Bulaq verilişi Xalq yaradıcılığı 9 hissə Səməndər Rzayev və Məhluqə Sadıqova efirin çağlayan bulağı

  Рет қаралды 2,720

Travel the world and Azerbaijan

Travel the world and Azerbaijan

Күн бұрын

Bulaq verilişi Xalq yaradıcılığı 9 hissə Səməndər Rzayev və Məhluqə Sadıqova efirin çağlayan bulağı
Efirin çağlayan "Bulağ"ı
6 noyabr teleradio işçiləri günüdür
1969-cu ilin oktyabrında Azərbaycan radiosunun efirində indiyədək heç kimin eşidib-duymadığı, sanki əsrlərin bağrından qopub gələn və boz səhranın ortasında bulaq kimi çağlayan bir səs eşidildi. Bu səs lap qədimdən gəlirdi, əcdadların ruhunu oyadıb coşqun bir çay kimi özü ilə gətirirdi.
Radio bu duru və oyanıq səsi şirin bir layla kimi dinləyicilərin duyğu və düşüncələrinə hopdururdu. Yaddaşları silkələyib oyadan bu səs uzun illər ərzində az qala milli duyğusu korlaşmış Azərbaycan dinləyicisini xalq xəzinəsinin inciləri ilə sehirləyəcək, efirə yeni nəfəs gətirəcək, hələ uzun illər xalq dilinin və milli ruhun daşıyıcısı olacaq, təbii ki, həm də radiomuzun tarixində yeni bir səhifə açacaq "Bulaq" verilişinin səsi idi.
Yeni tərz, yeni nəfəs
Lacivərd söz damcıları ilə milyonların könlünü oxşayan "Bulaq" milli-fəlsəfi mahiyyətinə, yaradıcılıq palitrasına, dil və üslubuna, musiqi ilə sözün uyarlığına, aparıcılarının danışıq tərzinə, intonasiyasına görə Azərbaycan radiosunun tarixində və bötövlükdə Azərbaycanın mədəni mühitində bənzəri olmayan ictimai bir hadisə idi. Hər bazar günü eyni vaxtda saat 19.30-da efirə çıxan bu veriliş Azərbaycan dinləyicisini öz sehrinə salaraq onun yaddaşındakı bütöv xalq və qədim millət duyğularını oyadırdı. Efirə yeni dil, yeni danışıq tərzi, əsl xalq ruhunu gətirən "Bulaq" milli şüurun dirçəlişinə öz misilsiz töhfələrini verirdi.
Çoxsaylı dinləyiciləri heyrətə gətirən bu verilişin yarandığı vaxtda radio bütün gücü ilə sovet təbliğat maşını rolunu oynayırdı. Bu səbəbdən radionun "quru" dili digər mətbuat orqanlarının dilindən o qədər də fərqlənmirdi, verilişlərin dili canlı xalq dilindən uzaq idi. Əksəriyyət rejimin müəyyən etdiyi qaydalar çərçivəsində yazırdı (lakin ədəbi-bədii verilişlərdə müəyyən istisnalar vardı) və mikrofon qarşısında yalnız yazdığını oxuyurdu. Düşündüyünü mikrofona demək çox fəsadlar yaradırdı. Ümumiyyətlə, efirdə dinləyici ilə səmimi tonda danışmaq, nəsə insani bir şey demək istəyi çoxlarının ağlına belə gəlmirdi. Xalqın canlı danışıq dili el-obanın içindən kənara çıxa, o cümlədən efirə yol tapa bilmirdi. Xalqla onun öz dilində danışmağa çoxlarının cəsarəti çatmırdı.

Пікірлер: 15
@azerbayramov5307
@azerbayramov5307 2 жыл бұрын
Bulaq insanı keçmişə aparır, Ürəyini sızıldadır.....
@travelaz
@travelaz 2 жыл бұрын
Salam Azer bey reyiniz ucun təşəkkür edirəm. Bəli çox gözəl verlişdir
@videobyn6677
@videobyn6677 2 жыл бұрын
Qəlbim parcalanir
@feridekberov812
@feridekberov812 2 жыл бұрын
Super Cox sagolun
@travelaz
@travelaz 2 жыл бұрын
Təşəkkür edirik bəy
@videobyn6677
@videobyn6677 2 жыл бұрын
El oba hesretini deyerlerimizi xatirladan verlis
@Yusifovaserqiye
@Yusifovaserqiye 6 ай бұрын
Keçmışə qayidaq paylaşdi 66 yaşli YUSIFOVA ŞƏRQIYYƏ AZ-XALQİM ÜÇÜN PAYLAŞDİM.
@travelaz
@travelaz 6 ай бұрын
Tesekkurler Serqiyye xanim
@АлиИскандаров-п8х
@АлиИскандаров-п8х 2 жыл бұрын
ALLAH SIZLERI QORUSUN! Cox Ela..
@travelaz
@travelaz 2 жыл бұрын
Tesekkur edirik size
@NazimMmmdov-rw4ci
@NazimMmmdov-rw4ci Ай бұрын
❤❤🎉🎉🎉
@elsensemedov9165
@elsensemedov9165 Жыл бұрын
Səməndər məllim deyil bu.Allah hər iki sənətkara rəhmıt etsin
@travelaz
@travelaz Жыл бұрын
Salam deyerli izleyicimiz reyiniz ucun Tesekkur edirik
@elnuroruczadeprodusser3986
@elnuroruczadeprodusser3986 Жыл бұрын
Bu Ses Semender Rzayev yox. Semed Hetemovun sesidir deyesen
@cingizrsulov2699
@cingizrsulov2699 Жыл бұрын
АЛЛАХ РЕХМЕТ ЕЛЕСИН АМИН
Bulaq Verilişi (FM Radio.105.0)
29:17
Audio Media
Рет қаралды 730
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 66 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 52 МЛН
Bulaq verlişi Xalq Yaradıcılığı
29:11
Travel the world and Azerbaijan
Рет қаралды 3,6 М.
Bulaq Verilişi - Xeyir xəbər haqqında (FM Radio.105.0)
29:44
Audio Media
Рет қаралды 3,6 М.
Bulaq Verilişi (FM Radio.105.0)
30:01
Audio Media
Рет қаралды 335
Bulaq Verlisi, Asiq Elesger.
26:45
Arzu Qurbanov
Рет қаралды 337 М.