DİQQƏT! Zəhərli Zobu olanlara MÜTLƏQ əməliyyat lazımdır. Dr.Sadiq Bəbirov

  Рет қаралды 16,591

Dr. Sadiq Bəbirov

Dr. Sadiq Bəbirov

2 жыл бұрын

Zəhərli zobun yaranma səbəbləri
Toksik zob (zəhərli zob) immun sistemində yaranmış defekt nəticəsində yaranır. Bu tip xəstəliklər autoimmun xəstəliklər adlanır. Bu xəstəlik zamanı yaranmış anticisimciklər qalxanvari vəzi toxumasını daim qıcıqlandraraq onun ölçülərinin böyüməsinə, vəzin funksiyasının artmasına və qana həddindən artıq hormon ifrazına səbəb olur.
Hormonların artıq ifrazı maddələr mübadiləsini surətləndirir, maddələr mübadiləsini həddindən artıq surətləndirir, orqanizmin müxtəlif orqan və toxumaların həyat fəaliyyəti üçün vacib olan enerji ehtiyatını tükəndirir. Bu zaman ən çox zədələnən sinir sistemi və ürək-damar sistemidir.
Zəhərli zobun simptomları
Daha çox yayılmış əlamətlərinə əsəbilik, qıcıqlanma, kəskin arıqlama, əllərdə və bütün bədəndə əsmə ( tremor), gözlərdə bərəlmə, ürək çırpınması, təngnəfəslik, boğulma, temperaturun bir qədər artmasını misal göstərmək olar.
Ürək çırpınması 1 dəqiqədə 120-130 vurğuya çata bilir. Xəstəlik vaxtında müalicə olunmadıqda, ürək-damar sistemi tərəfindən geri dönməz dəyişikliklər baş verir. Toksik zobu olan pasientlər digərlərindən istahanın kəskin artmasına baxmayaraq, kəskin arıqlama (10-15 kq), ümumi zəiflik və tərləmənin artması ilə seçilirlər. İstilik tənziminin pozulması nəticəsində pasientlərə həddindən artıq isti olur, hətta ətraf mühitin ən aşağı temperaturu belə olduqda üşümə hiss etmirlər.
Mədə-bağırsaq tərəfindən ürəkbulanma, qusma, idarə olunmayan ishal pasientlərin geniş yayılmış şikayətlərindəndir. Artıq hormonun təsirindən sümüklərdən kalsium yuyulmağa başlayır və nəticədə osteopeniya yaranır.
Qadınlarda aybaşı pozğunluqları, kişilərdə cinsi pozğunluqlar da bu xəstəliyin əsas əlamətlərindəndir.
Zəhərli zobun diaqnostikası
Pasientin obyektiv halı (danışıq tərzi, görünüşü, gözlərin vəziyyəti, nəbzin və təzyiqin ölçülməsi) həkimə diaqnozdan şübhələnməyə imkan verir.
Toksik zoba şübhələndiyimiz zaman qanda hipofiz hormonlarından TSH, həmçinin sərbəst T4 və T3 yoxlanması mütləqdir. Lazım gəldikdə qanda anticisimciklərin müayinəsi də istənilə bilər. Zəhərli zob zamanı istifadə olunan instrumental müayinə metodlarından ən geniş yaılanı ultrasəs müayinəsidir ki, bu da qalxanvari vəzinin üzvi dəyişiklikləri haqda məlumat vermiş olur. Daha sonra toksikliyin Qreyvs ilə əlaqəsi olub-olmadığını sinsitiqrafiya ilə dəqiqləşdirmək olar.
Zəhərli zobun növləri
Xəstəlik qalxanvari vəzinin ölçülərindən asılı olmayaraq gedişinin ağırlığından asılı olaraq 3 qrupa bölünür.
- Yüngül forma - Pasientin şikayətləri əsasən, nevrotik xarakterdədir. Ürək ritmi pozumayıb, ürək vurğularının sayı 1 dəqiqədə 100 vurğunu keçmir.
- Orta ağır forma - ayda 8-10 kq çəkinin itirilməsi, Ürək vurğularının sayı 1 dəqiqədə 100-110 vurğu olması.
