Emosional Zəka || Nəyə görə pozitiv düşünən insanlar daha uğurlu olur?

  Рет қаралды 6,123

Business Talks

Business Talks

3 жыл бұрын

Emosional Zəka hər bir insan bilməli olduğu bir psixoloji amildir. Hər birimiz günlük həyatımızda onlarla hislər , emosiyalar yaşayırıq . Əksər insanlar düşünür ki , onların yaşadığı emosiyalara xarici mühitdə baş verən hadisələr səbəb olur . İş yerində vəzifəmiz artır və ya işimizi itiririk , pul qazanırıq və ya pul itiririk ,uğurlu bir iş qururuq , ya biznesimiz uğursuzluğa düçar olur və.s kimi faktorların bizim emosiyalarımızı yaratdığını düşünürük .
Kimsə bizə kompliment deyir , biz özümüzü yaxşı hiss edirik və çoxdandır gözlənilən hansısa bir səyahət yaxınlaşır özümüzü yaxşı mənada həyacanlı hiss edirik .
Başqa tərəfdən hansısa pis bir şey baş verəndə biz qəmgin , əsəbi , stresli hiss edirik . Əslində isə , bizim hisslərimizi və emosiyalarımızı mühit yox da mühitin diktəsi ilə bizim beynimizdəki düşüncələrimiz yaradır . Yəni , həmin təsir faktorları haqda necə düşünməyimiz həmin hisləri yaradır . Bu da , çətin olsa da , bizim kotrolumuzdadır. Əgər istəsək, həmin düşüncələri dəyişdirə bilərik. Hətta ,xarici mühitdə baş verənlər bizə əksdirsə , biz həmin hadisələrə öz reaksiyalarımızı və qavram;m;z; başqa istiqamətdə yönləndirə bilərik . Bunu edərək də , bizim öz emosiyalarımız üzərində ustalaşamaşmağımız mümüküdür.
Yaşadığımız neqativ emosiyalar , hislər , bəlkə də həyatda bizim uğur qazanmağımızın qarşısını alan ən böyük əngəldir .
Siz deyə bilərsiniz ki , axı , mən işimi itirmişəmsə necə özümü yaxşı hiss edə bilərəm ki ?! “ Mənim özümü pis hiss etməyim tam təbii haldır, əgər iş yerimi itirməsəydim özümü belə hiss etməyəcəkdim” deyirsiniz. Məsələni belə izah edən həmin şəxs , onun pis emosiyalar hiss etməyinin səbəbkarı kimi xarici faktoru görür. Əslində isə, o insanın həmin vəziyyətdə özünü pis hiss etmə prosesi belə formalaşır : Birinci , müdirindən onun işini itirdiyi xəbərini alır , daha sonra o düşünməyə başlıyır : “ Necə yeni iş tapacam” “ Kommunal xərcləri necə ödəyəcəm axı” “ Bu işi də çətinliklə tapmışdım” kimi fikirlərlə bütün günü düşünür . Üçüncü mərhələdə isə həmin şəxs başlayır özündə pis emosiyalar hiss etməyə . Yəni xarici faktorların baş verməsi ilə emosiyalar arasında bir düşünmə mərhələsi var ki , həmin o mərhələ bizim hissiyatlarımızı yaradır . Məsələyə fizioloji tərəfdən yanaşsaq , bu drumda , beynimizdə xoşbəxtlik hormonu olan serotoninin miqdarı azalır və stres hormonu sayılan kortizol hormonu artır . Bu da insanın özünü pis hiss etməsinə və sonda da depresiyaya düşməsinə səbəb olur .
Bəs bu misalda adətən növbəti mərhələlərdə nə baş verir ?
Özünü qəmgin hiss edən həmin şəxs , başlıyır özünə zərər verəcək mənfi addımlar atır,məsələn düzgün qidalanmır, sonra mədə ağrıları başlıyır , nəticədə isə yenidən özü üçün daha pis nəticələr yaradır . Bu da yenidən həmin insanı mənfi düşünməyə və daha çox pis emosiyalar hiss etməyə aparır . Əgər həmin şəxs şüurlu şəkildə düşüncələrinə müdaxilə etməsə sonda ən yaxşı halda depresiya xəstəliyi ilə qarşılaşır və dairə sistemi dəfələrlə təkraralanacaq.Bu durum sonda həmin inasanı ola biləcəyi ən uğursuz duruma gətirəcək. Bu yanaşmada öyrənəcəyimiz açar məsələ odur ki , emosiyalarımızı yaradan düşüncələrimizdir . Bu senaridə , işini itirmiş həmin insan düşünsə ki , “ Çox çalışsam yeni iş rahatlıqla tapa bilərəm” “Dostlarımdan yeni iş tapmaqda kömək istəyə bilərəm” “ “Mənim üçün elə xeyrlisi bu imiş” kimi fikirlər düşünsə artıq həmin insan müsbət emosiyalar yaratmış olacaq və bu istiqamətdə dayanmadan hərəkət edəcək . Daha sonra böyük ehtimal bu motivasiya ilə yenidən iş tapacaq . “ Buna nail oldumsa deməli daha çox nailiyyət qazanaram” deyib bu nəticə ilə yenidən o pozitiv düşünəcək ki , bu da sonda onun daha çox çalışması ilə və nəticədə yeni uğurlarla sonlanacaq .
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Animasiyanın hazırlanmasında istifadə etdiyimiz proqram: tidd.ly/2PdkVCV
Bizim animasiya xidmətimiz üçün əlaqə: / businestalks
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Mətn və Səsləndirmə müəllifi : Kamran Tağıyev
Animasiya müəllifi : Ülkər Axundova

Пікірлер: 19
@BusinessTalksAz
@BusinessTalksAz 2 жыл бұрын
Animasiya ilə maraqlanan şəxslər "Animators" şirkətinə müraciət edə bilərlər. ☎Əlaqə nömrəsi: 051 310 75 30 (WhatsApp, Tel) 🌐Sayt: animators.az
@BusinessTalksAz
@BusinessTalksAz 3 жыл бұрын
Animasiya ilə bağlı maraqlanan şəxslər videonun açıqlama bölməsində (videonun aşağısında) bu barədə məlumat əldə edə bilərlər.Təşəkkürlər.
@aylincebiyeva4863
@aylincebiyeva4863 3 жыл бұрын
Abonə olmağa dəyər dostlar ✔
@hilalcfrova2841
@hilalcfrova2841 Жыл бұрын
Çox doğru👍
@BusinessTalksAz
@BusinessTalksAz Жыл бұрын
🙏🏻
@novruzmmmdov4916
@novruzmmmdov4916 2 жыл бұрын
Çooox gözəl video idi.yeni şeylər öyrəndim.Bəlkədə bu günümdə və həyatımda incə bir dönüş nöqtəsi oldu bu video. Bütün qəlbimlə sizə təşəkkür edirəm BUSİNES TALKS.Türklər demiş ürəyinizə ,dilinizə sağlık😊
@BusinessTalksAz
@BusinessTalksAz 2 жыл бұрын
Təki faydalı olsun! Uğurlar! 🙏🏻
@multiple22334
@multiple22334 2 жыл бұрын
ÇOX YAXŞI DAVAM EDİN
@BusinessTalksAz
@BusinessTalksAz 2 жыл бұрын
Təşəkkürlər!
@eldacebiyeva4621
@eldacebiyeva4621 3 жыл бұрын
Dostumun təvsiyəsiylə bu videoya baxdım və həqiqətən mənim üçün buna baxmaq yaxşı oldu. Məncədə bu kanala abone olmaya dəyər
@BusinessTalksAz
@BusinessTalksAz 3 жыл бұрын
Faydalı oldusa, nə xoş bizə!
@ruslanquliyev6032
@ruslanquliyev6032 3 жыл бұрын
Polyana sindromu deyilen bir sey var.Amma sizin dediklerinizde heqiqet var
@sfurhsnov141
@sfurhsnov141 2 жыл бұрын
Düzgün fikirlərdit
@BusinessTalksAz
@BusinessTalksAz 2 жыл бұрын
✔️👍🏻
@cahidbesirov4367
@cahidbesirov4367 3 жыл бұрын
Esir duşən insanlar necə ? Məsələn qadınlar işgəncələrə məruz qalır zorlanırlar onlarda yaranan ruh duşkunluyu və iztirabı beyinlərində yaradırlar ?
@BusinessTalksAz
@BusinessTalksAz 3 жыл бұрын
Bəli, doğru məqamlara toxunursunuz, bəzi istisnalar var. Təşəkkürlər
@guneleliyeva7708
@guneleliyeva7708 8 ай бұрын
Mən işimi itirmişəm ,ancaq heç də pis deyiləm.Çünkü bundan da yaxşı iş tapacam
@BusinessTalksAz
@BusinessTalksAz 8 ай бұрын
Uğurlar 🙏
@pervaneomarova7562
@pervaneomarova7562 Жыл бұрын
Bes mən niye yaşı düşünürəm hemise pis olur?((
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 113 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 9 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 49 МЛН
Neqativ Insanlarla Necə Baş Edə Bilərik?
5:20
Business Talks
Рет қаралды 3,5 М.
BILL GATES'E GÖRE 2024 SONRASI YAPAY ZEKA KEHANETLERİ
11:59
Bebar Bilim
Рет қаралды 203 М.
İş Həyatında Dəyişim || İmran Bağırov
12:07
Business Talks
Рет қаралды 1,7 М.
Дофаминовая яма. Как мы губим свой мозг
27:24
Андрей Курпатов
Рет қаралды 4,2 МЛН
10 QIZIL QAYDA | Daim uğur qazanmaq istəyirsizsə - Səsli Kitab
6:51
Rafael Mirzaev || BB Production
Рет қаралды 44 М.
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН