Hörmətli radiotexnika həvəskarları kanalın inkişafı üçün sizin dəstəyiniz lazımdır. Videoları bəyənib kanala abonə olmağı unutmayın. Fikirlərinizi və ya suallarınızı şərhlərdə qeyd etsəz sevinərəm 😁👍
@adaletaliyev12 жыл бұрын
Yenə çox gözəl mövzu seçmisiz. Təşəkkürlər.
@r-lab.2 жыл бұрын
Çox sağolun Adalet bəy. ALLAH razı olsun 😁
@cavidzizov44332 жыл бұрын
Videonu çox bəyəndim. Kanala daxil oldum, o biri videolara da baxdım və hamısına like atdım. İşiniz uğurlu olsun.
@r-lab.2 жыл бұрын
Salam. Çox sağolun. Təşəkkür edirəm 😁👍
@ZaurBakhshiyev Жыл бұрын
Qardaş çox gözəl izah vermisən ağzıva sağlıq. Sadəcə tezlik mövzusunda T- period olaraq bilirik. Siz tezlik kimi vermisiz izahda.
@r-lab. Жыл бұрын
Salam. Bəli düz deyirsiniz. Şəxsən mən sevinirəm bu incə detaya fikir verəndə. Sizdən əvvəldə şərhlərdə bu nöqsanı bildirənlər olmuşdu. Düsturu biraz dəyişməkdə məqsədim izahı dahada sadələşdirmək idi, ancaq görürəm ki səhv etmişəm, gərək dəyişməzdim. Fikrinizi bildirdiyiniz üçün minnətdaram 😁👍
@ZaurBakhshiyev Жыл бұрын
@@r-lab. Mən də sevinirəm ki, sizin kimi insanlar bildiklərini asan və insanlara çatan formada bölüşürlər. Bir xahişim var ki, stator və rotorlar barədə ətraflı bir məlumat bölüşəsiniz. Uğurlar sizə👍🏻
@shamaki_05611 ай бұрын
Davamı gələr inşallah gözləyirik 😊
@r-lab.11 ай бұрын
Salam. İnşəallah 😄👍
@elisemedov4900 Жыл бұрын
Sağolun faydalı məlumatlar verirsiz
@r-lab. Жыл бұрын
Salam. Çox sağolun. Sizin fikirləriniz mənim üçün çox dəyərlidir, minnətdaram 😁👍
@rufatabbaszade492310 ай бұрын
Bir sual yadımdan çıxdı. Elektrik veriliş xətləri ilə dəyişən cərəyanla sabit cərəyana nisbətən sərfəli ötürmə mümkündürsə nə üçün çox yüksək voltaj məsələn 1 100 000 volt(daha azı da ola bilər) bunlarda sabit cərəyan sərfəli olur ?
@r-lab.10 ай бұрын
1 milyonluq xətlərdə də dəyişən cərəyan istifadə olunur. Sadəcə xətlərin sayı çox olur. Dəyişən cərəyan uzaq məsafəyə ötürməyə görə sərfəlidir. Mən təcrübəmdə rast gəlməmişəm ki, sabit 1 milyon volt ötürülsün. Söhbət uzaq məsafəyə gedir. Azərbaycan balaca ölkə olduğundan bizdə 500 kV-luq xəttə tək tük rast gəlmək olar. Siz hansı ədəbiyyatda oxumusuz ki, sabit milyon voltu ötürmək dəyişən milyon voltu ötürməkdən daha sərfəlidir?