- Ağır forma - Həddindən artıq çəkinin itirilməsi (üzülməyə qədər), ürək, mədə-bağırsaq sistemi, qaraciyər, böyrək funksiyalarının pozulması olur.
Zəhərli zobun müalicəsi
- Dərman müalicəsi (antireoid preparatlarla) Bu zaman tirozol, metimazol, propiltiourasil preparatlarından istifadə olunur). Bu preparatlat qalxanvari vəzi toxumasında toplanaraq tiroid hormonlarının ifrazını basqılayır.
- Radioaktiv yodla müalicə (dərman preparatları kömək etmədiyi hallarda, yaşlı pasientlərdə istifadə olunur. Effektiv müalicə metodu sayılır.)
- Cərrahi müalicə (bu metoddan öncə də adətən dərman müalicəsi ilə yüngül yaxşılaşma əldə olunmalıdır).
Zəhərli zobun profilaktikası
Ağır tireotoksik vəziyyətdən qaçmaq üçün, qalxanvari vəzin ölçüləri böyümüş. Ancaq funksiyası dəyişilməmiş pasientlərin tez-tez instrumental və hormonal müayinələrdən keçirilməsi mütləqdir.
Həkim tərəfindən vaxtında və düzgün qoyulmuş diaqnoz və buna müvafiq aparılan müalicə, pasientləri müxtəlif orqan və toxumalarda geri dönməz dəyişikliklərin yaranmasından qoruyur.
Endokrin Mərkəz
Ünvan: Bakı, Azərbaycan, Həsənoğlu küç., 4A
Tel: (012) 514 45 01; (012) 514 45 02
Mobil: (050) 210 23 44
Facebook: Endokrin Merkez
İnstaqram: endokrin.merkez
Endokrin Mərkəz
Ünvan: Bakı, Azərbaycan, Həsənoğlu küç., 4A
Tel: (012) 514 45 01; (012) 514 45 02
Mobil: (050) 210 23 44
Facebook: Endokrin Merkez
İnstaqram: endokrin.merkez

Пікірлер: 56
@Teymurrrrr
@Teymurrrrr 20 күн бұрын
Çoxunuz əzbərləyib danışırsınız.Biz nə bilək savadınız nə qədərdir?Zəhmət çəkin cavab yazın də suallara.
@ramazanramazanl7697
@ramazanramazanl7697 Жыл бұрын
alim doktorum
@ruslanquliyev2910
@ruslanquliyev2910 11 ай бұрын
Mükəmməl həkim. Var olun. Xilaskarım
@nicatyusifzade9088
@nicatyusifzade9088 11 ай бұрын
Hee çox mükemmeldir meni nece emeliyyat edibse zobum yeniden emele gelib.Her iki dünyada da elim yaxasında olacaq.Can saglıgına möhtacam
@ruslanquliyev2910
@ruslanquliyev2910 11 ай бұрын
@@nicatyusifzade9088 neçə ildir əməliyyat olmusuz?
@polad-gamer-123.
@polad-gamer-123. 8 ай бұрын
​@@nicatyusifzade9088 mənim Anamı başqası edin yenədə yaranıb Zəhərli zob yenidən yaranır
@A.v1336
@A.v1336 4 ай бұрын
@@nicatyusifzade9088 Yalandan basıb bağlayırlar da məni də əməliyyat etmək istəyirdi. Özüm tapdım çarəsini bir dənə də zob dərmanı içmədən vitaminlərlə sağaldım özü də 2 günə düzəldim. Allah bəlasını versin sizi şikəst edib.
@user-rv9fg1hd7i
@user-rv9fg1hd7i 23 күн бұрын
Bəli duzudi mende var duymulu ve zeherlidir birde ureymde problem var doxdur emlyat deybler şişib çox pis gündedi
@camalisazad6131
@camalisazad6131 Жыл бұрын
Salam həkim . Mənim 30 yaşım var 1 ildir ki zobdan əziyyət çəkirəm tsh analizi vermişəm. Tez tez boğulma olur məndə. 3 ay olar ki ağrı verir qulağıma və gözlərimə də təsir edir . İşlədiyiniz yeri deyərdiniz zəhmət olmasa 🤲
@muradfirudin
@muradfirudin 2 жыл бұрын
Salam hekim mende zeherli zobun butun elametleri var hansi analizleti vermeliyem
@nasiyetmustafayeva7914
@nasiyetmustafayeva7914 2 жыл бұрын
Doktor salam, men mart ayinin sonunda TSH analiz vermiwem Turkiyede cavablar normal gelib, amma may ayinin 26 si idi Bakida analiz verdim mende zeherli zob cixdi bu ne derecede doqru ola biler, hec bir boqulma fesadlari yoxdur mende, sadec gozlerimin ici bulaniq olur
@asservis6355
@asservis6355 4 ай бұрын
caliwin emeliyyatdan qacin meslehet deyil yalniz ve yalniz eger xerceng huceyreleri gorsenirse emeliyyat meslehetdir ..yalniz ve yalniz mualice olunmalidir
@sevinceliyeva3213
@sevinceliyeva3213 Жыл бұрын
Salam doxdur zeherli Zobu emelyat etmek olar?
@user-nf8po7ob5w
@user-nf8po7ob5w Жыл бұрын
Salam doktor zobum var hansindan olduqun bilmirem ama qawinir boqazim qizarib alerqiya kimi olub qawimaqdan
@abasovmurad5940
@abasovmurad5940 Жыл бұрын
Salam hekim menim 29 yasim var zobum zeherlidi emeliyyati risqlidi ya yox?
@xedicebs9888
@xedicebs9888 9 ай бұрын
Saĺam,Mənim zobum var.Analız vermədən bilmək olar hansl zobdu?
@fizuliasqarov5796
@fizuliasqarov5796 2 жыл бұрын
Hekim hormon analiz vermisem normaldi amma halsizlig yorgunluk var bir damci yod suya gatib icirem ayaga dururam hansi analizden kecmeliyem
@eldenizqedimov3433
@eldenizqedimov3433 2 ай бұрын
salam hekim meni.aparta.yoxladi cixmadi. ureki doyundu.100 cixdi.analiz.cavab.cixmayip.1.hefde sonra.cixacaxi
@adileeliyeva3471
@adileeliyeva3471 10 ай бұрын
Emeliyat olar?
@svilorucova8076
@svilorucova8076 Жыл бұрын
Cox xaiş edrəm bakida və ya sumqayitda zobun analizin daha yaxşi harda vermək olar ? Etibarli yeri bilən yazardi zəhm olmasa
@ayazxanov4929
@ayazxanov4929 Жыл бұрын
Salam xanım.mən 2019dan bu yana synlab alman labaratoriyasında verirəm analizləri.20 yanvarda.həkimimdə topçubaşov adına elmi cərrahiyə mərkəzində Lalə Səfərova.
@fidanendelifova1867
@fidanendelifova1867 10 ай бұрын
Salam ilk öncə dəqiq varlığını gosdərən USM müayinəsi yaxşı həkim dəqiq analiz isdiyirsizsə EGE HOSPİTAL ANAR ƏLİYEV deyərəm ki AZARBAYCANDA YEGANƏ ZOB HƏKİMİDİ. Onsuzda hara gedsen son ünvan Anar dr çünki ən düzgün müayinə müalicəni o edir ilk gündən doğru həkimə gedin mənim yoldaşımı zəhərli zobdan o xilas elədi
@svilorucova8076
@svilorucova8076 10 ай бұрын
@@ayazxanov4929 salam xanim tesekkur edrəm cavabiniza gore
@svilorucova8076
@svilorucova8076 10 ай бұрын
@@fidanendelifova1867 salam xanim minnətdaram cavabiniza gore
@polad-gamer-123.
