DİFAİ - Hər şey Vətən üçün

  Рет қаралды 755

Kafkas Türkü

7 жыл бұрын

1908-ci ilin ortalarına qədər Difai qisas və cəza aksiyalarını həyata keçirir, lakin bu o demək deyil ki, bu partiya yalnız belə işlərlə məşğul olub, Difai mədəni tərbiyə işinə, xalq qüvvələrinın konkret şəxslərlə yerli çar administrasiyasının ali vəzifəli nümayəndələri və ya daşnaksütun kimi təşkilatlarla mübarizədə sıx birləşməsi və təşkilatlanması məsələsinə daha çox diqqət yetirirdi, Difainin erməni daşnaklarına münasibəti konkret idi, ya səmimi əməkdaşlıq ya da qanlı müharibə. 1912-ci ilin martında Qafqaz canişininə ünvanlanmış məruzədə Difainin mövqeyi bu şəkildə açıqlanırdı "...əgər Daşnaksütun partiyası səmimi və ədalətli şəkildə özünün həqiqi fəaliyyət proqramını bizə elan etsə, və əgər bu proqramda ayrı-ayrı Qafqaz xalqlarının azadlığı və sərbəstliyinə qəsd edən heç bir şey olmazsa, biz həmişə ona həmrəylik əlimizi uzatmağa hazırıq; lakin o, əvvəlki kimi xaincəsinə müdafiəsiz və dinc müsəlmanlara hücumları davam etdirəcəksə, bizim tərəfimizdən layiqli cavab alacaq və Qafqaz sonsuz qanlı meydana çevriləcək; Daşnaksütun əmin olsun ki, ermənilərə bizim millətinin xarabalıqları və külü üzərində öz firavanlığını qurmağa imkan verməyəcəyik."
Difai siyasi tələb irəli sürmürdü, lakin sonradan aydın oldu ki, bu partiya rəhbərlərinin düşünülmüş taktikası idi, onlar mərkəzi hökuməti qorxutmamaq üçün perspektiv planlarını bəyan etmirdilər, partiya formalaşdıqdan sonra isə siyasi ideyalar, ilk müstəqil Türk dövlətinin yaradılması ideyası ön plana keçdi. Cavanşir qəza rəisinin raportunda məclisin proqram tələbləri belə xarakterizə olunurdu "...bu proqram bu xalqı siyasi cəhətdən sıx birləşdirməyi, onu əlaltından hazırlamağı nəzərdə tutur. O, hökumət müəssisələrinin boykot edilməsi, mülkədarlar və kəndlilər arasında torpaq münasibətlərinin yəni, aqrar məsələnin kəskinləşdirilməsi məqsədi güdürdü. Nəticə etibarilə bu proqramı pozanlar üçün ayrı-ayrı şəxslərin bütün ailələrin boykot edilməsi, partiyanın tələblərinə israrla tabe olmaq istəməyənləri cərimələr gözləyirdi." 1908-ci ilə qədər Difainin fəaliyyəti o, qədər geniş miqyas almışdı ki, Azərbaycan qəzalarında çar hakimiyyəti orqanlarının mövcudluğuna təhlükə yaranmışdı, vəziyyət o, həddə çatmışdı ki, çar hakimiyyəti Difai partiyasının bir üzvünü satana və yaxud partiyanın möhürünü əldə edənə o, dövr üçün ağlasığmaz miqdarda pul mükafatı, 50 min rubl vəd edirdi.
1949-cu ildə daşnaksütun partiyası Tehranda məxfi toplantı keçirir, bu yığıncaqda ermənilər 1906-1909-cu illərdə Difai təşkilatının çox sayda daşnakları qətlə yetirdiyini bəyan edir, buna görə daşnaklar o, vaxtdan bəri sağ qalan Azərbaycanda və yaxud Azərbaycannan kənarda yaşayan Difaiçilərin, onların ailə üzvlərinin və qohumlarının qətlə yetirilməsi barədə qərar qəbul edir, məxfi yığıncaqda həmin şəxslərin siyahısı hazırlanır. Həmin siyahıya bu şəxslərin adları daxil edilir:
Əhməd bəy Ağaoğlu
Zülfüqar Haqverdiyev
Hacı Mirqasım Həmzəyev
Salah Hüseynov
Məmmədqulu xan Cavanşir
Cavad bəy Qazıyev
Muxtar bəy Qazıyev
Xuduş Quliyev
Şükür bəy Kazımbəyov
Əbdülkərim bəy Mehmandarov
Axund Molla Pişnamazzadə
Məşədi Əli Məhəmmədhüseyn oğlu Rəfiyev
Həmid bəy Usubbəy oğlu Usubbəyov
Ələsgər bəy Xasməmmədov
Mirzə Camal Yusifzadə...
© Qafqaz Türkü

Пікірлер: 3
@xiomimi7796
@xiomimi7796 5 жыл бұрын
Çox gözəl alınıb ALLAH SİZƏ QƏNİ QƏNİ RƏHMƏT ETSİN!!!!
@vusalhesenov9652
@vusalhesenov9652 4 жыл бұрын
Tariximizi bilək öyrənək öyrədək... uğurlar sizə
@turkbaycanl504
@turkbaycanl504 5 жыл бұрын
Əhməd bəy "Ağayev" yox, "Ağaoğlu"