Fərqlilikləri uğurlarına maneə olmayanlar - REPORTAJ

  Рет қаралды 1,271

APA TV

APA TV

Күн бұрын

Oxşardırlar - əlləri, gözləri, üz quruluşları. Amma hərəsinin fərqli xəyalları, fərqli hekayələri var. Onlar bir xromosomun çatışmazlığının bəxş etdiyi fərqliliyi daşıyan insanlardır. Günəşin uşaqlardır onlar. Mərhəmət dolu, sevgi dolu. Fərqli olmağın çətin tərəfləri ilə də qarşılaşırlar bəzən.
Onların fərqli olması, fikirlərini aydın izah edə bilməməsi, bacarıqlarını nümayiş etdirməyə, müxtəlif sahələrdə aktiv fəaliyyət göstərməklərinə maneə deyil.
APA TV xəbər verir ki, belə bacarıqlı uşaqlardan biri də daun sindromlu gənc Əli Əsgərovdur. “Mən kiməm” serialının baş qəhrəmanıdır Əli. O, serialda daun sindromlu uşaqların ailədə, cəmiyyətdə qarşılaşdığı çətinlikləri canlandırır.
Rolunun öhdəsindən məharətlə gələn Əli ailəsinin də onunla fəxr etdiyini deyir: “Mən kinoya çəkilirəm. Bu kinoya ilk dəfə mən çəkilmişəm. Baş rolda mən çəkilmişəm. Televizora çıxıram, hamı məni tanıyır, hamı... Anam, xalalarım mənimlə fəxr edir”.
Bu serial Azərbaycanda baş qəhrəmanı daun sindromlu gənc olan ilk serialdır. Bu sindromdan əziyyət çəkən uşaqların cəmiyyətə qazandırılmasında serialın missiyası böyükdür.
Serialın quruluşçu rejissoru Ramin Hacıyev deyir ki, daun sindromunun xəstəlik deyil, sadəcə, fərqlilik olduğunu bu serial vasitəsilə tamaşaçılar daha aydın müşahidə edəcəklər: “Sahil qəsəbəsində əlil uşaqlar cəmiyyətinin rəhbəri Validə xanıma müraciət elədim. Süjeti danışan kimi, belə bir uşaq istəyirəm deyən kimi Validə xanım dərhal dedi ki, Əli. Əli ilə tanış olduq, ailəsi, anası, bacısı ilə tanış olduq. Özü ilə də söhbətləşdik, gördüm ki, həddindən artıq maraqlı uşaqdır. Tamaşaçılar arasında da yəqin ki, obraza, Oğuza “xəstə oğlan”-filan deyənlər olacaq. İstəyirəm tamaşaçı da bilsin ki, daun sindromlu uşaqlar xəstə deyillər”.
Fərqlilikləri uğur qazanmasına maneə olmayan gənclərdən biri də 35 yaşlı Əli Əliyevdir. Sərbəst şəkildə işə gedib, halal qazanc əldə edən Əli uzun müddətdir şirkətdə çalışır: “Evdə bekar, məşğuliyyətsiz qalmayım deyə işə girdim. Məşğuliyyətsizlikdən evdə sıxılırdım, divarlar üstümə gəlirdi elə bil. Çətinliyim olmur. İş yoldaşlarım da mənə köməklik edirlər. Allah onlardan razı olsun!”
Daun sindromlu şəxslərin reabilitasiya mərkəzinin rəhbəri Natella Həsənova deyir ki, bu sindromdan əziyyət çəkən uşaqları cəmiyyətdən təcrid etmək olmaz. Reabilitasiya mərkəzində belə uşaqların cəmiyyətə inteqrasiyası üçün lazımi şərait var. Mərkəzdə uşaqların qəbulu üçün yaş məhdudiyyəti də yoxdur: “Onları cəmiyyətdən kənarlaşdırmasınlar. Onları daha da cəmiyyətə inteqrasiya etdirsinlər. Burada rəsm dərnəkləri var, uşaqlar xalça toxuyurlar, bu da onlara kömək ola bilər ki, gələcəkdə işləyə bilərlər. Valideynlər qorxurlar uşaqları yanlarından buraxmağa. Tövsiyə edərdik ki, bir az müstəqillik versinlər, sərbəst buraxsınlar onları, özləri gedib gələ bilsinlər. Bəzi valideynlər çalışırlar. Bizim mərkəzə özləri gəlirlər uşaqlar. Biz də sevinirik ki, onlar sərbəstdirlər”.
Daun sindromlu şəxslərin reabilitasiya mərkəzləri bölgələrimizdə də fəaliyyət göstərərsə, cəmiyyətimizdə onlara daha çox yer verilərsə, bu sindromunun xəstəlik deyil fərqlilik olduğu hər kəs tərəfindən qəbul edilər. Bir xromosomun əskikliyinin onlara qatdığı çox şey var əslində. Səmimiyyət, qarşılıq gözləmədən bəslədikləri sevgi. Bizdən isə yeganə istəkləri var: fərqliliklərini əngəl olaraq görməməyimiz...
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe dtx mtn prezident xalq azerbaycan xeberleri en yeni xeberler azerbaycanda neler bas verir cebheden xeberler qarabag azerbaycan qarabag azerbaycan en son xeberleri gunun xeberleri karabakh qarabağ əsirlər erməni əsir qarabağ döyüşləri qazi xtq xüsusi təyinatlı əsir şəhid bolgeler dunya olke olkeden xeberler hadise hadisə hadisələr iqtisadiyyat gundem canli birbasha
#apatv #apaxeber #apacanli

Пікірлер: 5
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 16 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 60 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 44 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 80 МЛН
"Günəş uşaqlar": Daun sindromlu uşaqlar və onların fərqli dünyası
12:06
Daun sindromlularin problemleri (Gune dogru)
3:28
Kanal S
Рет қаралды 255
"Qızım daun sindromludur deyə uşaqlar yanında oturmur"
3:17
Bu əlamətlər varsa, DİQQƏTLİ OLUN! - Hamiləlikdə Daun Sindromu
3:17
Ginekoloq Rəşad Sultan
Рет қаралды 29 М.
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 16 МЛН