No video

DTX-nin hərbi hissəsində müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması tədbiri

  Рет қаралды 92,378

DTX official channel

DTX official channel

5 жыл бұрын

İyulun 1-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.
“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Sərəncamına uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.
Mərasim əsgərlərin meydana gəlməsi ilə başladı.
Sonra döyüş bayrağı meydana gətirildi.
Xidməti vəzifələrin icrası zamanı fərqlənən əsgərlərə Fəxri Fərman, xatirə hədiyyələri və valideynlərinə təşəkkür məktubları təqdim olundu.
Bu günün Dövlət Təhlükəsizliyi Xidmətinin Əlahiddə Alayının şəxsi heyəti üçün əlamətdar gün olduğunu deyən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev həqiqi hərbi xidməti başa vuran əsgərləri və onların valideynlərini təbrik etdi, hərbi xidmət zamanı əsgərlərin hərbin sirlərinə dərindən yiyələndiklərini vurğuladı. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrin bütün qoşun növlərində olduğu kimi, bu hərbi hissədə də xidmətin yüksək tələblər səviyyəsində təşkili üçün hərtərəfli şəraitin yaradıldığını bildirdi.
Dövlət Təhlükəsizliyi Xidmətinin Ulu Öndərin yadigarı olmaqla Azərbaycan dövlətçiliyinin qorunması üçün xüsusi önəm daşıdığını bildirən xidmət rəisi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan nailiyyətlərdən danışdı. Qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu işğal altındakı torpaqların azad edilməsi uğrunda döyüşə hər an hazırdır.
Sonra dövlət himni səsləndirildi.
Daha sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdi.
Bu gün Azərbaycan Ordusunda xidmət edən hər bir gənc böyük şərəf hissi ilə hərbin sirlərinə yiyələnir. Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli işin öhdəsindən layiqincə gələn əsgərlərimiz dünyanın ən qüdrətli ordularından birində xidmətləri ilə qürur duyurlar. Bu gün Azərbaycan Ordusu müasir silah-sursat təminatına və maddi-texniki bazasına görə dünyada lider yerlərdən birini tutur. Amma ən əsas məsələ müstəqil ölkəmizin ordusunda xidmət edən hərbçilərdə olan Vətənə bağlılıq, Vətən sevgisi və ruh yüksəkliyidir. Üzərinə düşən vəzifələri lazımi səviyyədə icra etməyə qadir olan Azərbaycan əsgəri doğma torpağını, xalqını və dövlətini sonsuz məhəbbətlə sevir və Vətən uğrunda canından belə keçməyə hazırdır.
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak edən valideynlərlə görüşdü, onlarla söhbət etdi.

Пікірлер
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,6 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 52 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
Lalə Məmmədova ilə AZTV XƏBƏR (16:00) | 06.09.2024
21:05
AZTV Xəbər
Рет қаралды 3,1 М.
Xankəndi şəhərində hərbi parad keçirilib.
44:30
DTX official channel
Рет қаралды 14 М.
"Xüsusi Xidmət" sənədli filmi
18:03
DTX official channel
Рет қаралды 13 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,6 МЛН