No video

ŞEHRİYAR'IN ŞİİRİNDEKİ EKSİKLİK | AYETULLAH CEVAD AMULİ | ALİ EY HUMAYI RAHMET

  Рет қаралды 6,470

Saadet Yolu

Saadet Yolu

Күн бұрын

Пікірлер: 32
@mirhasimi
@mirhasimi 4 ай бұрын
Ayətullah Məraşi Nəcəfi dəfələrlə bunu deyərdi: Bir gecə Allahın övliyasından birini görmək niyyətiylə təvəssül etdim. O gecə yuxu aləmində Kufə məscidinin küncündə oturduğumu, Əmirəl möminin Əlinin(əleyhis-salam) mübarək vücudunun da bir toplum içərisində olduğunu gördüm. O Həzrət belə buyurdu: Əhli beyt şairlərini gətirin. Bir neçə ərəb şairini gətirdiklərini gördüm. Buyurdular: İranlı şairləri də gətirin: deyərkən Mühtəşəm və bir neçə İranlı şairinin gəldiyini gördüm. Həzrət, "Bizim Şəhriyarımız harada?" deyə soruşdu. Bir baxdım Şəhriyar gəldi. Hz. Əli (əleyhis-salam) Şəhriyara xitabən buyurdu: Şeirini oxu! Şəhriyar isə bu şeiri oxudu: Əli, Ey humayi rəhmət, ələm eyləyən Xudanı O huma ki, sayəsində edər hifz masəvanı Könül, istəsən Xudanı biləsən, Əlini yad et Tanıdım Əlini vallah, tanıdım o dəm Xudanı İki dünyada fənadan bir əsər belə tapılmaz Əgər öz əlinə alsa Əli çeşmeyi bəqanı Su çilə doyunca rəhmət buludu ki, bu cəhənnəm Qəzəb atəşində yoxsa külə döndərər cahanı Gedib ey yazıq dilənçi qapısını döy Əlinin Ki, üzük verib şah eylər kərəmilə hər gədanı Əlidən savayı kimdən hələbir uşaq doğulmuş Ki, tanıtdıra cahanda şühədayi Kərbəlanı Edər əhdi dosta qurban verə var-yoxunu dostlar Fəqət hansı dost Əli tək edər əhdinə vəfanı Deyə bilmərəm Xudadır, bəşər ad verəm xətadır Çağırım nə adla bilməm şəhi mülki lafətanı Qan axır iki gözümdən, tələs, ey nəsimi-rəhmət Onun astanından al, gəl mənə xaki tutiyanı O ümidlə ki, ayağın tozunu ziyarət etsin Qapına ürək sözümlə yola salmışam səbanı Sən Əli, qəzasovansan, bizi dinlə binəvayıq Uzaq eylə canımızdan kərəminlə hər qəzanı Onun eşqi ilə ney tək necə mən gəlim fəğanə Ki, lisani qeybi xoşdur edə vird bu nəvanı Gecə sübhətək ümidim bunadır səhər nəsimi Verə aşina həyamı, edə şad aşinanı Qulaq as gecə o “Ya həqq” quşuna ki, Şəhriyara Biləsən nə xoşdur açmaq gecə dosta macəranı. Ayətullah Məraşi Nəcəfi (Allahın rəhməti onun üzərinə olsun) buyurdu: Şəhriyar şeirini bitirincə mən yuxudan oyandım.Mən o günə qədər Şəhriyarı görmədiyim üçün ertəsi günü Şəhriyarın kim olduğunu araşdırdım. Şəhriyar Təbrizli bir şairdir dediler. Mənim tərəfdən onu Quma dəvət edin gəlsin dedim. Bir neçə gün sonra Şəhriyar gəldi. Bir baxtım yuxumda Hz. Əmirəl mömininin huzurunda gördüyüm adamın tam özüdür. Ona bu " Hümayi-rəhmət " şeirini nə zaman söylədin? deye soruşdum. Şəhriyar heyrət içində, siz haradan mənim belə bir şeir yazdığımı bilirsiniz? dedi.Mən bu şeiri nə birinə verdim, ne də onun haqqında biriylə danışmadım! Mərhum Ayətullah Məraşi Nəcəfi Şəhriyara belə buyurdu: Bir neçə gecə öncə mən yuxuda Kufə məscidinde olduğumu gördüm ve Hz. Əmirə mömininində orada idi. Hz.