İstə Söz: Nəbi Xəzri Müzik: Cahangir Cahangirov Öz məğrur eşqimdə təmənnasızam, Bir damla istəsəm, bir ümman istə! Mən ki, bir dünyalıq baharam, yazam, Bircə gül istəsəm, gülüstan istə! Mənə ulduz boyda işıq ver desəm, Sən məndən Günəşli asiman istə! Haçan bir saatlıq görüş istəsəm, Sən bütün ömrümü ərməğan istə!
@alik_aliko053zulfuqarov84 жыл бұрын
Mence albom cixartmagin vaxtidi
@ramizaydin90243 жыл бұрын
bu mahnının sözləri İslam Səfərlinin deyil Nəbi Xəzrinindir. bu bəstəyə iki sözlər yazılıb, biridə sözləri islam səfərlinin olan zərif gülüşündür. zərif gülüşlünü İislam Rzayev. öz məğrur eşqimdə təmənnasızam yəni istəni Şövkət Ələkbərova ifa edib