No video

DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbində növbəti buraxılış olub

  Рет қаралды 11,479

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Жыл бұрын

İyunun 23-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Nazir müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov məzunların buraxılış mərasiminin Ali Hərbi Məktəbin həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıraraq təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.
Gənc zabitlər önündə çıxış edən nazir Vilayət Eyvazov məmnunluqla bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edib. Məhz bu ali diqqətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib.
General-polkovnik V.Eyvazov Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının da ön cəbhədə iştirak edərək qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Ali Hərbi Məktəbin də məzunlarının olması bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşması üçün ortaya qoyulmuş əzmkar fəaliyyətin əyani təsdiqi olduğunu vurğulayıb.
O, qələbədən sonrakı dövrdə Daxili Qoşunların şəxsi heyətinin işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları ilə birgə xidmət etmələrini də məmnunluqla qeyd edib.
Məzunların həyatında yeni bir dövrün başladığını nəzərə çatdıran daxili işlər naziri gənc zabitləri, onların valideynlərini və yaxınlarını Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsil ocağının rəhbərliyinə və zabit-müəllim heyətinə təşəkkürünü bildirib, fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Nazir V.Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət edəcək, qarşıya qoyulmuş tapşırıqların tam və layiqincə yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışacaqdır.
Sonda gənc zabitlər təntənəli marşla tribunanın qarşısından keçiblər.

