"Elçibəy ya qorxurdu, ya da istəmirdi ki, test imtahanları olsun", testi Azərbaycana gətirmiş adam

  Рет қаралды 142,584

BBC News Azərbaycanca

BBC News Azərbaycanca

Күн бұрын

Пікірлер: 215
@qarabag7702
@qarabag7702 11 ай бұрын
Çox gözəl xatirələr 14 noyabr 1992- il ilk test böyük həyəcanla imtahan verənlərdən biri də mən 26 ilin müəllimiyəm .Əməyi keçən hərkəsə eşq olsun❤
@mhruzkrimova6945
@mhruzkrimova6945 11 ай бұрын
Özümə borc bildim Firudin bəyə SAG OL deyim. 1 az peşman olsa da. O şanslı uşaqlardan biri də mənəm. 2 il tibb universitetində ənənəvi qəbuldan kəsildikdən sonra 3cü il testlə yüksək balla qəbul olunmuşam. Hec kim inanmırdı ki,sıradan müəllim ailəsinin övladı pulsuz tibbə qəbul olunsun. Mənim hec nəsiz tibbə qəbulum o vaxtkı hakimiyyətin,sizin dürüstlüyünüzün,millət ücün calışmagınızın nümunısi idi. İnsanlarda nə qədər GÜVƏN,ÜMİD yaratmışdınız hakimiyyıtə və gələcəyə qarşı. Sizə öz MİNNƏTDARLIGIMI bildirirəm. Allah sizə SAGLIQLI ÖMÜR versin. Yeni ideyalarınızı həyata kecirin.🤝🏻
@esmeryusifova6344
@esmeryusifova6344 11 ай бұрын
FIRUDIN BEY, PULLU KISI OLMASANIZDA, XALQIN BOYUK HERFLERLE ADI YAZILACAQ, SEVILECEK, BASI UCA GEZECEK , ADAMIN BASISINIZ. SEREFLI OMRUNUZDE CAN SAGLIGI ARZULAYIRAM. HEMISE KONULLERDESINIZ.
@ДжорданЛибронович
@ДжорданЛибронович 11 ай бұрын
Azerbaycanı əyag üstə saxlayan sizin kimi adamlardı cooox hörmətli Firrüddin bəy. Cox sağ olun, hecnəyə görə peşman oımayın, siz əsil ingilab etdiniz. Və siz gəhramansınız, heyif ki belə insanların əməyini siyasətcilər özünə yazıb, saxta gəhraman olur.
@hamzamammadov6222
@hamzamammadov6222 11 ай бұрын
Tamamilə doğrudur.Görkəmli ziyalımız Firudin müəllimə can sağlığı arzu edirəm.Vurğun Əyyuba uca Allah rəhmət eləsin.
@arazmollaoglu8814
@arazmollaoglu8814 11 ай бұрын
Test üsulunu Azərbaycana gətirən hər bir kəsdən Allah razı olsun. Dünyasını dəyişənlərə rəhmət, sağ olanlara can sağlığı versin Allah. Mən də bu üsuldan istifadə edib tələbə adı qazananlardanam.
@ТимурГараев-ш4о
@ТимурГараев-ш4о 11 ай бұрын
87 də mənidə beləcə konkursa saldılar. eskerliye gedesi oldum. Eskərlikdən sonra Moskovada eyni vaxtda iki unversetə qəbul oldum. Beləcə qaldım qürbətdə....
@skinlkbrova3835
@skinlkbrova3835 11 ай бұрын
Allah sizə ömür versin. Azərbaycanda xüsusi hörmət etdiyim, əsl ağayana Azərbaycan kişisi. Sizə gördüyünüz işlərə görə, təhsilimizə gətirdiyiniz yeniliklərə görə ürəkdən təşəkkür edirəm.❤❤
@israfilsdullayev3379
@israfilsdullayev3379 11 ай бұрын
Çox maraqlı.müsahibəydi.Təşəkkür edirəm hər birinizə
@ПанахПанах-т3т
@ПанахПанах-т3т 11 ай бұрын
Вот такие мудрый патриоты спасли Азербайджанский Народ!!!
