənni cox sıxırlar məktəblərdə dərs saati da azdir ,imtahanin beke kecmeyi ədalətsizliyin pik həddidir..
@user-dh1qx4cn3m22 күн бұрын
allah onlara rəhmət etsin müseyib mm tələbənin atası adlanır dı kim baxacaqhamı cibin güdür dərsliklərə baxanda hər şey aydın olur
@ferqanerehmova222224 күн бұрын
Cox duz deyirsiz muellim cox pis suallar salmisdilar suallari yazmag ucun gerek 10mlm yaninda durub komek ede
@orxanrecebzade193225 күн бұрын
Heç o saat qurşağına beynimi yormadım. Baxmayaraq ki, coğrafiyadan en çox sevdiyim elə məsələ həll etmək idi...
@GunelAbsova24 күн бұрын
Çox sağ olun, Cəlil müəllim. Çox gözəl təhlil etdiniz, inşallah ki, səsinizi eşidən olar.
@rusdilidrslri261925 күн бұрын
Salam. Sualı normal tərtib etsinlər əksəriyyət yaxşı yazsın rəqabət olsun. Deyək ki, 70-80 bal yığdım amma keçə bilmədim. gələn ilə hazırlaşmağa maraq olur. Amma indi 30-40 yığan sonraya həvəsi olmayacaq. 30-40 yığanlarda savadsız deyil. İndi hansısa səbəbə görə aşağı yaza bilər. Müəyyən səbəblər və sualların çətinliyi insanı motivasiyadan salır
@nuraynurayli351525 күн бұрын
Çox haqlisiz müəllim
@orxanrecebzade193225 күн бұрын
Sizinlə tam razıyam. Suallar sual kitabçasında verilse daha. yaxşi olar.
@tahirbabazade847124 күн бұрын
Cəlil müəllim düz deyirsiniz, tam razı sizinlə Sualları hazırlayanları bu tipli imtahana salsalar, əminəm ki, cavab verə bilməzlər. O sualları hazırlayanlara bir baxmaq istərdim, yəqin indi öyünürlər. deyirlər ki, cografiyaçılar bizim kimi ola bilməz. Kimə və nəyə özünüzü göstərirsiniz. Ayıbdır bu cür suallar hazırlamaq. Nəyin qisasıdır? Düşmən gözü ilə baxırsız ?
@jalallahverdiyeva922624 күн бұрын
Haqlısız müəllim tam olaraq
@narminmammadova667724 күн бұрын
Salam müəllim. Valla haqlisiz. Ozum oxumuwdum duzdu ama bu qederde yoxda. Oxudugum qalir kenarda ele suallar saliblarki sadece sok kecirirem
@aytensalmanova28525 күн бұрын
Acınacaqlı haldı
@ruqsareatayeva55424 күн бұрын
Salam.Cox sagolun muellim.Tam dogru deyirsiz.12 illik stajim var.Yasadigim yere yerdeyisme ede bilmirem O sebebden de erize yazib isden cixmaq heddine catmisam.Bele is olmaz.Her sozunuz qizil sozdur.Tam dogru.Var olun.
@YeganeMuxtarli24 күн бұрын
Umumiyetle bu miq suallarini tertib edenler Cografiyacilarin qesdine durub ele bil haminin eseblerini pozub ne qazanacaqlar valla hec kesi inandirmaq olmur ki suallar berbad idi
@fatimaqaflanova670423 күн бұрын
Salam müəllim çox düzgün nüanslara toxundunuz. Təşəkkür edirəm.
@rovwanaaliyeva967525 күн бұрын
Cox sag olun muellim sesimizi duyurdugunuz ucun
@Cografiya_Celil_Sireliyev24 күн бұрын
@@rovwanaaliyeva9675 Qruplarda paylaşın. Bəlkə səsimizə səs verən olar.
@ferqanerehmova222224 күн бұрын
Butun hayiflarini miqden cixirlar urekleri soyumur daha cetin suallar salirlar suallara baxanda gorusen ki kimse sanki senden aciq hayif cixir
@sfqafsarova945118 күн бұрын
Hər bir sözünüzə gorə çox sağ olun. Online formada olsa şikayətlərimizi bildirək. Bir olaq
@NuraneVelili24 күн бұрын
Sizin kimi kas bize destek olan mellimlerin sayi cox olsun
@orxanrecebzade193225 күн бұрын
Beli muellim. O orta sıxlıq meselesini men apelyasiya yazdım göndərdim...Sizce nezere alarlar?
