Рет қаралды 1,851
Hədislərə əsasən bildik ki, dəstəmaz üzvləri olan üz və qollar yuyulmalı
və baş ilə ayaqlar izah edilən çərçivədə məsh edilməlidir. Bəs üz ilə qolları
yuyarkən, onları yumaq üçün neçə ovuc sudan istifadə edilməlidir?
Cavab: Hədislərə əsasən üzümüzü və qollarımızı yuyarkən, hərəsinə 1 ovuc su tökə
bilərik. 2 və ya 3 dəfə su tökmək dəstəmazı batil edər. Və 2-3 dəfə su tökmək, dinə
yenilik gətirmə cəhdi, xurafat və bidətdir! Bu barədə çoxlu sayda rəvayətlər
mövcuddur ki, onlardan bəzilərinə nəzər salaq:
İmam Cəfəri Sadiq (ə.s) buyurur: “And olsun Allaha ki, Allah Rəsulunun (s.ə.v.v)
dəs-təmazı, üzə və iki qolun hərəsinə 1 dəfə (bir ovuc) su tökərək alınan
dəstəmazdan başqa bir dəstəmaz deyildir.”
Vəsailuş-Şiə, cild 1/hədis: 1150. İstibsar, cild 1/bab 70, hədis: 212. Fəqih, cild 1/bab 25,
hədis: 76
Digər hədisdə deyilir:
İmam Cəfəri Sadiq (ə.s) buyurur: “Peyğəmbər (s.ə.v.v) üzünə və iki qolunun
hərəsinə 1 dəfə (bir ovuc) su tökərək dəstəmaz alardı. Bu cür alınan dəstəmaz
düzgün dəstəmazdır. Uca Allah ondan başqa dəstəmazla namazı qəbul etməz.”
Vəsailuş-Şiə, cild 1/hədis: 1151. Fəqih, cild 1/bab 25, hədis: 77
Digər bir hədisdə isə deyilir:
İmam Cəfəri Sadiq (ə.s) buyurur: “İmam Əlinin (ə.s) dəstəmazı üzə və 2 qolun
hərəsinə 1 dəfə (bir ovuc) su tökərək alınan dəstəmazdan başqa bir dəstəmaz
deyildir.”
Vəsailuş-Şiə, cild 1/hədis: 1147. Təhzib, cild 1/bab 80, hədis: 207. İstibsar, cild 1/bab 70,
hədis: 212. Kafi, cild 3/bab 27, hədis: 9
Sual 27: Üz və qolları 2 dəfə yuyan və həmçinin dəstəmaz içində hədislərdə
olmayan işlərə əncam verənlərin, o cümlədən məsh yerinə ayaq yuyanların
hökmü nədir?
Cavab: İmam Cəfəri Sadiq (ə.s) buyurur: “Kim dəstəmazda qoyulan həddi aşsa,
onun dəstəmazı naqisdir! ”
Qeyd: Yəni dəstəmazı düzgün deyildir və o cür dəstəmazla qıldığı namazlarıda
batildir.
Quran və Əhli-Beyt Tv
Məqsədimiz bu kanal vasitəsi ilə gizlədilmiş həqiqətləri bəyan etmək və alimlər tərəfindən dinə gətrilmiş bidətləri ifşa etməkdir.
Müqəddəs İslamın mübarək Şəriətində alimlər tərəfindən insanlardan əsirlər boyu gizlədilmiş həqiqətlərin doğru və düzgün şəkildə Quran və Əhli-Beyt (ə.s) yolu ilə bəyanı !...