Рет қаралды 487,082
Elmar Qədimov Sənə Güvəndiyim Daglar 2019 (Sevilen Sou)
➤Kanalıma abunə olmaq üçün;
goo.gl/JTZDpg
Əsən hicran küləyi
Sevgimizi aparmış.
Elə baxma üzümə
Sən gözləri yaşarmış.
Dolan dəniz bir damla
Göz yaşıyla daşarmış,
Sənə güvəndiyim dağlar,
Sənə də qar yağarmış.
Zaman elə tələsdi.
Geriyə yolun yoxdur.
Sən ki, bir ocaq idin,
İndi qəlbin soyuqdur.
Üzündə həsrət izi,
Saçların da ağarmış,
Sənə güvəndiyim dağlar,
Sənə də qar yağarmış.
Günlərin rəngi solub,
Axı, nələr solmayıb?
Kimə güvənım indi,
Güvənc yerim qalmayıb.
Məni gözdən qoymayan,
İndi gendən baxarmış.
Sənə güvəndiyim dağlar,
Sənə də qar yağarmış...
#elmarqedimov
#seneguvendiyimdaglar