@халидаюсифова-т7ж
@халидаюсифова-т7ж 11 ай бұрын
Mən sovet dövründə qəbul imtahanları vermişəm və Firidun müəllimin dediyi kimi, bütün suallara tam cavab versəm də müəllim mənə 2 yazmaq istəyirdi, yanındakı digər müəllimin insafı bir az çox idi, yavaşca dedi ki, əla cavab verdi, heç olmazsa 3 yazaq, onsuz da müsabiqədən keçməyəcək. Qısası univerə qəbul oldum və artıq uzun illərdir universitetdə çalışıram. Test üsuluna keçəndə çox sevindim ki, artıq savadlı uşaqlar ali məktəblərə qəbul olunacaqlar və olurlar da. Amma o vaxtlar rüşvətxor müəllimlər qəbuldan qazana bilmədiklərini artıqlaması ilə sessiyada qazanırdılar. baxırdım ki, tələbə yüksək balla qəbul olunub, amma müəllimlər bu uşaqların oxumaq həvəslərini sındırırlar. Bir gün Rektorla görüşdə bu məsələni qaldırdım və təklif etdim ki, savadlı uşaqları bir qrupa yığaq və Sizin ciddi nəzarətinizdə olsun ki, müəllimlər bu uşaqlardan rüşvət ala bilməsinlər. Heç olmazsa ildə 20-30 savadlı mütəxəssis məzun olsun. Rektorla bir az detalları müzakirə etdik və ilk dəfə olaraq Xüsusi İstedadlılar Qrupu yarandı. İndi bu ideya daha da təkmilləşərək SABAH fakültəıəri yaranıb və çox uğurlu proyektə çevrilib. hal-hazırda universitetimizdə sessiya imtahanları da test və yazılı üsulla keçirilir və korrupsiyanın kökü kəsilib. Təhsilimizin uğurlu inkişafına əminəm. Müasir zamanın gənclərinə "ağ paxıllıq" edirəm ki, bizim gəncliyimizdə təhsil almaq üşün belə gözəl imkanlar olmayıb.
@pnahsadxov5286
@pnahsadxov5286 11 ай бұрын
70-ci illərin qəbul imtahanlarını xatırlayanda sovet quruluşuna olan nifrətim yenidən oyanır.Bütün arzularımı məhv etdi.İki eşşəyin arpasını bölə bilməyənlər tələbə olurdu,gözünün işığını oxumağa verən işıqlı ,savadlı gənclər isə kənarda qalırdı.Azərbaycanda test sisteminə hal-hazırda alternativ yoxdur.
@elchinabbasov9318
@elchinabbasov9318 10 ай бұрын
Test üsulunu tətbiq etməkdə əməyi olan bütün insanlara, Firudin müəllimə təşəkkür edirəm! Azərbaycanda Ali məktəblərə qəbulla əlaqədar neqativ halların qarşısını almaq üçün yeganə variant idi. Dünyasını dəyişənlərə rəhmət, qalanlara can sağlığı arzulayıram.
@MatahAllahverdiyeva
@MatahAllahverdiyeva 11 ай бұрын
Çox dəyərli Firudin müəllim Allah sizə can sağlığı versin.
@rehmankisiyev8824
@rehmankisiyev8824 11 ай бұрын
Bir Azərbaycan kinosuna baxmışam . Sübhün səfiri.Çox gözəl filmdir ,orda zabit deyir,müsəlmana savadlı olmağa imkan verilməməlidir .Qoy özünü həmişə zəif aciz hiss eləsin.
@sstechnology5546
@sstechnology5546 11 ай бұрын
Flrudin bəy sağ olun! Allah Vurğun Əyyuba da rəhmət eləsin! Məkanı cənnət olsun!
@pleasedwayfarer
@pleasedwayfarer 11 ай бұрын
Mən Firudin bəyi salamlayıram. Amma bir qeyd etmək istərdim: Mərhum Əbülfəz bəyin, məhz həmin il (1992) test imtahanları keçirilməsində bir qədər tərəddüd etməsinin səbəbii, bir tərəfdən, müharibənin aktiv fazaya keçməsi, digər tərəfdən isə, yeni bir sistemdə tələbə qəbulunun təşkili üçün vaxt azlığı idi...
@hicraneldenizqizi111
@hicraneldenizqizi111 11 ай бұрын
Allah Firudun bəyə can sağlığı versin.Vətən üçün çooooox böyük işlər görüb,milletin kasıb balasına təhsil,ömürlük çörək vetib.
@tahiraliyev9754
@tahiraliyev9754 11 ай бұрын
❤Firiddun bəy Allah sizə can sağlığı versin. Testin faydasın biz bu gündə görürük.
@hamzamammadov6222
@hamzamammadov6222 11 ай бұрын
Allah Əbülfəz Elçibəyə rəhmət eləsin.
@gertvil
@gertvil 11 ай бұрын
Büyük insandı Elçibey Allah rahmet eylesin.
@bugatti3886
@bugatti3886 11 ай бұрын
Firudin bəy çox sağ olun ki, jurnalist sizin sözünüzü kəssə də, siz onun sözünü kəsmədiniz.
@hjjhjjj5838
@hjjhjjj5838 10 ай бұрын
1993 cü ildə mən də testlə qəbul olmuşam cox sağ olun Gözəl İnsan Amma mənim böyük qardaşım və bacım korrupsysa dövründə öz vətənində qəbul ola bilmədi cünki pulumuz yox idi Amma onlar Rusiyada univer...ə qəbul oldular Bizə başqa düşmən lazım deyil elə ozumuz özümüzə düşmənik Azərbaycan gənci cox savadlıdır amma istifadə olunmurlar Cünki vəzifələrdə yenə də işini bilməyən insanlar coxdu Savadlı gənclər qalıb kənarda
@mehmanmemmedov1859
@mehmanmemmedov1859 10 ай бұрын
Allah Elcibeye rehmet elesin.qebri nurla dolsun.Firidun mellimede teshekkurler.Vurqun Eyyubovada Allah rehmet elesin.mende kasib ailedenem.Qebeledenem.92 ci ilde birinci testle Iqtisad Universitetine qebul oldum.oxudum.bitirdim.bizim qebul imtahanlarimiz gecikmishdi.92 ci ilin 15 noyabrinda imtahan oldu,15 dekabirda cavablar cixdi.bizim imtahanin cavablari Turkiyede yoxlanilib gelmishdi.birinci ders gunumuz 18 yanvarda oldum.yaqin o gunleri xatirlayanlar oldu.Allah Xalq Cebhesinin efsanevi liderlerine rehmete gedenlere rehmet elesin,qalanlarina can saqliqi versin.yaqinki vaxt gelecek tarix onlari layiqince qiymetlendirecek.men ozum hec bir partiyanin uzvu deyilem.
@arifasadullayev4759
@arifasadullayev4759 10 ай бұрын
Allah Sizə sağlam can və uzun ,bərəkətli ömür nəsib etsin.Nə yaxşı ki, Sizinlə 90- cı illərdə tanış olmuşuq. Söhbətinizdən yüksək zövq aldım. Var olun. Sizinlə görüşmək ümüdü ilə.
@adiloglupenah6270
@adiloglupenah6270 11 ай бұрын
Firudin bəy, siz o zaman gördüyünüz işi Tarix unutmayacaq.
@ramilgurbanov6014
@ramilgurbanov6014 11 ай бұрын
Allah Sizə can sağlığı versin, Firudin müəllim. Sizin sayənizdə mən ali təhsil ala bilmişəm. Testdən qabaq Qəbul imtahanları əsl mafiya idi.
@Azeri-p3y
@Azeri-p3y 10 ай бұрын
Çox sağ olun Firudin bəy siz türk xalqlarının tarixini ən mükəmməl araşdırıçısı kimi,dəyərli insansınız.
@rehmankisiyev8824
@rehmankisiyev8824 11 ай бұрын
Mən özüm yalnız orta məktəbi bitirmişəm ,ailə vəziyyətimiz ali məktəbə getməyimə imkan vermədi.Bizim kənddə çox uşaq ali təhsil almaq istəyirdilə ,əfsuslar olsunki imtahanlardan kəsilirdilər.Son illər test üsulu ilə ali təhsil alan kəndlilərimin sayı günü gündən artır .Mən çox sevinirəmki savadlı kadırlarımızın sayı çoxalır.Gözəl verlişdir ,maraqla dinlədim ,çox sağ olun .
@alialiyev9770
@alialiyev9770 11 ай бұрын
Bəli , birinci test ilində qəbul olmuşam . Demək ki , Siz olmasaydız mən tələbə adını qazana bilməyəcəkdim . Düşüncələrim tam sağlam və Xalqa xidmət olsa da Sizin kimi cəmiyyətə xeyir verə bilmirəm . Əslində isə mənim missiyam fərqlidir , mən təssüflənirəm .
@abdullahaminosmanl3922
@abdullahaminosmanl3922 11 ай бұрын
Test sisteminin ziyanı olsa da, xeyri ondan çox oldu. Ədalət olmayan yerdə heçnə bitməz, ən əsası ədalət gətirdi bu prosesə. Dərsini oxuyan və oxumayan seçilməlidir
@ramizshamiyev4429
@ramizshamiyev4429 11 ай бұрын
Bəy sovet qəbul sistemini iştirakçısı kimi çox inandırıcı izah etdi.
@elnurncfova3329
@elnurncfova3329 11 ай бұрын
Təşəkkürlər Mən də Test üsulu ilə daxil olmuşam. 😊. 1994. İmtahanın test üsulu ilə keçirməyiniz çox doğru hərəkət idi.
@qediryusibov5222
@qediryusibov5222 11 ай бұрын
Allah Əbülfəz Elçibəyə və Vurğun Əyyuba qəni qəni rəhmət eləsin.Test üsulu onların sayəsində gəldi Azərbaycana və bizim kimi kasıb balaları da ali məktəblərə qəbul olub oxuduq
@qosqarmanafov387
@qosqarmanafov387 11 ай бұрын
Allah Sizdən razı olsun Firidun müəllim. O göndərilən tələbələrin içində mənim bacım da varıydı
@resulabbasov750
@resulabbasov750 11 ай бұрын
FİRUDDUN BEY ALLAH SİZE CAN SAĞLIĞI VERSİN
@oqtaynuriyev8201
@oqtaynuriyev8201 10 ай бұрын
Bu kisinin müsahibəs böyük bir tarixi acdı vallahi!
@BTA9476
@BTA9476 11 ай бұрын
🇹🇷🇦🇿 Allah Sizden razı olsun Ağsakqal .
@ibrahimehmedov7123
@ibrahimehmedov7123 10 ай бұрын
ALLAH səni qorusun Firudin müəllim , deməli sənin sayəndə layiq olan uşaqlar ali təsil aliblar .Əsasəndə kasıb uşaqları .
@fatimeesedova3650
@fatimeesedova3650 11 ай бұрын
Gənc qızlar ( tələbələr) danışa bilmirlər, əziyyət çəkirlər azərbaycan dilində nitq zəifdir. Dilləri ağızlarinda dolaşır ((((
@cahidasadov7517
@cahidasadov7517 11 ай бұрын
Аллах рахмат еласин Елчибайа
@whiteman7085
@whiteman7085 11 ай бұрын
Layk Super Afərin Əhsən Təşəkkür edirik Sizə uğurlar arzulayıriq.Sukani belə saxlayın
@xuramanbenli2630
@xuramanbenli2630 4 ай бұрын
Firudun bəy ,Allah sizə can saglıgı versin ,mənim bibim oglu da 92 də Türküyəyə getdi .Siz nə gözəl insansız ,çox yaşayın ,Amin !!!
@tofiqbayramov3442
@tofiqbayramov3442 11 ай бұрын
Allah Vurğun Əyyubada Elçibəyədə Rəhmət eləsin. Amma Vurğun Əyyub mənim yanımda deyibki, Elçibəy ona deyib ki, sənə gəl qorumq üçün polis təyin edək, çünki Vurğun bəy deyirdiki mənə hıddindən artıq anonim təhdidlər olurdu Test üsülü ilə əlaqədar. İndi siz deyirsiniz, Əbülfəz bəyə qarşı olub amma o həmişə Elçibəydən razılıq edirdi.
@Xarir.Kazimm
@Xarir.Kazimm 11 ай бұрын
Heyif sizin dusunceniz ela imis Cenab kas sizin Qurdugunuz sura dagilmasaydi ve qebul imtahanlari olmayardi 😢Ama Heyifki bu sistemi oz ciblerine ceviren meleykeler cixdi yagisdan sonra
@Afaqilyas-o3k
@Afaqilyas-o3k 10 ай бұрын
17 yaşlı uşaqdan nə yazacaqdılar? Deyəcəkdilər, hansı iş yerini müflis edib, haranı basıb yeyib? Nəsə inandırıcı gəlmədi. Sadəcə tapşırıq gəlib ki, kəsilməlidir vəssalam,plan dolub. Mən də həkim olmaq istəyirdim, çox sevirdim həkimliyi. Güclü həkim olub xalqıma xidmət edəcəkdim, nə pislik vardı ki, burda? Sistem elə qurulmuşdu ki, imtahanda kəsə də bilmədilər, 3 verdilər ki, konkursa düşüm. Hətta hamı məəttəl qaldı ki, öz gücünə necə 3 almısan o " canavar"lardan? Neçə nəfər müəllim oturub şifahi imtahan götürürdülər.Yadımdadır, 3 sualın üçünü də əhatəli, geniş yazmışdım, şifahi imtahan olsa da, sualların cavablarını yazılı şəkildə alırdılar. Biri qadın idi, böyründəkinə pıçıldadı ki, 2 ver getsin.O da vərəqimi göstərdi ki, axı hamısını yazıb. Təzədən əlavə suallar verildi, onları da cavablandırdım, uşağı karıxdırmağa nə var? Onlar mütəxəssis, sən də həyəcanlı, fırıldaq, biclik bilməyən, təcrübəsiz rayon uşağı. Axırda məcburən 3 verdilər. Hələ də o nifrət, o haqsızlığa olan nifrət içimdədir. Həkim olsam işimi, sənətimi çox sevəcəkdim, arzularımı məhv etdilər.
@Naməlumbiri
@Naməlumbiri 11 ай бұрын
Sizi Tarix unutmayacaq,Firudun bəy!
@tamellaceferova324
@tamellaceferova324 10 ай бұрын
Gözəl insan !
@schellenberg-0077
@schellenberg-0077 11 ай бұрын
Gəlin bu dövrü o dövr ilə müqayisə edəndə mövcud və tək olan reallığı nəzərə alaq İndiki bərbad təhsil sistemi və bu sistemin bütün çətinliklərinə dözüb məzun olduqdan sonra yaranan işsizlik problemi.Və sayları gündən günə artan işsizlər ordusu. Bütün bunları nəzərə alaraq belə bir sual ortaya çıxır; Artıq universitetə daxil olmağa dəyərmi?!
@huseyinrzayev2828
@huseyinrzayev2828 11 ай бұрын
Elçibəy düz edib, çunkü səndən böyük sənin nazirindir əvvəlcə onunla məsləhətləşməli idin sonra Elçibəyə müraciət olunmalı idi.
@ufa102-du8ey
@ufa102-du8ey 11 ай бұрын
Firidun Bəy çox gözəl insandır gözəl də söhbət eliyir Allah canın sağ eləsin! .. Bunu da əlavə edim Azərbaycan xalqının yaxşı prezidenti var heyif böyrün də başındkılar quldurdu
@Muxtar_Saqafi
@Muxtar_Saqafi 11 ай бұрын
Görünür yaxşı işlər görmüsünüz.Allah əvəzin versin.
@tarkhanmammadov1983
@tarkhanmammadov1983 10 ай бұрын
Tesekkür edirem repartaja göre müellim her seyi etiraf edir nece olub indi necedi. Bir de cox gozel dedi ki instutlar imtahansiz olsun duz deyir ve tam pulsuz olmalidir ki her kes oxusun
@aysunlizad5740
@aysunlizad5740 11 ай бұрын
Düz deyir Test cox yaxşıdır Əsl savadlı tələbələr qəbul olur Əladır
@abdulaliqasimov8337
@abdulaliqasimov8337 11 ай бұрын
Firudin bəy test üsulunun tətbiqi ilə böyük dəyişikliyə imza atan şəxsiyyətdir. Var olsun. Elçibəy hakimiyyətinin xalqa yönəlik bir çox işləri olub...
@orxanagayev4479
@orxanagayev4479 11 ай бұрын
Sovet dövrünün qəbulunda olan (təhsil sahəsində)tapşırmalara görə Azərbaycan qabağa gedə bilmədi.Bugün də onun əzyətin çəkirik.Vəzifədə elə insanlar varki o insanlardan ən uzağı “heç nə”olar,amma bugün bizi onlar idarə edir.Cəmiyyəti qabağa aparmağa qabil insanlar isə…
@rufatibrahimov8787
@rufatibrahimov8787 11 ай бұрын
Halal olsun size. Menim ureyimden keceni dediz- test dusundurucu suallarla zengin olmalidir, casdirici yox. Illerdi demek istediyimi siz fikirlesmisiz ve dilede getirdiz. Sizi tanidigima gore cox memmunam.
@ismthuseynov4847
@ismthuseynov4847 11 ай бұрын
Müəllim Allah sizi qorusun.Dədəm də sizi kimi deyir ki,test imtahanlarının pis cəhəti ondadır ki şagird ancaq imtan verəcəyi fənni oxuyur qalan fənnlərdən anlayışı olmur.Firidun müəllim çox səmimi danışdı düz danışdı.
@дядяАлик-к6в
@дядяАлик-к6в 11 ай бұрын
Аллах комейиниз олсун.
@flatunlilov5895
@flatunlilov5895 11 ай бұрын
Test imtahanına görə Firudin müəllimə təşəkkürlər.Tarixə qızıl hərflərlə yazılmalıdır.
@mehmanmemmedov1859
@mehmanmemmedov1859 10 ай бұрын
Qeyd edekki Vurqun Eyyubovda qebul komissiyasinin sedri idi.Allah rehmet elesin Saf insan idi
@ГалибМамедов-р9ц
@ГалибМамедов-р9ц 11 ай бұрын
Mən də 1986 ci ildə imtahanda gördüm belə alçaq müəllimləri,indi qorsəm tüpürərdim üzünə.spesalnı konkursa saldılar,Qələn il srazı Moskvada qəbul oldum,Belə alçaqlar Millətin başına oyun açıblar.
@faridamirov5979
@faridamirov5979 11 ай бұрын
Allah Firudin beye can sagligi versin.Vurgun Eyyubun mekani cennet olsun
@hatemnebioglu
@hatemnebioglu 11 ай бұрын
Test üsulunun tbiqi bir başa Elçibəyin təşəbbüsu olub, və o həyata keçirib.
@azrmmmdov8766
@azrmmmdov8766 11 ай бұрын
Cox sagol Firidun bəy səni opuruk cox yasa var ol
@nailqaniyev2169
@nailqaniyev2169 11 ай бұрын
Elə alcag "muəllımlər" 1979-ci ildə həmin imtahanlar vaxtı həm gardaşımın həm də bizim ailənin evini yıxdılar.
@nurcahan6353
@nurcahan6353 5 ай бұрын
Bəlkə üçüncü dəfədir ki,bu müsahibəyə baxıram,hər dəfə nəsə öyrənirəm, amma heç vaxt bir kitabı ikinci dəfə oxumuram...
@SamsungSamsung-cy1hy
@SamsungSamsung-cy1hy 11 ай бұрын
kasıb balalarının alqışları duaları sizə bəsdir müəllim
@asimqarayev6433
@asimqarayev6433 11 ай бұрын
Gözəl insan heçdə peşman olmayın rəylərə baxın görün nə qədər insanın rəğbətin qazanmısınız . Qaldı testlə bağlı saydığınız qüsurlara o testin yox məktəbin öyrədənin qüsurudu.Əhsən sizə .... !
@rasimehmedov1426
@rasimehmedov1426 11 ай бұрын
Superr elaaa
@Kingshashlik999
@Kingshashlik999 11 ай бұрын
О заман тапгшырыгнан гиренлерин инди 60 яшы вар ве Азербайджанын ганыны ичирлер индийе кими..о оленлере де рехмет душмур
@INSIDER-700
@INSIDER-700 11 ай бұрын
🇦🇿EBULFEZ ELCIBEY, BOYUK SEXSIYYET🤘🏼
@SakirEzizov
@SakirEzizov 10 ай бұрын
Müəllim çox sağolun düz dediniz
@tahirqasimov9271
@tahirqasimov9271 11 ай бұрын
Firuddin bey Azerbaycan size borcludur
@movlamverdiquliyev6049
@movlamverdiquliyev6049 11 ай бұрын
SAĞ OL, FIRUDIN müəllim!
@misralises
@misralises 11 ай бұрын
Universitetlərdə də oxşar sistem tətbiq olunsa, rüşvətin qarşısı kökündən alınar.Universitetlərdə hələ də sovet dövründəki sistem qalıb.Hamısında test üsuluna keçidin vaxtı çatıb, hətta gecikmişik.
@qdirsfrov8888
@qdirsfrov8888 10 ай бұрын
Necə insanin həyati gedib biabırçılıqdır.. Firidun bəyə de təşəkkür edirəm.. en azi kisi kimi etiraf edir.. bezileri kimi övliyadirlar ele bil
@rasimehmedov1426
@rasimehmedov1426 11 ай бұрын
MED INSTITUTA QAZ 24 ACARINI VERENLER OLUB SOVET VAXTI QEBULA
@sahin5754
@sahin5754 11 ай бұрын
DÖVRÜ ZAMANƏSİNDƏN ASİLİ OLMAYARAQ İNSANLİQİ VİCDANLİ İNSANLAR OLUB RƏNMƏT APARİB QAZANİB
@rekordvide
@rekordvide 10 ай бұрын
90 ci ilde 25 neferi ayirib saldilar bir otağa,her biri 50min rubl vermişdiler,Narxozda.5 teze 06 nin pulu idi.Bize de 3den 4 den verib,axirinci imtahanda ya kesdiler,ya da konkursa dusmusunuz dediler
@дядяАлик-к6в
@дядяАлик-к6в 11 ай бұрын
Елчибей дармадыгын бош олмуш будче Азербайджанын пис вахтында келди миллетин севирди инди севмесин Аллах рехмет еласин.
@Fuad20122012
@Fuad20122012 11 ай бұрын
Salamlar olsun
@saikabbas2305
@saikabbas2305 11 ай бұрын
Bu test imtahanından bir gün qabaq saat 21.00 da bizi( hardasa 20 nəfər tələbə) nəşriyyat binasına apardılar.Səhərə qədər yatmadan test suallarını çap elədik.Bizi Səhər saat 13.00 da buraxdılar.İnşaatın prorektoru Kamran müəllim aparmışdı bizi
@rsidallahverdiyev-ku6kh
@rsidallahverdiyev-ku6kh 10 ай бұрын
Firudin müəllim düz deyirsiniz Təhsil sistemi həqiqətən batıb və batmağa davam edir Ən çoxu da bu kurikulumla bağlı kağız bazlıq kitabların tərtibatsizligi və s işlərlə təhsilimizi korladılar Bir az yox lap elə çox peşiman olsay
@РовшанГасанов-э8н
@РовшанГасанов-э8н 10 ай бұрын
86-ci ilde orta mektebden sonra geldim gebula hugugwunaslig sahesine.Maliyye kredit texnikumuna senedlerimi verdim.Tarixden ferglenme diplomu olduguna gore birinci imtahandan kecdim.Meni dil edebiyyatdan kesdiler.Bir iki vergul lazim olmayan yerde goydular.Galxdim rektorun yanina cetinlikle.Atama acig awkar pul dediler.O vaxt o summa bir kolxozcu ailesi ucun coxidi.Bir sozle esgerlik,esgerlikden sonra iw,Rossiya .Belece ali mekteb karyerasi baglandi
@ElnareNagiyeva-ed8ke
@ElnareNagiyeva-ed8ke 10 ай бұрын
Test usuluna kecidde əməyi olan her kese teşekkür edirəm.kas ki,bu ödənişli qəbul olmasaydı.limitsiz ödəniş hesabina savadsiz diplomlularin əlindən işsizlik baş alib gedir😢
@EEGroup-o8v
@EEGroup-o8v 11 ай бұрын
Əhsən
@NezaketVeyisova
@NezaketVeyisova 6 ай бұрын
Firudin beyin oglu Tengiz Celilov meni emeliyyat edib oglu da özu kimi insan adamdir
@ismaylhuseynov2089
@ismaylhuseynov2089 11 ай бұрын
Vurğun Əyyub istəyərdəki ödənişsiz olsun.
@aksuvareftalit799
@aksuvareftalit799 11 ай бұрын
Firudun bey teşşekürler.Allah size can sağlığı versin.Amma düyanın inkşafı başka cüredir.Her insan öz ixtisasını mükemmel bilmelidr.Neyıne lazım onun diger fenleri de mükemmel bilmek.Doktur mükemmel,hakim mükemmel,müellim öz fenninde mükemmel olmalıdır.Her ixtisasın öz uzmanı olmalıdır.Qaldı nitq ve ünsiyete danışmaqla iş düzelmez insanın İK sı mentiqi güclü olmalıdır.Gelecekde nitqle ünsiyet vasitesine ehtiyac da olmayacaq.Yapay zeka her işi görecek.Gelecek nece teleb edirse bu günden ona uyğunlaşmalıyıq.Keçdi o dövran.
@ismaylhuseynov2089
@ismaylhuseynov2089 11 ай бұрын
Rəhmətlik Vurğun Əyyubun əsas rolu olub
@vaqifhasimov482
@vaqifhasimov482 11 ай бұрын
Heyf Vurgun Eyyubdan,
@ilyasfatali8047
@ilyasfatali8047 11 ай бұрын
Mənfi cəhətlər firmaya görə deyil, dövrdən ırəli gəlir. O vaxt sovet dövründə orta məktəbdə dərs keçirdilər
@xzrdnizi9280
@xzrdnizi9280 11 ай бұрын
Test üsulunun müəllifi rəhmətlik Vurğun Əyyub olub. Və onun qətiyyəti sayəsində həyata keçirilib. Siz yalan danışırsınız.
@RSA296
@RSA296 11 ай бұрын
Yaxşı ki qardaşı yazmayıb anonimkanı... Bənzəmərik dünyada bir millətə, Biz dözərik olkədə hər zillətə... Allah rəhmət etsin sənə SABİR..
@melisa4811
@melisa4811 11 ай бұрын
Bir sözlə acımasızcasına insan taleyi ilə oynayırdılar
@NargizPasha
@NargizPasha 11 ай бұрын
Elcibey ve Vurgun Eyyub rehmete getdiyi ucun yalan iddialar ireli surursunuxz. Test usuunun muellif ve icracisi rehmetlik Elcibey ve rehmetlik Vurgun Eyyub olub, siz yox.
@TimirEmin
@TimirEmin 11 ай бұрын
Firuddin müəllim el dili ilə desək "yuxa qırağı sulayır". Məntiq çox sadədir. Elə bacarığı var idisə, rəhbəri olduğu təhsil nazirliyini qaydaya salaydı. Onun nazir olduğu dövrdə Təhsil müəssisələri pis gündə idi və bunun aradan qaldırılması üçün heç bir iş görmədi. Elçibəy hakimiyyətinin görünən bir neçə işi olub. Onun da əsaslarından biri tələbə qəbulu üzrə kommissiyanın fəaliyyəti olub. İndi də Firuddin Cəlilov o sahəyə qarmaq atır. Ayıbdı valla.
@pnahsadxov5286
@pnahsadxov5286 11 ай бұрын
O zaman qəbul imtahanında iştirak edən bütün müəllimlər bu və ya digər şəkildə mükafatlandırılırdı.
@sananabbasov1009
@sananabbasov1009 11 ай бұрын
test usuu ilk defe 1981 ci ildə AZİ -də(Neft Kimya İnstitutu) olub
"Uduzmuşam. Kişi kimi, çəkilmişəm kənara", ANS-in qurucusu Vahid Mustafayev
45:47
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 176 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 29 МЛН
"Elçibəy dedi ki, Azərbaycanın beli qırıldı", Arif Əliyev
34:18
BBC News Azərbaycanca
Рет қаралды 102 М.
Elçibəy cəbhəçi gənclərin toyunda
12:55
CUMHURIYYET Qezeti
Рет қаралды 936 М.
Professor Firudin Cəlilov: Ermənilərin və hayların kimliyi
30:54
Xalq Qəzeti TV
Рет қаралды 8 М.
Nə istəyirsiz, Tofiq Qasımov?
8:42
Kinescope
Рет қаралды 311 М.
Elçibəy hakimiyyətə necə gəldi? Tarixi kadrlar
9:10
AzadliqRadiosu
Рет қаралды 104 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 176 МЛН