Dükanda işləyən, "KVN"də çıxış edən, kasıblıqdan mərkəzə qədər piyada gedən Hacı Şahin kimdir?

  Рет қаралды 97,812

1000 Production

1000 Production

Жыл бұрын

#1000production #trend #hacisahin
Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhəri Yasamal rayonunda dünyaya gəlib. Atası iqtisadçı, anası müəllim olub. Əkiz qardaşı ilə o evin kiçik uşaqları olublar. Onun ailəsi Yasamalda məşhur “müəllimlər binası”nda yaşayıblar. Yay tətillərində Göyçayda qalan bibisigilə qonaq getməyi çox xoşlayıb.
1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinə daxil olub. Orta məktəbdə oxuyan zaman “Şən və hazırcavablar” - "KVN" komandasının üzvü olub.
Atasını erkən itirən Hacı Şahin müsahibələrinin birində keçmiş illərini xatırlayaraq deyir:
“Çox kontrastlı mühitdə böyümüşəm. Demək olar, hər zümrədən, hər mühitdən çoxsaylı və əziz dostlarım var idi. Atamı 12 yaşında itirdim, ailəmizin maddi çətinlikləri yarandı, bununla belə uşaqlıq illərinin şirinliyi bütün problemlərə qalib gəlirdi. Məktəbi qurtarar-qurtarmaz elektrik avadanlıqları dükanında işə başladım. Qonşularımızla da, dostlarımızla da doğma kimi idik. Mən Bəhram Bağırzadənin bacısı ilə bir sinifdə oxuyurdum, yadıma gəlir, bütün sinif uşaqları ilə onlara qonaq gedirdik, rəhmətlik anaları bizi çox mehriban qarşılayırdı. Bütün dostlarımızın ailələri belə idi”.
O, hər kəslə, hər təbəqə ilə öz dilində danışırdı. Ona görə də Hacı Şahini tanıyanlar, ona qulaq asanların əksəri imana gəlirdi, azından onun özünü sevir, yoluna hörmət edirdi.
2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi. “Məşədi Dadaş” məsciddində İmam vəzifəsini icra edib. 1998-2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib.
İlkin gənclik illərində ölkədə sovet hakimiyyətinə qarşı başlanan xalq hərəkatına qoşulur, mitinqlərə qatılır. Bütün günü qəzet oxuyur, sinifdə, dərslərdə müzakirələr aparır. Orta məktəbi başa vurandan sonra o zamankı Politexnik İnstitutu, indiki Azərbaycan Texniki Universitetinə daxil olur. Daha sonra hərbi xidmətə yollanır, cəbhə bölgəsində xidmət edir. Qayıdandan sonra qonşuluqlarında yaşayan bir çox gənc kimi o, da namaz qılmağa başlayır. Bu barədə xatirələrində belə deyir:
“Yadımdadır, ilk dəfə şeyx “şəhid” sözünü işlətməyə başlayanda bizə maraqlı gəlirdi ki, şəhid kimdir? Yəni dini biliklərimiz yox idi. Amma içimdə Allahla rabitə yaratmaq istəyi var idi. Namaza başladım, dostlarımla birlikdə həyətimizdə ibadət evi açdıq. Camaat namazına imamlıq etmək və xütbə oxumaq üçün məni seçdilər. Nə kitab var idi, nə internet. Şəhərdəki məscidlərin birinə gedib orada mütaliə edirdim. Hətta maddi durumumuz o qədər aşağı idi ki, Yasamaldan şəhərin mərkəzinə ayaqla gedib-gəlirdik. Bir tərəfdən çətin, digər tərəfdən qürurlu vaxtlar idi”.
Hacı Şahin ədəbi bilikləri, geniş mütaliəsi olan nadir din xadimlərimizdən biri idi. O, Seyid Əzim Şirvanini, Mimrzə Fətəli Axundovu, Mirzə Cəlili, eləcə də müasir ədəbiyyatı izləyir, həm də dərindən mütaliə edirdi.
Onun əzadarlıq mərasimlərinin birində iştirak edən zaman ağladığı videonu sosial şəbəkədə paylaşan millət vəkili Fazil Mustafa görüntünü tənqid etmişdi:
““Bu da azərbaycanlıların ənənəvi dini. 500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz. Bu dinin adına Azərbaycanda İslam deyirlər. Təkcə elmdə, texnologiyada, fəlsəfədə, təhsildə, səhiyyədə geridə deyilik, din əxlaqında da quyunun dibindəyik. Bu davranışı Quranla uzlaşdırın görün, bir əlaqə tapacaqsınızmı?”
Bu paylaşımı insanlar birmənalı qarşılamamışdı. Hətta deputatın şəklini zibil qutusuna yapışdıraraq paylaşan da olmuşdu.
Hacı Şahin isə bu işi görənlərin onun tərəfdarı olmadığnı bildirmişdi:
“Məni tanıyanlar da bilir ki, özümü tərifləmək üçün demirəm, ömrümdə heç bir insanı təhqir etməmişəm. İnsanların bu şəkildə təhqir olunması elementar tərbiyə normalarına ziddir. Bunu nəinki bizim tərəfdarlar etməyib. Bunu hər kim edibsə, qətiyyətlə pisləyirəm. Təhqirlə heç bir həqiqəti çatdırmaq olmaz”.
Ailəli olan Hacı Şahinin dörd övladı var. Onun böyük oğlu Hüseyn ötən il ADA Universitetinin magistr dərəcəsi üzrə Dövlət və ictimai münasibətlər fakültəsinə qəbul olunub.
Uzun illər Həcc karvanına rəhbərlik edib və Həcc zəvvarlarına xidmət göstərib.
Hacı Şahin 2 mart 2023-cü ildə gecə saatlarında “Medikal Plaza” özəl xəstəxanasına gedib və xəstəxanadan verilən məlumata görə öz istəyi ilə evə qayıdıb. Bir neçə saatdan sonra, səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.
Müsahibələrinin birində ölüm haqqında deyib:
“Ölümdən qorxmuram desəm, böyük bir iddia olar. Ancaq onu deyim ki, ölümdən qorxmaq lazım deyil. Ölüm insan üçün müəmmalıdır deyə insan bilmədiyi şeydən çəkinib qorxur. Ölümü heç kimə zəng vurub başa salmırlar, demirlər. Dünyadan kimsə köçəndə geri qayıtmır. Ancaq ölüm son deyil. İnsan ölümün əbədiyyətə körpü olduğunu bilməlidir. Belə olsa, adam ölümdən qorxmaz. Ölümü acılaşdıran bizim əməllərimizdir. İnsanlar arasında yayılan ölüm qorxusu, düzgün deyil. İnsanlar ölümü tanısalar və ona hazır olsalar, ondan qorxmazlar”.

Пікірлер: 324
@1000production
@1000production Жыл бұрын
Verilişin bu buraxılışı Hacı Şahin Həsənlinin ruhuna ehtiram əlaməti olaraq hazırlanıb...
@gulnarealiyeva1234
@gulnarealiyeva1234 Жыл бұрын
Teşekkur edirem size.
@miriaxadov6839
@miriaxadov6839 Жыл бұрын
Bu ishler daha da genishlendirin,gardash
@cemilememmodova5397
@cemilememmodova5397 Жыл бұрын
Təşəkkürlər.
@l_e_n_o_v_alenova9847
@l_e_n_o_v_alenova9847 Жыл бұрын
Чох Саголун ,верлиш уахшы алыныб .Аллах Хачы Шахина ряхмят элясин .
@zorismayilova2914
@zorismayilova2914 Жыл бұрын
Allah esil momun olan wahine wahine rehmet etsin
@rasimamammadova9904
@rasimamammadova9904 Жыл бұрын
HACI ŞAHİN AZƏRBAYCAN XALQININ ƏN BÖYÜK ITKİSİDİR. MƏKANI CƏNNƏT OLSUN AMİN.
@hokumeqasimova7193
@hokumeqasimova7193 Жыл бұрын
bəli bunu dəfnindədə şahid olduq Allah rəhmət eləsin heç vaxt unudulmaz!!!!!!!!!
@bakubaku5914
@bakubaku5914 Жыл бұрын
😢😢😢😢😢😢😢😢
@leylarzayeva7400
@leylarzayeva7400 Жыл бұрын
Allah sənə qəni -qəni rəhmət etsin .Mənim üçün qeyrət nümünəsi , əsil insan san .
@leylarzayeva7400
@leylarzayeva7400 Жыл бұрын
Çox təsüf ki tez vetdin .Azərbaycan sənin ölümünlə çox şeyi itirdi .Allah sənə qəni -qəni rəhmət etsin .Çox arzulardəm ki ,Sənin kimi şəxsiyyətlər çox olsun .
@nizamibayramov6593
@nizamibayramov6593 Жыл бұрын
@@leylarzayeva7400 Aminn🙏🙏🙏
@seadethesenova5420
@seadethesenova5420 Жыл бұрын
Cox sağ olun. Sözlərinlə ürəyimdən tikan cıxardın.Mən Hacini ilk xütbələrindən dinləyirdim. Bu gənc özü oğlum yaşda olsa da islamı dərk etməkdə məndən ötrü usdad olub. İslama bu cür yanaşması, fikirləri mənim ruhuma yaxın idi.O əvəzolunmaz ruhani idi.Hacinın ölümü məni özümdən alıb. Xəyalən onin məzarı üstündəyəm.Nur icində yat Hacı! Allah ailəsinə və Hacı Şahin sevənlərə səbr versin.Amin🤲🤲🤲😭💔🥀🇦🇿
@sebuhiquliyev8587
@sebuhiquliyev8587 Жыл бұрын
Allah rehmet etsin.Mekani cennet olsun.
