Elçin Cavadov. Gəncədə "Yaşıl şəhər" layihəsi

  Рет қаралды 153

Elcin Cavadov

Elcin Cavadov

Жыл бұрын

Gəncədə Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, icra hakimiyyətinin digər rəsmi şəxsləri, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə rəhbəri Kamola Mahmudova, AYİB-in “Yaşıl Şəhərlər” üzrə həmsədri Lin O'Gradi, layihənin meneceri İto Hiro, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. 300 min nəfərdən çox əhalisi olan Gəncə Azərbaycandan bu layihədə iştirak edən ilk şəhərdir. Avropada isə Yaşıl şəhərlər şəbəkəsinə 56 şəhər qoşulub.
Ekoloji problemləri və iqlim dəyişikliyi risklərini minimallaşdırmaq məqsədi daşıyan layihənin ilkin mərhələsində Gəncədə iki istiqamət üzrə proqram təsdiqlənib. Bunlardan biri bərk məişət tullantılarının idarə edilməsidir. Bu yöndə, Gəncədə tullantıların utilizasiyasını həyata keçirmək üçün poliqonun inşası nəzərdə tutulur. Digər istiqamət isə küçə işıqlandırması məsələləri ilə bağlıdır. Bu proqram çərçivəsində ölkənin ikinci böyük şəhərində 900-dən çox küçənin işıqlandırma sistemi müasir səviyyədə yenidən qurulacaq və bu zaman alternativ enerjidən istifadəyə üstünlük veriləcək. Artıq hər iki layihə üzrə büdcə də təsdiqlənib. "İlkin mərhələdə iki layihənin büdcəsi təsdiqlənib. Avropa İttifaqının qrantı şəklində bərk məişət tullantılarının idarə olunması layihəsi üçün 10, küçə işıqlandırılması üçün isə 2,5 milyon avro ayrılıb. Ümumi olaraq 25 milyon avro civarında məbləği əhatə edən layihələr artıq təsdiqlənib. Fəaliyyət proqramında digər prioritetlər müəyyən edildikdən sonra bir çox başqa layihələr də həyata keçiriləcək"
"Yaşıl şəhər" layihəsi çərçivəsində 12 ay ərzində şəhərin bütün infrastruktur prioritetləri öyrənildikdən sonra uzunmüddətli proqramın tərtib edilməsi nəzərdə tutulur.

Пікірлер
Niyazi Bayramov. Gəncə. Region TV.  Elçin Cavadov
4:19
Elcin Cavadov
Рет қаралды 251
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 49 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 57 МЛН
Gədəbəy sözünün mənası. Elçin Cavadov
10:39
Elcin Cavadov
Рет қаралды 629
How France Plunged Into Political Uncertainty
9:06
Bloomberg Originals
Рет қаралды 197 М.
HƏYATI BAŞA SALAN🙄 AĞLATAN BİR VİDEO😔
6:34
HƏYATA DAİR
Рет қаралды 6 М.
Gədəbəy mənzərələri, Böyük Qaramurad kəndi
4:42
Elcin Cavadov
Рет қаралды 189