Canım-gözüm, xəncər sözün Yaraladı bildir məni. Söz yarası yaman olur, Göynədir bir ildir məni. Nəqərat: Neycün könül dağladarsan, Göz yaşlarım cağladarsan, Sonra min yol ağladarsan? Indi bir yol güldür məni. Gecələrdir, gündüzlərdir, Dilimdə odlu sözlərdir, Ah, o gözlər nə gözəldir, Öldürür, dirildir məni. Könlüm sənə giryan edir, Yolunda can qurban edir. Bir baxışla dərman edib Bir gülüşlə öldür məni.
@intizaraliyeva68385 ай бұрын
Yaman oldu sənin qetmən,bizi yandırdın ay Emil can .Səndən sonra heç kimi dinləmək istəmirsən.Yetdi aydı səni bəlkə minlərlə dəfə dinləyirəm doymuram.Son nəfəsimə qədərdə tək səni dinləyəcəyəm.