Elvin Nasir - Dünya

  Рет қаралды 2,642,279

Elvin Nasir

Elvin Nasir

Күн бұрын

Elvin Nasir-in ifa etdiyi "Dünya" adlı parçası artıq onlayndır!
Elvin Nasir-ə KZbin-da abunə ol :
Video İlhami Shahbazli
Söz:Elvin Nasir
Sample:İmamyar Hasanov - Dilbərim
Beat Mətin Rəşid
Xüsusi təşəkkür Atilla
Elvin Nasir-i sosial şəbəkələrdə izlə :
Instagram - l24.im/6GI
Elvin Nasir-i rəqəmsal platformalarda dinlə :
Spotify - l24.im/h3tV8yI
Apple Music -
Sözləri:
Yalandı mərhəmətin yalandı nəvazişin
Yalandı keçmiş gələcək yalandı hər bir işin
Yalandı daşın torpağın dənizin dağın yalan
Sənin gülməyin yalan və ağlamağın yalan
Xəyala dalan dünya xarabə talan dünya
Nə canlar alan dünya haqqı da yalan dünya
Başıma sığal çəkib yatızdırırsan əbədi
Yoxmudur mərifətin yoxmudur heç ədəbin
Bəlkə də xəyali aləm bəlkə də röyasan
Sən həmin dünyasan sən həmin dünyasan
Sevgini mənnən alıb zillətlərə salan dünya
Canları alan dünya gerçəyi yalan dünya
Yalanla haqla çağırdın belə dəvətmi olar?
Üstümə yağdı əzab belə lənətmi olar?
Sənə ləzzət dedilər,sənə cənnət dedilər
Sonunda kəfən qəbir var belə cənnətmi olar?
Kimə əlvida deyib kimlərə salam dünya
Vidası ölüm və haqq salamı yalan dünya
Zalımın zülmü sənin məzlumun ölümü sənin
Və mənim var oluşum sənin ən gözəl ölüm əsərin
Verdiyin zülmü çəkib gözlərimdən axmaq var
Ətəyindən yapışan gör nə qədər axmaq var
Torpağla gedən dünya beşiklə gələn dünya
Varlıdan dərdi alıb yoxsullara verən dünya
Əvvəlcə dəyərdən salıb sonradan ucuz satdın
Mən dünən cavan idim dünya məni tez qocaltdın
Sənə zəhmət demişəm sənə nifrət demişəm
Səni bildim biləli mən sənə lənət demişəm
Məzlumun canını alıb zalımlara qalan dünya
Zülmünə halal dünya,ləzzəti haram dünya
Yalandı həqiqətlər,yalandı insanlar
Halbuki qəlbimiz təmizdi pakdı deyir onlar
Sənin eşqin də yalan verdiyin qəm də yalan
Dünya sən də yalan dünya mən də yalan
Gerçəyi yalan dünya Qatil cani dünya
tez bitən ani dünya Fanidir fani dünya
Bütün müəllif hüquqları “Musics of Azerbaijan” tərəfindən qorunur. © 2023
Etiketlər :
#Dünya #ElvinNasir #MusicsofAzerbaijan

Пікірлер: 1 400