@taranaaliyeva9985
@taranaaliyeva9985 Жыл бұрын
Amin 🤲
@haksever8030
@haksever8030 Жыл бұрын
Amin🤲🤲🤲😢😢😢😢😢😢😢😢
@bakhrambakhramus5995
@bakhrambakhramus5995 Жыл бұрын
Sizə çox təşəkkür edirəm .Allah sizdən razı olsun bu yayıma görə 🇦🇿
@1000production
@1000production Жыл бұрын
Hər şeydən əvvəl insanlıq borcumuzdur. Ruhu şad olsun!
@arzusultanova1037
@arzusultanova1037 Жыл бұрын
Allah Sizden Razı olsun! Hacının Ruhu bizler üçün duaçı olsun! 🤲😭💔😔🇦🇿
@abgggg1659
@abgggg1659 Жыл бұрын
Allah seni cennetile mûkafatlandırsın Hacı Şahin , alim, ilahiyyetçi, imam, gencler birliginin sedri, Gözel İnsan, mehriban Ata, Xalqımızın sevib hörmet etdiyi Hacı Şahin mezarın nurlu olsun 🤲💔😪😪😪
@Mr.Aliyev010
@Mr.Aliyev010 Жыл бұрын
Amin
@frhadzrbiyev9091
@frhadzrbiyev9091 Жыл бұрын
İlahi Amin🤲
@orucovaflora8530
@orucovaflora8530 Жыл бұрын
Salam Allah razı olsun Allah mükafatın versin.
@orucovaflora8530
@orucovaflora8530 Жыл бұрын
Allah Hacı Şahinə rəhmət eləsin
@Mr.Aliyev010
@Mr.Aliyev010 Жыл бұрын
@@orucovaflora8530 Амин
@bakhrambakhramus5995
@bakhrambakhramus5995 Жыл бұрын
Heyf çox heyf Hacı Şahin kimi alimlər 100 ildən bir gəlir dünyaya😔Allah səni qəni-qəni rəhmət eləsin gözəl ,həyalı insan🥀
@elshadbagirov434
@elshadbagirov434 Жыл бұрын
Alim???!🤔
@hokumeqasimova7193
@hokumeqasimova7193 Жыл бұрын
heç 100ildəndə gəlmir Allahın göndərdiyi peygənbər əvəzi bir dahi dir Hacı ŞAHİN🥀🥀🥀🥀🤲🏼
@BRAo-77
@BRAo-77 10 ай бұрын
@@hokumeqasimova7193peyqember neydi, estaqfurullah. Allah hidayet versin
@ultanuleyman9068
@ultanuleyman9068 Жыл бұрын
ÇOX DƏYƏRLİ HACI ŞAHİN NURLAR İÇİNDƏDİR İNŞƏALLAH 🤲🕋😢💔🥀🥀🥀
@lemanceferli7052
@lemanceferli7052 Жыл бұрын
HACİ ŞAHİN HƏSƏNLİ 🤲 ALLAH SİZƏ RƏHMƏT ELƏSİN 🤲 HACİNİ SEVƏNLƏRƏ SƏBR VERSİN ALLAHİM.
@NoName-yl3zg
@NoName-yl3zg Жыл бұрын
Bizim mənəvi Atamız. Bizim qoyub hara getdin. Hacican haqqini halal elə. Sənin bizim üstümüzdə haqqin boyukdur. Allah səndən razi olsun. Allah rəhmət eləsin. Məkanin cənnət olsun. Ruhun şad olsun. Qəbrin nurla dolsun. Amin.
@sugranovruzova3344
@sugranovruzova3344 Жыл бұрын
Sağ ol qardaş!Nə gözəl danışdın Hacı haqqında.Hacı sadəlik içində bir ucalıq idi.Neşə gündür ki,gözümüzün yaşı qurumur,ürəyimizin ağrısı azalmır. ..Àllah rəhmət eləsin.
@iradaaliyeva6633
@iradaaliyeva6633 Жыл бұрын
Allah rəhmət eləsin ağıllı və nur üzlü İNSAN..Məkanın cənnət olsun Amin,nur içində yat
@turkoglu520
@turkoglu520 Жыл бұрын
Allah seni qeni qeni rehmet elesin Haci senin yoxluguna inanmaq olmur.. Biz imana senin sayende geldik. Cox tez getdin Haci💔😭😭🥀🥀🥀🥀🥀🥀
@shrabanuhuseynova7217
@shrabanuhuseynova7217 Жыл бұрын
Allah rəhmət eləsin məkanını cənnət eyləsin Amin.
@gulyanaqsmdova9986
@gulyanaqsmdova9986 Жыл бұрын
Hacı Şahin qəlblərdə əbədilik öz taxt tacını qurdu. Nə xoş halına. Onsuz da bir gün hamımız bu dünyadan köçəcəyik. Gec ya tez... Verilişi hazırlayanlara təşəkkürlər
@xalideagayeva8264
@xalideagayeva8264 Жыл бұрын
Vaallah ele bilirem əziz,dogma adamımı itirmişem.ekranlardan izlediyim Hacı Şahin Allah sene rehmet etsin qebrin nurla dolsun.😭😭😭
@sararuslan8731
@sararuslan8731 Жыл бұрын
Əziz ,dəyərli insan.Allah ruhunu şad, məkanını cənnət eləsin.Amin.
@seadetqenberovamftunpoeziy7997
@seadetqenberovamftunpoeziy7997 Жыл бұрын
Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Gözəllik, insanlıq təbliğ edirdi. Torpağı sanı yaşasın balaları. Allah əzizlərinə səbr versin.
@user-ko7xx4ni6h
@user-ko7xx4ni6h Жыл бұрын
ALLAH rehmet elesin. Bele cavan yasinda hayata veda etdi aglima gelmezdi ki ne vaxtsa yzacaqdim rehmet sozunu. Nur icinde yatsin nur ŭzlü INSAN.
@aytenazizova2376
@aytenazizova2376 Жыл бұрын
Hacı Şahinsiz sanki dünyamız qaralıb.qaranlıga qərq olmuşuq. Nurumuz getdi, günəşimiz batdı.məkanı cənnət olsun.
@lalasalayeva6080
@lalasalayeva6080 Жыл бұрын
Allah Hacı Sahinə qəni-qəni rəhmət eləsin onun o xoş üzü, gülüşü mənalı kəlamları tarixə döndü yaxşı ki yutub kanalı var . Allah da yaxşı insanları çox yaratmır bu dunyada . Məkanı cənnət olsun Amin
@tahireabdullayeva5244
@tahireabdullayeva5244 Жыл бұрын
Allah rəhmət eləsin! Allah məkanlnl cənnət eləsin!
@cunchvksalev8804
@cunchvksalev8804 Жыл бұрын
Sözün bitdiyi yer acını insan belemi hiss eder sanki dünya boşalıb insan özünü bir boşluqdq hiss edir eslinde bu yaşadığımız dünyanın nece boş olduğunu bizlere öyretdi Hacı
@SamsungGalaxy-gd1db
@SamsungGalaxy-gd1db Жыл бұрын
Allah rəhmət eləsin. Məkani cənnət olsun. Ruhu şad olsun. Qəbri nurla dolsun. Amin.
@vafaquliyeva7864
@vafaquliyeva7864 Жыл бұрын
Coox təəssüf 😢 😢 barışmaq olmur 🥀🥀
@namesurname4199
@namesurname4199 Жыл бұрын
Hamı Şahin Allaha ən yaxın insan idi.😭🥀
@melekmehdiyeva435
@melekmehdiyeva435 Жыл бұрын
Allah rehmet elesin. Dahi bir wexsiyyeti itirdik. Yerini hec kim doldura bilmez. Sanki dövrümüzün imam Hüseynini itirdik. Bu qeder insanin sevgisini qazanmaq her adama qismet olmur.Onu sevenler mezarini geceler de tek buraxmir.Her deqiqe mezari ustunde mersiye oxuyurlar. Her zaman qelbimizde yawayacaq Haci.Wahin her zaman göyde pervaz eder.Bizim Haci Wahinimiz de göyleri secdi, özünü bizlere cox gördü.😢😢Hec vaxt unudulmayacaq Hacimiz.
@aideibrahimova5988
@aideibrahimova5988 Жыл бұрын
Cox gözəl veriliş hazırlamısız cox sağ olun Allah bu gözəl din xadiminə rəhmət eləsin o öz əxlagı ilə bizə imamlarımızın gözəl xüsusiyyətlərini görməyə imkan verdi
@xanmcavadova7946
@xanmcavadova7946 Жыл бұрын
Caaan can. Ən ürəy parcalayan xəbəri alandan bu günkü günə kimi qəhər boğur məni. Siz rəhmətə gedən günü bildimki,sizi nə cox istəmişik Məkanın cənnət olsun zəmanəmizin imamı, peyğənbəri 😭😭😭😭
@mhmmdcelebiyev1848
@mhmmdcelebiyev1848 Жыл бұрын
HƏCİ ŞAHİN GÖZƏL İNSAN İDİ MƏN ONUN XÜTBƏLƏRİNİ DİNLƏYƏNDƏ RUHİ QİDA ALIRDIM ONUN ÖLÜMÜ MƏNİ ÇOX SARSİLTDI RUHU ŞAD OLSUN MƏKANI CƏNNƏT OLSUN AMİN İNŞALLAH
@user-rz1xx1lt8t
@user-rz1xx1lt8t Жыл бұрын
Canımız, ciyərimiz, Hacı! Bizi yetim qoyub getdin😢
@BLaCKGoLD042
@BLaCKGoLD042 Жыл бұрын
ALLAH SENE REHEMET ELESIN HACI CANNN
@ceyhunlkbrov9875
@ceyhunlkbrov9875 Жыл бұрын
Hacının ruhunun şad olan sözlər bizim ruhumuzu sakitləşdirir
@sevilzeynalova8856
@sevilzeynalova8856 Жыл бұрын
Böyük itkidi... sag ikən xalqın qəlbində özünə heykəl dikən, sonsuz sevgi vı sayqı qazanan çox nadir insanlardandı.. ALLAH rəhmət eləsin, könüllərdə yaşayan, Hacı Şahin...
@zeynebhesenova2242
@zeynebhesenova2242 Жыл бұрын
Allah rəhmət eləsin. Dəyərli nurüzlü insan-nur içində yat.
@behruzsoltanov3914
@behruzsoltanov3914 Жыл бұрын
Allah sizdən razı olsun ..
@afaqaliyeva6331
@afaqaliyeva6331 Жыл бұрын
Çox sagol ki, Hacı Şahin haqqında dogru duzgun şerhler verdin. Allah Hacı Şahine rehmet elesin. Dünyanın dadı lezzeti onunla getdi
@GMZHF946
@GMZHF946 Жыл бұрын
Məkkanı cənnət olsun 🙌😭çox hayfki bucür Alimi tez itirdik😭
@heydr4463
@heydr4463 Жыл бұрын
Ona qulaq asaraq dinə gəldim Allah rəhmət eləsin çox heyf
@ismaylzadexyal7665
@ismaylzadexyal7665 Жыл бұрын
Hacı Şahin Cismən aramızdan gedib Ruhən hər zaman bizimlə olacaq. Az ömrünə Dünya boyda sevgi hörmət izzət sıdırdı Dahi Şəxsiyyət 😥
@seymurdadasov8289
@seymurdadasov8289 Жыл бұрын
Allah rəhmət eləsin Hacı Şahin qardaşımıza
@resulabbasov1906
@resulabbasov1906 Жыл бұрын
Acıqlamalara görə sağol. Sonda dediklərin tam fikrimizə uyğundur. Hacı 10 ildə yaşasaydı. Nələr olardi
@ansservies4047
@ansservies4047 Жыл бұрын
Allah qəni qənı rəhmət eləsin hər zaman dəyərli sözlərinə qulaq asacaq və hörmətlə yad edəcəyik məkanı cənnət olsun.Allah balalarına ailəsinə sevənlərinə səbir versin Amin
@Djaxan_134ECM
@Djaxan_134ECM Жыл бұрын
Az yashadi,cox ish gordu,Allah rəhmət eləsin!!!
@raskoumud192
@raskoumud192 Жыл бұрын
Nece gozel danishdiz Hacimiz hagda SHAHINIMIZ hagda!!! Allah Sizi gorusun! Gozel INSAN Gebrin nurla dolsun!!!!
@Elnur....
@Elnur.... Жыл бұрын
Allah rəhmət eləsin mekanı cənnət 😢😢😢
@melahetceferova4437
@melahetceferova4437 Жыл бұрын
Allah Hacini cox sevdiyine gore yanina apardi.Bu haksiz murdar dunyada yasamagi ona layig gormedi. Ruhu sad olsun 🙏
@leylabekirova9036
@leylabekirova9036 Жыл бұрын
Çox heyf Hacıdan.Bu uca şəxsyyəti itirdiyimizə hələ də inanmaq istəmirəm.
@husniyylkbrova6804
@husniyylkbrova6804 Жыл бұрын
Allah rəhmət eləsin 🤲🏻🤲🏻🕋🤲🏻🤲🏻
@cemilememmodova5397
@cemilememmodova5397 Жыл бұрын
Məkanın Cənnnət Olsun Hacı həmişə bizimlə olacaqsan
@zerinehesenova4871
@zerinehesenova4871 Жыл бұрын
Muqeddeslerimiz de cavan köcub dunyadan,Hacımız da onlardan biri idi....
@ilahhmdova1131
@ilahhmdova1131 Жыл бұрын
Nolsun ki Sllahşükür başında əmmamə dini uzun çuxa ğeyinir.Amma heç vaxt kasıb şəhid dəfnində iştirak etmədi.Onun heç din barədə söhbətlərini dəeşitmədik.Amma Allah rəhmət eləsin Hacı Şahinin necə ğözəl tərbiyəvi dini söhbətləri və kəlamları var.Şəhidlərin dəfnində də həmişə öndə olub.Allahşükürün məscidə oxşayan villaları var., Hacı Şahinin isə yoxdur.Hacı Şahinin dəfnində minlərlə insanlar ağlayayayaraq əllırinin üstündə ğəzdirdilər ağladılar.Ğedə bilməyənlər isə evdə otirub ağlayıb dualar etdilər.Əsil insanlıq budur.ğedəndə rəhmət aparmaq
@bp_lisa.339
@bp_lisa.339 Жыл бұрын
ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN HACI ŞAHİN SƏN GETDİN GÖZƏL KƏLAMLARIN QALDI BİZƏ HƏMİŞƏ BİZİN ÜRƏYİMİZDƏ YAŞAYACAQSAN GƏLƏN NƏSİLLƏRİN DƏ ÜRƏYİNDƏ YAŞAYACAQSAN KAŞ BİZİM PUL YIĞAN MƏMURLARIMIZ BİRAZDA OLSA BU DÜNYANI BAŞA DÜŞƏYDİLƏR MİLLƏTƏ ZÜLM ETMƏYƏYDİLƏR Kİ BU DÜNYADA ÖLÜM VAR
@sehlaaliyeva3745
@sehlaaliyeva3745 Жыл бұрын
Allah sene qeni qeni rehmet eylesin Wahin qardawim.Inaniram ki Azerbaycan xalqi seni hec vaxt unutmayaçaq.Ģòzel insan òlùmùnle bizleri sensiz etdin.Dindar olmasamda senin moizelerini cox diqqetle ve hevesle dinliyirdim.Allah sevenlerine sebrler versin.Amin.🤲🥀🥀🥀🥀
@sededfkdgidxgkfghflydy
@sededfkdgidxgkfghflydy Жыл бұрын
Allah ailesine ve Hacı Şahin sevenlere sebir versin .Yerin cennet olsun Hacı ...
