Рет қаралды 22
“Femmekan” podkastlarının növbəti epizodunda qadın haqları uğrunda mübarizənin önəmini, varlığını və dəyərini görməyimizə kömək edən 11 kitabdan danışacağıq. Yazıçı və fotoqraf Aygül Qurbanova epizodumuza öz fikirləri və kitab tövsiyələri ilə rəng qatacaq. İndidən qeyd etməyə gərək var ki, bu siyahı subyektiv olduğu qədər mütləq və yeganə siyahı deyil. Auditoriyamızı nəzərə alaraq feminizmə giriş mahiyyətində kitabları bölüşmək istədik.