Пікірлер: 56
@gulbnizjfrzade9760
@gulbnizjfrzade9760 Жыл бұрын
ALLAH DÖVLƏTİMİZİ ORDUMUZU CƏNQAVƏRLƏRİMİZİ DAİM VAR QÜCÜYLƏ QORUSUN UCALTSIN MÜZƏFƏR VƏ QALİB ETSİN 🤲🤲🤲💙❤️💚🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿 YAŞASIN BÖYÜK BÜTÖV AZƏRBAYCAN 💙❤️💚🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿💙❤️💚
@zerrozerro197
@zerrozerro197 Жыл бұрын
Allah qorusun hər birinizi amin Allah İnşəAllah gəl ildə mənim balam məzun olacaq ❤
@melahetmemmedova6759
@melahetmemmedova6759 Жыл бұрын
İnşallah mənimkidə 2ildən sonra məzun olacaq
@berdedberdee2674
@berdedberdee2674 13 күн бұрын
Polisdən kəslənin qəblu başlayıb zəhməd. Olmasa deyərdiz
@user-rl4yb5rx1d
@user-rl4yb5rx1d Жыл бұрын
Allah rəhmət eləsin şəhid əsgərlərimizə
@rasimekberov2912
@rasimekberov2912 Жыл бұрын
Tebrikler allah her birinizin ustunde olsun
@berdedberdee2674
@berdedberdee2674 15 күн бұрын
250 balnan Polis akademiyasınnan kəsilmişəm amma bütün mandatlardan keçmişəm Daxili qoşunlara düşə bilirəm ? Və Daxili qoşunlara nə vaxt müraciət etməliyəm
@CingizVakilov
@CingizVakilov 15 күн бұрын
Bəli elə 1ci gün müraciət edin yoxsa gecikəssiz cavablar çıxır ujem
@berdedberdee2674
@berdedberdee2674 15 күн бұрын
Zəhmət olmasa oranın əlaqə nömrəsin verində
@CingizVakilov
@CingizVakilov 15 күн бұрын
@@berdedberdee2674 nömrəsi internetdə var ama nömrədənsə canlı gedib danışmaq məsləhətdi bakıdadı yeri
@velimemmedov5555
@velimemmedov5555 10 ай бұрын
Zəhmət olmasa deyərdizdə necə balnan girməy olar
@EminAlcanof
@EminAlcanof 4 ай бұрын
salam 3cu qurup uzre 250baldan cox toplamali mueyyen narmativlerden kecmelisen
@HsnIsayev-dg2uu
@HsnIsayev-dg2uu 7 күн бұрын
200+
@user-zj1qi2vx1l
@user-zj1qi2vx1l 8 ай бұрын
Daxili qoşunların akademiyasından .polis akademiyasına getmek olur
@ademmoff2399
@ademmoff2399 Жыл бұрын
DQ akademiyasında 6 bazar eve buraxırlar?
@narminalakbar1290
@narminalakbar1290 Жыл бұрын
Təbriklər ❤️
@CelilEliyev-tw9ws
@CelilEliyev-tw9ws Жыл бұрын
Cox saolun allaah razi olsun
@narminalakbar1290
@narminalakbar1290 Жыл бұрын
@@CelilEliyev-tw9ws dəyməz, sizdəndə İnşAllah
@_Judoist_
@_Judoist_ 11 ай бұрын
Qadınlarda goturunde😢
@Use99653
@Use99653 Жыл бұрын
2020 məzunları 👨‍✈️
@arifmemmedov-ff6oy
@arifmemmedov-ff6oy Жыл бұрын
Neçə balnan qəbul olunmuşdunuz?
@libayramov6243
@libayramov6243 11 ай бұрын
Qaqa burani bitirib polisde işlemek olur ??
@Aliyev_kenan
@Aliyev_kenan Жыл бұрын
POLİS AKADEMİYASİNDAN MANDATDAN KƏSİLƏN 340 BAL TOPLAYAN BİRİ SƏNƏT VERƏ BİLƏRMİ
@Winch.1317
@Winch.1317 Жыл бұрын
Mandat nədi qaqa
@DTX.oficall
@DTX.oficall Ай бұрын
​@@Winch.1317 qaqa suallar verillər cavablandırmalısan az sual olur ama vəzifəlilər tərəfindən verilir sual.
@DTX.oficall
@DTX.oficall Ай бұрын
Hə qaqa keçə bilərsən balı 200+ du
@Habil.00x
@Habil.00x Жыл бұрын
Ay bilehemin gunu gun naryadiydim indi evdeyem 😊
@bayramov2255
@bayramov2255 11 ай бұрын
Burani bitirib polis işləmək mümkündü
@velimemmedov5555
@velimemmedov5555 11 ай бұрын
Bura harada yeləsir?
@DTX.oficall
@DTX.oficall Ай бұрын
Bakı şəhəri , Xəzər royunu qala qəsəbəsi
@IlqarBruh
@IlqarBruh 5 ай бұрын
Yaş həddi var
@SebuhiEhmedzade-qw7jv
@SebuhiEhmedzade-qw7jv Ай бұрын
17-19
@aylamusayeva2009
@aylamusayeva2009 Жыл бұрын
Bu il polis akademyasina dusmeyib daxili qosunlara necə bala girmek olar
@sahilceferov_o25
@sahilceferov_o25 Жыл бұрын
Nece bal yigibsan qaqa ?
@aylamusayeva2009
@aylamusayeva2009 Жыл бұрын
@@sahilceferov_o25 258qaqa
@sahilceferov_o25
@sahilceferov_o25 Жыл бұрын
@@aylamusayeva2009365+oldu qaqa bu il
@aliyef_life
@aliyef_life 11 ай бұрын
​@@sahilceferov_o25keçid bal 200 dü
@DTX.oficall
@DTX.oficall Ай бұрын
Balından asılıdır 200+ toplamısansa qəbuk oluna bilərsən.
@nihatceferov9696
@nihatceferov9696 2 ай бұрын
2024 il normativler ne vaxtdir
@SebuhiEhmedzade-qw7jv
@SebuhiEhmedzade-qw7jv Ай бұрын
Aprelde olur
@nihatceferov9696
@nihatceferov9696 28 күн бұрын
@@SebuhiEhmedzade-qw7jv apreldə deyil imiş
@Ruslan570m
@Ruslan570m Жыл бұрын
Qiymetki veren yoxdu
@bakualiyeva8409
@bakualiyeva8409 2 ай бұрын
Uşax əgər Almanyada təsil alıbsa bura neçə daxil olmax olat
@DTX.oficall
@DTX.oficall Ай бұрын
Yaşı nə qədərdi? Yaş məhdudiyyəti var burda
@bakualiyeva8409
@bakualiyeva8409 Ай бұрын
@@DTX.oficall Salam 22 yaşı
@muxmmdzeynalov7694
@muxmmdzeynalov7694 Жыл бұрын
Huquqsunasligi bitirib polis olmaq olar?
@Aliyev_kenan
@Aliyev_kenan Жыл бұрын
Bəli
@arifmemmedov-ff6oy
@arifmemmedov-ff6oy Жыл бұрын
​@@Aliyev_kenandq balı təxminən neçədir??
@Aliyev_kenan
@Aliyev_kenan Жыл бұрын
@@arifmemmedov-ff6oy 250++
@togrul5196
@togrul5196 Жыл бұрын
​@@arifmemmedov-ff6oy200
@ramilqurban8980
@ramilqurban8980 10 ай бұрын
​@@arifmemmedov-ff6oyməndə bura gedərəm inşallah 250+olmalıdır
@velimemmedov5555
@velimemmedov5555 11 ай бұрын
Bide 250balnan girmək olar
@DTX.oficall
@DTX.oficall Ай бұрын
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 8 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 13 МЛН
Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izləyib - 21.05.2019
3:41
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Рет қаралды 46 М.
8 Minutes of Putin Eating Food
8:09
Dumpmuch
Рет қаралды 3,9 МЛН
Daxili Qoşunların gənc əsgərləri hərbi andı qəbul edib
2:59
AZƏRTAC-ın Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbindən VİDEOREPORTAJI
7:12
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
Рет қаралды 7 М.