@mrrom4ik174
@mrrom4ik174 Жыл бұрын
Aminnnn. 😢😢😢😢😢
@xzxeyrxahtv.7354
@xzxeyrxahtv.7354 Жыл бұрын
İSLAM Dinin Şahı Padşahı Hacı Şahin Allah Sizi Qəni Qəni Rəhmət Eləsin Amin 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@saidasaida8087
@saidasaida8087 Жыл бұрын
Gözəl nurlu gülüş! Min kərəm rəhmət! Yene göz yaşlarim dayanmadi!
@saraorucova5367
@saraorucova5367 Жыл бұрын
Ay Muğlan balam sağ ol var ol Allah atana rəhmət eləsin.
@1000production
@1000production Жыл бұрын
*Adı Sərdardır aparıcının, Muğlan yox
@gulxaraliyeva8601
@gulxaraliyeva8601 Жыл бұрын
Düzdür yaxşı insan gələ bilər, amma Hacı Şahini heç kim əvəz edə bilməz😢😢
@xezerserdarov8398
@xezerserdarov8398 Жыл бұрын
Bu dünyadan haci Şahin adlı bir deyerli alim geldi getdi .Heyif ćoxxx heyif senden .
@babaoglu3117
@babaoglu3117 Жыл бұрын
Allah qəni qəni rəhmət eləsin.Eldən-obadan getdi.boşluğu uzun illər hiss olunacaq.
@gulzarlutfi2147
@gulzarlutfi2147 Жыл бұрын
Alim Hacı Şahin haqqında olduqca gözəl düşüncəli söhbətlərə görə sizə çox çox minnətdaram Allah sizdən razı olsun
@ismaylmustafayev8084
@ismaylmustafayev8084 Жыл бұрын
Getdi... Bir səhər bu şəhər matəmə batdı, O, neçə ürəklər dağladı getdi! Yaman yorolmuşdu, o yorğun, yatdı, Yumdu gözlərini, bağladı getdi! İndi qoy kül olsun, dünya, başına! Nə sənə meylim var, nə ləl daşına! Qarşıdı çayların, gözüm yaşına, Axdı dəryalar tək, çağladı getdi! O, bir çıraq idi, o, bir nur idi! O, zərdən incəydi, o, büllur idi! Hamıdan saf idi, o, bir dürr idi! Əsarət bilməyən o, bir hürr idi, Bizləri həsrətdə saxladı getdi! Daha yox bu dərdin heç bir əlacı! Oldu həyat bizə, zəhərdən acı! Eşidib gələnlər dedi: "Can Hacı!" Hamısı yas tutub ağladı getdi! O, neçə ürəklər dağladı getdi!!! (İsmayıl Səxavət. 05.03.2023) Allah sizə əbədi rəhmət eləsin ƏZİZ HACI!😢 ALLAHUMƏ SƏLLİ ƏLA MUHƏMMƏD VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM! AMİN!
@zhara581
@zhara581 Жыл бұрын
Allah sene rehmet etsin Hacı.Hecüre inanmaq olmur onun yoxluğuna ,Allah sizden razı olsun zəhmət çekdiniz
@qzlarxoslayram
@qzlarxoslayram Жыл бұрын
Bəziləri: İllərdirki bir xəzinənin üzərində oturmuşuq, xəbərimiz yox imiş. Allah rəhmət eləsin
@samirqasimli3800
@samirqasimli3800 Жыл бұрын
Ağamız niyə bizi atıb getdi Yetim qaldiq 😭😭
@taranaaliyeva9985
@taranaaliyeva9985 Жыл бұрын
Allah rəhmət eləsin,əsl xoşbəxt insan olub ki bu qədər sevilir, hətta ölümündən sonra da
@user-qy1vl5fw8k
@user-qy1vl5fw8k Жыл бұрын
Nə gözəl sözlər iltihaf etmisiniz Hacımıza🥹🙏🏻 Var olun🙏🏻🙏🏻🙏🏻
@tunzalqurbanova2637
@tunzalqurbanova2637 Жыл бұрын
Allah sənin köməyin olsun ki Hacıya aid veriliş çəkmisən
@sahibqurbanli3778
@sahibqurbanli3778 Жыл бұрын
Allah Hacıya rəhmət eləsin.İbrət almagı bacaranlar üçün böyük məktəb idi.İslamı ən gözəl təbliğ edən bir övliya.
