Bu videoya baxmadan MARKET QATIĞI ALMAYIN! - Səbəbləri

  Рет қаралды 126,200

Bir Bax

Bir Bax

Ай бұрын

#BirBax #market #qatıq
#kənd #kəşfet #shorts
Küçələrdə satılan qatıq, ev qatığı, yoxsa market?
Ətrafınızda ev qatığının daha təmiz, sağlam, matket qatığının xəstəlik mənbəyi olduğunu deyənlər var, bilirəm. Bəs binaların həyətinə gətirilən, yolda satılan qatıqlar necə? Onların təmiz şəraitdə hazırlandığına nə qədər əminsiniz? İnsanların pislədiyi market qatıqları zərərlidirmi? Yoxsa bizi aldadırlar? Gəlin araşdıraq görək və gerçəyi ortaya çıxaraq.
Bəs siz dəyərli izləyicilərim, qatıq, süd məhsullarını haradan alırsınız? Kimlər evdə bunu edir? Zəhmət olmasa aşağıda yerləşən şərh bölümünə yazın. Biz də keçək videomuza.
Qatıq dünya mətbəxinə türklərin hədiyyə etdiyi qidadır. Onu “super qida” edən xüsusiyyətləri vitamin, mineral və proteinlə zəngin olması, probiotik və prebiotik gücüdür. Xüsusilə, probiotik və prebiotiklərin bir yerdə qatıqda mövcud olması ən mühüm faydasıdır. Əgər qatıqdan probiotik gücünü çıxarsanız, o qida super qida olmayacaq, sadəcə, faydalı qidalar siyahısında qalacaq. Bəli, qatığı əvəzedilməz edən probiotik qidalarla zənginliyidir.
Öncə, ənənəvi ev qatığından danışaq. İmkanınız varsa, təzə süd alın, özünüz qatıq çalın. Əgər evdə qatıq çalmırsınızsa, marketdən alın. İş ondadır ki, marketdə satılan qatıqların əksəriyyətində istehsal texnologiyasının nəticəsi olaraq lazımi qədər probiotik bakteriya yoxdur. Məhz buna görə, evdə özünüz qatıq çalsanız, daha yaxşıdır.
“Küçələrdə satılan qatıq, yoxsa market qatığı?” Bu sualı siz mənə versəniz, evdə özüm hazırlaya bilmirəmsə və etibar etdiyim süd məhsulu satan biri yoxdursa, market deyərdim. Çünki açıq halda, etiketsiz satılan qatıqların istehsal şəraiti, tərkibi haqqında məlumatsızıq. Məhz buna görə, market qatıqlarının küçə qatıqlarından daha faydalı olduğu qənaətindəyəm.
İndi də keçək süd məhsullarına qatılan maddələrə.
Südə su əlavə etmək ən sadə və ucuz oğurluqlardan biridir. Su qatmaqla südün miqdarı artırılır və satışından daha çox haqsız qazanc əldə edilir. Bunu siz qatıq çalan zaman hiss edə bilərsiniz. Tərkibində su olan südlərdən əldə edilən qatıq bərk olmur. Lakin südü alan zaman bunu heç cür anlamaq olmur. Bu da qalıb satıcının insafına.
Digər bir iddiada deyilir ki, südün maya dəyərini aşağı salıb daha çox qazanc əldə etmək istəyən bəzi şirkətlər südün yağının bir hissəsini götürüb kərə yağı istehsalında istifadə edilər. Normal inək südünün yağlılığı 3,5-4,2% arasında olduğu halda, bu faiz dərəcəsi 1,5-ə qədər endirilə bilir. Əslində, isə məsələ deitik məhsulların istehsalı ilə bağlıdır. Yağlı süd, qatıq məhsulu yeyə bilməyənlər, marketlərdən yağlılığı az olan süd məhsulları seçir. Üstəlik həmin məhsulların üzərində yağlılıq dərəcəsi də göstərilir. Yəni müştəri aldadılmır.
Kərə yağı demişkən, bir az mövzudan kənara çıxmaq istəyirəm. Bu gün süd məhsullarına bitki yağı əlavə edilməsi ən çox yayılmış saxtakarlıqlardan biridir. Xüsusilə kərə yağı istehsalında marqarin və müxtəlif yağların (günəbaxan yağı, qarğıdalı yağı, palma yağı, digər heyvan mənşəli yağlar və s.) istifadəsi bu məhsulun saxtalaşdırılması kimi tanınır. Bu yağın zərərlərindən heç danışmıram. Kərə yağının başqa bir saxtakarlığı ona qida boyasının əlavə edilməsidir. Əsl kərə yağı kimi görünməsi üçün saxta kərə yağına sarı qida boyası əlavə edilir. Hətta pendirə də bu əlaqə edilir. Yəni bazarlarda sarı rəngdə, göz oxşayan pendir və yağlar sizi aldatmasın. Kənddən gətirilməsi onun keyfiyyətli olduğu anlamına gəlmir. Dediyim kimi, etibar etdiyiniz şəxslərdən bunu alın.
Bəs sən hansı yağ istifadə edirsən? Soruşursunuzsa, mən Zira Olives markasına aid, təbii zeytun yağı istifadə edirəm. Həm qiyməti kərə yağıyla müqayisədə münasibdir, həm də keyfiyyəti, sağlamlığıma faydaları kərə yağından qat-qat faydalıdır. Mövzudan kənara çıxmayaq, keçək q
atığa.
