Рет қаралды 20,490
Kəlbəcər rayonunun İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası təkcə Azərbaycanda deyil, keçmiş SSRİ məkanında da məşhur idi. Müxtəlif ölkələrdən gələn insanlar burada şəfa tapırdılar. Bir çox xəstəliklərin müalicəsində mühüm rol oynayan İstisu 12 çeşmədən ibarətdir.
İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Füsunkar görkəmi ilə dünyanın ən faydalı müalicə mərkəzinə çevrilən İstisu bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya salınıb. Sanotoriyada 15 il həkim işləyən Şahin Cəfərov deyir ki, öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu su Çexiyanın məşhur Karlovı-Varı bulaqları ilə oxşardır.
Turizm ekspertləri hesab edirlər ki, düşmən tapdağından qurtarılan Kəlbəcər rayonunda aparılacaq bərpa-quruculuq işləri sayəsində “İstisu” mineral su qaynaqlarına hər il xeyli əcnəbi cəlb etmək mümkün olacaq. Müalicəvi əhəmiyyətli daş hovuzlar ölkəyə turist axınına səbəb olacaq.