@xalidqedirov5609
@xalidqedirov5609 Жыл бұрын
Can gülüşüne qurban Allah sene REHMET elesinAmin
@konulmirzeyeva-sr2gf
@konulmirzeyeva-sr2gf Жыл бұрын
Allah rehmet etsin
@ceyhunbabayev2589
@ceyhunbabayev2589 Жыл бұрын
Son vaxtlar hacıya hər tərəfdən söz və iradlar dolu hücumlar olurdu.Gılınc yarası sağalar,amma söz yarası yox..Hacı bunlara reaksiya verməsə də içəridən necə əziyyət çəkdiyini ürəyinin dayanması bariz sübutdur.
@saidaquliyeva7076
@saidaquliyeva7076 Жыл бұрын
Allah nəhlət etsin onun qəlbinə xətrinə dəyənlərə O həkim də məni yandırdı Niyə demədi ki, sənə tərpənmək olmaz Həmən mualıçə başlamalıydı
@user-te5lm4jl6f
@user-te5lm4jl6f 2 ай бұрын
Niyə o həkim heç sorğu-sual olunmadı.Niyə ona deyilmədi ay parazit əgər Hacının ürəyində bir problem var idisə niyə xəstəxanada saxlayıb müalicə etmədiniz?Niyə doğmalarına bir xəbər vermədiniz ki,ona nəzarət olunsun,onun halı yaxşı deyil,mütləq müalicə olunmalıdır?Hansı müainələrdən keçirdiniz?müainələrin nəticəsini nə yazıb,nə göstərmisiz?Qəflətən infarkt olmur,öncə əlamətləri olur.Məgər bunu həkim görməyib,başa düşməyib?Onda o zırrama imiş ki.Ona hansı iynəni vurub,hansı dərmanı verib.Onun ölümünə bais olanların Allah cəzasını,bəlasını versin inşəəllah.Düzünü Allah bilir.Hacı ölümü ilə bütün sirləri özü ilə apardı.Allah rəhmət eləsin,ruhu şad olsun,məqamı uca,məkanı cənnət olsun.Allah balalarına,ailəsinə,doğmalarına,Hacını sevənlərə səbr versin.Amin.
@minxanmbabayeva5024
@minxanmbabayeva5024 Жыл бұрын
Allah rəhmət eləsin!!! Məkanı cənnət olsun!
@nerminehikmetli6230
@nerminehikmetli6230 Жыл бұрын
Nə gözəl veriliş. Çox sağolun. Belə insanları daim tanıdın. Bu xalqın ona çox ehtiyacı var
@nadiragayev842
@nadiragayev842 Жыл бұрын
ALLAH REHİMET EYLESİN MEKANİ CENET OLSUN AMİN
@ceyhunlkbrov9875
@ceyhunlkbrov9875 Жыл бұрын
Ne gözəl insansız var olun bizi sakitləşdirən sözlərinizə var olun.
@sevilb9493
@sevilb9493 Жыл бұрын
Çox sağolun gözəl verlişə görə ağlayaraq dinlədum sizdə öznüzü qoruyun Allah qorusun
@metanetmirzeyeva5715
@metanetmirzeyeva5715 Жыл бұрын
ALLAH RƏHMƏT ELƏSİN AİLƏSİNƏ SƏBR VERSİN HEYF Kİ İTİRDİK BÖYÜK ALİMİ
@arzusultanova1037
@arzusultanova1037 Жыл бұрын
Cennet Sizin intizatınızda idi Hacı Şahinimiz!Allah bu müveqqeti ayrılıqda Sizi sevenlere,dostlarınıza,ezizlerinize ,xalqımıza sebr versin💔😭😭😭😭
@mrrom4ik174
@mrrom4ik174 Жыл бұрын
Aminn
@kenanhacizade4164
@kenanhacizade4164 Жыл бұрын
Sevgidən doğan eşq Hacı Şahin
@fuad5274
@fuad5274 Жыл бұрын
Allah sizdən razı olsun .dəyərli və olduqca maraqlı videonuz üçün çox sag olun
@daltasiqi9298
@daltasiqi9298 Жыл бұрын
Maraqlidi Haci Sahine Qem,Keder ve Mehebbet qarsiq Aqlamaqla sanki Insan yungullesir paklasir .Meherremlikde Kerbela sehidlerine Aqlamaqa oxsayir bir omur Aqamiz Huseyni xalqa tanitmaqa sevdirmeye calisan ehlibeyte xidmetde keciren Haciya Allahdan mukafatdir belkede😭
@user-md6cf4jc2p
@user-md6cf4jc2p Жыл бұрын
Heyif senden ay qardaw Allah rehmet elesin sen hamini yeni seni sevenleri yandirdi😭
@saraorucova5367
@saraorucova5367 Жыл бұрын
Allah sizə rəhmət eləsin haci Şahin.
@ilkinmemmedov5843
@ilkinmemmedov5843 Жыл бұрын
Allah rehmet Etsin Mekanin cennet olsun AMİN İNSAALLAH
@gioulzarkassoumova5678
@gioulzarkassoumova5678 Жыл бұрын
ALLAH Rehmet elesin! Mekani Cennet olsun! Ruhu shad olsun! Amin Ya Rebbim!!!!! 🤲🤲🤲🤲🤲😭😭🇦🇿🇹🇷🇵🇰🇦🇺
@elnarebabayeva5737
@elnarebabayeva5737 Жыл бұрын
Allah rehmet elesin gòzel insan😭😭😭
@anara3760
@anara3760 Жыл бұрын
Yandirib kul eledin bizi Haci…Allah bizi cennetinde gorusdursun. Ruhun shad olsun.
@saidaquliyeva7076
@saidaquliyeva7076 Жыл бұрын
Amin
@yusifabdullayev275
@yusifabdullayev275 Жыл бұрын
Amin,amin ,amin
@anara3760
@anara3760 Жыл бұрын
@@saidaquliyeva7076olume hazir olan barmaq sayi tanidigim adamlardan biri idi. Hemen gunu hekimnen gelende oglu deyib mualice gotur filan ozune bax ona deyib “narahat olma her sey yaxsidir menim ucun olum asantdir” bu sozu ancag onunkimi yasiyanlar deye bilerdi😢
@nahidmehdiyeva8333
@nahidmehdiyeva8333 Жыл бұрын
Cənnət mələyi Allah dostu gözəl insan şəxsiyyət Alim əxlaqın özü güclü iman sahibi deyerli Hacimiz Allah sənə rəhmət eləsin nur içində yat nur üzlü insan .🤲☝️🕋😢💔🥀
@royalhesenov6596
@royalhesenov6596 Ай бұрын
Her defe telefonu acanda ilk seni görürüm haci qardaşım göz yaşlarıım özümden ixtiyarsız süzülüb tökülür , hecbir itirdiyim doğmalarım ücün bele yanmıram🥺😥🥺
@mhmmdsfrov9485
@mhmmdsfrov9485 Жыл бұрын
Cox saq olun.Allah razi olsun..
@sakirveliyev1615
@sakirveliyev1615 Жыл бұрын
Cox sağ ol oğlum. Gözəl, səmimi yayım ücün. Hacımıza Allah qəni qəni rəhmət eləsin.
@user-dw2wk3gn2t
@user-dw2wk3gn2t Жыл бұрын
Can qardasim bizi gozu yasli qoyub getdin nur üzlü qardaşım🥀Nur icinde yat🥀😢Çox Heyif
@zeynebzeyneb2955
@zeynebzeyneb2955 Жыл бұрын
Allah sizdən razı olsun Həqiqətləri səlist daşdığınıza görə 🤲🤲
@user-ge2wk5kk5x
@user-ge2wk5kk5x Жыл бұрын
Аллах рехмет етсин рухун шад олсун хаджы
@aios8629
@aios8629 Жыл бұрын
Allal Rəhmət eləsin.😢
@zahra8158
@zahra8158 Жыл бұрын
ALLAH REHMET ELESIN HACI WAHIN QARDAWIMA 🙏😭😭😭😢😥
@turanordusu195
@turanordusu195 Жыл бұрын
Salam necəsiz. Mən həmişə sizə baxıram Allah sizi qorusun amin. Bizim ən pis yerimiz budur öləndən sonra qədrini bilirik. Sizdə sağ olanda cəkində belə insanları
@qemlo4512
@qemlo4512 Жыл бұрын
Mən ömrümdə bu qədər ağlamamişdim, can hacı Şahin niyə belimizi qirdin , 😢😢😥😥😢😢 ALLAH sənə rəhmət eləsin 😥😥😢😢😥😥😢
@mrrom4ik174
@mrrom4ik174 Жыл бұрын
😢😢😢😢😢😢😢
@rahileimanova8406
@rahileimanova8406 Жыл бұрын
Gözəl insan ,Hacı məkanın cənnət ,ruhun şad olsun.Amin ya Rəbbim.
@hsnqasmov3493
@hsnqasmov3493 Жыл бұрын
Allahın gözəl insanı haqqında cəkdiniz bu filmə görə sizə öz adımnan təşəkkür edirəm çox sağolun bar olun Allah hacımıza rəhmət eləsin 🤲🏻🤲🏻🤲🏻
Hacı Şahin  Allah insanı hadisələrlə sınayır diqqətli olun
26:19
Haci Sahin ve Tenzile Rustemxanli - Hicab barede debat
18:09
DiniVideoKanal
Рет қаралды 233 М.
1 класс vs 11 класс (неаккуратность)
01:00
БЕРТ
Рет қаралды 1,3 МЛН
小路飞姐姐居然让路飞小路飞都消失了#海贼王  #路飞
00:47
路飞与唐舞桐
Рет қаралды 92 МЛН
5də 5 -  Elşən Xəzər, İzzət Bağırov, Hacı Şahin  31.07.2020
1:10:36
Hacı Şahinin vəfatından bir il keçdi - ARZUNUN VAXTI
15:27
Mən Hacı Şahin Həsənli
25:22
Absheron Group
Рет қаралды 105 М.
1 класс vs 11 класс (неаккуратность)
01:00
БЕРТ
Рет қаралды 1,3 МЛН