Allah böyük sənətkar Habil Əliyevə rəhmət etsin.Elnur Əhmədov Allahın ona bəxş etdiyi böyük istedad və özünün çəkdiyi böyük zəhmətlər hesabına bu gün Azərbaycan Milli musiqisini ləyaqətlə təmsil edən çox böyük sənətkardır.Dəyərli kaman ifaçılarımız çoxdur, hərəsinin öz gözəlliyi var,amma Habil Əliyev ruhunu bu şəkildə tamaşaçıya çatdıran və öz ruhunda da dinləyiciləri məftun edən ikinci kaman ifaçısı yoxdur.Mənim Elnur bəylə çıxışlarım az olub,nə onun məndən,nə mənim ondan umacağımız bir şey yoxdur,amma həqiqəti söyləmək özü bir mədəniyyətdir.Çox təəssüf ki, sənətkarlar dəyər verməkdə qısqanclıq və simiclik edirlər. Bir birimizin dəyərini düzgün qiymətləndirməliyik dostlar,bu milli musiqimizin yaşamasında,təbliğ olunmasında,mədəniyyətimizin inkişafanda mühüm şərtlərdən biridir. Bu fikirlərim əsasında analizlər aparıb saatlarla müzakirələr etmək olar.Amma məkanı,məqamı doğru seçmək lazımdır,bu mövzu KZbinlik deyil. Elnur bəyə uğurlar diləyirəm, Allah qorusun.