@polad-gamer-123. 8 ай бұрын
​@@ayazxanov4929necə həkimdir sagaldınızmı
@sitarnsirova1642
@sitarnsirova1642 Жыл бұрын
Salam doktor qiziin 20 yawi var qizimda zeherli zob vardi emeliyyat olundu temiz gotruldu amma geceler yene boqulur yatarken sehere qeder yatmir cox ezab cekir deli olur sanki ne edek cox xaiw edirem qizima komek edin yol gosterin qizimi itirmek tehlukesi var emeliyyatdan 6 ay sonra aile qurdu evliliyin 3 ayi hamilelik oldu 6 heftesinde uwaq inkiwafdan qalib deye mini abort etdiler hormon yuksekdi derman atsada bize ne meslehet gorursuz 150 dozaliq derman icir
@dr.sadiqbbirov2230
@dr.sadiqbbirov2230 Жыл бұрын
Salam. İlkin olaraq pasiyent müayinə olunmalıdır. Hormon yüksəkliyinin düzgün dərman dozası ilə qarşısını almaq mümkündür.
@zabratevleri3777
@zabratevleri3777 11 ай бұрын
Salam doxdur bogazimda cirk yigilib ve qizarib
@ElsenXanzada-hy3oi
@ElsenXanzada-hy3oi 7 ай бұрын
Kisda olub
@ulviyyememmedova4222
@ulviyyememmedova4222 2 жыл бұрын
Salam həkim necəsiniz .Siz əvvəl Oksigen klinikasında idiniz. İndi hardasınız zəhmət olmasa deyərdiniz.
@amilsadiqov996
@amilsadiqov996 2 жыл бұрын
0ö0ı0
@dilbernazar1208
@dilbernazar1208 Жыл бұрын
Endrikionoliji mərkəzdə,Nərimanovda
@user-nq2hb2dr3w
@user-nq2hb2dr3w 7 ай бұрын
Salam zehrli zobu emlyat edmek olmaz axi ?
@A.v1336
@A.v1336 4 ай бұрын
Sizdə zəhərli zob varsa B qrupu vitaminləri qəbul edin. Yalan deyir bu həkimlər.
@mirvarimirvari5806
@mirvarimirvari5806 Ай бұрын
Eger subay qız zobdan emeliyyat olunubda, o aile qurandan sonra deyirler uşaq olmur, ya çox çetin uşaga qalır, bu dogrudirmu?
@user-rv9fg1hd7i
@user-rv9fg1hd7i 23 күн бұрын
Bacı geç olir ele usag umutle zob olan geç olr mendede var ureymde problem zeherli yeke zobüm var duymludur ozde üşagmd a 4 5 ikda sora olb valla şükür
@13resul3
@13resul3 Жыл бұрын
Salam hekim mende zeherli zobdu 4 ildi derman icirem amma düyünlü deyil neynemek lazımdı
@AidaKasimzade
@AidaKasimzade Жыл бұрын
Hansı dərmanı icirsiz? Tirazol?
@13resul3
@13resul3 Жыл бұрын
@@AidaKasimzade eytiroks 100 icirdim indi 75 icirem
@AidaKasimzade
@AidaKasimzade Жыл бұрын
@@13resul3 onda zəhərli zob deyildə . Çünki zəhərli zobun dərmanı ancaq və ancaq tirazoldu.
@nuranagiyeva9450
@nuranagiyeva9450 9 ай бұрын
@@AidaKasimzade mende zeherli zobdu 9 ml maliceyler keçdi ?
@user-ss7gk3tk7o
@user-ss7gk3tk7o 7 ай бұрын
ZEHERLI DEYIL ZOBUM DERMAN ICIREM UJE 10 ILDI ayaqim aqriyir bilirem.isim aqir isdir onandi urek doyuntum yuxari qalxir hemise
@A.v1336
@A.v1336 4 ай бұрын
Luqol alıb qolunuzun damardan qan alınan yerinə hər gecə yatmağa gedəndə çəkin yatın. Sabah duranda luqolun izi qolunuzda qalana qədər davam edin. Əgər sizdə zəhərli zəb deyilsə bu sizi sağaldacaq. Zəhərlidirsə B qrupu vitaminləri qəbul edin ya da iynəsini vurdurun sağalacaq.
@ilahvlixanova4593
@ilahvlixanova4593 3 ай бұрын
Mənə həkim dedi biopsoya elətdir təcili. Sabah inşallah Sadiq həkimin yanina gedəcəm. Həm haşımotdu nədi o da var. Həkimə inanib gedirəm. Cunki anam deyir o həkim Xizir peyğəmbər kimidi. Çox inanir. İnşallah yaxşı olar.
@sedaget7rzayeva97
@sedaget7rzayeva97 Жыл бұрын
Salam hekim zob isal vere biler?
@semaismayilzade9286
@semaismayilzade9286 2 ай бұрын
Zəhərlidirsə verir
@zahidmelikov9527
@zahidmelikov9527 Ай бұрын
Ancaq əməliyyat olunur,müalicə effekt vermir
@capslock4916
@capslock4916 Жыл бұрын
Noldu ee hərə bir şey deyir, biri də deyir ki, zobu əməliyyət etmək düzgün deyil müalicəylə keçir.
@jalamikayilova7046
@jalamikayilova7046 Жыл бұрын
Mualice etmesen Agirlasir ve getdikce agirlasir .o zaman emeliyyat olmasa tehlukelidi
@AidaKasimzade
@AidaKasimzade Жыл бұрын
Bəziləri müalicəyə tabe olur , bəziləri olmur.
@ragimaguseynova3771
@ragimaguseynova3771 7 ай бұрын
Sizin iwinizde kəsib doqramaq olsun.guya əməliyyatdan sonra yaxşı olacaq.mmüaliceden yayindirmayin insanları.
@A.v1336
@A.v1336 4 ай бұрын
Düz deyirsiniz. Mən B qrupu vitaminləri qəbul etməklə 2 günə zəhərli zobu əritdim. Bu həkim artıq əməliyyat deyirdi mənə.
@user-ed4oj6hr5o
@user-ed4oj6hr5o 4 ай бұрын
Salam siz hansı dermanlar içirdim mende zeherli zob var​@@A.v1336
@MuhmmdSuleymanov
@MuhmmdSuleymanov 4 ай бұрын
​@@A.v1336Salam sizde hansı zeherli zob növü idi? Hansı hekimin müayinesi ile eridiniz ?Zehmet olmasa cavab vererdiz
@A.v1336
@A.v1336 4 ай бұрын
@@MuhmmdSuleymanov mənə bu Sadiq həkim zəhərli zob dedi. Amma analizlərdə strumit çıxdı. Selenium ve B qrupu vitaminləri qəbul elədim 2 günə hər şey normala qayıtdı. Zob deyilən birşey yoxdur. Bütün xəstəliklər vitamin və mineral çatışmazlığıdır. Adamı iflic edən dərmanları yazıb əməliyyata sürükləyir bu həkimlər. Mən özüm özümü sağaltdım. Bu həkim məsum danışır amma fırıldaqçıdır.
@abasovmurad5940
@abasovmurad5940 Жыл бұрын
Salam hekim menim 29 yasim var zobum zeherlidi emeliyyati risqlidi ya yox?
Zəhərli zob- Sadiq Bəbirov
13:15
ENDOKRIN MERKEZ
Рет қаралды 4,4 М.
Yaşamaq gözəldir - Düyünlü zob - Xəqani Həsənov
20:38
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 29 МЛН
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 153 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 21 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 97 МЛН
Zeherli zobun elametleri | Doktor Men 02.10.2022
30:45
Kanal S
Рет қаралды 981
Zobu olanlar  xərçəng riski VAR! MÜTLƏQ İZLƏYİN
5:24
Dr. Sadiq Bəbirov
Рет қаралды 26 М.
Zeherli zobun birdefelik mualicesi | Hekimcanli 28.10.2022
32:17
Diqqət! Zoba görə bu analizləri vermək lazımdır! Sadiq Bəbirov
4:58
Hipotireoz. Zobun bilmədiyiniz əlamətləri. Hormonları nə vaxt yoxlamalı?
26:06
Bioloji Tebabet Klinikası
Рет қаралды 54 М.
Düyünlü Zob- Sadiq Bəbirov
11:44
ENDOKRIN MERKEZ
Рет қаралды 6 М.
Zəhərli Zobu olanlara - QADAĞA
0:36
Dr Sevda Qafarova
Рет қаралды 1,9 М.
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 29 МЛН