Şəhidlər Abidə kompleksinin açılışı Ən çox Şəhid verən kənd.Kəbirli kəndi Qəhrəman Kənd

  Рет қаралды 7,541

Dəyanət Uğur

Dəyanət Uğur

Күн бұрын

‪@dyantugur8201‬
KƏBİRLİ - Beyləqan rayonunda kənd. Kəbirli və Xaçınabad kəndlərinin daxil olduğu Kəbirli inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 300 km məsafədə, rayon mərkəzindən 18 km şimal-qərbdə, Mil düzündədir. Şimal rayonun Baharabad şimal-şərqdən Təzəkənd, cənubdan və cənub-qərbdən Haramı düzü, qərbdən Günəş, şimal-qərbdən Örənqala kəndləri ilə həmsərhəddir. Sahəsi 3515 ha. Ondan dövlət mülkiyyətində 76,5 ha, bələdiyyə mülkiyyətində 776,3 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 88, perspektiv inkişaf fondu 53, örüş 25,8, mal-qara üçün ümumi istifadədə olan örüş 103, suvarma kanalları və arxlar 134,6, kollektor-drenaj şəbəkəsi 173,1, ictimai tikinti 42,2, kənd altında ümumi istifadə olan 50, yollar 74,1, məktəb 7, qəbiristanlıq 13, meşə zolağı 1,5, qobu 9, qamışlıq, bataqlıq, göl 2 ha) xüsusi mülkiyyətdə 2662,2 ha (o cümlədən özəlləşdirilən torpaqlar 2477, həyətyani 185,2 ha) torpaq sahəsi var. Hər nəfərə 0,66 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 1070, ailələrin sayı 882, əhalisi 4359 nəfərdir (2009). Əhali pambıqçılıq, taxılçılıq, əkinçilik və heyvandarlıqla məşğuldur. 2 orta məktəb, mədəniyyət evi, 2 kitabxana, tibb məntəqəsi, poçt, ATS, süd emalı sexi, 2 un dəyirmanı, 20 ticarət və ictimai-iaşə obyekti var. Tarixi abidələrdən qədim Beyləqan şəhərinin qalığı olan Örənqala xarabalığı və Hacı Seyid Əli Ağa məscidi göstərilə bilər.
Tarix. Toponim türkdilli qədim xəzərlərin kəbər (kəbirli) tayfasının adı ilə bağlıdır. Xəzərlərin eranın əvvəllərindən bəri Albaniya “Qafqaz” ilə əlaqələri və erkən orta əsrlərdə buraya dəfələrlə xəzər ailələrinin köçürülməsi məlumdur. Kəbirlilər Azərbaycanda, xüsusilə Qarabağ zonasında qədimdən məskundur. Xanlıqlar dövrundə Kəbirli mahalı da mövcud idi. Kəbərri (Cavad qəzası) və Gendə-Kəbərri (yəni Aralı Kəbərri; Ərəş qəzası) yaşayış məntəqələri, Kəbərli hidronimi (Cavanşir qəzasi) də kəbirli etnonimi ilə əlaqədadır. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy kəbirlilərin Qarabağın qədim tayfalarından biri hesab edir. XIX əsrin sonlarında kəbirlilər 4 qoldan (qərvəndli, qızılməhəmmədli, arıqməhəmmədli və ulubabalı) və 36 nəsildən ibarət idi. Yerli məlumata görə, Kəbirli kəndinin əsası da Kəbirli tayfası tərəfindən qoyulmuşdur. Kənd Ağcabədi rayonunun Kəbirli kəndindən köçüb gəlmiş ailələr tərəfindən salınmış (1938), Voroşilov adlandırılmışdır. Sonralar kəndin adı dəyişdirilərək Kəbirli adlanmışdır (1957). Tarıxı yerlərdən Seyid Əli Ağa ziyarətgahı var. İbrahim Kəbirli, Zümrüd, bu kəndin yetirmələridir. Birinci Qarabağ müharibəsində 25 nəfər iştirak etmişdir, 9 nəfər şəhid olmuş, 7 nəfər əlil olmuşdur, 15 nəfər veteran var. İkinci Qarabağ müharibəsində 250 nəfərə yaxın iştirak etmişdir, 17 nəfər şəhid olmuş, 50 nəfərə yaxın əlil olmuşdur.
