Dərd dinləmə 2: Sinfin idarəedilməsi (İlkin Həsənov)

  Рет қаралды 15,022

Təlimə Dəstək Mərkəzi

Təlimə Dəstək Mərkəzi

Жыл бұрын

Hörmətli müəllimlər, “Dərd dinləmə”nin ikinci buraxılışı TDM-in rəsmi yutub kanalında yayımlandı.
Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov “Sinfin idarəedilməsi” mövzusunda suallarınızı ətraflı şəkildə cavablandırıb.
Hər həftə fərqli mövzularla qarşınızda olacaq, pedaqoji fəaliyyətinizdə qarşılaşdığınız problemləri işıqlandıracaq və həlli yollarını təklif edəcəyik. "Dərd dinləmə"nin növbəti mövzusu: “Dərsin təşkilində hansı çətinliklərlə qarşılaşıram?”
Növbəti buraxılışda mövzuya uyğun ən dolğun sualı verən şəxsə kiçik bir hədiyyəmiz olacaq. İzləmədə qalın
#bakışəhərtəhsili̇darəsi #təlimədəstəkmərkəzi #məktəb #müəllim #şagird

Пікірлер: 52
@leylahuseynzade9346
@leylahuseynzade9346 Жыл бұрын
Mənə elə gəlir ki, şagirdlərin davranışları ibtidai sinif müəllimi tərəfindən müəyyənləşdirilir. İbtidai sinif müəllimi şagirdi qışqıraraq sakitləşdirisə, deməli o şagird artıq müəllim qışqırmasa, sakit dayanmır. Sonra yuxarı siniflərə çıxanda nə qədər başa salsanda anlamır. Sonra hələ bir həmin şagirdlər qayıb deyir ko, müəllim siz bizə qışqırıb, təhqir etmirsiniz deyə biz özümüzü belə aparırıq. Hamımıza bolca səbr arzulayıram.
@asmarmuallima
@asmarmuallima Жыл бұрын
Baxmayaraq ki ölkənin az qala yarısı müəllim işləyir ,müəllimlərin izləyib öyrənəbiləcəyi Azərbaycanca kontent yox idi. Bu baxımdan ilk addımdır və əla təşəbbüsdür.Çünki müəllimin savadlı olması yetərli deyil. Müəllimin sinfi idarə etməsi,şagirdlərin psixologiyasını nəzərə alması,pedoqoji yanaşmalar və s.aspektlər baxımından ciddi problemlərimiz var.
@fakhriyyazeynalova716
@fakhriyyazeynalova716 10 ай бұрын
Müsbət ruhla dərsə başlamaniz, bizi müasir yanaşmaya kökləməyiniz bütün müəllimlər üçün ən gözəl cəlbolunmalidir, yaxşı ki sizi tanidim👍
@aynurhsimova3205
@aynurhsimova3205 Жыл бұрын
Tərbiyə olmayan mühitdən gələn şagird hamı üçün problemdir...O qədər qəliz bir işə çevirmisiniz müəllimliyi.Gələcək illərdə bu peşəyə maraq azalacaq..Bu mənim şəxsi fikrimdir.
@sevincagayeva6709
@sevincagayeva6709 Жыл бұрын
Pozitiv insan , müəllimlərin dostu 👍🏻👍🏻👍🏻 O qədər kömək olursunuz ki, indi yavaş yavaş kurikulumu anlayıb sevməyə başlayıram .Necə tətbiq etməyi öyrənirəm .Demək ki, elədiklərimiz içində düzlər də var,yanlışlar da . Minnətdaram Sizə
@Nilufer_1988
@Nilufer_1988 Жыл бұрын
İstənilən sinif ibtidaidən yuxarı çıxanda mütləq müəllim zəhmini hiss etməlidir. Özlərini yığışdırsinlar. İdarə olunmaq üçün qorxmaq lazımdır. Biz qılınc müsəlmanıyıq. Dinləmə mədəniyyəti aşılamaq üçün onlara bircə baxışım bəs edir. İbtidaidə bir çox şeyi bilməyən çoxluq gəlir yuxarı. Nə qədər desəniz də rahatlıq verin, kurikulum o tərəfi bizlik deyil.
@rustamovairade4778
@rustamovairade4778 Жыл бұрын
Allah sizin başınızın üstünde her zaman yar olsun. Gözel insan ❤
@raqifaxmedoff7338
@raqifaxmedoff7338 11 ай бұрын
Sizin derslere qoşulmuşam həqiqətən də insana cox deyer verib heyata hazırlayırsınız cox sağ olun Allah size uzun gözəl omur versin
@gunelquliyeva6114
@gunelquliyeva6114 11 ай бұрын
Allah sizdən razı olsun! Müəllimlərin dostu
@lamiyahuseynova6603
@lamiyahuseynova6603 Жыл бұрын
Müəllimin müəllimi, gözəl insan nümunəsi. İnsan ən əsas sizi dinləyərkən bilməməyindən utanmır, öyrənmək üçün həvəslənir, can atır, özünəgüvənib öyrənəcəyinə əmin olur.Sizi yeni tapmışam, sadəcə gec tapdığıma görə üzülürəm, amma izləyib konpensasiya edəcəm yəqin ki,Allah yolunuzu və zehninizi daim açıq etsin.Gözəl insanlıq, peşəkarlıq nümunəsi.
@sevincagayeva6709
@sevincagayeva6709 Жыл бұрын
Dərs ilinin əvvəlində qoyulan gözləntini , qaydaları pozan şagirdi nə kimi cəzalar gözləyir ? Cəzaları da tam şəkildə açsanız daha yaxşı olardı
@ramalhuseynzade4648
@ramalhuseynzade4648 Жыл бұрын
Təşəkkürlər.
@solmaz7865
@solmaz7865 Жыл бұрын
Çox sağ olun .Dəyərli məsləhətlərinizə görə.
@zeynalisazade5847
@zeynalisazade5847 Жыл бұрын
Vay sona qədər ac gözlüklə izlədimmm
@nezrinhuseynzade7137
@nezrinhuseynzade7137 Жыл бұрын
Çox təşəkkür edirəm.
@hikmetmustafayev5615
@hikmetmustafayev5615 Жыл бұрын
Mükemmel,var olun )))
@nergizisgenderova4284
@nergizisgenderova4284 Жыл бұрын
Çox sağ olun, var olun, İlkin müəllim!
@kamalarustamova1452
@kamalarustamova1452 Жыл бұрын
Minnetdariq. Gozel izah edirsiniz
@mtanthsnova3961
@mtanthsnova3961 Жыл бұрын
Çox maraqlı izahınız üçün təşəkkür edirəm.ALLAH sizdən razı olsun!
@arzumammadova5354
@arzumammadova5354 Жыл бұрын
Çox teşekkür edirik
@SevdaShirinova93
@SevdaShirinova93 Жыл бұрын
Çox aktual mövzudur. Mütləq faydalı olacaq. Təşəkkür edirik.
@ilkmuellim5292
@ilkmuellim5292 Жыл бұрын
Təşəkkür edirəm İlkin müəllim
@Emerald-me1qt9lp3i
@Emerald-me1qt9lp3i Жыл бұрын
Təşəkkür edirəm! Həqiqətən çox aktual mövzu idi . Aydınlandıq.
@minayeyusubova9304
@minayeyusubova9304 Жыл бұрын
Çox gözəl izahlar verirsiniz Sizin kimi müəllimlərə ehtiyacımız var
@konulliyeva1575
@konulliyeva1575 10 ай бұрын
Çox sag olun
@mazahimmustafayev
@mazahimmustafayev Жыл бұрын
İlkin müəllim dəyərli fikirlərə görə təşəkkürlər
@gunelmuellim
@gunelmuellim 6 ай бұрын
Çox gözəl
@asmarmuallima
@asmarmuallima Жыл бұрын
Müəllim şagirdin istəklərini nəzərə aldıqda ,valideyn bu müəllimi savadsız müəllim kimi anlayır ki , uşağa söz keçirmir,uşaqla bacarmır.Müəllim Özünü necə deyərlər ağır apardıqda isə valideynin gözündə yüksək,şagird üçünsə sıradan, adi ,maraqsız müəllim olursan.Necə etmək olar ki ,müəllimin balansı pozulmasın ? O həm dövrün şagirdinə və böyüklərinə eyni anda düzgün yanaşmanı necə qura bilər?
@elcinrzayev7013
@elcinrzayev7013 Жыл бұрын
👍
@sevinchuseynova-geographyt5360
@sevinchuseynova-geographyt5360 Жыл бұрын
ƏZİZ MUƏLLİM KOLLEQALARİM,QRİQORİ PETROV-AG ZAMBAQLAR ÖLKƏSİ VƏ ŞƏXSİ İNKİŞAF KİTABLARİ,NLP TƏLİMLƏRİ VƏ TƏBİİ Kİ BELƏ VİDEO TƏLİMLƏR ƏSL USTALIQ GƏTİRİR PEDAQOQ MUƏLLİMƏ✅✅✅
@sevincagayeva6709
@sevincagayeva6709 Жыл бұрын
Həqiqətən də dərd dinləmə idi 👍🏻
@konulseyidova8614
@konulseyidova8614 Жыл бұрын
Sizi dinləmək mənə zövq verir.
@tranvliyeva9764
@tranvliyeva9764 Жыл бұрын
Çoxxx sağ olun, müəllim
@konulgedirova5384
@konulgedirova5384 Жыл бұрын
Salam İlkin muellim xahiş edirəm qiymetlendirme onun usul ve vasiteleri xüsusilə formativ qiymetlendirme usul ve vasiteleri meyarlar rubrikler meyar ve rubrik tertibetme bunu gostererek ve alt standartdan telim neticesinin cixarilmasi bunu bir nece standarti yazaraq ondan telim neticesini cixarmagin qaydasini gostermekle genis izah verin
@prvizbagrov9431
@prvizbagrov9431 Жыл бұрын
Düzdü. Şagirdlər müəllimi anlayışla qarşılamırlar hər sinifdə 1 şagird olur
@Nilufer_1988
@Nilufer_1988 Жыл бұрын
Şagirdin etibarindan danışırsiniz. 5-ci sinif şagirdi müəllimə necə və niyə etibar etdiyini dərk edirmi? Məktəbə niyə gəlir hələ onu bilməyən uşaqlar var
@lunixsrblx
@lunixsrblx Жыл бұрын
Muasir uwaq gezmek isteyir ne demekdir,wagird harda oldugunu qarwisinda kim oldugunu bilmelidir,bunu hem valideyn hem de muellim ibtidai sinifde oyretmelidir ve her kes oz rolunu bilmeli,serhedler qoyulmalidir,ne olur olsun men sovet tehsilini destekleyirem,kurrikulum tehsilimizi ve uwaqlarimizi pozdu
@Nilufer_1988
@Nilufer_1988 Жыл бұрын
Qanunda çatışmayan cəhətlər də var. Üç sinifdə 61 uşaq olur yuxari sinfə çıxanda və ya 8-dən 9a keçəndə bir iki uşaq cixir. Qalir 58-59 uşaq. Və sinif sayi iki olur. Bir sinifdə 28 ya 29 bəzən 30 şagird olur. Bu sinfə dərs tədris etməklə sayi 15-20 nəfər olar sinfə dərs keçmək arasında, sizcə, fərq olacaqmı? Məncə, bir sinifdə ən çox 18-20 şagird olsa bəs edir. Birinci sinfə gələn 27 şagirdlə məşğul olan ibtidai sinif müəlliminin vəziyyətini siz düşünün.
@AlakbarovaRugiyyaMath
@AlakbarovaRugiyyaMath Жыл бұрын
İndiki usaqlar evde gedib deyir dersde ses kuy olur)). İndi valdeyine izah etki xaotik ses kuy deyl isguzar seskuydu
@Another-sf3sb
@Another-sf3sb 6 ай бұрын
Uşaqlar məhbus romantikası ilə yaşayırlar... Məktəbin vəziyyətinə baxırlar.
@sahnazkerimli8498
@sahnazkerimli8498 Жыл бұрын
Bu layihənizin davamlı olmasini istərdim. Çox sag olun
@hicranliyeva7541
@hicranliyeva7541 Ай бұрын
Salam İlkin müəllim obyektiv subyektiv səbəblərə görə 9 cu sinifdə buraxılış imtahanında 12 şagirdin 2 si imtahabdan keçir 2 si də 29 .4 bal yığır ( ing. dili).Müəllimin saatının yarsını vakanta çıxartmaq nə dərəcədə düzgündür.Zəhmət olmasa açıqlayın.
@sevincqasimova2583
@sevincqasimova2583 Жыл бұрын
3cü videoya niyə baxa bilmədik?Xahiş edirəm cavab verin.Nə etmək lazımdır.İlkin müəllimin hər kəlməsi bizə köməkdir
@SevdaShirinova93
@SevdaShirinova93 Жыл бұрын
Məncə, sinfin idarə olunmasında ən vacib üsul prosedurların tərtib olunmasıdır. ( şagirdlərin iştirakı ilə)
@malikekerimova8742
@malikekerimova8742 5 ай бұрын
Salam hörmətli ekspert.şagird 1- ci sinifdə oxüyanda sinif yoldaşı ilə münaqişəyə görə ana uşağı b sinfinə keçrib .heç ana uşağın oxuması ilə maraqlanmayıb .indidə uşaq 5 ci sinfə gəlib çıxıb indidə digər sinif yoldaşı ilə dalaşıb iki valideyin dalaşıb .gətrib a sinfinə qaytarıb .bu nəqədər doğrudur .
@aynurhsimova3205
@aynurhsimova3205 Жыл бұрын
Köhnə üsulu ənənəvi üsul deyə adlandırırsınlz..Biz və siz ənənəvi üsulun tərbiyəsi ilə bu günü keçmişimizə borcluyuq..Müəllim qarşısında özümüzü düzgün aparmışıq, dərslərə çalışmışıq ,yoldaşlarımızla düzgün münasibət qurmuşuq.Heç də pis insan deyilik..Yeni üsullar deyə yaratdığınız ingilis terminləri heç də ideal deyil.
@rehmanqocayev423
@rehmanqocayev423 6 ай бұрын
İlkin muəllim sizlə necə əlaqə saxlamaq olar?
@SVMZ85
@SVMZ85 Жыл бұрын
Salam.Ilkin müəllimin onlayn kurikulum dersleri olur yene?
@ilaheceferova3925
@ilaheceferova3925 3 ай бұрын
Salam,İlkin mlm taim mlmidir?
@cick9964
@cick9964 4 ай бұрын
Salam inkluziv usaglardan da daisin zehmet olmasa ,orta mektebde.?????
@cick9964
@cick9964 4 ай бұрын
Gusurlu usagi getirib sinife goyublar ki,buradan oyrenecek her seyi.Lakin butun dersi duz otir,etme,vurma dalasma ,soyme ,hetda anasi da koridorda gozleyir.ki belke ussg doyer,soyer.Heftede 1 saatolan dersi de bele kecirdirik.10 usagi 1 usagin badina veririk ,ing dili dersinden gedir sohbet
@cick9964
@cick9964 4 ай бұрын
xahis edirem cvab veresniz
Sinfin effektiv idarəedilməsi-Gülanə Hüseynova, MHM TƏDRİS MƏRKƏZİ
44:51
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Müsahibədən kimləri kəsirlər ?
11:53
Gülşən Həşimova
Рет қаралды 27 М.
Dərd dinləmə 1: Dərs planı ilə bağlı çətinliklərim (İlkin Həsənov)
29:16
Təlimə Dəstək Mərkəzi
Рет қаралды 19 М.
Avtobus Macərası | Komedixana  337-ci bölümdən
19:32
Komedixana
Рет қаралды 214 М.
Sinfin səmərəli idarəedilməsi
27:51
TƏHSİL İNSTİTUTU
Рет қаралды 2,1 М.
Gözlənti, prosedur və qayda haqqında. Misallar və testlərlə izah.
10:43
Alt standartlardan təlim nəticələrinin çıxarılması
31:29
Xəyalə Quliyeva
Рет қаралды 14 М.
SİNİFİN İDARƏEDİLMƏSİ YENİ İZAH
21:42
Mətanət Nəbiyeva kurikulum
Рет қаралды 2,3 М.