Рет қаралды 37,433
Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarının Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo yarışlarının sonuncu günündə komandalar qələbə uğrunda mübarizə aparıblar.
Azərbaycanın kişilərdən ibarət milli komandası yarışı qızıl, qadın yığmamız isə gümüş medallarla başa vurublar.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva kişi cüdoçular arasında komanda yarışının final qarşılaşmasına baxıblar.
Milli komandamız gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Əlcəzair yığmasına 3:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.