Fərzəliyev Məmmədyar Səfəralı oğlu -1992
Rəhimov Vüqar Kamal oğlu - 1992
Çodarov Aydın Novruz oğlu - 1992
Əliyev Mehdi Qəzənfər oğlu - 1993
Əliyev Eldar Əkbər oğlu - 1992
Hacıyev Etibar Yasib oğlu - 1992
Zamanov Qorxmaz Məhəmməd oğlu - 1992
Zeynalov Qabil Abbas oğlu - 1993
Rəhimov Nahid Tanrıverdi oğlu - 1996.
Əliyev Mahir Əjdər oğlu - 2020
Vəlişov Zahir Arif oğlu - 2020
Quluyev Elnur Sərdar oğlu - 2020
Tağıyev Anar Zakir oğlu - 2020.
Əliyev Araz Aydın oğlu - 2020
Əsədov Saleh Səməd oğlu - 2020.
Yusifli Müzəffər Ziyəddin oğlu - 2020
Rəhimov Ruslan Tanrıverdi oğlu - 2020
Rüstəmov Elnur İsmayıl oğlu - 2020
Həsənov Hafiz Saleh oğlu - 2020
Yusifli Böyükağa Elburus oğlu - 2020
Həsənov Pərviz Yolçu oğlu - 2020
Abbasov Şamxal Xasay oğlu - 2020
Həsənov Ərəsdun Əfşan oğlu - 2020
Abdullazadə İmaməddin Əsgər oğlu - 2020
Rzayev Qəhrəman Bəhmən oğlu - 2020
Həsənov Famil ŞirAslan oğlu - 2020

Пікірлер: 42
@aykasevimli2783
@aykasevimli2783 3 жыл бұрын
Allah rəhmət eləsin bütün ŞƏHİDLƏRİMİZƏ😔
@hikmetkerimov537
@hikmetkerimov537 3 жыл бұрын
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbr versin
@aliyeff.3537
@aliyeff.3537 3 жыл бұрын
Kəndimizin igid oğulları sizinlə fəxr edirik allah şəhidlərimizə rəhmət eləsin qazilərimizə şəfa versin 🤲🤲🤲🤲
@ehsengurbanov2958
@ehsengurbanov2958 3 жыл бұрын
Allah Sehidlerimize Rehmet Elesin, Qazilerimize can sagligi arzu edirem,Allah Suruş Muellimime ve Ibad Muellime can sagligi versin
@сархадганбарли-ч7ф
@сархадганбарли-ч7ф 3 жыл бұрын
kendimin igidleri Allah size rehmet elesin🙏🙏🙏
@canlimmmdov6823
@canlimmmdov6823 3 жыл бұрын
ALLAH SİZİ CƏNNƏTLƏ MUJDƏLƏSİN ƏZİZ ŞƏHİDLƏRİMİZ. Sizlərin ruhu qarşısında baş əyirəm, analarımızın əllərindən öpürəm. ALLAH SİZİ HZ PEYĞƏMBƏR VƏ ƏHLİ-BEYTDƏN AYRI SALMASIN. HZ İMAM HÜSEYNƏ QONAQ QƏRAR VERSİN İN ŞƏ ALLAH GÖZƏL QARDAŞLAR.
