Dünyalar qədər sevdiyim, gedişi ilə dünyamı viran qoyan, yoxluğu ilə barışa bilmədiyim atam.... Atamın və anamın yoxluğu məni çox sarsıdır.Anamın ölümündən sonra bütün meylimi Atama salmışdım. Sanki söykəndiyim dağ birdən-birə yox oldu. Təbii ki, bu acını gec-tez hamı dadır. Lakin, ona mənəvi cəhətdən ehtiyacım olduğu bir vaxtda, onun bizi tərk etməsi mənə çox ağır zərbə oldu. Evdə də, işdə də, hər bir anımda bu boşluğu hiss etməyə başlamışam. Hara gedirəmsə, gözüm onları axtarır. Atam və anam mənim üçün həyatda hər şey idi. Sirlərimi,hər bir dərdimi deyəcəyim yeganə adamlar idi. Hərdən onlara daha yaxşı qulluq edə bilərdim - deyə düşünürəm. Fikirləşirəm ki, görəsən hardasa səhvəmi yol verdim mən? Atamla həmişə fəxr etmişəm, mənim ümid və qürur yerim olub. Onun savadından, öyüd-nəsihətindən bəhrələnib yaxşı oxumuşam, elmə, biliyə yiyələnmişəm. Onun mənə verdiyi tərbiyənin hesabına Mən olmuşam. O günlər - atalı və analı günlərim üçün çox darıxıram,laaap çox. Hər an kovrəlirəm, özümdən ixtiyarsız göz yaşlarım yanaqlarımda gilələnir....