Sənaye yolu ilə istehsal edilən qatıqların rəf ömürləri uzundur. Buna görə, çox adamın ağlına qatıqda hansısa qatqı maddəsinin olması gəlir. Lakin bu qadağandır. Qatığın market rəfindəki uzunömürlülüyü onun qablaşdırmasından asılıdır. Evdə həmin üsulları tətbiq edə bilmirik. Məsələn; südün qatıq çalmağa hazır olub-olmamasını bilməkçün barmağımızı içinə salırıq. Barmağımızdakı mikroorqanizmlər südə qarışır. Qatığın tərkibində normalda 2 bakteriya olur. Amma Gigiyena qaydalarına əməl edilmədikdə bu 2 bakteriyadan əlavə də bakteriyalar yaranır. Yenə müqayisə etsək, mən evdə hazırlanan qatığı seçərdim, bakteriyalı olsa belə. Çünki əsas olan qatrıqdan probitiki almaqdır. O da evdə çalınan qatıqda daha çoxdur.
Süd məhsulları ilə bağlı digər bir iddia isə, qatığın tərkibinə quru süd, jelatin və nişastra əlavə olnunması ilə bağlıdır. Bununla bağlı internetdə araşdırma etsəniz, xeyli yazılarla qarışalaşa bilərsiniz. Bu maddələr qatığın daha bərk olmasına səbəb olur. Çox vaxt da bu cür sərt qatıqlar “Camış qatığı” adıyla insanlara təklif olunur. İddiaların doğru olub, olmadığı bütün hallarda məhsulu satan adamın insafına qalır.

Пікірлер: 413
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Şərhlərdən görürəm ki, insanlar təmiz kənd məhsulu tapmaqda çətinlik çəkir. Mən daim kənd məhsulları aldığım bir xanımın əlaqə nömrəsini qeyd edirəm. İstəyən, əlaqə saxlaya bilər. 050-724-43-88
@portaltevh9409
@portaltevh9409 Ай бұрын
Sen deme oz vetenimizde ermeniden beter dusmenlerimiz var.Bu bir qatiq istehsalinda deyil, butun sahelerde beledir.Bele olan halda millet hec vaxt inkisaf edib qabaqa gede bilmez.Millete saxta seyleri siriyib haram pul qazananin oqlu narkoman, qizi ise gece barlarindan cixar.
@mingcevirmtbx8882
@mingcevirmtbx8882 Ай бұрын
1-2 dəfə yaxşı, ondan sonra yenə köhnə hamam, köhnə tas.
@yeganeehmedova480
@yeganeehmedova480 13 күн бұрын
İndi heç kim təmiz qatıq süd satmır kənddə belə.mən kənddə yaşayıram ildə 1 dəfə heyvanlara qara ciyər ağ ciyər qurduna görə iynə vururuq və 1 ay sağmırıq çünki südün yemək olmaz heç kimə də vermirəm balası əmir.Çünki vicdanım var.fəsadları insanları məhv edirAncaq ətrafımdakılar satır özüdə rahat rahat.
@yeganeehmedova480
@yeganeehmedova480 13 күн бұрын
Məsləhətim budur ki əgər kənddə qardaşınız bacınız varsa onlardan alın yoxdursa alıb yeməsəz əvəzində su içsəniz daha yaxşıdır. İnsanları dərmanlı ağartı məhsulları məhv edir.
@mingcevirmtbx8882
@mingcevirmtbx8882 13 күн бұрын
@@yeganeehmedova480 Düz deyirsiz, ölənlərinə rəhmət !! Mənim də kənddə qohumlarım var ,onlar göndərir.Əvvələr bazardan alırdıq. Bir- iki dəfə yaxşı , sonra fırıldaq, dolaf. Bazarda qatıq, süd, pendir satanların hamısı qatıb- qarışdırırlar. İnanırsız, şora da nəsə qtır, çəkisin artırırlar.
@xeyaleeliyeva3438
@xeyaleeliyeva3438 Ай бұрын
Bərk qatıq İstəyirsinizsə südü 5-6 dəq qaynadın tərkibindəki suyun miqdarı azalır və yaxşı alınır. turş olmaması üçün yağla mayalandırın həm də uzun müddət bükülü saxlamayın.
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Bəli🙏🏻🌹
@RahileGulmaliyeva
@RahileGulmaliyeva Ай бұрын
Yağla necə?
@SurprisedCamperVan-ep4fh
@SurprisedCamperVan-ep4fh Ай бұрын
​@@RahileGulmaliyevatəmiz kırə Nəhrə yagiyla çalırsız qatigi super olur .
@xeyaleeliyeva3438
@xeyaleeliyeva3438 Ай бұрын
@@RahileGulmaliyeva kərə yağının tərkibində ayran olur. südə töküb əriyənə qədər qarışdırıb sonra bükün.
@user-ur6fn1nd6e
@user-ur6fn1nd6e Ай бұрын
Birinci dəfədir ki yağla gatıg çalınmasını eşidirəm, yoxlamak lazımdı 🤔
@G.M.1991
@G.M.1991 Ай бұрын
Kim yalandan insanların sağlamlığini nəzərə almıyib qidalarin tərkibini dəyişirsə Allah özü cəzalandırsın onu öz hökmü ilə.
