Рет қаралды 115,520
Bu gün bütün Müsəlmanların əziz günüdür. Qurban bayramı münasibəti ilə Vətən uğrunda döyüşlərdə qəhrəmancasına Şəhid olan, Vətən müharibəsi qəhrəmanı Həmidov Pərvinin evini ziyarət etdik. Ailəsini bayram münasibəti ilə təbrik etdik.Birlikdə çox xoş zaman keçirtdik. Yoldaşı ilə söhbət etdikdə Pərvinin ailsinə necə düşkün olduğunu dedi... Bir övlad ki, öz ailəsinə dəyər vermir. O, eyni ilə Vətən üçün də faydalı şəxsiyyət ola bilməz. Elə Pərvin necə ailəsinə düşkün idi, eyni ilə də Vətən uğrunda adı Şəhidlik zirvəsinə ucaldı. Allah ruhunu şad etsin.. Şəkillərə baxanda Pərvinin saatına baxdım, yoldaşı bildirdi ki, - "Təsadüfdir ki, yoldaşım Şəhid olduğu saatda, saatlar eyni vaxta dayanıb" . Çox mistik situasiyadır.. Bəlkə onun üçün hal-hazırda zaman durub amma övladı üçün davam etməlidir. Günay xanım çox güclü xanımdır. Günayın yanında hər zaman biz varıq və əlimizdən nə gəlirsə etməyə hazırıq. Günay iki bala böyüdür. İnşallah balamı danışdıracağıq. Şəhidimizdə göydən görüb qürur duyacaq. Allah Şəhidlərimizi Rəhmət Etsin, Qazilərimizə Şəfa versin.. AMİN!
Bizi sosial şəbəkələrdə izləyin
Facebook: rb.gy/9yayvq
Instagram: rb.gy/z4eqic
Kanalımıza abunə olmağı unutmayın!
Link: / narincupmtv
#NarıncRüstəmova #psixologiya #Azerbaycan