No video

Ermənistan prosesi uzatsa, Azərbaycanın cavabı sərt olacaq

  Рет қаралды 166

Azerbaijan Realities

Azerbaijan Realities

Күн бұрын

Ermənistanla Azərbaycan arasında sülhün yaranmasına mane olan bir neçə məqam var. Bunlardan biri də xeyli müddətdir müzakirə olunan və rəsmi Bakının gündəlikdə saxladığı Azərbaycanın Ermənistanın işğalı altında olan 8 kəndinin hələ də geri qaytarılmamasıdır.
Belə ki, Qazaxın 7, Naxçıvanın isə 1 kəndi hələ də erməni tapdağı altındadır. Rəsmi İrəvan son vaxtlara kimi bu məsələni unutdurmağa çalışırdı. Amma Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət əvvəl özü də etiraf etdi ki, həmin yaşayış məntəqələri onlara məxsus deyil. O bildirdi ki, ermənilər ölkə sərhədlərinin haradan başlayıb, harada bitdiyini bilməlidirlər. Bu açıqlama ermənilərin həmin kəndləri işğal etdiklərinin etirafı idi. Əslində təkcə etiraf yox, həm Ermənistanı Azərbaycanla yeni toqquşmaya təhrik edən Qərb dövlətlərinə, xüsusilə Fransaya cavab idi. Çünki rəsmi Paris çox zaman olduğu kimi, bu məsələdə də “üç meymun” oyununu oynayır: görmək, eşitmək, anlamaq istəmir.
N.Paşinyan isə başa düşür ki, artıq nəinki onun hakimiyyəti, həm də Ermənistanın dövlətçiliyinin gələcəyi mübahisə predmetidir. Əlbəttə, Azərbaycanın kimsənin torpağında gözü yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilər bunu dəfələrlə bəyan ediblər.
Amma məsələ burasındadır ki, Ermənistan ABŞ, Fransa, Rusiya, İran kimi dövlətlərin maraqlarına xidmət etməklə riskli addımlar atır. Qərbin Yaxın Şərqdə, Şərqi Avropada etdikləri Ermənistan iqtidarı üçün dərs olmalıdır. N.Paşinyan, yəqin, başa düşür ki, bu gün onu destrukriv mövqeyə sövq edən Qərb sabah asanlıqla Ermənistan hakimiyyətinin “qələmini qıra” bilər. Belə bir vəziyyətdə rəsmi İrəvana yeni təhlükəsizlik təminatı lazımdır. Bunun yeganə yolu Bakı və Ankaranın regional əməkdaşlıq mühitinin təmin olunmasıdır. Bu isə o deməkdir ki, sülhə gedən yolda heç bir əngəl olmamalı, o cümlədən 8 kənd geri qaytarılmalıdır.
Mümkündür ki, N.Paşinyan həmin yaşayış məntəqələrinin Azərbaycan ərazisi olduğunu deməklə sadəcə vaxtı uzatmağa çalışır. Çünki bu bəyanat hələ heç nə demək deyil. Biz Ermənistan Baş nazirindən əvvələr də oxşar ritorika görmüşük: bir sıra hallarda rəsmi İrəvanın sözü ilə əməli üst-üstə düşmür.
Amma o da istisna deyil ki, N.Paşinyan artıq həqiqəti anlayır və həm xalqını, həm daxildəki müxalifəti, həm də ona havadarlıq etmək istəyən gücləri 8 kəndin qaytarılmasına hazırlayır. Bunlardan hansının doğru olduğunu zaman göstərəcək. Ancaq zaman Ermənistanın əleyhinə işləyir. N.Paşinyan öz hakimiyyətini və dövlətçiliyini düşünürsə, sözünü əməldə təsdiqləməli, 8 kəndi qeyd-şərtsiz qaytarmalıdır. Əks halda nələrin baş verəcəyini Ermənistan da, beynəlxalq ictimaiyyət də yaxşı bilir və buna görə məsuliyyət onların üzərinə düşür. Başqa sözlə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz torpaqlarını hərbi yolla işğaldan azad edəcək. Bunun üçün cəmi bir sutka bəsdir. Azərbaycan oxşar təcrübəni əvvəl də ortaya qoyub.
Ola bilsin, Azərbaycanın kəndləri hərbi yolla azad etməsi həmişə “suların bulandırılmasına” çalışan Qərbin maraqlarına cavab verir. Elə buna görə də yaşayış yerlərinin danışıqlarla qaytarılması üçün Ermənistana çağırış etmir. Amma İrəvan Qərbi yox, öz maraqlarını düşünməlidir. Çünki Azərbaycan Ordusu öz kəndləri uğrunda hərbi əməliyyatlara başlayarsa, bunun nəticəsi Ermənistan üçün ağır olacaq. Hər şeydən əvvəl Ermənistanın səmimiliyi sual altına düşəcək, sülh imkanlarına zərbə dəyəcək. Bu isə İrəvanın arzuladığı yeni təhlükəsizlik sisteminin puç olması ilə nəticələnə bilər.

Пікірлер: 8
@user-xd6bp6bc2i
@user-xd6bp6bc2i 5 ай бұрын
Qarabağ Azərbaycanın qədim torpağı olub. Əgər Ermənistan kiminsə verdiyi boş vədlərə arxalanmaqdansa, reallıqları qəbul edib, sülh istiqamətində real addımlar atsaydı, regionda sabitlik çoxdan təmin edilmişdi.
@eminmamedof2119
@eminmamedof2119 5 ай бұрын
Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur öz torpağımızı da heç kimə verən deyilik. Bu gün mövcud olan ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Bu haqda kifayət qədər tarixi sənədlər var. İkinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik. Qarabağ bizimdir Qarabağ Azərbaycandır !
@emilaxundov8717
@emilaxundov8717 5 ай бұрын
Ermənistan hansı ağılla sülh prosesini uzadır başa düşmək olmur. 2020 ci ildə başına dəmir yumruq dəydi, biraz ayıldı, Azərbaycan isə hesab etdi ki ağlı başına gəlibdir. Düz 3 il səbr etdik, gördük ki, ağılları hələ başlarına gəlməyib , 2023 cü ilin sentyabr ayında yenə başlarına dəmir yumruq dəydi. 8 ay keçib bunların ağlı hələ də başlarına gəlməyibdir. Sadə məntiqlə başa düşmək olar ki, paşinyan dəmir yumruq üçün darıxıbdır.
@metlebmikayilov1365
@metlebmikayilov1365 5 ай бұрын
Ermənistan hakimiyyətinin sözü ilə əməli üst-üstə düşmür. Ermənilər sərhədə qoşun yığır. Ermənistan nəzarətində olan 8 kəndi geri qaytarmalıdır. Ermənistan tərəfi və onun havadarları başa düşməlidirlər ki, Azərbaycan xalqı öz suveren torpaqlarınıişğalı ilə barışmayacaq!
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 32 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Lalə Məmmədova ilə AZTV XƏBƏR (16:00) | 06.09.2024
21:05
AZTV Xəbər
Рет қаралды 6 М.
Frank Şvabe: “Bu seçki yox, seçki haqda kino idi”
8:24
AzadliqRadiosu
Рет қаралды 9 М.
Təcavüzkar Ermənistan yenidən silahlandırılır
3:53
Azerbaijan Realities
Рет қаралды 65
Laçın şəhərinin strateji əhəmiyyəti - REAL İNTERVYU
17:23
Sabahdan məhdudiyyətlərin bir qismi yumşaldılacaq
3:07
İCTİMAİ TV
Рет қаралды 14 М.
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20