[Verse 1] yeni səhərlərdə yeni kədərlər və yeni yəhərlər yeni atlara yeni zəhərlər yeni dadlara və yeni dillərə yeni xəbərlər cahillərə yeni sipərlər qatillərə yeni peyğəmbər batillərə yeni dinlər, yeni ayinlər, yeni vətənlərdə yeni xayinlər azca xeyirdə var daim şər var bəşər ki günü lap qap-qara düşmüş vətəni tapdaqlara yeni bir yara, dönüb qaysaq olub yeni yüksəlmiş var, alçaq olub yeni çərçivələr yeni divarlara yeni reklamlar yeni qumarlara yeni əxlaqsızlar efirlərdə yenə əsəb yaranır sətirlərdə yəni dirilər yeni tabutlarda yeniyetmələr abortlarda yeni cəmiyyətlərdə köhnə dərdlər, köhnə sistemdə yeni məğlubiyyətlər, sən susduqca bil ki böyüyür zülmət, yeni nəslin qəlbində küskün hiddət, bax yeni cığır açmaq istər biri, amma yolunu kəsir köhnə cəmiyyət [Chorus] Burda insan var... Burda insanlardan yaranan nöqsanlar var. Xırda insanlar... Axırda dumanlar da dağılar, buna inan, yar. [Verse 2] Burda insan var, Burda insan var ki, adamlıqdan uzaqdır. Burda insan var, Burda sağlar ölüb, baxmayaraq ölülər sağdır. Burda insan var ki, dəyişib təbiətini, Dəyişib danışığını, tanışlarını, mədəniyyətini. Bəzən niyəsini, nədənini də bilmirlər, Burda insan var ki, adına cındır deyirlər. İnsan var ki, var içində doğulub, dərdi azdı, Amma o insanların içində insaflısı, mərdi azdı. İnsan var, qolu zorlu, bütöv söz, beyni qandır, O insan insanlar içində ən çox aldadılandır. Dünya dəyişib, dost, dünya güc, qüvvət sevmir indi, İndi ən aşağı metal qiyməti dəmirindir. Ən yaxşı baxdığım bağlar dəyişib dağ oldu, əfsus, Ən çox güvəndiyim dağa qar yağdığı çağ oldu, əfsus. Ən çox güldüyüm sözü bu həyat demir, saxlayır, Ən çox öldüyüm saçı indi bir özgə qoxlayır. Ən çox ölülər var burda, burdan leş qoxusu gəlir, Burda ən çox ayıq olmalı olanların da yuxusu gəlir. Burda çox qan var, Yuya bilmirsənsə dayan, sus! Yatma, bir can var, Ya oyan, ya da ki qan qus! Nə qədər imkan var, Nə qədər inam var. Burda insan var, Burda insan var, əfsus. [Chorus] Burda insan var... Burda insanlardan yaranan nöqsanlar var. Xırda insanlar... Axırda dumanlar da dağılar, buna inan, yar
@VasifMəcidov15 күн бұрын
Super brat
@aliperviz14 күн бұрын
Uğurlar ❤️
@RuziAlizade15 күн бұрын
👍🏻
@XaqaniŞabanov-o5t15 күн бұрын
❤ela qaqam
@orxanelizade494115 күн бұрын
Ugurlar🎉
@nurlansadxov545715 күн бұрын
yeniyetmeler abortlarda.bunun haqqinda yazan goresen basqa kimse olacag 😔😔