Bu Xəstəliyiniz Varsa Uşağa Keçəcək! - Talassemiya Daşıyıcıları Evlənməsin?

  Рет қаралды 4,228

Ginekoloq Rəşad Sultan

Ginekoloq Rəşad Sultan

Күн бұрын

#Talassemiya #TalassemiyaDaşıyıcısı #RəşadSultan
Uzman Dr. Rəşad Sultan
Facebook: / uzm.dr.resadsultan
İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan
Tel: (+994) 51-717-55-15
Beta talassemiya gen daşıyıcılığı ana və ya atadan uşağa irsən ötürülür. Əslində talassemiya daşıyıcıları praktik sağlam şəxslərdir, bəziləri sadəcə təsadüfi qan analizində müəyyən edilir və ya qanın ümümi analizində belə təyin etmək mümkün olmur. Belə ki qanın ümumi analizində bəzi göstəricilərin (MCV, MCH, MCHC) aşağı olması, RDW(eritrositlərin paylanma nisbəti)-nin yüksək olması talassemiya daşıyıcılığına şübhə doğurur. Talassemiya daşıyıcılarında Hb-nin miqdarı fərdə görə dəyişir. Bəzilərində tam normal Hb miqdarı olmasıyla yanaşı bəzilərində yüngül qanazlığı müşahidə edilir. Bəzən qan azlığına talassemiya daşıyıcılığı ilə yanaşı dəmir defisiti də səbəb olur. Ona görə də talassemiya daşıyıcılarının həm də yanaşı olaraq dəmir mübadiləsi müayinəsindən də keçmələri məsləhətdir. Dəmir defisit ilə talassemiya daşıyıcılığını bir-birindən ayırmaq üçün Mentzer indeksinə (MCV/RBC )baxılır. Əgər nəticə ˃13-dürsə, bu dəmir defistini göstərir. Yox əgər nəticə ˂11-dirsə talassemiya gen daşıyıcılığına şübhə yaranır. Dəmir çatışmazlığında həm MCV (eritrositlərin orta həcmi), həm də RBC(eritrositlər) azalır deyə nəticə 13-dən yüksək olur. Talassemiya daşıyıcılarında isə RBC əksinə 5,5 milyondan artıq olduğu üçün nəticə 11-dən kiçik olur. Bəzən dərin dəmir defisiti zamanı Hb elektroforezində HbA2 yüksək olduğu halda normal göstərə bilər, ona görə də dərin defisit zamanı ilk növbədə dəmir depoları dolduqdan sonra təkrar Hb elektroforezi olunmalıdır.
Talassemiya daşıyıcılığı necə təyin edilir?
Talassemiya daşıyıcılığının təyini çox rahat və sadə üsulla, venadan və ya barmaq ucundan 5-10 ml-lik qan alınmaqla Hb elektroforezi deyilən testlə 15-20 dəqiqə ərzində təyin edilir. Bu müayinə üçün acqarına olmağa ehtiyac yoxdur. Və bu analizin ömründə bir dəfə verilməsi kifayətdir. Hb elektroforezində HbA2-nin və ya HbF-in və ya hər ikisinin normadan bir qədər yüksək olması talassemiya daşıyıcılığını göstərir. Bəs talassemiya daşıyıcılığı hansı yaşda təyin edilir? Talassemiya daşıyıcılığını təyin edən HbF normada uşaqlarda yüksək olub, 3 yaşdan sonra normallaşır. Ona görə də talassemiya daşıyıcılığının ən dəqiq diaqnozu 3 yaşdan sonra qoyula bilər. Ancaq 1yaşda da diaqnoz qoymaq mümkündür.
Talassemiya daşıyıcılığında genetik müayinə nə zaman olunmalıdır?
Bəzən səssiz daşıyıcıların Hb elektroforezində heç bir dəyişiklik aşkar edilmir. Bu zaman nigaha daxil olan tərəflərdən birində talassemiya daşıyıcılığı varsa, qarşı tərəfin Hb elektroforezində sağlam aşkar olunmasına baxmayaraq genetik müayinəsi məsləhətdir.

Пікірлер: 30
@ilkinabdullayev5932
@ilkinabdullayev5932 2 жыл бұрын
Hekim salam. Menim sol falekulum partamir. Bu ciddi birseydi? 😔Ana ola bilecem? Cox narahatam. Mene bir cavab yazardizda
@mollateyubqizixalidexelilz2167
@mollateyubqizixalidexelilz2167 2 жыл бұрын
Mende de eledu
@ilkinabdullayev5932
@ilkinabdullayev5932 2 жыл бұрын
@@mollateyubqizixalidexelilz2167 😞
@NuranBayramov-pt8si
@NuranBayramov-pt8si 10 ай бұрын
Olar Allah qoysa Allaha inanin
@sonson7298
@sonson7298 9 ай бұрын
Salam həkim talasemiya daşıycısıyam Beta 24 yaşım var neçə dəfələrlə işimdən qovulurdum bezmişdim həyatımdan hematoloqların sayəsində yenədə düzəldim hərbi xidmətimi danışsam özümü ağlamaq tutur ağrılar aclar özüm çəkirəm 😢😢😢
@NazlEfendi
@NazlEfendi 2 ай бұрын
Zəhmət olmasa bir söz soruşum siz talsimiya xestesisiz yoxsa daşıyıcı.
@sonson7298
@sonson7298 2 ай бұрын
@@NazlEfendi salam daşıycı Beta növü
@uveysmammedov
@uveysmammedov 29 күн бұрын
@@sonson7298Əsqərliyə Yararlı Çıxdız?
@Semkrli
@Semkrli 19 күн бұрын
@@sonson7298nece dawiyicisan qaqa meni ne goden elediler sen ne yaxsi herbidesen
@sonson7298
@sonson7298 19 күн бұрын
@@Semkrli salam 6 ildi uje hərbidə 16 ayımda bildilər təxris eləyirdilər adam varidı qoymadım gərəg olardım sənə pul verdilər ? Necə ay qaldın
@gunaysamsung6668
@gunaysamsung6668 2 жыл бұрын
Salam men noyabr ayinda abort olmusam birinci hamilelik 7 heftelik inkşafdan qalmiwdi. Helede hamile qala bilmirem. Kim necenci ayinda hamile qalib xaiw yazardiz??
@mahirgozelov6194
@mahirgozelov6194 Ай бұрын
Talsimiyanin hansi novunde olan xeste esger gede bilmez
@Semkrli
@Semkrli 19 күн бұрын
Hamisi
@gulmirahacieliyeva6832
@gulmirahacieliyeva6832 2 жыл бұрын
salam Hekim menim küreyimde çox ağrı var 2 aylıq hamileyem boyreyimdede kirisdal genislenmə var.teziqimde 170. 100 olur .bu teziqi neyle azalda bilerem?dopigit atıram elede tehsir etmir.hamileliye ziyanmı astra xantroz ağrı gedikcemi?
@Nuranehesnlu-ym5mt
@Nuranehesnlu-ym5mt Жыл бұрын
Salam mende talsmiya dasicsiyam hamilyem usqa keçe bilre
@FidanMovsumova21
@FidanMovsumova21 Жыл бұрын
Salam əgər yoldaşınızda yoxdursa problem yoxdur narahat olmayın
@Nuranehesnlu-ym5mt
@Nuranehesnlu-ym5mt Жыл бұрын
@@FidanMovsumova21 Salma yoldaşım da yoxdur talsmiya
@FidanMovsumova21
@FidanMovsumova21 Жыл бұрын
@@Nuranehesnlu-ym5mt gözünüz aydın iciniz rahat olsun sag salamat qucaginıza alasız korpənizi
@FidanMovsumova21
@FidanMovsumova21 Жыл бұрын
@@Nuranehesnlu-ym5mt məndə və nisanlımda cıxdı cox çarəsizəm özümə gəlğ bilmirəm Allah hamıya komey olsun bizlərdə icində
@Nuranehesnlu-ym5mt
@Nuranehesnlu-ym5mt Жыл бұрын
@@FidanMovsumova21 amin inşallah inşallah yaxsi olcaq darixram Allah boyukdur
@babayevanecefova1251
@babayevanecefova1251 2 жыл бұрын
Salam ,hekim bura yazilan nomreye hec cur dusmek olmur ,nomre sondurulub,ne suallara cavab vermirsiz ,nede sizinle elaqe saxlamaq olmur qebula gelemek ucun,bes indi neyneyek?
@YEMEKLER_HOPPIM
@YEMEKLER_HOPPIM 2 жыл бұрын
Salam. Biz sizinle nece elaqe saxlaya bilerik?men doktor 10 il once ilk hamileliyim zamani agir depressiya yasadim. Son iller 3defe hamile qalmisam ve abortla neticelenib dasiya bilmemisem.heyacanlaniram,aglayiram. ama en boyuk arzumdu ikinci defe ana olmaq.
@xatirexelifova4086
@xatirexelifova4086 5 ай бұрын
Salam doktor men ayle heyati qurmag istəyirem ,ayle quracağım bey talassemiya daşıyıcısıdır,men saglamam ayle gursam uşaq xeste ola bilermi?
@Semkrli
@Semkrli 19 күн бұрын
Qismet
Akdeniz Anemisi Hakkında Her Şey (Tedavi, Taşıyıcılık, Tanı…)
15:59
Talassemiya xəstələrini kim aldadıb? - BAKU TV
4:19
Baku TV
Рет қаралды 8 М.
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Talessemiya xəstəliyi nədir?Talessemiya xəstəliyinin hansı növləri mövcuddur?
6:54
Dəmir defisitli anemiya nədir? Əsas əlamətləri hansılardır?
14:16
Bioloji Tebabet Klinikası
Рет қаралды 12 М.
KİŞİ GİNEKOLOQ olmağın ÇƏTİNLİKLƏRİ | Ginekoloq Rəşad Sultan
4:31
Ginekoloq Rəşad Sultan
Рет қаралды 1 М.
TALASSEMIYA
8:24
Kanal S
Рет қаралды 20 М.
Talassemiya - Həkim İşi 14.02.2019
29:05
Xəzər Media
Рет қаралды 12 М.
Talasemi (Akdeniz Anemisi) ile Yaşam
8:10
Novartis Türkiye
Рет қаралды 35 М.
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН