Daxau əsir düşərgəsində Azərbaycandan olan əsirlərə həsr olunmuş xatirə lövhəsi açılıb

  Рет қаралды 605

Botschaft von Aserbaidschan in Deutschland

Botschaft von Aserbaidschan in Deutschland

Ай бұрын

7 may 2024-cü ildə Almaniyadakı Daxau əsir düşərgəsində İkinci Dünya Müharibəsi zamanı burada saxlanılmış Azərbaycandan olan əsirlərin xatirəsinə lövhə açılıb. Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyilə hazırlanan xatirə lövhəsi Azərbaycan və alman dillərində hazırlanıb və Daxau Memorial Kompleksinin xatirə zalında yerləşdirilib.
1933-cü ildə yaradılmış Daxau əsir düşərgəsi Almaniyada yaradılan ilk əsir düşərgəsi olub. Bu düşərgədə nasist rejim ilk illərdə öz siyasi rəqiblərini saxlasa da, İkinci Dünya Müharibəsi başladıqdan sonra 25 min Sovet əsgəri və mülki vətəndaşı bu düşərgəyə gətirilərək, burada müxtəlif işgəncələrə məruz qoyulub, bir çoxları da qətlə yetirilib.
Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Daxau arxivlərində aparılmış araşdırmalar nəticəsində Azərbaycan əsilli əsgərlərin də burada saxlanıldığı məlum olub, onların adları, doğum tarixləri və yerləri müəyyənləşdirilib.
Xatirə lövhəsinin açılışı münasibətlə keçirilən mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Azərbaycanın faşizm üzərindəki qələbənin əldə olunmasına verdiyi böyük töhfələrdən danışıb, 700 min azərbaycanlının ön cəbhədə faşizmə qarşı döyüşdüyünü, onlardan 300 mininin həlak olduğunu qeyd edib. Səfir Sovet ordusunun istifadə etdiyi benzinin 80%-nin, sürtgü yağlarının isə 90%-nin Azərbaycan neftçiləri tərəfindən istehsal edildiyini, bu faktın özünün qələbənin qazanılmasında həlledici rol oynadığnı qeyd edib. N.Ağayev, hər il bir milyondan çox insanın ziyarət etdiyi Daxau Memorial Kompleksində Azərbaycandan olan əsirlərin xatirəsinin əbədiləşdirilməsinin əlamətdar hadisə olduğunu söyləyib. Səfir burada saxlanılmış əsirlərin və onlara qarşı törədilənlərin unudulmaması üçün apardığı yorulmaz fəaliyyətə görə Memorial Kompleksin rəhbərliyinə öz təşəkkürünü bildirib.
Sonra Daxau Memorial Kompleksinin aparat rəhbəri Albert Knoll, Alman-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şlayer və Münhen ravvini Aviqdor Bergauz çıxış ediblər. Çıxışlarda indiki və gələcək nəsillərin Daxauda baş vermiş cinayətlər haqda maarifləndirilməsinin vacibliyi vurğulanıb, bu səpkidə Azərbaycan əsirlərinin xatirəsinin əbədiləşdirilməsinin yüksək önəmi qeyd edilib.

Пікірлер: 1
@user-oi5ps8en6y
@user-oi5ps8en6y 28 күн бұрын
Вечная память Всем мужественным Воинам СССР погибшим от рук фашистов.
Nobel Sülh Mükafatı alan yeganə azərbaycanlı kimdir?
5:39
Домработница!!! Уральские Пельмени.
9:25
Позитивчик
Рет қаралды 957 М.
Why You Should Always Help Others ❤️
00:40
Alan Chikin Chow
Рет қаралды 114 МЛН
Китайка и Пчелка 10 серия😂😆
00:19
KITAYKA
Рет қаралды 2,1 МЛН
Would you like a delicious big mooncake? #shorts#Mooncake #China #Chinesefood
00:30
⬅️🤔➡️
00:31
Celine Dept
Рет қаралды 35 МЛН
Azərbaycanı tanıyırsınızmı? - Vaşinqton küçələrində sorğu
6:11
Sumqayıtlı erməni: "məni azərbaycanlılar xilas elədi"
6:41
BBC News Azərbaycanca
Рет қаралды 728 М.
Auschwitz: Rayların sonundaki 'Ölüm Kampı' - BBC TÜRKÇE
1:56
BBC News Türkçe
Рет қаралды 289 М.
Şuşaya uzaqdan baxan ermənilər şokdadır
7:02
İCTİMAİ TV
Рет қаралды 129 М.
İlham Əliyevin Şamaxı  rayonuna səfəri
18:06
presidentaz
Рет қаралды 615 М.
Why You Should Always Help Others ❤️
00:40
Alan Chikin Chow
Рет қаралды 114 МЛН