Рет қаралды 10,099
“Fəryad” filminin çəkilişi zamanı Ceyhun Mirzəyevə sui-qəsd təşkil edilmişdi - Mərhum aktyorun ölüm səbəbi
Azərbaycanlı rejissorların 30 il ərzində çəkə bilmədiyi müharibə filmini müharibə gedə-gedə çəkmişdi. Həmin qanlı-qadalı günlərdə belə o, yaxşı bilirdi ki, sənət avtomatdan daha effektiv silahdı. Ömrünü sənətinə qurban verdi, Fəryadı isə bu gün də qulaqlarımızda və ekranlarımızdadı. Biri var idi, öz şah əsərini görmədən gözlərini əbədi yuman Ceyhun Mirzəyev...
Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Atası Cəmil kişinin ikinci evliliyindən dünyaya gəlib. Cəmil Mirzəyevin birinci evliliyindən övladı olmadığı üçün hamı ona həyat yoldaşını boşamağı məsləhət bilsə də, atası buna razı olmur. 17 il birgə həyat sürdüyü ömür-gün yoldaşından ayrılmır. Həyat yoldaşı dünyasını dəyişəndən sonra ikinci dəfə gürcü əsilli Marqarita adlı qadınla evlənir. Bu, xanımın da ikinci evliliyi idi, birinci ərindən, yəni İbrahim Məmmədəliyevdən bir qızı da vardı. Cəmil Mirzəyev bu qıza da öz övladı kimi baxırdı.
Ceyhunun üç yaşı olanda atası dünyasını dəyişir...
Rejissor Tofiq Tağızadə “Görüş” filmi üçün uşaq axtaranda Ceyhungilin məktəbinə gəlir və Ceyhun onun gözündən yayınmır. 9 yaşlı qəhrəman 1955-ci ildə ilk dəfə “Görüş” filmində Şıxəlinin uşaqlarından birini canlandırır. Üç il sonra isə ona böyük şöhrət gətirən “Ögey ana” filmində İsmayıl roluna çəkilir. Heç kəsə sirr deyil ki, “Ögey ana”nın yaddaşlara hək olmasının bir nömrəli səbəbkarı balaca İsmayıl, daha doğrusu Ceyhun idi. Ceyhun Mirzəyev bu rolu uzun illər aktyorluq təcrübəsi olan peşəkarladan da ürəklə, səmimiyətlə oynamışdı.
Ceyhunun atası Cəmil Mirzəyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışırdı. “Qırmızı Döyüş Bayrağı” ordeninin ilk daşıyıcısı idi. Həmin orden ilk olduğu üçün indi də Rusiya Tarixi Muzeyində saxlanılır. Bizim kinematoqrafçılar isə bu ordeni “Qanun naminə” filmində tarixə salıblar. Gənc prokurorun yaxasında.
Ceyhun Mirzəyev bədii rəhbəri olduğu “Mozalan” satirik jurnalı üçün də sujetlər yazıb. Onun güclü parodiya qabiliyyəti də olub. Mozalanın başlığında olan arı vızıltısı səsi də aktyora məxsusdur.
Ceyhun Mirzəyev “Yenilməz batalyon”, “Dəli Kür”, “Yol əhvalatı”, “Qanlı zəmi”, “Lətifə” filmlərinə çəkilib. “Bəyin oğurlanması” filminin rejissoru olub. Qısa ömründə 100-ə yaxın filmdə əməyi keçib. Lakin aktyora ən böyük uğuru “Fəryad” filmi gətirib. O, filmin rejissoru olmaqla yanaşı həm də İsmayıl obrazını canlandırırdı.
Halbuki onun qaçdığı yer çəkilişdən əvvəl yoxlanmışdı, məşq edilmişdi.
Lidiya xanım danışır ki, həyat yoldaşı “Fəryad”ın çəkilişlərindən qayıdanda evdə rahatlıq tapmırdı: “Siqaret çəkir, düşünür, özüylə danışırdı. Erməniləri söyürdü, vəhşidilər deyirdi. Elə bil bu filmi çəkməklə onlardan, ümumiyyətlə, bütün haqsızlıqlardan hayıf çıxmaq istəyirdi”.
Operator Kənan Məmmədov onu da qeyd edir ki, Ceyhunu öldürən səbəblərdən biri də elə filmdə çəkdiyi mənəvi əzablar idi:
“Bir səhnədə qaçan zaman çaydan keçir. Qış ayı, dağdan gələn su, adamın barmağını da kəsirdi. Mən etiraz edirdim ki, o səhnədə kaskadyor, dubl aktyoru çəkilsin. Amma Ceyhun razı olmadı, özü çəkildi. Ondan sonra da təbii ki, özünü pis hiss etdi. Ümumiyyətlə, bu film Ceyhuna mənən xeyli təsir etdi, ürəyi tap gətirmədi. Filmi tez hazırlayıb qurtarmaq istəyirdi, tələsirdi elə bil. Bəlkə də ürəyinə nəsə dammışdı.
Ceyhun Mirzəyev filmin hazır olub ekranlara çıxmasını həsrətlə gözləyir, amma “Fəryad” filminin çəkilişlərindən sonra o, mikroinsult keçirir. İki həftəlik müalicədən sonra yenidən filmin işlərini davam etdirməyə başlayır.
1993-cü il martın 5-də , 47 yaşının tamamına 1 ay qalmış Ceyhun Mirzəyev telestudiyaya gedir. Həmin gün “Fəryad” filmi haqqında veriliş hazırlanırmış. Elə oradaca vəziyyəti pisləşir. Diktor Hicran Hüseynov onu maşına qoyub evə gətirəndə Ceyhun Mirzəyev özündə olmur. Yalnız əli ürəyinin üstündə olur. Xanımı danışır ki, ürəyində güclü ağrı vardı: “Tez uzandırdıq, təcili yardım çağırdıq. Əsirdi, titrəyirdi deyə ayağını isti suya qoydum. Yenə xeyri olmadı. Bir anlıq gözünü açıb qızımız Cəmiləni çağırdı. Qızın üzünə baxdı və gözlərini yumdu. Biz elə bildik yuxulayıb. Amma təcili yardım gəlib dedi ki, bayaqdan canını tapşırıb...”
Həmkarları, onunla son çəkilişlərdə bir yerdə olan şəxslər birmənalı şəkildə qəbul edir ki, onun insultuna səbəb çəkiliş vaxtı keçirdiyi ağrılardır. Çünki o, İsmayıl obrazını oynamırdı, yaşayırdı. Ceyhun ən ağır günlərdə böyük bir inamla silahını, kamerasını çiyninə alıb döyüşə atıldı. Qələbəni görmədən də bu müharibədə şəhid oldu. Ancaq Qarabağın azad olunmasında, 30 il keçməsinə baxmayaraq Azərbaycanlıların Qarabağa eyni coşquyla qayıtmasında ən böyük pay sahiblərindən biri də məhz Ceyhun oldu. O, Qarabağın ağrısını, acısını, orada axan qanı “Fəryad” çəkərək diri saxladı. Ruhun şad olsun, ustad! Vətənin azaddır.