@bizhemisesizinleyiktv9153
@bizhemisesizinleyiktv9153 3 жыл бұрын
İlk öncə çəkilişə görə,Dəyanət Uğura çox sağol deyirəm.Aparıcı qardaş çox sağol əhsən.Bulağın,Abidənin tikintisində əməyi olan hər kəsə təşəkkür edirəm.Qazilərin çıxışıda məni çox təsirləndirdi.çox qəhərlindim,ağladım,Allah anaların səbrin versin
@dilqembayramli4923
@dilqembayramli4923 3 жыл бұрын
Allah rehmet etsin kamdirmizi kamdir igid olub basiz saq olsun
@sekinemusayeva8538
@sekinemusayeva8538 3 жыл бұрын
Qehramanlar diyari kebirli kendi var olunki wehidlerimizi bele ucaldrsiniz fexir edrem sizinle gozel kendim allah wehidlerimzede rehmet etsin
@mehdiliyev8352
@mehdiliyev8352 3 жыл бұрын
Allah rəhmət eləsin bütün şəhidlərimizə məkanları cənnət ruhları şad olsun
@АндрейТерешкин-ш6х
@АндрейТерешкин-ш6х 3 жыл бұрын
Вечная память Шахидам который отдали жизнь за свою Родину. Терпение родителям и родным. Пусть земля будет им Дженнет 🙏
@shanhuseyinova5609
@shanhuseyinova5609 3 жыл бұрын
Qəhraman rayonunun qəhraman kəndi qəhraman igidləri qürur yerimiz Allah sizlərə rəhmət valdeyinlərinizə evladlarimiz bacı qardaşlarımıza səbir versin
@SemaMemmedzade777
@SemaMemmedzade777 3 жыл бұрын
Qəhrəman kəndimin Qəhrəman oğulları,hər birinizlə fəxr edirəm,qürur duyuram.Allah rəhmət eləsin sizə.Öz qanınızla tarix yazdınız👏🏻🇦🇿
@vusalagcabdili8250
@vusalagcabdili8250 3 жыл бұрын
🤘
@parvanasafaraliyeva2779
@parvanasafaraliyeva2779 3 жыл бұрын
ŞƏHİDLƏRİN YERİ ÇƏNNƏTTDİ BU IFADƏNİ TƏKRARLAMAQ ARTIQDI ALLAH ŞƏHİDLƏRİN YAXINLARINA SƏBİR VERSİ ŞƏHİDLƏRİ UNUTMAYAQ
@РафизМамедов
@РафизМамедов 3 жыл бұрын
Bu hansı rayonun kədidir
@dyantugur8201
@dyantugur8201 3 жыл бұрын
Beyləqan rayon Kəbirli kəndi
@amilhsnov5898
@amilhsnov5898 3 жыл бұрын
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN! SAĞ OL,VAR OL KƏBİRLİ KƏNDİM!
@cavidbinntli249
@cavidbinntli249 3 жыл бұрын
Allah rəhmət eləsin şəhidlərimizə
@arslanagayev3679
@arslanagayev3679 3 жыл бұрын
Kendimizin igid qardaslar mekaniniz nennet olsun
@ИбадовТ
@ИбадовТ 3 жыл бұрын
Mekaniniz cennet olsun vetenin Igid qehremanlari!!!Siz bizim qelbimizde ebedi yasayacaqsiniz!!!..🇦🇿🇹🇷🇦🇿
@sahilliyev2881
@sahilliyev2881 3 жыл бұрын
Mənim Qəhrəman kəndim. Allah bütün Qəhrəman oğullarımıza rəhmət eləsin...!
@nurlankrimov9631
@nurlankrimov9631 3 жыл бұрын
Allah kendimin Şehid olan qehraman ogullarina rehmet elesin
@slimzadmhmmd9701
@slimzadmhmmd9701 3 жыл бұрын
Allah butun şəhidlərimizə rehmət eləsin yeriniz behist məkanınız cənnət olsun.Əməyi kecənlərden Allah razi olsun. Yarali ureyinizə qurban şəhid analari.
@mahirsgrov2246
@mahirsgrov2246 3 жыл бұрын
Allah cəmi şəhidlərimizə rəhmət etsin 😓😓qəbirləri nurla dolsun 😓😔
@knanrustemzade5606
@knanrustemzade5606 3 жыл бұрын
ALLAH RƏHMƏT ELƏSİN BÜTÜN ŞƏHDLƏRİMİZƏ QƏHRAMAN KƏDİMİZLƏ FƏXİR EDRİK
@ajdarahmedov4870
@ajdarahmedov4870 3 жыл бұрын
Allah butun wehidlerimize rehmet etsin ... Yarali Qazilerimize can saxlixi arzu edirem , tez saxalib ayaxa dursunlar ... butun Qazilerimize uzun omurler arzu edirem ... Efqanisdan , 1 . Qarabax muharibesi qazisi .. Seyid Malik Ejder ....
@esmerceferli4264
@esmerceferli4264 3 жыл бұрын
QEHREMAN KENDIMIN QEHRAMAN IGIDLERI. ALLAH SIZLERE REHMET ETSIN NUR UZLU SEHIDLERIMIZ .ALLAH QAZILERIMIZE KOMEK OLSUB
@azeremirxanli1956
@azeremirxanli1956 3 жыл бұрын
Allah bütün şəhidlərimizə rəhmət eləsin
@mehemmedyusubov7649
@mehemmedyusubov7649 3 жыл бұрын
allah rehmet elesin
@canavarurkli7639
@canavarurkli7639 3 жыл бұрын
Allah bütün şəhidlərimizə rəhmət eləsin
@elminfeteliyev4349
@elminfeteliyev4349 3 жыл бұрын
Allah butun Wehidlerimize rehmet elesin Mekanlari cennet olsun
@furyilham7060
@furyilham7060 3 жыл бұрын
Allah hər birinizə rəhmət eləsin qardaşlarım valideyinlərinizə ailənizə səbr versin sizi böyüdən ata ananın əllərindən öpürəm borclarını qaytara bilmərik onların yeriniz cənnət olsun igidlərimiz kəndimin igidləri sizlərlə fəxr edirik yazmaqla yox əməlimizlə bunu göstərməliyik
@zimovbilal1538
@zimovbilal1538 3 жыл бұрын
Allah bütün Şəhidlərimizə rehmet eləsin məkanları cennetdir
@theteymurmmmdli539
@theteymurmmmdli539 3 жыл бұрын
Allah mekanınız cənnət eylesin
@qarabagazerbaycan7298
@qarabagazerbaycan7298 3 жыл бұрын
ALLAH CEMI WEHIDLERIMIZE REHMET ELESIN RUHLARI WAD MEKANLARI CENNET OLSUN INWEALLAH AMIN FEXR EDIRIK SIZINLE❤️🌹🌹🌹🌹🇦🇿🦅
@ДашгынАбдуллаев-ж4ю
@ДашгынАбдуллаев-ж4ю 3 жыл бұрын
Allah sahitlarimiza rahmat elasin qarslarinda bas eyirijk
@motbrbabazad9257
@motbrbabazad9257 3 жыл бұрын
SALAM ALEYKUM ŞƏHİDLƏRMİZİN RUHUNA SALAVAT ALLAHUMMƏ SALLİ ƏLA MUHƏMMƏD VƏ ALİ MUHƏMMƏD ALLAH ŞƏHİDLƏRMİZİ İMAM HÜSEYN Ə.S MƏHŞUR ELƏSİN AMİN
@Beyləqan-i1u
@Beyləqan-i1u 3 жыл бұрын
Məkanlarınız cənnət olsun qəhraman Kəbirli elimin igid oğulları,
@medinemusazade827
@medinemusazade827 3 жыл бұрын
Allah butun sehidermize rehmet elesin🙏😢
@mehemmedeliyev1398
@mehemmedeliyev1398 3 жыл бұрын
Cox sag olun siz biz SEHID analarina qoydugunuz hormete gore,Ruhunuz sad ol qehreman balalarimiz
@dyantugur8201
@dyantugur8201 3 жыл бұрын
Allah Şəhidlərimizə rəhmət eləsin Amin.
Komedixana  390-cı Bölüm 28.09.2024
55:57
Komedixana
Рет қаралды 72 М.
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 16 МЛН
Beyləqan rayonu Kəbirli kəndində müasir məktəb
2:14
Elm və Təhsil Nazirliyi
Рет қаралды 1,5 М.
Studiya göz yaşlarına boğuldu
14:37
Seni Axtariram TV / Səni Axtarıram TV
Рет қаралды 97 М.
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН