Рет қаралды 553,978
BBC müxbiri Nina Axmeteli Yerevan sakinləri ilə danışıb, və deyir ki, "Sasna tsrer" silahlı dəstənin hərəkətlərini pisləyən adama da rast gəlməyib.
Yerevanda vəziyyət gərgin qalmaqdadır: "Sasna tsrer" (Sasunlu çılğınlar) saxladığı bütün girovları sərbəst buraxıb, lakin hakimiyyət silahlı qrup tərəfindən ələ keçirilmiş polis bölməsini azad etmək üçün əməliyyat keçirməyə tələsmir.
Bunun səbəblərindən biri odur ki, silahlı dəstənin üzvləri Ermənistan əhalisi arasında böyük dəstəyə malikdir.
"Sasna tsrer" öz tələblərindən dönməyib. Onun tələbi - həbsdə olan müxalifətçi fəal Jirayr Sefilyanın azad edilməsi, Ermənistan prezidentinin istefası və xalq etimadı hakimiyyətini yaratmaqdır.
BBC Azeri: Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr.
Bizi sosial şəbəkələrdə izləyin -
Facebook: / bbcazeri
Twitter: / bbcazeri
Instagram: / bbcazeri
Google+: plus.google.co...
VKontakte: bbcazeri