Рет қаралды 3,529
/ _n.a_d.o_
Nə gözəldir duya bilmək ürəyinin səsini,
Görə bilmək gözlərində o sevinc izini.
Yaşadaq, gəl qoruyaq bu ömür səhifəsini,
Həzin-həzin dinlə hər gün sevgi nəğməsini.
Nəqarət:
Qəlbim səndən ayrı qalmaz ki,
Sən olmasan nəfəs almaz ki.
Sənə qarşı ürəyimdə gizli,
Bir söz var ki, yaşadır məni.
***
Səni sevmək ürəyimdə ən uca hissim,
Sən yanımda yaşadıqca döyünür nəbzim.
Hara baxsam gözlərimdə görünür əksin,
Narın-narın oxşayır bir tək sənin səsin.
Nəqarət:
Qəlbim səndən ayrı qalmaz ki,
Sən olmasan nəfəs almaz ki.
Sənə qarşı ürəyimdə gizli,
Bir söz var ki, yaşadır məni.
Sevirəm səni, eşidirsənmi, sevirəm səni!
"Gizli söz"
(söz: N.A.D.O. musiqi: Pərviz Mahmudov)