@footbal10482 жыл бұрын
Mövzunu Əla izah edirsiniz👍👍👍
@r-lab.2 жыл бұрын
Salam. Çox sağolun. Təşəkkür edirəm 😁
@elel21142 жыл бұрын
Çox gözəl mövzu və izah👍👍👍
@r-lab.2 жыл бұрын
Çox sağolun. Fikrinizi bölüşdüyünüz üçün minnətdaram 😁
@elvinaliyev57962 жыл бұрын
Cox sagolun bu bilgileri bize orgedirsiz ..Ugurlariniz hemise bol olsun Insallah🤲🤲
@r-lab.2 жыл бұрын
Salam. Mən sizə belə pozitiv fikirlərinizi görə minnətdaram. Çox sağolun. ALLAH razı olsun
@raufesgerli6669 Жыл бұрын
cox gozel izzah tesekkur
@r-lab. Жыл бұрын
Salam. Çox sağolun. Təşəkkür edirəm 😁
@feridferid49478 ай бұрын
Men 1000lerle bele videoya baxdim anlamadim çünkü hamisi teorik izah edir ama elektriyin mənfi yaxud çüsbət olduqunu demirdi təşəkkür
@r-lab.8 ай бұрын
Salam. Bəyəndiyinizə sevindim. Sizin şərhiniz mənim üçün çox dəyərlidir 👍 minnətdaram 😊
Salam. Hal-hazırda üzərində işlədiyim 2 mövzu var. Onları bitirən kimi dərhal hazırlayaram. Şərhiniz üçün minnətdaram 😁
@feridferid49473 ай бұрын
Salam dolaqda firlanan magnitin hansi tərəfini S ya N müsbət götürmüsüz?ve grafikte A1 dən bəhs edirsiz diyəsən.3:50
@r-lab.3 ай бұрын
Salam. S maqnitin mənfi qütbü, N müsbət qütbüdür. Bəli qrafik maqnitin A1 dolağına təsirini göstərir
@feridferid49473 ай бұрын
@@r-lab. (N+)qütbü A1 naqilinə yaxinlasdiqda A1 Naqili "NOL" olur və nəqilin ucunda mənfi elektronlar yüklenir..yenidəb firlanir magnit (S -) Qütb A1 naqilinin yaninda olanda Toplanmiş elektronlari iteleyir və A1 naqili FAZA olur.düz anlamişam Müəllim?
@r-lab.3 ай бұрын
Məğzi tutmusuz amma tam yox. Maqnitin müsbət qütbü yaxınlaşdıqda dolaq mənfi yüklü elektronlarla yüklənir, bu fazadır. Elə təsəvvür elektrik yuvasının müsbət qütbü. Amma maqnitin mənfi qütbü yaxınlaşdıqda mənfi yüklü elektronları itələyir. Bu zaman dolaq boşalır. Buda fazadır, amma mənfi yüklü faza. Yəni neytral dediyimiz anlayış 0 deyil. Neytral dediyimiz anlayış fazaya nisbətdə passiv qütbdür. Ona görə dolğın A1 qütbü müsbət olduqda A2 qütbü mənfi olur, yəni neytral. Ümidvaram fikrimi başa sala bildim. Sualınız olsa təkrar yazarsınız
@feridferid49473 ай бұрын
@@r-lab. çox saqolun Allah razi olsun.tam başa düşmədim ama gərəy göstərə biri tam anliyam heç olmaya video uzerinden.oda burda mümkün deyil axi gerey canlı ola.bir elektrik taparam ondan bu video üzerinde bu məntiqi soruşaram ən xirdaliqina qədər.bu vidoe olmasaydi hec anlamayacaqdim Allah razi olsun
@r-lab.3 ай бұрын
Lap yaxşı. Siz yolun yarısından çoxunu keçmisiniz. Elektrik işində faza, neytral, 0 xətti və torpaqlanma xətti. Bu terminləri tam başa düşsəz ürək rahatlığı ilə özünüzə elektrik deyə bilərsiniz. Allah zehin açıqlığı versin, tezliklə işlərinizin qaydaya düşməsi diləyi ilə
@semedeliyev5025 Жыл бұрын
salam 220 yə işliyən kondisaneri sabit cərəyanlanla işlədmək olar?oda 220 sabit
@r-lab. Жыл бұрын
Salam. Xeyir. Qida bloku dəyişən 220 volt üçün nəzərə alınıb. Mənə maraqlı orasıdı ki, siz sabit 220 voltu hardan tapmısız? Akkumulyator?
@kamalmammadov6597 Жыл бұрын
Salam qarsalam qardaşım 4kabel 10 meyit uzunluğundaməsafədə nəqədər yük olur onu necə öyrənmək olar
@r-lab. Жыл бұрын
Salam. Kabelin damarının materialından, uzunluğundan və qalınlığından asılıdır. Əvvəlcə kabelin müqaviməti tapılır, sonra yükü. R = p • l/S. p - materialın sıxlığı. Sonra İ = U / R. Ümüdvaram sualınıza tam və dolğun cavab verə bildim. Əlavə sualınız olsa yaza bilərsiz
@r-lab. Жыл бұрын
Yada multimetrlə kabelin müqavimətini tapın, ondan sonrada İ = U / R
@TeymurHasanov-d5f9 ай бұрын
Allah elminizə bərəkət versin. tezliyin dəyişib 60 Hz olması 1 fazalı və 3 fazalı dövrədə hansı kəmiyyətlərə təsir edə bilər?. Amerika standartlarında gərginliyin az olması,tezliklə əlaqəlidir,yoxsa Energetika sistemi elə qurulub.Zəhmət olmasa detallı məlumat verərdiniz. öncədən təşəkkürlər.
@r-lab.9 ай бұрын
Salam. Siz 220 volt gərginliyin tezliyi 60 Hz-ə dəyişəndə mühərriklərdə dövrlərin sayına, çıxış gücünə, faydalı iş əmsalına və digər parametrlərə də təsir edəcək. Həmdə istər istəməz elektrik avadanlığının qabaritləridə dəyişəcək. Amerikada bəli energetika sistemi elə qurulub. Olar aşağı gərginliyi yuxarı tezliklə kompensasiya ediblər. 110 Volt gərginliyə 60 Hz çoxdur, onların elektrik avadanlığı ona nəzərə alınıb. Fikrinizi bildirdiyiniz üçün minnətdaram 😄
@Asanlıq9 ай бұрын
👍
@r-lab.9 ай бұрын
Salam. Çox sağolun. Minnətdaram 😄
@rufatabbaszade492310 ай бұрын
Oxumamışam, bilmədiyim üçün soruşuram Elekrik və elektronika maraqlandığım sahə olduğu üçün youtube -da qarşıma bir neçə dəfə bu mövzu çıxıbki Çox yüksək gərginlikdə (dəqiq bilmirəm neçə kVolt -dan söhbət gedir) artıq sabit cərəyan sərfəli ötürmə sayılır və səbəbini də bilmirəm
@r-lab.10 ай бұрын
Bax onu artıq məndə bilmirəm. Mən ixtisasca radiotexniki mühəndisəm. Elektronika radiotexnikanın əsası olduğu üçün buları bilirəm. Yəni heç vaxt belə bir çətinlik və sualla qarşılaşmamışam. İnşəallah gələcək mövzuların birini bu suala ayıraram. Düzdü kanalı açmaqda məqsədim radiotexnikadan danışmaq idi, amma elektronikanı hələ bitirə bilməmişəm ki, radiotexnikaya keçim
@nastavoy3485Ай бұрын
Bəs sabit cərəyan generatoruda bir neçə qurup ayrılır?
@r-lab.Ай бұрын
Salam. Sabit cərəyan generatorları klasifikasiyasına görə 2 yerə ayrılır. Mən bunu bir dəfə rus dilində ədəbiyyatda oxumuşam. Müstəqil qıcıqlandırmalı və özünü qıcıqlandıran generatorları. Səhv eləmirəmsə. Özünü qıcıqlandıran generatorda əlavə 3 yerə ayrılır. Təəssüf ki, mən sabit cərəyan generatorları ilə işləməmişəm və bu barədə sizə çox məlumat verə bilməyəcəm. Özümdə ixtisasca radiotexniki mühəndisəm
@nasiryusifov8111 Жыл бұрын
Salam belə bir sualim var neytraldan axan cərəyan insani vurmur niyə?
@r-lab. Жыл бұрын
NEYTRAL müsbət qütblə nisbətdə passiv xətdir, cərəyanın qayıtma yolunu təşkil edir. Evə gələn kabel elektrik verici xətdə neytral sonuncu transformatordan, transformator isə neytral torpağa birləşib. Yəni qısa desək evə gələn neytral xətlə, torpağa basdırılmış dəmir parçasına birləşmiş xətt arasında elə bir fərq yoxdur. Çünki aktiv elektron yoxdur. Ancaq müsbət xətti yalın ələ alın və yalın ayaqla torpağa basın sizi elektrik cərəyanı vuracaq. Amma etməsəz daha yaxşıdı, travma alma halı yüksəkdir. Ümidvaram belə kiçik izahım sizi qani edər, həmdə saat gecdir, qani etməzsə deyin, şərhə nömrəmi yazaram, bu mövzu ətrafında ayıq başla danışarıq. Gecəniz xeyrə, fikrinizi bölüşdüyünüz üçün minnətdaram 😁👍
@GulnareNecefli8 ай бұрын
Salam,faza nədir bu haqda video çəkə bilərsiz zəhmət olmasa geniş izah verərsiz zəhmət olmasa,öncədən təşəkkürlər
@r-lab.8 ай бұрын
Salam. İn şə Allah tezliklə istəyinizi yerinə yetirərəm
@TeymurHasanov-d5f9 ай бұрын
Mən sizinlə bəzi məsələləri müzakirə eləmək istərdim.Əlaqə vasitəsi verə bilərsiz?
@r-lab.9 ай бұрын
Salam. Təəssüf ki, hal-hazırda yoğun iş qrafikim var. Siz sualınızı bura şərhlərə qeyd edin inşəallah mən vaxt olduqca cavablandıraram. Xahiş edirəm düzgün başa düşün, kapriz deyil sadəcə vaxt azlığı 🥺
@rufatabbaszade492310 ай бұрын
Dəyişən və Sabit cərəyan barədə 2 sualım var və uzun müddətdir bunu fikirləşirdim. 1. Nikola Tesla haqqında sənədli filmdə sabit cərəyanın mənfi cəhəti kimi göstərilirdiki eyni gücdə təlabatla sabit cərəyan ilə qalın, dəyişən cərəyan ilə isə həmən yükü daha nazik şunurla ötürmək (burda başa düşmədiyim odurki Watt, Amper vəya Volt dəyişmirsə keçirici nə üçün sabit cərəyan vəya dəyişən cərəyan olmasından asılı olaraq qalın vəya nazik olsun). 2. Əgər sabit cərəyanda qütblər dəyişmirsə + və - olursa, dəyişən cərəyanda da dəyişirsə 0 və Faza xətti dəyişmir
@r-lab.10 ай бұрын
Siz elektrostansiyadan sabit cərəyan göndərsəz məcbursuz müsbət və mənfi bir yerdə göndərməyə. Əlavə kabelə ehtiyac olacaq. Amma dəyişən cərəyanda ancaq faza xətti göndərilir. Buda bir mənfi cəhəti. Keçdik sualları cavablandırmağa. 1. Burda keçiricinin molekulyar quruluşu və protonların hərəkəti söhbəti var. Sabit cərəyan da protonlar daima bir istiqamətdə hərəkətdə olur. Ona görə kabel tez qızır. Qızmanın qarşısını almaq üçün kabelin qalınlığını artırırlar. Dəyişən cərəyan da isə protonlar sinusoidal olaraq hər iki istiqamətdə hərəkət edir. Ona görə kabelin qızması sabit cərəyana nisbətdə dəyişən cərəyan da daha gec olur. 2. Əlbətdə dəyişən cərəyan da faza və neytral xətt var, sabitdəki müsbət və mənfi qütblərlə qarışdırmaq olmaz. Fərq ondadır ki, faza xəttində cərəyan mənfi yükləndiyində neytral xətt fazaya nisbətdə müsbət, faza xətt müsbət yükləndiyində neytral xətt fazaya nisbətdə mənfi olur. Amma tək başına neytral xətdə yük 0 olur. El arasında "nol" kəlməsidə burdan götürülüb
@arazmustafayev55872 жыл бұрын
Ulduz ve 3 bucag birlesme baresinde melumat vererdiz zehmet olmasa
@r-lab.2 жыл бұрын
Çox sağolun. Hal-hazırda bu mövzu üzərində işləyirəm. Tezliklə kanalda olar inşəallah
@bxtiyarmmmdov44642 жыл бұрын
Salam videonu izlədim,maraqlı idi bilmədiklərimizidə öyrəndik buna görə təşəkkür edirəm. Bir sualım var. Evə gələn elektrik xəttinin nolunu ayrı patstansiyadan,transformatordan gələn xəttin fazası ilə qoşub 220 voltla işləyən hərhansısa elektrik avadanlıgını qoşmaq olar?olarsa bu ziyan etməz?
@r-lab.2 жыл бұрын
Salam. Sizin fikriniz normativ sənədlərə uyğun deyil. Amma eləmək olur. Gərginliyin itgisi ola bilər (neytralı götürdüyünüz xətdin torpaqlanmasından asılıdır). Multimetrdə 220 volt göstərə bilər ancaq yük altında itgi ola bilər. Gərginliyin oynaması əlbətdə həssas elektrik avadanlıqlarını sıradan çıxara bilər. Ümüd varam sizə kömək edə bildim. Fikrinizi bölüşdüyünüz üçün təşəkkür edirəm 😁
@r-lab.2 жыл бұрын
Yoxlasanız nəticəni bölüşsəniz sevirənərəm. ALLAH işinizi avand eləsin
@bxtiyarmmmdov44642 жыл бұрын
Köməyinizə və ətraflı izahınıza görə təşəkkür edirəm.
@bxtiyarmmmdov44642 жыл бұрын
İnşallah yoxluyub nəticəni sizinlə bölüşəcəm
@bxtiyarmmmdov44642 жыл бұрын
Yoxladım,amma bəzi elektrik avadanlıgı.misalçün tv,işıq,kompüter qoşanda 220 volt olaraq qalır,amma tozsoran,paltaryuyan,su mühərriyi qoşanda 20-30 volt cərəyan düşür aşagı. 1də maragımı çəkən və qaranlıq qalan1 sual.
@NadirGörüntülər Жыл бұрын
Salam, deyirsiz ki, tezli T hərfi ilə işarə olunur, mənim fikrimcə tezlik omeqa, period isə T hərfi ilə işarə edilir...
@r-lab. Жыл бұрын
Salam. Bəli, T perioddu. n = N/t və ya n = 1/T. Mənim məqsədim mövzunu sadələşdirmək, asanlıqla başa salmaq idi. Bacardığım qədər rahat yadda qalmasını istədim. Fikrinizi bölüşdüyünüz üçün minnətdaram 😁
@rmannuruyev98812 жыл бұрын
Salam. Faydalı məlumatlar üçün çox sağolun. Üçfazanın riyazi necə hesablyırlar? Mümkünsə yazardınız
@r-lab.2 жыл бұрын
Salam. Çox sağolun 😁 Bu sualla abonəçimiz müraciət etmişdi. Hal-hazırda həmin sual ətrafında videonun üzərində işləyirəm. Tezliklə olar inşəallah
@yusqaosmanov2 жыл бұрын
Salam evdə necə hazırlamağ ola nediyum maqniti vaistəsi ilə.zəhmət olmasa yazardı
@r-lab.2 жыл бұрын
Salam. Yəqinki sizin sualınız maqnitdən ucuz elektrik enerjisi almaq barədədir. İnternetdə maqnit və başına dolanmış dolaq vasitəsi ilə elektrik almaq üçün çoxlu videolar var, təəssüf ki hamısı fake-di. 5-6 il əvvəl internetdən gördüyüm bir layihəni evdə yığdım ancaq nəticə olmadı. Bəziləri like və baxış sayına görə yalandan çəkinmirlər. Yəni nə edirsən et siz ya maqniti yada dolağı hərəkət etdirməlisiz. Ucuz enerji mənbəyi kimi alternativ enerji mənbələrindən istifadə edə bilərsiz. Ancaq ucuz ətin şorbası olmaz, misal üçün küləklə işləyən enerji mənbəyi qursaq fırlanma sürətinə görə enerji hasil olacaq. Stabil enerji üçün siz onu əvvəl powerbanka yığıb sonra rahat istifadə edə bilərsiz. Bu zamanda sizdə 5 volt sabit cərəyan olacaq. Yox mən stabil 220 volt istəyirəm desəz onda bu heç də ucuz olmayacaq =( Ümüdvaram sizə fikrimi başa sala bildim.
@nastavoy3485Ай бұрын
Çox gözəl dərs idi.Bir sual verim əgər dəyişən cərəyanda + və - saniyədə 50 dəfə istiqamətin (yerini)dəyişirsə bəs neytralda niyə cərəyan olmur?(Yəni tok yoxlayan vint açanda niyə fazda yanır nolda yanmır?
@r-lab.Ай бұрын
Salam. Siz cərəyan indikatoru ilə yoxlayan zaman deyirsiniz. Çünki cərəyan indikatoru ilə yoxlayanda dövrə qapanmır. Bildiyiniz kimi neytral xətt elektronların dönmə yolunu təşkil edir. Dövrə qapanmadıqda isə faza xətti neytral xəttə nisbətdə aktiv xətdir. Bu videoda tam başa düşəcəksiniz nə demək istəyirəm. m.kzbin.infodg80whuKMs0 Fikrinizi bildirdiyiniz üçün minnətdaram 👍
@nastavoy3485Ай бұрын
@@r-lab. cərəyanln axmasından irəli gəlir düz diyirsiz heç onu düşünmədim:)
@r-lab.Ай бұрын
😊👍
@ilkinnesib79982 жыл бұрын
Salam islerinizde uğurlar arzulayıram, her fazada 120 volt var 3 birlikdə 360 volt eləmir? Zəhmət olmasa izah yaza bilərsiniz
@r-lab.2 жыл бұрын
Salam. Xeyr, hər faza 220 voltdur. Hər faza arasında 120 dərəcə bucaq fərqi var. Kosinuslar teoreminə görə bu fərq bizə 1.73 əmsalını verir. 220x1.73=380 volt. Hal-hazırda ulduz və üçbucaq birləşmə və üçfazanın riyazi hesablanma qaydasına aid dərs yığıram. 1.73 əmsalı barədə ətraflı məlumat vermişəm. İnşəallah 1 həftə və ya 10 günə kanalda olacaq. O vaxta qədər ALLAH amanında qalın
@perviznesibov5542 Жыл бұрын
Üç faza 360 yox 380 olmalıdır.
@kamalmammadov6597 Жыл бұрын
Salam alekum qardaşım başqa dərslərin yoxdu 1_2 dərsdə başqa dərsin yoxdu
@r-lab. Жыл бұрын
Salam. Təəssüf ki, kanalımız yenidir və video üzərində özüm tək işlədiyim üçün videoların hazırlanması vaxt alır. İnşəallah siz abonuçəlirin dəstəyi ilə tezliklə videoların sayını artıraram. Videoları bəyənməyi, kanala abunə olmağı və videoları dostlarınızla bölüşüb sayımızı artırsaz sevinərəm 😁😁😁👍👍👍🎉🎉🎉
@feridferid49473 ай бұрын
Məncə bu dərsi 1ci dərs eləməliydiz öyrətməy kimi olmasin.çünkü burda elektrik məntiqini tam anlamaq olur.sonra çəkdiyiniz 1videonu ikinci olardi
@r-lab.3 ай бұрын
Salam. İndi belə alındı, günahımızı bağışlayasınız gərək. Fikrinizi bildirdiyiniz üçün minnətdaram 👍
@feridferid49473 ай бұрын
@@r-lab. əstəgfrullah nə günah.mən sizdən öyrənirəm🤣.prosta 1ci dərsdə heçnə analamadim ama bu dərsdə elektrikin təbiətini məntigini abladim Allah razi olsun bir şagirdinizin fikri kimi qıbul edin
@r-lab.3 ай бұрын
@@feridferid4947 köməyim dəydisə sevindim. Sizin şərhiniz mənim üçün çox dəyərlidir 😊
@feridferid49473 ай бұрын
@@r-lab. Allah razi olsun əlbətdə dəyib.mən elektrik mühəndisliyi oxumaq isteyirem 30 yaşim var.və işsizəm istəyirəm bir usta yanina girim həm daha praktika öyrənim həmdə pul yiğim texnokma başlayim
@r-lab.3 ай бұрын
Allah zehin açıqlığı versin. Allah işinizi avand eləsin 🤲
@DilqemNamazov11 ай бұрын
Salam Əleyküm.ardı gəlsin 3. 4 5
@r-lab.11 ай бұрын
Salam. Fikrinizi bildirdiyiniz üçün minnətdaram 😄👍
@xuramanhachmdzad3575 Жыл бұрын
Salam. Torpaqlanma barədə heç məlumat verməmisiniz. Belə mövzu maraqlı hazırlanıb
@r-lab. Жыл бұрын
Salam. Çox sağolun. İnşəallah gələcək videolarda torpaqlanmanıda nəzərə alaram. Fikrinizi bölüşdüyünüz üçün minnətdaram 😁