@shahkerim6958
@shahkerim6958 Ай бұрын
Allah hər xırda işə nəzarət etməməlidir. Sadəcə dövlət nəzarəti olmalıdır. Əsasda məmurların özünün vicdanı. Vicdanı satmaq, ruhunu satmaq deməkdir.
@G.M.1991
@G.M.1991 Ай бұрын
@@shahkerim6958 Vicdan deyilən bir şey var.Heç kəsdə görməsə Allah görür .Bizim imkanımız yoxdu onu cəzalandıraq.Mən Allahdan isteyiremki onun cəazasini versin.
@sinangok3505
@sinangok3505 Ай бұрын
​@@G.M.1991ama Allahda vermirkj cəzasın bizde gorek demekki bosuna istekdi bu
@G.M.1991
@G.M.1991 Ай бұрын
@@sinangok3505 Allah bu dünyada insanlarin cəzasini dərhal verseydi yer üzündə 1 canli bele sağ qalmazdi Ancaq onlarin dəhşətlə bərələcəyi günə ertələyir.(Quran ayəsi) Eybi yox..hamisi gözlərindən gələcək
@sinangok3505
@sinangok3505 Ай бұрын
@@G.M.1991 ele o dediyin gun tez gelsinki o birilerede ders olsun de
@JusticeForEverybodi
@JusticeForEverybodi Ай бұрын
Azərsun milləti ZƏHƏRLƏYİR, qidalara ŞÜBHƏLİ nə isə QATIRLAR 😳😳😳😳😳👎👎👎👎👎👎👎
@user-sx5oy3bx1w
@user-sx5oy3bx1w Ай бұрын
Tek azersun deyil hamisi
@shahkerim6958
@shahkerim6958 Ай бұрын
Şəxsən mən mağaza qatığı almıram. Ona görə ki qatığın dadı heç mənim ürəyimcə deyil. Dadını başa düşə bilmirəm. Elə bil ki , içində süd yox, əvəzedici var. Ancaq ev südündən içmək, ya qatıq çalmaq ,çox ləzzətlidir. Südü isə qaynatmaq lazımdır. Həmdə mağaza məhsulları ən azı 100 % bahadır.
@birbaxkanal
@birbaxkanal Ай бұрын
çox sağolun, sağlam olun
@umidemusali960
@umidemusali960 27 күн бұрын
Market qatigi qaldiqca acilasir mende almiram ya ozum caliram yada kend qatigi satirlar bizim mehlede ordan aliram
@izulacavadzadeh165
@izulacavadzadeh165 Ай бұрын
Bir sözlə nə təmiz qida var nədə təmiz insan.Ona görə ki, saf adam yoxdur.Saf olmaq üçün saf qida lazımdır.
@ziyaftisayeva4482
@ziyaftisayeva4482 28 күн бұрын
Qatiqi men ozum evde hazirlayiram.
@hesab437
@hesab437 2 күн бұрын
Safliqin qidaya dexli yoxdur.
@izulacavadzadeh165
@izulacavadzadeh165 Күн бұрын
@@hesab437 - təmiz qidalanma olmayanda, insanda saflıq itir.Can ağrıyanda hennə yada düşmür.
@user-oo8hx6kp5x
@user-oo8hx6kp5x Ай бұрын
Биз Бакыда йашайырыг суд алыб озумуз дузелдирик гатыг пендир гаймаг йаг
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Ən yaxşısı
@terlanmemmedov4078
@terlanmemmedov4078 Ай бұрын
temiz sud tapa bilirik ki
@nusrt3904
@nusrt3904 Ай бұрын
Gözəl məlumatdır.Müəllifə təşəkkür edirəm
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Mən təşəkkür edirəm
@gulzarhumbtova4064
@gulzarhumbtova4064 Ай бұрын
Mən evdə hazırlayıram allah kömək olsun sizə
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Sizin də🙏🏻
@tehminehuseynova3160
@tehminehuseynova3160 Ай бұрын
Kənddən süd alıb özüm qatıq hazırlayıram.
@birbaxkanal
@birbaxkanal Ай бұрын
ən doğru olanı da budur
@dilarmmmdova3577
@dilarmmmdova3577 Ай бұрын
məndə elə
@user-mq9tc2rb8z
@user-mq9tc2rb8z Ай бұрын
Temiz qatıq? Sud? Yoxsa kere yağı? Qohumlardan alırdıq oda soxuşdururdu😂 ne qatığı heç durust adam tapmaq olmur qstığıda hazırlayan insandı gel indi normal mehsul tap.
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Elədir, amma var az da olsa
@shlaabyeva
@shlaabyeva 26 күн бұрын
Nehrə Yagını Reklam etmirlər TVlərdə Ancaq harda saxta məhsul varsa onu reklam edirlər. Qatıqlarda həmçinin. Ancaq kənd məhsulları yemək lazımdı.!!!!
@juliya3076
@juliya3076 Ай бұрын
Allah komeyiniz olsun Doğurdanda çox dogru meslehetler verirsiniz sag olun 🙏
@user-wt8sw8xc4p
@user-wt8sw8xc4p Ай бұрын
Sağ olun məlumata görə
@TestCavablari777
@TestCavablari777 Ай бұрын
Evde hazırlanan qatıq yaxsidir.Cunki əmin olursan ki özün hazirlamisan
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Bəli, qatılıram sizə
@omernecefov5777
@omernecefov5777 Ай бұрын
Beli duzdu
@turkankarimova5434
@turkankarimova5434 Ай бұрын
Verdiyiniz malumatlar üçün teşekkür edirik Çox sağ olun
@birbaxkanal
@birbaxkanal Ай бұрын
çox sağolun, sağlam olun
@user-gi3ru6wz9l
@user-gi3ru6wz9l Ай бұрын
Zeytun yagin reklam etdiniz görəsən həqiqətən təmiz yağdırmi zirə zeytunyağı.?
@user-zt4gp9uj4i
@user-zt4gp9uj4i Ай бұрын
Allah cəza versin hər kəs insanlari aldadanlara
@birbaxkanal
@birbaxkanal Ай бұрын
bəli
@Idris-fs3ng
@Idris-fs3ng Ай бұрын
​@@birbaxkanal😢😢😢😢😢😢
@sebirecaniyeva2421
@sebirecaniyeva2421 Ай бұрын
Ne olsonki 10 barmagla xemir yogirorok 1 barmag batranda mikrobdo ikinciside barmagin arxa hussein batir
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Haqlısınız
@familkarimov3750
@familkarimov3750 Ай бұрын
Verilişə görə müəllifə təşəkkürlər.
@asifesgerov3284
@asifesgerov3284 Ай бұрын
Mən kənddə yaşadlglm ūcūn kənddən allram .Litri 1man
@birbaxkanal
@birbaxkanal Ай бұрын
1 manata yaxşıdır. Bakıda bahadır
@RahileGulmaliyeva
@RahileGulmaliyeva Ай бұрын
MƏN DƏ KƏNDƏN QOHUMDAN ALIRAM 70 QƏPİK SÜDƏ SÖZ YOXDU SADƏCƏ TAXSI MƏSƏLƏSİ 😔🤣
@sevdaqdimova6008
@sevdaqdimova6008 10 күн бұрын
Özüm sağıb,hazır-m.Sağ olun!
@Sim-sim69
@Sim-sim69 Ай бұрын
Təşəkkůr edirəm,faydali məlumat paylaşdiginiz ůcůn cox sag olun!
@RealmeRealme-zd7ru
@RealmeRealme-zd7ru Ай бұрын
Men hemiwe ozum caliram qatigi •Evde calnan qatiq dadli olur en yaxwi qatiq kesende gomgoy suyu cixir •Dadida esil qatigin dadini verir •
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Ən yaxşısını edirsiniz
@ElibabaElibaba-pt6zt
@ElibabaElibaba-pt6zt Ай бұрын
Biz özümüz inəyi saxıb özümüz çalırıq tər təmiz
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Ən gözəli budur
@iradaqocayeva2082
@iradaqocayeva2082 Ай бұрын
Od olmayan yerden tustu cixmaz deyibler. Duman tustu deyil.
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Duman türk dilində tüstü deməkdir.
@t.a.a.q.7587
@t.a.a.q.7587 Ай бұрын
​@@birbaxkanalnoolsun,biz ki tüstü deyirik
@Leonidas.0001
@Leonidas.0001 Ай бұрын
Çox sağolun
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Siz də sağ olun
@telekomtelekom6606
@telekomtelekom6606 Ай бұрын
Özüm rayonda böymeşük esil qatiq nece olur bilrem marketlerden qatiq almayın
@user-rz5cd7el7r
@user-rz5cd7el7r Ай бұрын
Market qatıqları bir ay tərkibini dəyişmir.Ev qatığı bir sutkadan sonra suyu çıxır.
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Bəli
@saxnazirli2034
@saxnazirli2034 Ай бұрын
Ona görə ki qatqısızdı orqinal. Marketlərdəkinə camaşır suyu qatılır cox qalması ücün.
@idrisnesirov9235
@idrisnesirov9235 Ай бұрын
Süd qatığı yalnız kənddəki qohum və ya dostunuzdan alın!Qiyməti isə ən aşağı 3 litri 5 azn.Özü də yerli heyvan südü!Cins heyvan südü almayın! Ət isə -ot yeyən heyvan əti (yem yeyən yox)-o cümlədən balığı da!
@sahibaliyev5749
@sahibaliyev5749 7 күн бұрын
3 l -ı 5 Man -a hardadı?
@idrisnesirov9235
@idrisnesirov9235 7 күн бұрын
@@sahibaliyev5749 Lyuboy kənddə! Maraqlansan doludur-birbaşa həyətdən!(alverçisiz)
@xosbextmemmedov1283
@xosbextmemmedov1283 18 күн бұрын
Kimə etibar edəsən qardaş qardaşın qulagın kəsir😂😂😂
@arzuazmamedova7625
@arzuazmamedova7625 29 күн бұрын
Salam. Video natamamdir Qatiĝin keyfiyyetibden danisirsizsa, onda onu yixlamaq lazimdur. Hec olmasa ev şeraitinde. Hem marketden alan, hem de rayonlardan , ya da Baku kendlerinden getiren.
@raufmammadov5366
@raufmammadov5366 27 күн бұрын
Nə vaxtsa saxta kərə istehsalı dayandırılaçaq ya yox. Hal-hazırda Gerçək zeytun və kərə yagı satışda yoxdur. Normal zeytun yavı 3-4 dərəçədə donur. Ancaq onlar yaxşı halda günəbaxan yagı olduguna görə soyuducuda donmur.
@sahinaliyev990
@sahinaliyev990 Ай бұрын
Marketlərdəki qatığın istehsal tarixinə və saxlama müdətinin vaxtı özü hər şeydən xəbər verir.Bir ay və daha artıq saxlama müdəti nə ilə mümkündür ? Sualım market məhsuluna üstünlük verənlərədir.
@user-jk5wn5qt6v
@user-jk5wn5qt6v Ай бұрын
Biz rusiyada yaşayırıq ferma südü alıb qatıq çalırdım kley kimi tərkibi var idi fikirləşdim yəqin qatqılı süddür sonra tanış adamdan ev südü alırıq yenədə eyni nəticə kley kimi qatıq səbəb nə ola bilər?
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Südün keyfiyyətli olması ilə bağlıdır. Yağlılığı çoxdur
@dreams252
@dreams252 Ай бұрын
Her vaxtiniz xeyir. Men de Rosiyada yasayiram. Qatiqi ozum duzeldirem. Mayani smetanla edende qatiq kley kimi olur. ( вязкий).Bir defe maqazadan qatiq, ya активиа qatqisiz yoqurt alin. Qatiq edin. Bir- iki defeye esl qatiq alinir.
@user-jk5wn5qt6v
@user-jk5wn5qt6v Ай бұрын
@@dreams252 Axşamınız xeyir , çox sağ olun məsləhətiniz üçün bəli mən smetanla çalmışdım damazlığım elə həmin qatıqdandır yəni hər dəfə eyni qatıqdan çalıram mütləq gələn dəfə siz deyən kimi edəcəm 🩷 . Təşəkkürlər 🤲
@tarlanmamedova6480
@tarlanmamedova6480 Ай бұрын
Gatigi neyle calirsan?? Men Moskvada yashayiram. ..fermadan aliram sudu gatig caliram nehre caxlayiram cox dadli olur.mayani Bakidan getirmishem
@user-jk5wn5qt6v
@user-jk5wn5qt6v Ай бұрын
@@tarlanmamedova6480 ilk dəfə smetanla çaldim sonra elə hər dəfə qalan qatıqla , yəni köhnə qatıqla çalıram matsuni ilə görəsən olar? Necə alınar görəsən
@agacagacov5063
@agacagacov5063 Ай бұрын
Mənim anam edir əsil nehrə yağı çox gözəl dadı var qoca nənələrimizin edirdi həmən nehrede
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Əsl kərə yağı odur
@skintofiqi1032
@skintofiqi1032 Ай бұрын
Salam hörmət etdiyim xanım və gözəl bilgi yayan kanal əməkdaşları cox var olun mən süd alıram qatıq calıram bu qatıq soyuducuda bir aya qədər qalır şübhəli oluram indi ayrı yerdən süd alıram qaynadanda üstünə yag yıgılır sarı rəngdə kimdən haradan təmiz süd alaq ?.
@birbaxkanal
@birbaxkanal Ай бұрын
çox sağolun, sağlam olun
@fatos7448
@fatos7448 Ай бұрын
İnandığım yerdən süd alıb,evdə yaxşıca qaynadıb özüm hazırlayıram.Küçədən alınan qatığa inam yoxdu.Bəzi adamlar demək olar ki, heç südü qaynatmır. Sağan kimi isti olduğuçün vedrədəcə maya vurub, bankalara boşaldıb üstünü örtür. Bu da süddə hər hansı mikrob varsa, süd qaynamasa olmaz.
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Haqlısınız. Ancaq etibar etdiyiniz adamlardan alın
@elladaagazade1646
@elladaagazade1646 29 күн бұрын
Etibar edilesi insan qalib ki?Satanlarin her birinin ozunemexsus hiylesi var..Yoxsa, sud de qatiq da tebii dadinda olardi..
@NezirovaNurafet-ze3xc
@NezirovaNurafet-ze3xc Ай бұрын
Allah sizə komey olsun Amin
@birbaxkanal
@birbaxkanal Ай бұрын
çox sağolun, sağlam olun
@hesenehmedov1273
@hesenehmedov1273 Ай бұрын
Biz kəntdə yaşıyırıq.Özümüz qatığıda,yağıda,pendiridə özümüz düzəldirik.
@user-qy9wo7st5o
@user-qy9wo7st5o Ай бұрын
Ən gözeli ev qatiğidi ❤
@sebirecaniyeva2421
@sebirecaniyeva2421 Ай бұрын
Sudu qaynadin soyidon ilig az uste teref olson 10 qram ayran ya evde olan qatig at buk gece sehere kimi qatig olor
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Təşəkkür edirəm məlumat üçün
@simuzerehmedova7646
@simuzerehmedova7646 Ай бұрын
Bir az savadlı yazın. Heç nə başa düşmək olmur.
@user-gh2dn3pe7c
@user-gh2dn3pe7c Ай бұрын
Sudu 30 deq taxta qasiqla bulayin,soysun,qatiq qatib calın,dxovkada önceden 10 deq isitilmiş,180d, 7-8saat dxovkada saxlayin berk,şirin,sussuz qatiq elde edeceksiz
@samireabdullayeva8713
@samireabdullayeva8713 Ай бұрын
Barmağ südə batırmazlar dırnağıda qətiyyən olmaz ,,,məcbur sudu alıram marketdən yox özüm çalıram mən qəssab ailəsi olmuşam və evdə özümünfə heyvanı olub bu işləri daha yaxşı bilirəm ,,bəli biraz südü qaynatmaq lazımdır ki onun hansı şəraitdən və sağlam heyvan sudu olduğunu bilmədiyimizə görə
@birbaxkanal
@birbaxkanal Ай бұрын
çox sağolun, sağlam olun
@patriot6255
@patriot6255 28 күн бұрын
Sizin dediyiniz i süd temmizdirmi
@sedaqethuseynova2349
@sedaqethuseynova2349 Ай бұрын
VALLAH ELE ZAMANAYE GELMIWKI HAMI HAMINI ALDADIR HAMIDA OXUNU HAQLI SALIR BILMIRSEN KIME INANASAN
@kelbehuseynov3028
@kelbehuseynov3028 Ай бұрын
Beli markdtdeki qatıg soyuducuda 1 ay qsllr.Oglum şeherde qalır market qatıgı allr bezen.Yanına gelende ketden qonşumdan tertemiz süd getirib özüm qatıh callram.Oglumun aldıgı deyir 1aydı almışam.baxıramki hec kiflemiyib turşumuyib.nese qatırlar dadıds acıdıı😮
@teltelek6959
@teltelek6959 Ай бұрын
Yaşa!
@birbaxkanal
@birbaxkanal Ай бұрын
çox sağolun, sağlam olun
@Cam-ym3vv
@Cam-ym3vv 28 күн бұрын
Mən inəy saxlayırm südüm qatığm yağım pendirim ömüz hazırlayırıq xaçmazda oluram kənddə istəyənə təmiz süd satıram sifariş verə bilərsiz.
@Cavidaliyev1986.
@Cavidaliyev1986. 8 күн бұрын
Ay millet babosa baxmagdansa bela eziyeti dəyərləndirək beyenin Allah köməyiniz olsun❤❤❤❤
@nezrinquluzade991
@nezrinquluzade991 Ай бұрын
Aha qatığıda bele nolladıq🤦🏾‍♀️😃
@kovakadini88
@kovakadini88 Ай бұрын
Təşəkkürlər ♥️! Gülüm Bu Gün Bu Barədə Evdə Çox Söhbət Gedib Ürəyimiz Necədə Birdi ...🌹🧿🧿🤩🤌🙏✌️
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Mən təşəkkür edirəm🤗
@merziyekazimova7805
@merziyekazimova7805 6 күн бұрын
Hələ maşınların arenda marketlərə,çadır bazarlara,balaca meyvə satış dükanlarına gətrilən qatıq deyil ,ağardıcı paraşokdu suya qatırlar və kraxmal qatıb qatıq edirlər.paraşokda dağılmış badit türkiyədən gəlir
@kmalbabayeva9100
@kmalbabayeva9100 Ай бұрын
Normal süd satırlar ki,hem qaymağını alırlar,hem de içine elave nelerse qatırlar.
@spor-hayatdr1636
@spor-hayatdr1636 Ай бұрын
Güya südə qatmırlar?
@sevaagazade3819
@sevaagazade3819 Ай бұрын
Men ozum evde qatiq caliram.Magaza qatigini istifade etmirem.
@raziyybabayeva2745
@raziyybabayeva2745 2 күн бұрын
Guya marget qatıqlarının dadı fərlidi onlara hamıdan çox qatıllr .əl qatığı hamıdan yaxşıdı.qoymarsız kasıb qatıq olsada alver eliyib bdalasını saxlasın.işlər
@heqiqethuseynova9055
@heqiqethuseynova9055 29 күн бұрын
TAM DUZGUN ANLATIRSIZ.MƏN ÖZUM HAZİRLAYİRAM QATİQİ.❤❤
@YaverAbdullayeva
@YaverAbdullayeva 14 күн бұрын
Başa düşmədim indi market qatığı yaxşıdı yoxsa kənd qatigi? Hansından alsaq yaxşıdı?
@birbaxkanal
@birbaxkanal 10 күн бұрын
market daha təhlükəsizdir
@elvanabdullayev1356
@elvanabdullayev1356 Ай бұрын
Süd alırıq evdə özüm qatıq eliyirəmm
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Ən gözəli🌹
@user-de6uj4cm6b
@user-de6uj4cm6b Ай бұрын
Salam sudu alram tandqm adamdsn sonraonu bisirirem cox qaynadram sude hamsnda su vsrcox qaynayand buxarlanr sudu qaynayanda azalr sudu calandane isdi ne doyuq olmaldr maya vuryd uzerine sufre slb hava ceke olmaldr sonra usdu ortursen qotq cox berk olur
@birbaxkanal
@birbaxkanal Ай бұрын
ən doğru olanı
@pervanememmedova5121
@pervanememmedova5121 Ай бұрын
Rayon qatığı adı altında kimyəvi maddə qatılmış satışlar bınaların qabağında maşınlarda satılan satışlardı yaddan çıxîb 1 ay soğutucuda qalıb təp təzə idi təzələnmiş
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Bəli, kənd qatığı adıyla satırlar. Dediyim kimi, ancaq etibar etdiyiniz yerlərdən alın
@user-ch5hf6gc9z
@user-ch5hf6gc9z Ай бұрын
Marketdən alınan qatıq qatıq dadmır,elə bil paraşok qatırlar.Özüm çalıram,çox şirin və bərk qatıq alınır.Südü çox isti etmirsən😊
@mehebbetmemmedova9991
@mehebbetmemmedova9991 Ай бұрын
MEN GOZUMNEN GORMUSEM QURU SUDU ALIR FERMASI VAR SUD ELIYIB QATIQ CALDIRIR FERMASI VAR SEHER OLAHDA DA ISCILERI BINA EVLERININ QSBAGINDA O SAXTA QATIGI SATIRLAR
@shahineliyev9856
@shahineliyev9856 6 сағат бұрын
Salam,market qatığı yaddan çıxıb soyuducunun dibində bir ay qalmışdı, heç tursumaq bilmirdi. Dəhşətə gəldim!
@ElcanHuseyinov-sl5op
@ElcanHuseyinov-sl5op 27 күн бұрын
Temizi evde azlanadI.qatIdI kola.kokola hammsI xesdelikdi
@user-be4ok4yn4i
@user-be4ok4yn4i Ай бұрын
Bəli qatığın ömrünü uzatmaq üçün konservantlar qatılır. Beləliklə, qatıq marketlərdə 1 ay xarab olmadan qalır.
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Təəssüf ki elədir...
@eqanaeliyeva
@eqanaeliyeva 25 күн бұрын
Evdə hazırlayıram ailəlikcə hamımız yeyirik.
@user-oc1ty4mb3p
@user-oc1ty4mb3p Ай бұрын
60--a yaxın ya şım var . Həmişə südün istiliyini barmağımızla yoxlamışıq.Dadlı,təmiz qıda saymışıq.aparatla yoxlamaq lazımdıki?Kənddə hamı belə eliyir.
@user-oc1ty4mb3p
@user-oc1ty4mb3p Ай бұрын
Həm də inəyi özüm sağıb qatıq,yağ eliyirəm.Heç kimə güvənib qalmayıb.
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Allah sağlam və uzun ömürlər versin.
@user-oc1ty4mb3p
@user-oc1ty4mb3p Ай бұрын
@@birbaxkanal Allah cümləmizə sağlam həyat nəsib eləsin
@amrahbasanov2807
@amrahbasanov2807 Ай бұрын
Süd alıb ,bişirib azca yəni3 litr südə bir çay qaşığı qatıq əlavə et və isti bük. Səhərə qatıq hazırdır. Nuş olsun.
@user-cu1fb9uk5s
@user-cu1fb9uk5s Ай бұрын
Təşəkküt
@birbaxkanal
@birbaxkanal Ай бұрын
çox sağolun, sağlam olun
@user-hz7xr8nj6h
@user-hz7xr8nj6h 28 күн бұрын
Market qatiqlari dadsiz olur . Ne qeder almiwam hec vaxt yaxwi olmuyub ona gorede kend qatigi aliram.
@user-zf6bs5pj7u
@user-zf6bs5pj7u 9 күн бұрын
Вар олун Ханым 🙏🙏🙏🙏🤲🤲🤲
@mehrabahmadov2
@mehrabahmadov2 Ай бұрын
Ay xanım: Təmiz süd varki alıb qatıq çalasan ?
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Olur. Mən tanıdığım, etibar etdiyim adamlar var
@mehrabahmadov2
@mehrabahmadov2 Ай бұрын
@@birbaxkanal Təmiz süd məhsulu tapmaq,ot tayasında iynə axtarmaq deməkdi .
@alimmusayev4374
@alimmusayev4374 Ай бұрын
Salam kim istese temiz kend mehsulları menimle elaqe saxlasın kend toyuqu siveji kend yumurtası qatıq temiz kend qatıqı bütün mehsullar
@birbaxkanal
@birbaxkanal Ай бұрын
bərəkətli olsun
@mansuraimanova777
@mansuraimanova777 Ай бұрын
Men ozum edirem. Hemde keci sudile
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Əla, ən sağlam şəkli
@taiseheydarova9743
@taiseheydarova9743 25 күн бұрын
Normal qatiq 3 saat erzinde alinir
@azizamurvatof2106
@azizamurvatof2106 20 күн бұрын
Salam biz evdə hazırlayırıq.
@terlaneliyev4330
@terlaneliyev4330 Ай бұрын
Marketlərdə Satılan Qatığıar bir coxu Qatığ deyil hec Məsləhətdə etmirəm qaldı ki Həyətdə Sahılan Qatığıara onuda Tanıdığınız Adamlardan alsağ hər tərəfli Xeyirli olar
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Tam doğru
@rubabeelenurova551
@rubabeelenurova551 Ай бұрын
Elbette ki ozymyz hazirlajirig.
@birbaxkanal
@birbaxkanal Ай бұрын
çox sağolun, sağlam olun
@alisinanagiyev6334
@alisinanagiyev6334 17 күн бұрын
Tamamilə doğrudur
@birbaxkanal
@birbaxkanal 17 күн бұрын
Çox sağ olun. Sağlam və gümrah olun.
@aydinaxmedli3267
@aydinaxmedli3267 Ай бұрын
Od olmayan yerden tűstü cıxmaz . Duman gŏyde olur
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Duman türk sözüdür. Tüstü deməkdir
@SelimSelimKadir
@SelimSelimKadir Ай бұрын
Əla.♥️♥️♥️👍👍👍🇦🇿🇦🇿🇦🇿
@birbaxkanal
@birbaxkanal Ай бұрын
çox sağolun, sağlam olun
@zulfisalahov9214
@zulfisalahov9214 Ай бұрын
Biz evdə hazırlayıruğ təmiz dadlı bərk
@rafiqa6497
@rafiqa6497 Ай бұрын
Uzun müddət etibar etdiyim bir ailədən süd alıram və özüm qatıq hazırlayıram.
@ZulfliAlsanov
@ZulfliAlsanov Ай бұрын
Men ineyi ozum sagiram ozum bisirib qatig caliram pendiri, yagida ozum edirem en yaxşisi budur. Ama eziyyeti coxdu suddeki cox ucuzdu 1lt 40 qepik😅
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Allah əziyyətinizi itirməsin
@user-ti6lq1qe2d
@user-ti6lq1qe2d 12 күн бұрын
Azərbaycanda qida təhlükəsizliyi siyasəti və bununla məşğul olan təşkilat YOXDUR!
@anarbayandurlar9463
@anarbayandurlar9463 Ай бұрын
Birmənalı olaraq deyirəm marketlərdə sadılan qatıq və süd xaricdən idxal olunan quru süddən hazırlanır və heç bir təbii xüsusiyyəti qalmayıb, alanda kənd qatığı və südü alın
@ibrahimabdullah1118
@ibrahimabdullah1118 Ай бұрын
Marketlərə yönləndirmək üçün hazırlanmış ssenaridir. Marketlərdə vaxtı keçmiş etiketini dəyişmiş o qədər məhsullar satılır ki...
@tacimequrbanova6616
@tacimequrbanova6616 16 күн бұрын
Mən özum qatiq hazirlayuram çox rahar və praktik
@TebrizTebriZ-sn5xs
@TebrizTebriZ-sn5xs Ай бұрын
Retkiretki alriq
@esmiraaghayeva6701
@esmiraaghayeva6701 29 күн бұрын
Vaxt var idi biz bir gündn bir pastik və balonda olan qatıqdan alrdıq inanırsız ayaqlarda qaşınma olurdu səhər durduqda ağızda acılıq ourdu
@RenaAslanova-iy3bj
@RenaAslanova-iy3bj Ай бұрын
Qatiqi cox isti calmaq olmaz onDa turs ve curuk olur vox bukulu saxlama soyuducuya qoy
@qaratelsirinova9334
@qaratelsirinova9334 Ай бұрын
@birbaxkanal
@birbaxkanal Ай бұрын
çox sağolun, sağlam olun
@musazadm5649
@musazadm5649 Ай бұрын
Özüm bildiyim yerdən süd alıb hazırlayıram..
@teymurhuseynov8608
@teymurhuseynov8608 Ай бұрын
RAYON KEND QATIQINDAN BAŞQA SÜT MEHSLU TANIMIRAM
@TebrizTebriZ-sn5xs
@TebrizTebriZ-sn5xs Ай бұрын
Salam biz evde rdirik
@Seyyid_Muntezir
@Seyyid_Muntezir Ай бұрын
Qatığa o qədər nişasta əlavə eliyirlər qatığ tamı gəlmir
@gulbutasixiyeva3116
@gulbutasixiyeva3116 Ай бұрын
Salam cox saglam ev gatigidi
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Siz də sağ olun
@vzifslimova1295
@vzifslimova1295 Ай бұрын
Hər vaxtınız xeyir olsun! Mən qatığı evdə özüm çalıram.İllərdr ki, mağazadan almıram!
@birbaxkanal
@birbaxkanal Ай бұрын
Əhsən. Ən gözəli
@leylaelekberova1231
@leylaelekberova1231 25 күн бұрын
Mən 25 ildi özüm hazırlayıram
Bu videoya baxmadan TOYUQ ƏTİ YEMƏYİN! SƏBƏBLƏR
8:04
Bir Bax
Рет қаралды 323 М.
Evdə daş kimi su salmayan qatıgın hazırlanması, kicik siri
3:44
Dadli Metbexim
Рет қаралды 366 М.
SHE WANTED CHIPS, BUT SHE GOT CARROTS 🤣🥕
00:19
OKUNJATA
Рет қаралды 10 МЛН
How did CatNap end up in Luca cartoon?🙀
00:16
LOL
Рет қаралды 7 МЛН
Can You Draw The PERFECT Circle?
00:57
Stokes Twins
Рет қаралды 69 МЛН
Komedixana  355-ci Bölüm 18.05.2024
57:38
Komedixana
Рет қаралды 205 М.
Zərərli 6 Qidadan UZAQ DURUN!
8:31
Bir Bax
Рет қаралды 156 М.
Hansı evdə bu üç əlamətdən biri olarsa o evdə bərəkət olmaz!!!
27:33
🔴EVDƏ DADLI VƏ ŞİRİN QATIĞIN QOYULMASININ SİRRİ.🔴
8:42
Ağababa Ağababa
Рет қаралды 113 М.
Beynin gücünü 10 dəfə artıran VİTAMİNLƏR
8:06
Bir Bax
Рет қаралды 205 М.
🔴bərk QATIQIN  ÇALINMASI @Natavan Quliyeva
2:50
Natavan Quliyeva
Рет қаралды 44 М.
Индуктивность и дроссель.
1:00
Hi Dev! – Электроника
Рет қаралды 1,1 МЛН
Готовый миниПК от Intel (но от китайцев)
36:25
Ремонтяш
Рет қаралды 411 М.
Wow AirPods
0:17
ARGEN
Рет қаралды 714 М.
Best Gun Stock for VR gaming. #vr #vrgaming  #glistco
0:15
Glistco
Рет қаралды 7 МЛН