Əli ( əleyhis-salam ) Əhli Beyt şairlerini çağırdı. İlk öncə ərəb şairləri gəldilər. Daha sonra, söyləyin iranlı şairlər gəlsinlər deyə buyurdular. Onlar da gəldilər. Sonra, Bizim Şəhriyarımız harada? Şəhriyarı gətirin şəklində buyurdular. Deyərkən sən gəldin ve sənə, şeirini oxu deye buyurdu. Sən isə ilk beytini xatırladığım (Əli, ey hümayi-rəhmət, ələm eyləyən Xudanı!) şeiri oxudun. Söz bura yerə gəlincə Şəhriyar çoc dərinden xəyala dalıb və belə dedi: Filan gecə bu şeiri yazdım və daha öncə anlatdığım kimi bu şeiri yazmaq barəsində kimsəni xəbərdar etmədim. Ayətullah Məraşi Nəcəfi deyir, Şəhriyar şeiri yazdığı tarix və saatı söyləyincə anladım ki Şəhriyar o şeirin son misrasını tam bitirdiyi anda mən o yuxunu görmüşüm! Ayətullah Məraşi həzrətləri bir neçə dəfə bu olayı anlatdıqdan sonra belə buyurdu: Qətiyyətlə Şəhriyar bu şeiri yazdığı andada ona ilham edilmişdir ki,belə uca mənalı bir şeiri yaza bilmişdir. Düzdü özü də uca Peyğəmbərimizin soyundandır. Nə gözəl Şəhriyara ki cəddinin təvəccüh və inayəti ona şamil olmuşdur. Bəli, bu uca zatlar, kərəm ailesidirlər və bizim hamımız onların inayətləri sayəsində həyatdayıq.
@ziyabey1626
@ziyabey1626 2 ай бұрын
Şəhriyari başa düşmək üçün baş lazımdır! Düşünən baş.
@samirasadov9986
@samirasadov9986 2 жыл бұрын
İndiki zamanda sizim kanalınıza bərabər olan və sizin seçib paylaşdığınız qədər mənəviyyat dolu bir kanal yoxdur.Allah islam üçün gördüyünüz bu işdə sizi sabitqədəm eləsin.İnsanın ruhunu oxşayır bu gözəl paylaşmalar.İnşallah daha çox və tez tez paylaşmalar edərsiz......🙏🏻🥰
@banifatemeh9944
@banifatemeh9944 2 жыл бұрын
Allah razı olsun
@yusifquliyev3978
@yusifquliyev3978 Жыл бұрын
Allah bizleri nefsimizi ıslah edip, ruhumuzu Allaha kavuşturanlardan eylesin
@davudaliyev413
@davudaliyev413 2 ай бұрын
Əhsən
@leylabekirova9036
@leylabekirova9036 Жыл бұрын
Gözəl paylaşım.Allah razı olsun
@betulberkdemir4982
@betulberkdemir4982 2 жыл бұрын
Çok zarif çok :(
@onemansquad7562
@onemansquad7562 2 жыл бұрын
❤❤❤
@pervizlazmov9951
@pervizlazmov9951 7 ай бұрын
bəh bəh😢😢
@obitooptc3063
@obitooptc3063 Жыл бұрын
Bu şiiri bende okuyunca hep eksiklik hissetmiştim, tamamlandığı için teşekkürler...Çok güzel bir paylaşım....🤲
@suatbahsi7211
@suatbahsi7211 2 жыл бұрын
🌹🌹🌹
@ozgulayyldz2977
@ozgulayyldz2977 2 жыл бұрын
🌹🌹🌹🌺
@ozgulayyldz2977
@ozgulayyldz2977 2 жыл бұрын
🌻🌷🌹
@rezamuhammadof7694
@rezamuhammadof7694 6 ай бұрын
Görünür biz hələki, Şəhriyarın şeirində ki Mövlanı anlamamışık, Şəhriyari bu şeyir də batindən danışır. Mövlanın vəzifəsidir zahiri miskine doğru getsin, ama batinen miskin olanın borcudur Mövlanın qapısına getsin, eynən Kəbənin zairi kimi. Şəhriyar nə sef yazib
@ozgulayyldz2977
@ozgulayyldz2977 2 жыл бұрын
🌼🌷⚘
@altnoran8119
@altnoran8119 Жыл бұрын
Allah
@rezamuhammadof7694
@rezamuhammadof7694 6 ай бұрын
Bəzən təsüf edirsən şəxsiyyət lerde sözün yenisini hikmetinden üstün tuturlar
@massoumehamzezade3940
@massoumehamzezade3940 2 жыл бұрын
🌹
@altnoran8119
@altnoran8119 Жыл бұрын
🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
@ozgulayyldz2977
@ozgulayyldz2977 Жыл бұрын
🤲🤲🤲
@mahmutaliyev3112
@mahmutaliyev3112 Жыл бұрын
Hayır kardeşim. Şehriyarkından daha zerif diyil. Şehriyar "git" derken ayakla git demiyor, gönülle git diyor. Bu fili gitme diyil, manevi yürüyüşdür, Aliye git derken ilmin kapısına git diyor, Necef kapısına git dimiyor, çünki Ali babullahdır.Evet Alinin aşkı seni bulur, amma sen Babullaha yürüdükden sonra. Fakıhlarin arifleri anlayacağı o kutsal günü kaşke görseydim.
@pantheistmelankolia1862
@pantheistmelankolia1862 Жыл бұрын
Bəh bəh bəh.
@hytvhytv2326
@hytvhytv2326 Жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@togrul2709
@togrul2709 2 жыл бұрын
kzbin.info/www/bejne/noG1dmeZmrihjrs Кто выше по полежению - госпожа Аиша или госпожа женщин в обоих мирах святая Фатима? (мир ей!) 🌹🌹🌹
@filizdogan5962
@filizdogan5962 2 жыл бұрын
Allah razı olsun
@sabuhimammadov3873
@sabuhimammadov3873 5 ай бұрын
Əhsən
Introduction | Ep 1 | Stories Of The Prophets Series
38:10
One Islam Productions
Рет қаралды 556 М.
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 67 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 3,1 МЛН
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 33 МЛН
Salam olsun sənə Ya Rüqəyyə 🥀
0:41
İmam Hadi(ə) Dərnəyi
Рет қаралды 563
Şehriyar'ın Hz. Ali hakkındaki şiiri
5:29
Saadet Yolu
Рет қаралды 29 М.
Mərəşi Nəcəfi haqqında təsirli xatirələr
5:47
Farid Abdullah
Рет қаралды 19 М.
Muhammed İsfahani - Ali, Ey Rahmet Kuşu, Ali Ey Humayı Rahmet
7:02
Ayətullah Behcət - Kimə şikayət edək ?
1:37
İmam Hadi(ə) Dərnəyi
Рет қаралды 1 М.
Məhəmməd Hüseyn Şəhriyar, səndən qalan ad olur...
2:02
Şair Zamiq Səfai
Рет қаралды 319 М.
İlber Ortaylı Fuzûlî ve Şehriyâr neden önemli
3:19
Yusif Hamza
Рет қаралды 34 М.
Hayvandan Aşağı Olmak - Ayetullah Cevadi Amuli
3:20
Yasin Medya
Рет қаралды 1,3 М.
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 67 МЛН