@cografiyahazrlg909025 күн бұрын
Coğrafiya doğru/yanlış,səhv/düz,uyğunluq və uyğunluğun pozulması tipli idi.Hər sualın içindən kələm kimi sual çıxırdı.Metodikada hamsı situativ idi.
@muhammedeliquluzad822724 күн бұрын
Allah razı olsun Cəlil m, düz iki ildi sizinlə hazırlaşıram, kurikulumdan hazırlaşmasam da fikirləşirdim ki heç olmasa 80 yazaram, çünki, sınaqlarda, olimpiada suallarinda 1 ya da 2 səhvim olurdu, evdə uşaqlar deyir ana bu qədər oxudun, niye bu qədər yığdın, adam utanir, niye təhsilimizi bu günə qoyublar, universiteti həm də magistraturanı qırmızı diplomla qurtar ama miq imtahanı normal verme
@Cografiya_Celil_Sireliyev23 күн бұрын
@@muhammedeliquluzad8227 35 ixtisas yazmağınız onu göstərir ki, savadsız deyilsiz. Utanmaq lazım deyil. Utansın imtahanı o günə qoyanlar.
@aynurhsnova285824 күн бұрын
Çoxsağolun müəllim.Çox gözəl qeyd etdiz.Meyillik məsələsini neçə dəfə oxudum gördüm mənlik deyil.Üdm məsələsi riyaziyyat idi demək olar.Göyçə gölü haqqında ilk dəfə gördüm imtahanda...Çox heyif çox..
@damlaamiraslanova34324 күн бұрын
Chox sagolun muellim
@afaqnagyeva.485024 күн бұрын
Tamamilə razıyam
@sefeqaslanova880525 күн бұрын
Düzdür.Sual tertibati cox pis.1 sualda 199 sual.Mişqani yuxarı asagi firlatmaqdan bezar olduq sualın evvelini yadda saxla ki asagisina bax indide .Kurikulum suallari çox yaxsi idi fenne göre Tek meseleleri beyendim.Yarim saat çekmedi kurikulumu islemek.
@fidanelizade52224 күн бұрын
Sıxlıq, meyilliklə bağlı uşaqlara tövsiyəm həmişə vahidlərdən istifadə etmələri olur, deyirəm məsələn meyilliyi tapanda nəyi nəyə bölürdük unuda bilərsən, vahid sənin köməyinə çatacaq: m/km, m-lə hündürlük, km-lə uzunluğunun verildiyini biliriksə, deməli düşməni uzunluğa bölməliyik, eyni qaydanı su sərfi, sıxlıq üçün də qeyd edirəm, və dünənki imtahanda mən də iştirak etdim, həmin sual həqiqi məni çaşdırdı, elə vahidin düz olmadığını nəzərətçiyə də bildirdim, şəxsiyyət vəsiqəmin falan şəklini də çəkdilər, şəxsi kabinetimdəm də etiraz müraciətimi göndərdim... cavabı səbirsizliklə gözləyirəm...
@kursumaliyeva306524 күн бұрын
Çox sağ olun tam haqlısınız
@user-xf1mf8hb9r24 күн бұрын
Cavanları savadsızlığa sürükleyirler
@Altay237724 күн бұрын
çox sağolun sizinlə tamamilə razıyam
@serdarmuradxanli946921 күн бұрын
Mende severek oxumusam islemek hevesinde olmusam indide sevirem ama suallara baxanda ele bilirəm ki heçnə bilmirem ve bu meni cox narahat eliyir özüme guvenim itir
@ElnarəAğaməmmədova24 күн бұрын
Təşəkkür edirəm müəllim düz deyirsiz.Mən özümü qınıyıram niyə coğrafiya seçmişəm.
@gulnarmmmdliyeva23524 күн бұрын
Həmişə dediyim nüansa toxunduğunuz üçün minnətdaram. Bəli,Universitetlər hər il sel kimi müəllim buraxır. Ama axırda dövlət o müəllimləri iş yeri ilə təmin edə bilmir. Bəs niyə o qədər müəllim yetişdirirsiniz??? Ona görə rəqabət bu qədər güclüdür,olan da müəllimə olur
@elsentagiyev736625 күн бұрын
Çox heyff😢
@xeyalquluyev344324 күн бұрын
Allah canlnlzl sag eləsin.nece gozel bizim. deye bilmediklerimizi dediz
@user-hd2tm8jc7q24 күн бұрын
Desteyiniz ucun var olun Cox sağ olun
@sbnm948024 күн бұрын
Cox sagolun muellim,psixoloji destek oldu bu videonuz
@nuraynurayli351525 күн бұрын
Vakansiya azdı eybyox başa düşdüm heç olmasa,normal sual qoy.Kimse sual tərtib edir,özünü reklama.Ne dərəcədə düzgün?!Sual tərtib edənler ne düşünür
@minaaaksel612225 күн бұрын
Təsəvvür edin vaxt qalmadı ki yazdığım suallara birdə baxım, bəlkə nəisə gözümdən qaçıb
@aqilekberli465725 күн бұрын
Haqlisiz müəllim Coğrafiyanı riyaziyyatın ayağı altına atıblar sualları özləri istədikləri formada tərtib ediller mənasız ,məntiqsiz, düşüncəsiz formadadi suallar coğrafiyada cografiyaliq qalmıyıb təssüflər olsun
@codmobileazrbaycan466225 күн бұрын
Çox sağolun❤
@aslanimanquliyev994525 күн бұрын
❤
@FiruzeAlesgerova25 күн бұрын
Bir onu bilirəmki yaxşı ki Allah var. O hər şeyi görən hər şeyi biləndir. Haqsızlıq olar amma bu qədərdə olmaz,mən inanıramki bu haqsızlığı Allah götürməz. Əminəmki bu suallarla müəllim seçilmir. Məqsəd işə girmək istəyənləri həvəsdən salmaqdır. Amma bunu bacarmayacaqlar. O qədər boşluq varki hansı birini deyəsən bilmirəm. Çox təəsüf edirəm çəkdiyim əziyyətə
@codmobileazrbaycan466225 күн бұрын
Maksimum bəyənək paylaşaq
@nuranezeynalabdiyeva478024 күн бұрын
Şagirdlər de cografiyadan şikayet edir
@ilahesahverdiyeva187924 күн бұрын
Doğruda yanlış yanlışda doğru olan uyğunsuzluq sualı 10 dəqiqə vaxt aldı 4saata yazıla bilərdi ancaq 2 saat yarım çətin Allah razı olsun müəllim görüb danışırsız
@elizulfuqarli754224 күн бұрын
Men sualları gormemisem, ancaq dedikleriniz tam dogrudur
@sevincbagirova476624 күн бұрын
Kecen il 1 il hazirlasib 74 yigan 1 ilde butun isin gucun atib oxudu ki bu il 1 ilde oxumaqim neticesinde + 80+ yigacam.. gelir 52 yigir.. bu o demekdiki insAn oxuduqca biliyi azalit? bu qeder eziyeti hec etmek olmaz..hansiki o qiz sinaqlarda 100faiz yazirdi((
@arazaydinli798824 күн бұрын
Tamamile doğrudur
@mehriagacanova583224 күн бұрын
Hamımızın səsi olubsuz müəllim Amma nə fayda öz bildikləri əllərində hər zamankı kimi
@mehribanabisova960422 күн бұрын
Mən 30 ildir coğrafiya müəllimi işləyirəm Yəni 6 il basqa ölkədə yaşayıb gəldim və MİQ dən keçdim və səhər məktəbində işləyirəm Coğrafiya fənninin adı qalıb Bu nə suallardi MİQ qəbul Amma bizim sagirdlər müəllimlər o qədər savadlıdır ki bu tapmacaları cavablandirirlar
@emileliyev139224 күн бұрын
Haqq səsimizi ucaldaraq dəstəyinizə görə minnətdaram.Bütün coğrafiyaçılar ayağa qalxaraq iradlarımızı bildirək.
@qhramanovasudab531724 күн бұрын
Tam ürəyimdən xəbər verdiniz.Coğrafiyanı sevib gəlmişəm indi peşman oĺmuşam.Coğrafiyanı ediblər riyaziyyat.Buna bir etiraz etmək lazımdı rəsmi şəkildə .
@faridallahverdi104624 күн бұрын
O suallar nə məntiq nə təhlil nə də ki yaradıcılıq tələb edirdi. Ancaq əzbərləmək lazım idi. Bu da bunların yeni sistemi guya
@YeganeMuxtarli24 күн бұрын
Konkret eziyeti itirirler ve gozden salirlar miq deyende eseb kecirirem mektebe qebulu bu qeder imkansiz hala getirirler
@GigaRusli23 күн бұрын
15 sual islemisdim baxdim ki artiq 60deq gedib.1sualin icinde 5 6 movzu gizlenmisdi
@Elvin_Adil24 күн бұрын
Çox haqlısınız
@Punhan69224 күн бұрын
Sual tetbiq eden muellimler hansi daha cetin sual tertib edecek yarışındadılar.ona görə də bele çətin olur imtahanımız